Qarabağda həlak olmuş şə



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə198/205
tarix31.08.2018
ölçüsü5,01 Mb.
#66071
1   ...   194   195   196   197   198   199   200   201   ...   205

ilqar Məmmddov 

onun antipoduna çevrilmişdir. Buna görə də, Robert fon Mol hüquqi 

dövləti  polis  dövlətinə  qarşı  yönələn  reaksiyadan  irəli  gələn  «əqlin 

dövləti» hesab edirdi. 

Həmin dövrdə Almaniyada hüquqi dövlət barəsində formalaşmış 

nəzəri  fikrin  əsas  müddəalarında  onun  aşağıdakı  xarakterik 

xüsusiyyətlərə malik olduğu göstərilir: 

1.

 



Dövlət  tanrının  iradəsilə  yaranan  və  ilahi  nizamı  özündə 

təcəssüm  etdirən  təşkilat  deyil,  o,  ümumilikdə  hamının,  həmçinin 

ayrı-ayrılıqda hər bir kəsin maraqlarına uyğun gələn yaşayış tərzidir. 

Dövlət  nizamının  əsasını öz  taleyini  sərbəst surətdə  həll edə  bilən, 

digərləri  ilə  bərabər  hüquqlara  malik  olan  azad  fərd  və  onun  yer 

üzərindəki  həyatı  ilə  bağlı  olan  maraq  və  məqsədləri  təşkil  edir. 

İnsanın  fövqəltəbii  yönümlü  maraqları  və  fəaliyyəti,  mənəviyyat 

sahəsi və din hüquqi dövlətin səlahiyyətlərindən kənarda qalır. 

2.

 

Dövlətin 



məqsəd 

və 


vəzifələri  şəxsin 

azadlığının, 

təhlükəsizliyinin, özünü inkişaf etdirmək imkanlarının təmin edilməsi, 

mülkiyyətinin qorunması ilə məhdudlaşır. 

3.

 

Dövlət  hakimiyyətinin  təşkili  və  onun  fəaliyyəti  əqlin 



prinsiplərinə  uyğundur.  Onlara,  ilk  növbədə,  əsas  vətəndaş 

hüquqlarının  tanınması,  mülkiyyətin  təminatı,  məhkəmələrin 

müstəqilliyi, hökumətin məsuliyyət daşıması, qanunların hakimiyyəti 

(aliliyi),  nümayəndəlilik  institutunun  mövcudluğu  və  xalqın 

qanunverici hakimiyyətdə iştirak etməsi ilə əlaqədar olan prinsiplər 

aiddir.'' 

Liberalizmin inkişafının ilk dövrlərində hüquqi dövlət ideyasının 

konkretləşməsi  baxımından  qanun  anlayışı  mühüm  rol  oynamışdır. 

Həmin dövrdə qanun anlayışı maddi və prosessual əlamətləri özündə 

birləşdirən, xalqın verdiyi razılığa görə həyata keçirilən və formallıq 

xüsusiyyətinə  malik  olan  ümumməcburi  universal  norma  kimi 

təsəvvür edilirdi. Bu cür başa düşülən qanun inzibati aparat üçün də 

ümumməcburi hesab olunurdu. 

' Соколов A.H. Правовое государство: от идеи до ее материа 

лизации. S. 46-47. 

594 



Dövlət və hüquq nəzəriyyəsi 

Onu  da  qeyd  etməliyik  ki,  hətta  yeni  dövrdə  də  hüquqi  dövlət 

ideyası düz bir xətt üzrə inkişaf etməmişdir. Belə ki, XIX əsrin ikinci 

yarısında  hüquqi  dövlət  ideyasının  «formal»  səviyyəyə  reduksiya 

edilməsi  nəticəsində  hüquqi  dövlət  hüquqiliyi  formal  qanunlar 

vasitəsilə müəyyənləşən dövlət kimi yox, «formal hüquqi dövlət» kimi 

şərh edilməyə başlamışdır. 

Bu  məsələdə  mühüm  rol  oynamış  konservativ  filosof  Fridrix 

Yulius  Ştal  öz  mühazirələrində  deyirdi  ki,  dövlət  hüquqi  dövlət 

olmalıdır.  Dövlət  hüququn  köməyi  ilə  öz  fəaliyyətinin,  həmçinin 

vətəndaşların azadlıq sahəsinin hüdudlarını dəqiq müəyyənləşdirməli 

və  dövlət  borcu  kimi  hüquq  sahəsi  ilə  müəyyənləşən  çərçivədə 

mənəvi  ideyanı  həyata  keçirməlidir  (onun  həyata  keçirilmə 

məcburiyyətini  təmin  etməlidir).  Lakin  bunlar  dövlətin  məqsəd  və 

məzmunu deyil, onun növünü və xarakterini müəyyənləşdirməlidir. 

Göründüyü  kimi,  Ştalı  maraqlandıran  dövlətin  məqsəd  və 

məzmunu  yox,  dövlətdə  hakimiyyətin  hansı  formada  həyata 

keçirilməsi məsələsidir. 

Ştaldan  sonra  onun  fikirlərini  Rudolf  fon  Qneyst  inkişaf 

etdirmişdir.  Qneystə  görə,  hüquqi  dövlətdə  dövlət  idarəetməsi 

qanunlar çərçivəsində həyata keçirilir. Lakin bu zaman qanunlar icra 

hakimiyyətinin  həyata  keçirdiyi  fəaliyyətin  məzmununu  yox, 

hüdudlarını  və  çərçivəsini  təşkil  edir.  Bundan  əlavə,  hüquqi  dövlət 

idarəetmə  zəncirinin  həlqələrini  özünüidarəetmə  formasında  təşkil 

edir.  Belə  bir  özünüidarəetmə  yerli  dövlət  məsələləri  həll  edilərkən 

dövlətin müəyyənləşdirdiyi qanunlara uyğun qaydada əhalinin dövlət 

qurumlarında  iştirak  etməsi  ilə  ifadə  olunur.  Bununla  da,  ictimai 

qüvvələr  yerli  Və  regional  səviyyələrdə  dövlətlə  təşkilatlanmış 

qaydada aktiv əməkdaşlıq edə bilirlər. Qneystə görə, hüquqi dövlət 

ideyasının həyata keçməsi, ilk növbədə, möhkəm inzibati qanunların 

tətbiqinə əsaslanır. 

F.Y.Ştala  və  R.fon  Qneystə  yaxın  mövqedən  çıxış  edən  XIX 

əsrin tanınmış alman hüquqşünas alimləri Otto Ber, L.fon Şteyn, 

O.Mayer hüquqi dövləti inzibati sistemin qanunla bağlı olması, qanun 

pozuntusuna  yol  verən  məmurların  öz  əməllərinə  görə  məsuliyyət 

daşıması və bu kimi bir sıra prinsiplərə riayət edən. 



595 


ilqar Məmmədov 

konstitusion  əsası  olan  inzibati  hüququ  inkişaf  etmiş  dövlət  kimi 

xarakterizə edirdilər. Onların fikrincə, hüquqi dövlətin mövcudluğu, ilk 

növbədə,  inzibati  sistemin  həyata  keçirdiyi  fəaliyyətin  hüquqi 

cəhətdən nizamlanması və məhkəmənin nəzarətində ola bilməsi ilə 

bağlıdır. 

Dövlət  və  hüquq  haqqında  bu  cür  görüşlər,  konsepsiyalar  XIX 

əsrin ikinci yarısında hüquqi pozitivizmin formalaşmasına və inkişaf 

etməsinə  yaxından  təsir  göstərmişdir.  Həmin  konsepsiyalarda 

hüquqi dövlətin formal-hüquqi izahı verilmiş, nəzəri-hüquqi və fəlsəfi 

yöndən  izah  edilməsinə  isə  bir  o  qədər  də  böyük  əhəmiyyət 

verilməmişdir.  O  dövrdə  Q.Meyer  və  Q.Anşyus  tərəfindən 

hazırlanmış  Almaniyanın  dövlət  hüququna  aid  dərslikdə  deyilir  ki, 

hüquqi dövlət ədliyyənin və inzibati sistemin təbəələrə münasibətini 

elə  bir  hüquqi  qaydaya  salır  ki,  bunun  nəticəsində  həmin  sistemin 

nümayəndələri  qanunlara  zidd  hərəkət  etməyə  cürət  etmir  və 

təbəələrin  azadlığına  da  yalnız  qanunun  icazə  verdiyi  dərəcədə 

müdaxilə edirlər.'’ Buradan da görünür ki, həmin bu mövqedən çıxış 

edən  hüquqşünas  alimləri  qanunların  humanist  dəyəri,  mahiyyəti 

maraqlandırmır,  onlar  hüquqi  dövlət  barəsində  formal-hüquqi 

xarakterli bir təsəvvür formalaşdırmağa üstünlük verirlər. 

XIX  əsrin  ikinci  yarısı,  XX  əsrin  əvvəllərində  Avropada  hüquqi 

pozitivizmi  K.Gerber,  D.Daysi,  G.Yellinek,  R.Yerinq,  N.Korku-  nov, 

P.Laband,  A.Esmen  və  s.  məşhur  hüquqşünas  alimlər  təmsil 

edirdilər.  Hüquqi  pozitivizm  konsepsiyalarının  əsas  məğzini  dövlət 

hakimiyyətinin  pozitiv  hüquqla  məhdudlaşması  ideyası  təşkil  edir. 

Hüquqi  pozitivizmin  nümayəndələri  hüquqla  qanun  arasında  fərq 

qoymurlar. Onlar hüququn nə olduğunu müəyyənləşdirərkən yalnız 

dövlət  tərəfindən  müəyyənləşən  və  müdafiə  olunan  normalarla 

(hüquq normaları ilə) məhdudlaşırlar. Onların fikrincə, hüquq özündə 

yalnız dövlət tərəfindən müəyyənləşən hüquq normalarını əks etdirir 

və dövlətin həyata keçirdiyi hüquq- yaradıcılığının nəticəsi kimi çıxış 

edir. Buna görə də, hüquqi döv- 

’ Соколов A.H. Правовое государство: от идеи до ее материа 

лизации. S. 57. 

596 



Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə