Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   ...   9   10   11   12   13   14   15   16   ...   68

41 
 
qardaşı  oğlu  Mömin  III  Vaçaqan  Albaniya  hökmdarı  seçildi  (487-
510) (136, k.1, f.23; 126, s.173).  
M.Kalankatlı  məlumat  verir  ki,  «Vaçaqan  çox  səxavətli  və 
sülhsevər insan idi. O, quruculuqla məşğul olub öz ölkəsinin əvvəllər 
kinli  Firuz  şahın  qəsb  etdiyi  bütün  diyarlarına  hakimiyyətinin  bərpa 
olunmasından  xəbərdar olsunlar deyə  fərmanlar  göndərdi  və Firuzun 
dövründə  təqib  edilmiş  ölkə  əyanlarının  ata-baba  mülkləririni 
qaytardı.  Bundan  sonra  …  çar  taxtına  şah  nəslindən  olan  Vaçaqanı 
məsləhət  gördülər. O, böyük şücaətə  malik,  müdrik, düşüncəli,  fiziki 
cəhətdən  sağlam  və  gümrah  bir  adam  idi.  O,  Yezdəgirdin  oğlu  və 
Alban çarı Vaçenin qardaşı idi» (136, k.1, f.24).  
M.Kalankatlı  məlumat  verir  ki,  «ancaq  bunların  (Arşakilər 
nəslindən  olanların  –Q.H.)  sonuncusuna,  Alban  çarı  Mömin  III 
Vaçaqana ilahi sərvət zühur edib və bu ilahi sərvət yalnız ona təqdim 
olunmuşdu»  (136,  k.1,  f.8).  Mənbə  bildirir  ki,  III  Vaçaqan  Sasani 
şahı  Balaşın  (Valarş)  vasitəçiliyi  ilə  çar  taxtına  layiq  görüldü.  O, 
xristianlığa  böyük  rəğbət  bəsləyirdi.  Bu  məqsədlə  Sasani  hökmdarı 
Balaşın  əqlinə  təsir  edərək  ölkədə  hər  kəsin  öz  istədiyi  dini  ibadətə 
icazəyə dair əmr verilməsinə nail oldu (136, k.1, f.24; 126, s.174).   
Alban  Arşakilərinin  sonuncu  hökmdarı  Mömin  Vaçaqan 
(487-510)  müstəqil  daxili  və  xarici  siyasət  yeridərək  ölkənin  siyasi 
və  iqtisadi qüdrətini  artırmaq  üçün böyük  işlər  görmüşdür (136, k.1, 
f.25-34, k.2, f.1-9). İlk dəfə olaraq V əsrdə Albaniyada dini qanunlar 
qəbul  edilmişdir.  Bu,  tarixi  ədəbiyyatda  «Albaniya  çarı  Vaçaqanın 
elan  edilən  qanunları»  adı  ilə  tanınır.  Aquendə  çağırılmış  dini 
məclisdə  (488-ci  il)  həmin qanunların  müzakirə  və qəbul edilməsini 
M.Kalankatlı  aşağıdakı  kimi  təsvir  edir:  «Albaniya  çarı  Vaçaqanın 
hakimiyyəti dövründə əhali,  yepiskoplar, keşişlər, əyanlar  və rəiyyət 
arasında  çoxlu  mübahisələr  baş  verirdi.  Buna  görə,  çar  qərara  gəldi 


42 
 
ki,  Mareri  ayının  on  üçündə  Aquendə  böyük  məclis  çağırılsın  …» 
(136,  k.1,  f.33;  126,  s.174).  III  Vaçaqan  Albaniyada  məktəblər 
açdırdı  (136, k.1,  f.25-33; 236, s.161; 296, s.100).  (Bu barədə ətraflı 
mədəniyyət  bölməsində  bəhs  olunacaq).  Dövrün  mühüm  siyasi 
hadisələrindən  biri  Bərdənin  Alban  xristian  katolikosluğunun 
mərkəzinə  çevrilməsi  idi.  M.Kalankatlı  yazır:  «Çar  Vaçaqanın 
dövründə  bütpərəstlik  əleyhinə  ciddi  tədbirlər  görüldü,  xristianlıq 
dini  xeyli  möhkəmləndirildi  və  genişləndi»  (136,  k.1,  f.25-33;  296, 
s.118).  M.Kalankatlı  bildirir  ki,  «Albaniya  katolikosluğunun  taxtı 
Çola  şəhərindən  ölkənin  paytaxtı  olan  Bərdə  şəhərinə  köçürüldü» 
(552-ci  ildə).  Böyük  Aran  vilayətindən  olan  Abas  katolikos  seçildi. 
O,  katolikos  taxtında  qırx  dörd  il  oturduqdan  və  müqəddəs  ömür 
sürdükdən  sonra  əbədiyyətə  qovuşdu»  (136,  k.2,  f.1;15,  s.43;  236, 
s.43; 296, s.127).  
Albaniya  katolikosu  Abasın  Bərdəyə  gəlməsi  ərəfəsində 
ölkədə  xristianlığın  xalkedonçuluq  təbliğatının  güclənməsi  ruhanilər 
arasında  böyük  siyasi  çaxnaşmalara  səbəb  olurdu.  Rəsmi  kilsə  – 
Alban  katolikosluğu  Bərdəyə  köçürülən  kimi,  genişlənməkdə  olan 
həmin  əhkamın  tərəfdarlarını  sıxışdıraraq  ölkədən  ucqarlara  qovdu. 
Ruhanilər  arasında  normal  münasibətlər  bərpa  edildi  (136,  k.2,  f,  1; 
296,  s.116).  Albaniyanın  siyasi,  iqtisadi  və  mədəni  mərkəzi  olan 
Bərdə  şəhəri  ölkədə  genişlənən  xristianlıq  dininin  də  mərkəzinə 
çevrildi (136, k.1, f.33).  
Mənbələrin  verdiyi  məlumata görə,  həmin  tədbirlərin  heç biri 
Albaniyanı  müdaxilələrdən  xilas  edə  bilmədi  (136,  k.2,  f.1;  126, 
s.206).  M.Kalankatlı  yazır  ki,  «bu  hadisələrdən  sonra  xəzərlər 
Albaniya ölkəsini əsarət altına aldılar…» (136, k.2, f.5).  
Albaniyanın  VI  əsr  siyasi  tarixi  Sasani-Bizans-Xəzər 
müharibələri,  münaqişələr  və  digər  mürəkkəb  hadisələrlə 


43 
 
səciyyələnir.  Dövrün  əsas  siyasi  böhranı  yenə  də  Bizansla  Sasanilər 
arasında  gedən  müharibələr  və  Xəzər  dənizinin  şimalından  tez-tez 
Albaniyaya  daxil  olan  müxtəlif  tayfaların  hücumları  ilə  bağlı  idi. 
Ölkənin  şimalını  qorumaq  mümkün  deyildi  (136,  k.1,  f.10-12). 
Həmçinin,  iri  dövlətlərin  –  Bizans  və  Sasani  dövlətlərinin  apardığı 
müharibələrin  döyüş  meydanları  çox  vaxt  imperiyaların  öz 
ərazilərindən kənarda,  işğal etdikləri  və  yaxud  işğal  etmək  istədikləri 
ərazilərdə,  o  cümlədən  Albaniya  torpaqlarında  olurdu.  Albaniya 
Sasani  şahı  I  Xosrov  Ənuşirəvanın  (531-579)  hakimiyyəti  dövründə 
həm  ictimai-siyasi,  həm də  hərbi- inzibati cəhətdən gərgin  hadisələrlə 
üzləşdi  (136,  k.2,  f.12;  126,  s.249).  Ölkə  hər  tərəfdən  olan 
hücumların  təsiri  altında  idi.  Buna  baxmayaraq  alban  arşakilər 
sülaləsi ölkənin siyasi,  iqtisadi  və  mədəni  cəhətdən  inkişafı  ilə bağlı 
mühüm  işlər  görə bilmişdir  (136, k.2,  f.12).  Həmin dövrdə  hökmdar 
ölkənin  qanunverici  şəxsi  və  baş  hakimi  idi.  O,  mülki  və  dini 
hakimiyyətin  qanunverici  və  məşvərətçi  orqanlarına  başçılıq,  eləcə 
də  ölkənin  bütün  silahlı  qüvvələrinə  komandanlıq  edirdi  (15,  s.138-
139;  295,  s.30-41;  296,  s.143).  Şəhərlərin  salınması,  bərpası,  əmin-
amanlığının  təşkili də  hökmdarların səlahiyyətinə aid  idi (295, s. 30-
41; 296, s. 62).  
Albaniya  dövləti  alban  Arsakilərinin  hakimiyyəti  dövründə 
qədim  Albaniyanın  ənənələrini  davam  etdirirdi.  Həmin  dövrdə 
Albaniya öz müstəqilliyini qoruyub saxlayan suveren dövlət idi (126, 
s.250;  295,  s.30-41).  Sasanilərlə  Bizans  arasında  davam  edən 
müharibə (571-591) 591-ci il müqaviləsi ilə başa çatdı (136, k.2, f.7).  
Sasanilər  VI  əsrdə  Albaniyada  yerli  çar  sülaləsinin  hakimiyyətini 
ləğv  etdilər.  I  Xosrov  Ə nuşirəvanın  inzibati  islahatı  nəticəsində 
Sasanilər  imperiyası dörd canişinliyə bölündü. Cənubi Qafqaz, eləcə 
də  Albaniya  şimal  canişinliyinə  –  Qafqaz  qrupuna  daxil  edildilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə