45
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla
bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində
vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15‐ci maddəsinin məzmununa əsasən, sosial
yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107‐2.1 və 107‐5.1‐ci maddələrinin
şərh edilməsinə dair” 16 dekabr 2011‐ci il tarixli Qərarı).
Burada, həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə
yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur.
(Konstitusiyanın 13‐cü maddəsinin III hissəsi, 29‐cu maddəsinin II hissəsi və 71‐ci maddəsinin II
hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3‐cü maddəsi)
Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa
şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu
konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun
xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi
ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin
sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı
mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil
münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna
dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən
qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun
məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya
qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən
artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında
mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1‐ci, 5‐ci və
12‐ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012‐ci il tarixli Qərarı)
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsində təsbit olunan mülkiyyət hüququ
üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1
saylı Protokolun 1‐ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi
marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna
müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri
arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,
tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi
olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 22 iyun 2004‐cü il tarixli Qərarı, §148,
150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 29 mart 2006‐cı il tarixli Qərarı, § 93)
Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun
qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil
olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli
və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə
tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi
və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə
alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq
məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini
mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının
ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında,
bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
Mənzil Məcəlləsinin 30.4‐cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə
onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma
46
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ III nömrə
bağlanmışdırsa, bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin
müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə
razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında
müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq)
ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə
zidd olmayan digər razılıq növü çıxış edə bilər.
Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi
keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da
öz növbəsində Mənzil Məcəlləsinin 30.4‐cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların
tətbiqini mümkün edir.
Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə
xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun
itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4‐cü maddəsi bir neçə halda bu hüququn
saxlanılması imkanını nəzərdə tutur.
Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və
ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin
mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış
sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus
olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla
bilər.
Mənzil Məcəlləsinin 30.4‐cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa
imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış
sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.
Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu
hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında
saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4‐cü maddəsində nəzərdə
tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən
müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət
edir.
Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması
müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə
buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə
üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların
olub‐olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan
yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının
məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür.
Beləliklə, bu Qərarda müəyyən edilmiş konstitusiya‐hüquqi mənasına uyğun olaraq Mənzil
Məcəlləsinin 30.4‐cü maddəsinin müddəaları özü‐özlüyündə yaşayış sahəsinə sahiblik, istifadə
və sərəncam vermənin hüquqi tənzimlənməsinə dair konstitusiya prinsipləri ilə uzlaşmayan və
konstitusion hüquq olan mənzil hüququnun müdafiəsini təmin etməyən norma kimi
qiymətləndirilə bilməz.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
‐ yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş
ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009‐cu il oktyabrın
1‐dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228‐ci maddəsinin, həmin tarixdən sonra yaranan
münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4‐cü maddəsinin müddəaları tətbiq edilməlidir;
‐ bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil
olunmur.
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin IV hissəsini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu