Qarabağda həlak olmuş şə


Dövlət və hüquq nəzəriyyəsi



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə197/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   193   194   195   196   197   198   199   200   ...   205

Dövlət və hüquq nəzəriyyəsi 

saf prinsipi»ndən çıxış edərək, dövləti 

«hüquqi qanunlara

 tabe olan 

çoxlu  insanlardan  təşkil  olunmuş  birlik»  kimi  şərh  etmişdir.  Klassik 

alman fəlsəfəsinin banisi «Əxlaq metafizikası» adlı məşhur əsərinin 

«Hüquq  haqqında  təlimin  metafizik  əsasları»  hissəsində  konkret 

olaraq  yazır:  «Dövlət  (civitas)-hüquqi  qanunlara  tabe  olan  çoxsaylı 

insan birliyidir».'' 

Kant ali hakimiyyətin hüquqa məxsus olmasını zəruri hesab edir 

və  bunu  belə  əsaslandırmağa  çalışırdı  ki,  dövlət  özünün  çoxsahəli 

fəaliyyətində yalnız və yalnız hüquqa əsaslanmalı, bütün fəaliyyətini 

hüquqla razılaşdırmalıdır. Kanta görə, ümumi hüquqi qanun belə tələb 

edir;  «zahirən  elə  hərəkət  et  ki,  sənin  istəklərinin  azad  ifadəsi  hər 

kəsin  ümumi  qanundan  irəli  gələn  azadlığına  uyğun  olsun».2  O, 

həmçinin hesab edirdi ki, bəşəriyyət üçün ən mühüm məsələ «ümumi 

hüquqi vətəndaş cəmiy- yətiy>

 səviyyəsinə yetişməkdir. 

Göründüyü  kimi,  Kant  «hüquqi  dövlət»  anlayışından  istifadə 

etməsə  də  «hüquqi  dövlət  quruluşu»,  «hüquqi  qanunlar»,  «hüquqi 

vətəndaş cəmiyyəti» anlayışlarına müraciət edir. 

Kant bildirirdi ki, qanunverici hakimiyyət yalnız xalqın birləşmiş 

iradəsinə  məxsus  ola  bilər.  Cəmiyyətin,  yəni  dövlətin  qanunvericilik 

üçün  birləşmiş  üzvləri  vətəndaş  hesab  olunurlar.  Bu  statusun 

mahiyyətindən ayrı olmayan hüquqi atributlar isə bunlardır: qanunla 

müəyyənləşmiş  qaydada  hər  kəsin  özünün  razılıq  verdiyi 

qanunlardan başqa heç bir qanuna tabe olmamaq azadlığı; vətəndaş 

bərabərliyi;  vətəndaş  sərbəstliyi.  Lakin  vətəndaşlar  qanunvericilik 

qaydasında müəyyənləşən qanunlara razılıq versələr də, qanunların 

hamısı  hər  bir  halda  azadlığın  təbii  qanunlarına  uyğun  olmalı, 

həmçinin  bərabərliyi  inkar  etməməlidir.  Beləliklə,  Kant  vətəndaşın 

azadlığını  yalnız  onun  özünün  razılıq  verdiyi  qanunlara  tabe 

olmasında görürdü. Hər bir vətəndaş 

'  Кант  Иммануил. 

Собрание  сочинений  в  всеми  томах.  Том  6.  М., 

1994, 5.344. 

Кант Иммануил. 



Собрание сочинений в всеми томах. Том 6. 8.254. 

591 


ilqar Məmmədov 

həmin  qanunlara  digər  vətəndaşlarla  birlikdə  qanunvericilik 

sahəsində  ifadə  etdikləri  iradə  vasitəsilə  razılıq  verir.  «Azadlıq 

qanunu»na  görə,  dövlətin  başçısı  xalqın  özü  ola  bilər.  Bununla 

bərabər,  Kanta  hesab  edirdi  ki,  xalqın  dövlətin  başçısı  kimi  özünə 

münasibəti  hakimiyyətin  üçlüyə:  1)  qanunverici,  2)  icra  və  3) 

məhkəmə  hakimiyyətlərinə  bölünməsində  ifadə  olunur.  Kant 

respublikanı azadlıq şərtlərinə cavab verən yeganə dövlət quruluşu 

hesab edir»."' 

Əgər Kant hüquqi qanunları və hüquqi dövləti şüurun tələbi kimi 

çıxış  edən  və  rəhbər  tutulması  vacib olan  ideal-nəzəri  konstruksiya 

hesab  edirdisə,  klassik  alman  fəlsəfəsinin  digər  məşhur 

nümayəndəsi Hegelə görə, belə bir dövlət həqiqidir, yəni insanların 

həyatında  şüurun  praktiki  olaraq  realizə  olunmasını  ifadə  edən  bir 

gerçəklikdir. Şüurdan irəli gələn bu gerçəklik ideya olsa da o, idealla 

dəyişik salınmamalıdır. 

Hegel  yazır  ki,  hüquq  azadlığın  gerçəkliyidir.  Dövlətin  özü  də 

hüquqdur, məhz konkret və daha çox inkişaf etmiş, məzmunca daha 

zəngin olan hüquq. Çünki o, öz varlığı ilə fərdə, insanların təşkil etdiyi 

ailələrə  və  cəmiyyətə  verilən  hüququ  ehtiva  edir,  ictimai  həyatın 

dövlətlə  təşkilatlanması  nəticəsində  hər  şey  hüquqi  əsas  üzərində 

qurulur,  insanın  yüksək mənəvi  dəyərləri  də  məhz  dövlətdə,  dövlət 

vasitəsilə realizə olunur. Vətəndaş cəmiyyəti dövlətdə müəyyənləşən 

hüquqi təsisatlar vasitəsilə ayrı-ayrı şəxslərin maraqlarını təmin edir, 

onların mülkiyyətini və ictimai qaydanı qoruyur. 

Təbii  ki,  Hegel  etatistdir  (etatizm,  dövləti  ictimai  inkişafın  ali 

məqsədi  və  nəticəsi  hesab  edən  siyasi  cərəyandır).  Lakin 

V.A.Çetverninin yazıdığı kimi o, «hüquqi etatistdir». O, məhz hüquqi 

dövlət kimi xarakterizə edilən dövləti tərif edir, fərdlərin və cəmiyyətin 

hüququnu da dövlətə ona görə tabe edir ki, dövlət hüquq xarakterli 

bütöv  bir  sistem  kimi  məzmunca  daha  zəngindir  və  həmin  sistem 

azadlığın  həyata  keçdiyi,  reallaşdığı  mühitdir.  Ona  görə  də,  dövlət 

azadlığın daha çox inkişaf etmiş gerçək- 

' Асмус В.Ф. Иммануил Кант. M., 1973, s. 96. 



592 


Dövlət və hüquq nəzəriyyəsi 

liyidir.  Dövləti  həddindən  artıq  öydüyunə  görə  K.Popper  də  daxil 

olmaqla  bir  çoxları  Hegeli  totalitarizmin  fikir  atalarından  biri  hesab 

edir.  Əslində  isə  Hegelin etatizmi  bütün  növ  totalitarizmdən  radikal 

şəkildə  fərqlənir.  Onun  hüquqi  dövləti  birmənalı  şəkildə  və  birbaşa 

özbaşınalığa, xüsusi şəxslər və dövlət hakimiyyəti tərəfindən həyata 

keçirilən  məcburiyyət  tədbirlərinin  bütün  qeyri-  hüquqi  formalarına 

qarşı  yönəlmiş  bir  dövlətdir.  Buna  görə  də  Hegelin  etatizmi 

totalitarizmə qarşıdır. 

Hüquqi dövlət ideyasının «atası» Kant hesab olunsa da, müasir 

alman tədqiqatçıları göstərirlər ki, «hüquqi dövlət» anlayışını ilk dəfə 

1813-cü ildə K.T.Velker işlətmiş, 1824-cü ildə İ.X.Frayxer fon Aretin 

öz əsərində həmin anlayışdan istifadə etmiş və yalnız 1829-cu ildə 

Robert fon Mol «hüquqi dövlət» anlayışından siyasi və hüquqi elmlər 

sahəsində  geniş  şəkildə  istifadə  edilməsinə  yol  açmışdır.  Həmin 

müəlliflər  hesab edirdilər ki,  hüquqi  dövlət  konkret bir  dövlət  tipidir. 

Robert  fon  Mol,  həmçinin  hüquqi  dövləti  patriarxal  dövlətə, 

teokratiyaya və despoti- yaya qarşı qoyur və göstərir ki, bu dövlət ilk 

növbədə  polis  (jandarm)  dövlətinə  əks  reaksiya  kimi  meydana 

gəlmişdir.’’ 

A.N.Sokolov  etibarlı  mənbələrə  istinadən  yazır  ki,  istər 

Almaniyada,  istərsə  də  Rusiyada  tədqiqatçıların  bir  çoxu  yanlış 

olaraq belə hesab edirlər ki, «hüquqi dövlət» anlayışı ilk dəfə 1832-ci 

ildə Tyubingem universitetində çalışan hüquqşünas-alim Robert fon 

Mol tərəfindən işlədilmişdir. Lakin R.Molun özü də açıqlayır ki, o, bu 

anlayışı başqalarının əsərindən götürüb istifadə etmişdir. 

XIX  əsrin  birinci  yarısında  Almaniyada  hüquqi  dövlət  polis 

(jandarm) dövlətinin (başqa cür desək polis rejiminin) tam əksi hesab 

edilirdi. «Polis dövləti» anlayışı Almaniyada, məhz bu dövrdə geniş 

istifadə  edilməyə  başlamışdır.  O,  hüquqla  «pərdələnmiş» 

özbaşınalığın sinonimi hesab edilirdi. Belə bir fikir geniş yayılmışdır ki, 

hüquqi dövlət polis dövlətindən doğaraq 

’ Соколов A.H. Правовое государство: от идеи до ее материа 

лизации. S.34, 45-46. 



593 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə