54
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim
edə bilərlər. Uşaların kimin yanında qalması barədə ər‐arvad arasında belə saziş olmadıqda
məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının
yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa,
məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların
qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi
keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll
edir. "10 yaşına çatmamış uşağın valideynlərdən hansının yanında qalması arzusunu bilmək zəruri
olarsa, uşağın fikri məhkəmə iclas zalından kənar qaydada müəllimin, yaxud sinif rəhbərinin, uşaq
bağçası tərbiyəçisinin və qeyrilərinin iştirakı ilə öyrənilə bilər" deyə hüquqşünas Zamanlı
vurğulayıb. Hüquq məsləhətçisi bildirir ki, məhkəmələr bu tipli mübahisələri həll edərkən hər
şeydən əvvəl uşaqların mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə
əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə
də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını
nəzərə almalıdırlar. Valideynlərin maddi, mənzil‐məişət şəraiti bu işlərdə həlledici faktor ola bilməz
və mübahisə həll edilərkən bütün göstərilən, eləcə də digər hallarla birlikdə nəzərə alınmalıdır.
“Uşaq hüquqları haqqında” Konvensiya müəyyən edir ki, iştirakçı dövlətlər valideynlərinin birindən
və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa
əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən
yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir. Hüquqşünasın sözlərinə görə, ər‐arvad
arasında nikah ləğv edilərkən və valideyinlər ayrı yaşamağa qərar verərkən həm məhkəmələr,
həm də valideyinlər özlərinin hüquq və mənafelərindən əvvəl uşaqların mənafelərini, onların
gələcək inkişafını düşünməlidirlər. "Çünki hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və
ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ
vardır. Hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunması, mütərəqqi
tələblər əsasında təhsil alması, inkişaf etməsi, layiqli vətəndaş kimi formalaşması əsas amillərdən
biridir", deyə Pərviz Zamanlı bildirib.
http://anspress.com/index.php?a=2&lng=az&nid=227772
AZƏRBAYCANDA VƏKİLLƏRİN HÜQUQLARI GENİŞLƏNDİRİLİB
Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94‐cü
maddəsinin I hissəsinin 5‐ci bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanununu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012–ci
il 16 oktyabr tarixli 445‐IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır: “Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19; 2001, № 12, maddə 736; 2004, № 2, maddə 57, №
3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005, № 8, maddə 686; 2006, № 12, maddə
1005; 2007, № 4, maddə 322; 2009, № 7, maddə 517, № 11, maddə 878; 2010, № 5, maddə 375;
2011, № 2, maddə 71, № 6, maddə 478) 15‐ci maddəsinin II hissəsinin dördüncü abzasında
“çıxarmaq” sözündən sonra “, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının
alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək” sözləri əlavə edilsin.
Belə ki, bu o anlama gəlir ki, artıq vəkillərin daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının
alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək hüququ qanunvericilikdə təsbit olundu.
Qeyd edək ki, bundan öncə qanunvericilikdə bu barədə heç bir göstəriş yox idi.
http://lawreform.az/index.php?module=news&name=view&id=1206&lang=az
55
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
Beynəlxalq mətbuat səhifələrindən
SONDA QAZANAN KİMLƏRDİR?
1994‐cü il 17 avqust tarixində bir çox amerikalılara
elə gəlirdi ki, onlar başqa ölkədə yuxudan oyanıblar.
Həmin gün NyuMexiko ştatında hakim Robert Skot
"McDonalds" şirkəti tərəfindən 2,86 milyon dolların
Stelli Libekin xeyrinə tutulması haqqında qərar
çıxardı. Belə ki, bu şirkətin restoranlarından birində
Robert Skota yandırılmış qəhvə verilmişdi. O zaman
çoxları danışırdılar ki, Amerika yeni məhkəmə
terroru dövrünə daxil olur və tezliklə qəzəbli istehlakçılar və onların bacarıqlı vəkillərinin dağıdıcı
məhkəmə axının ucbatından hər hansı bir bizneslə məşğul olmaq tamamilə qeyri‐mümkün olacaq.
Dünyada çoxları məhkəmənin bu qərarını təbəssümlə qarşıladı, baxmayaraq ki, bu yanmış qəhvə
ilə bağlı məsələ ilk baxışdan göründüyü kimi sadə deyildi. Lakin bir şey aydın idi ki, bundan sonra
istehlakçıların hüquqlarını pozmaq getdikcə böyük təhlükə hesabına və çox bahalıya başa gələcək.
Qəhvə işi ilə bağlı məhkəmə qərarının mümkün olması üçün Amerika məhkəmə sistemi uzun və
asan olmayan bir yol keçmişdir. 19‐cu əsrdə ABŞ‐da İngilis hüquq sistemindən irsən keçmiş
normaların tətbiqi davam edirdi. Ancaq, İngiltərədə istehlakçıların mallar və xidmətləri ilə bağlı
hüquqlarını qorumaq xeyli çətin idi. Britaniya qanunları hər satın alınmış əşyanı satıcı və alıcı
arasında olan saziş kimi nəzərdən keçirirdi və əgər qüsurlu mal bir neçə əldən keçərək hər hansı
bir zərərə səbəb olurdusa, o zaman adətən təqsirkarı tapmaq mümkün olmurdu. Əgər malların və
ya xidmətlərin istehsalçısı ilə zərərçəkmiş arasında formal bir müqavilə olmurdusa, eyni hal
təkrarlanırdı. Misal üçün, 1842‐ci ildə Vinterbottom soyadlı ingilis faytonçu poçt arabasından
yıxılmışdı. Poçta məxsus olan arabanın sazlığına cavabdeh cənab Rayt adlı birisi idi, hansı ki, öz
işinə o qədər də məsuliyyətlə yanaşmırdı. Məhz onun işinə olan laqeydliyi üzündən poçt arabası
hərəkətdə olan zaman təkərlər arabadan çıxmış, faytonçu Vinterbottom ölümdən dönmüşdü.
Yaralanmış arabaçı Raytı məhkəməyə vermiş, lakin prosesi uduzmuşdu. Çünki onların arasında
bağlanmış heç bir müqavilə yox idi.
1952‐ci ildə ABŞ‐da baş vermiş böyük olmayan məhkəmə inqilabına qədər Amerika məhkəmələri
İngilis adətlərini izləyirdilər. O zamanlar Nyu‐Yorkda cənab və xanım Tomas adlı cütlük
yaşayırdılar. Bir gün xanım Tomas xəstələnir və həkim ona zəncirotu cövhəri almağı tövsiyə edir.
Cənab Tomas dərmanı doktor Furdadan alır, hansı ki, o da bu dərmanı əczaçı Aspionalladan əldə
edib. Əczaçı Aspionalla həmin dərmanı istehsalçı cənab Vinçesterden alıb. Dərmanı qəbul edən
xanım Tomas az qalsın öləcəkdi. Səbəb isə üstündə zəncirotu yazılmış şüşə qabın içərisindəki
əslində zəncirotu yox, belladonna otu imiş. Tomaslar ailəsi Vinçesteri məhkəməyə verdilər, çünki
dərman məhz Vinçesterin fabrikində hazırlanarkən kimsə etiketləri səhv salmışdır. Vinçester isə
sübut etdi ki, onunla Tomaslar arasında heç bir alğı‐satqı müqaviləsi mövcud olmamışdır və belə
ki, Tomasların ittihamı əsassızdır. Məhkəmə əsrlərin ənənəsindən əl çəkərək, Vinçesteri günahkar
hesab etdi. Əsas da bu göstərildi ki, məhz Vinçesterin tabeliyində olan hər hansı işçinin və ya
işçilərin səhvi istehlakçının həyatı bahasına başa gələ bilər. Beləliklə, birinci dəfə belə bir nəticəyə
gəlindi ki, istehsalçı istehsal etdiyi malın təhlükəsizliyinə və keyfiyyətinə görə cavabdehlik
daşımalıdır.
Zaman keçdikcə istehsalat zəncirləri daha da mürəkkəbləşir və maldakı təhlükəli qüsurlara görə
kimin cavabdehlik daşıdığını ayırd etmək istehlakçılar üçün daha da çətinləşirdi. 1916‐cı ildə
NyuYork sakini Donald Makferson öz şəxsi "Buick" avtomobilini sürməkdən həzz alırdı, o vaxta