Qasim haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31873
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

68 
 
Cavanşirin qəfləti ölümü ölkədə vəziyyəti xeyli gərginləşdirsə 
də çox keçmədən ölkənin ağsaqqalları, valiləri, hakimləri  və əyanları 
hakimiyyətə  Cavanşirin  Bizans  imperatoru  tərəfindən  konsul  və 
patrik  rütbələrinə  layiq  görülmüş  Varaz-Peroz  adlı  qardaşının  oğlu 
knyaz Varaz- Trdatı (681-688) seçdilər (136, k.2, f.38; 295, s.41).  
M.Kalankatlı  bildirir  ki,  «öz  müdrikliyi,  ağlı,  qayğıkeşliyi  ilə 
tanınmış  Varaz-Trdat  ölkəni  sərhədləri  daxilində  özünə  tabe  etdi  və 
«şanlı  paytaxtını» –  Bərdəni ələ keçirdi» (136, k.2,  f.38). Akademik 
Z.M.Bünyadov  mənbəyə  əsaslanaraq  qeyd  edir  ki,  Varaz-Trdat 
Albaniya  taxtına  xəzərlərin  681-ci  ilin  yayındakı  hücumu  vaxtında 
(680 və ya 681-ci ildən 688-ci ilə qədər), ehtimal ki, 681-ci ildə sahib 
olmuşdur  (bax136,  s.225).  Qaynağın  məlumatına  görə,  hün 
sərkərdəsi  Alp  İlitver  Cavanşirin  qəsdən  öldürüldüyünü  nəzərdə 
tutaraq  intiqam  almaq  məqsədilə  Qafqaz  dağı  ətəklərindəki 
vilayətləri  talan  etmişdir.  M.Kalankatlıya  görə,  «O  (Alp  İlitver  – 
Q.H.), öz böyük, şəxsi dəstəsilə düzənlikləri aşaraq Kür çayını keçdi 
və  Uti  vilayətinə  daxil  olaraq,  buradakı  insanları  öz  mal-qarası  ilə 
birlikdə  əsarətə  aldı.  Sonra  onlar  qayıtdılar  və  Lping  yaxınlığında 
olan düzənlikdə düşərgə saldılar» (136, k.2, f.38).  
M.Kalankatlı  bu  barədə  məlumat  verir:  «böyük  katolikos  Yelizarı 
hunlar  padşahının  yanına  göndərdi  ki,  onun  vasitəsilə  padşaha  öz 
həqiqi  itaətini  və  məhəbbətini bildirsin  və desin ki, o, bu  məhəbbəti 
ona  sevimli  qardaş  olduğu  üçün  bəsləyir,  ona  çatdırsın  ki,  biz 
albanların  Cavanşirin  ölümü  ilə  əlaqəsi  yoxdur  və  bu  ağır  cinayət 
alçaq  və  mənfur  bir  adamın  əlilə  icra  olunub»  (136,  k.2,  f.38). 
Beləliklə,  Yelizar  Xəzər  xaqanını  inandırdı,  Xəzər  qoşunlarının 
Albaniya ərazisindən çıxıb öz ölkələrinə qayıtmasına  nail oldu (136, 
k.2, f.38).  


69 
 
M.Kalankatlı  yazır:«Bu  vaxtdan  mömin  şah  Varaz-Trdatın 
nüfuzu  gündən-günə  etibarlı  oldu.  O,  ərəblərin  qüdrətli  və  əzəmətli 
hökmdarlarından ən  yüksək rütbələrə  layiq  görülüb, onun  tərəfindən 
Şərq  diyarlarının  canişini,  bütün  Albaniyanın  və  Uti  vilayətinin 
hökmdarı  hüququnu  almışdır.  Varaz-Trdat  hamıya  qalib  gəlib  və 
hamını  özünə  tabe  edib,  ona  tabe  olan  torpaqları  həvəslə  və  əzmlə 
idarə  edirdi»  (136,  k.2,  f.38).  Belə  bir  vəziyyətdə  hunlarla 
münasibətləri qaydaya salmağa böyük  ehtiyac  var  idi.  Buna  görə də 
Albaniyanın  şahı  Varaz-Trdat  yepiskop  İsraili  hunlar  ölkəsinə  elçi 
göndərdi. M.Kalankatlı yazır ki, İsrail və onunla getmiş şəxs «Firuz- 
Qubad  (Bərdə  –  Q.H.)  şəhərindən  çıxaraq,  Kür  çayını  keçib 
Albaniyanın  sərhəddini  aşdılar  və  səfərin  on  ikinci  günündə  Lpinq 
şəhərinə  çatdılar…»  (136,  k.2,  f.41).  Din  xadiminin  orada  yaxşı 
qarşılanması  və  göstərilmiş  münasibət  səfərin  əsas  məqsədini  həll 
etdi.  Albaniyada  nisbi  sakitlik  yarandı.  Xristianlığa  rəğbət  göstərən 
Hunlarla  dini  əlaqələr  yaradılaraq  yalnız  vergi  toplamaqla 
kifayətlənmək üçün razılıq əldə edildi (136, k.2, f.42; 295).  
M.Kalankatlı  göstərir  ki,  «Xursanın  Albaniyaya  qayıdan 
iltiqini  və  Çat  Xəzər  ölkə  paytaxtı  Bərdə  şəhərinə  gəldikdə  Varaz-
Trdat  və  katolikos  Yelizarla  görüşüb  yenə  də  xahiş  etdilər  ki, 
yepiskop  İsraili  onların  ölkəsinə  buraxsınlar…  «(136,  k.2,  f.47). 
Beləliklə,  Varaz-Trdat  İsrailə  Xəzər  xaqanlığı  ilə  Albaniya  arasında 
vasitəçi olmağa  icazə  vermişdi (136, k.2,  f.43). Aparılmış danışıqlar 
və  alınmış  nəticələr  əsərdə  dini  münasibətlər  və  bir  qədər 
şişirtmələrlə  izah  edilsə  də,  hər  halda  məlum  olur  ki,  Albaniya 
hökmdarları  ağıllı  siyasət  yeritməklə  ölkəni  bir  çox  fəlakətlərdən 
xilas etməyə çalışır, çox vaxt buna nail olurdular.   
Artıq  VII  əsrin  axırlarında  Albaniyanın  ümumi  siyasi 
vəziyyəti  gərgin  idi. Ərəblərin qoyduğu ağır vergilər,  xəzərlərin ölkə 


70 
 
daxilinə  tez-tez  müdaxiləsi,  bizanslıların  hərbi  yürüşləri  həmin 
dövrün siyasi səciyyəsidir.  Xəlifə Əbdü-l-Məlik  ibn Mərvanın (685-
705)  canişini  Albaniya  şahlarının  rütbələri  əsasında  siyahı  düzəldib 
xəlifə  divanına  təhvil  vermişdi  (136,  k.2,  f.8).  M.Kalankatlının 
verdiyi  məlumata  görə,  «Sasani  şahlığı  tamamilə  tənəzzülə 
uğradıqdan 
və 
Cənubi 
taciklər 
(ərəblər) 
qəbiləsinin 
qüvvətlənməsindən  sonra,  onların  qoyduğu  vergilər  bütün  dünya 
üçün,  xüsusən  Şərq  ölkələri  üçün  çox  ağır  oldu.  Şah  Varaz-Trdat 
vergini  üç  dövlətə  –  xəzərlərə,  taciklərə  (ərəblərə)  və  romalılara 
(bizanslılara)  verirdi. Lakin ən ağır boyunduruq  romalılar  tərəfindən 
idi,  çünki  Varaz-Trdat  üç  oğlu  ilə  birlikdə  imperator  tərəfindən  çar 
paytaxtı Konstantinopolda saxlanmışdı» (136, k.2I,  f.8). İmperator II 
Yustinian  və  xəlifə  Əbdü-l-Məlik  arasında  təxminən  685-ci  ildə 
bağlanılmış  sazişə  görə,  Qafqaz  ölkələrindən  yığılan  vergilər 
Xilafətlə  Bizans  imperiyası  arasında  bölünürdü  (136,  k.2,  f.10;  15; 
126;  174).  Varaz-Trdatın  hakimiyyət  illərindən  başlayaraq  Albaniya 
da  başqa  Şərq  ölkələri  kimi,  vergiləri  ərəblərə  verməyə  başladılar 
(136,  k.2,  f.10).  Bu,  ərəb  işğallarının  başa  çatdırılması  ilə  əlaqədar 
idi.  Z.M.Bünyadov  qeyd  edir  ki,  «əhali  ərəb  istilaçılarının 
Azərbaycana  gəlməsini  illər  boyu  davam  edən  zülm  və  əzablardan 
xilas olmaq imkanı hesab edirdi.  
Ərəblər  dövründə  (hər  halda  Əməvilər  hakimiyyəti 
başlayanadək)  kəndlilərin  vəziyyəti  əvvəlkinə  nisbətən,  bir  qədər 
yaxşılaşmışdı, çünki ərəblər  yalnız  vergi  və  töycüləri  yığır, ölkələrin 
daxili  həyatına  qarışmırdılar,  öz  dini  əqidələrində  və  dini  ayinlərini 
icra etməkdə onlara sərbəstlik verirdilər» (15, .86).  
Digər  tədqiqatçılar (N.V.Piqulevskaya, P.K. Cuze)  göstərirlər 
ki,  ərəblərin  işğal  etdikləri  ölkələrdə  sonrakı  onilliklərdə  ağır  vergi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə