Qadin-kisi munasib?TL?RI



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix16.11.2017
ölçüsü201,87 Kb.
#10443
1   2   3   4   5   6   7

 

13

52. Daha çox qadının yüksək vəzifələrə cəlb olunması; 



53. Yerlərdə seminar və konfransların təşkil edilməsi. 

Yuxarıda qeyd olunduğu kimi, qadın probleminin həlli üçün yeni iş yerlərinin 

açılmasının zəruriliyi xüsusi vurğulanır. Bir qism repsodent isə, qeyd edir ki, 

respublikada fəaliyyət göstərən Əmək 

və  məşğulluq idarələri, eyni zamanda, Əl Oyunları Sarayında  əmək 

yarmarkalarının yaradılması  əhalinin müəyyən hissəsinin işlə  təmin olunmasına və 

işsizlər ordusunun azalmasına şərait yaratmışdır. 

Respublika  əhalisinin yarıdan çoxunu təşkil edən, bütün sahələrdə yüksək elmi 

biliyə, təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan qadınlarımızdan hüquqi-

demokratik dövlət quruculuğu işlərində daha səmərəli istifadə olunmalıdır. Çünki qadın 

cəmiyyətin aparıcı qüvvələrindən biridir. Qadınlar cəmiyyətin sabit inkişaf dinamikasının 

ləyaqətli zəmanətçiləridir. Məhz qender bərabərliyi məsələsi elə bu məqamda 

kəskinliklə önə  çıxır.  Birincisi,  təhlil edilən statistik məlumata  əsasən qender tarazlığı 

baxımından qeyd olunan rəy, istiqamət və fikirlərin müəyyən təkliflərlə hökumətə qeyri-

dövlət qadın təşkilatları  tərəfindən təqdimi ardıcıl xarakter daşımalı, ikincisi, təkliflərin 

reallaşmasına nəzarət olmalıdır. Respublikada fəaliyyət göstərən qadın təşkilatlarının 

yeniyetmə qızlarla xüsusi proqramlar çərçivəsində - məktəblər, ali və orta ixtisas tədris 

ocaqları  və s. - iş aparması labüddür. Yeniyetmə  qızların problemlərinin həlli, onlara 

qayğının artırılması, təlim - tərbiyə  işinin düzgün təşkili mənəvi böhranın qarşısını 

almalıdır. Bu günkü qız, sabahkı anadır, mənəviyyat və kamillik də sabahın timsalında 

özünü göstərəcəkdir. Respublikamızda qadınlara qarşı təzyiq varmı? Əgər varsa, hansı 

formadadır? Altıncı sual məhz belə idi. "Həyatınızda qadına qarşı  nə kimi təzyiqlərin 

şahidi olmusunuz?". Sorğu aşağıdakı şəkildə cavablandınlmışdır: 

 

Cədvəl 6 

Ərazi 


Fiziki 

Mənəvi  Digər 

formada 

Cavab 


verməyənl

ər 


Cəmi 

Masallı  19,5 

51,3 

9,7 


19,5 

100 


Ağsu-

Göyçay 


zonası 

44 


54 



100 

Zaqatala  20 

78 





100 

"Qadın 


və 

hüquq" 


Kon 

fransı 


Bakı 

22,9 


 

 

24,1 



71,4 

 

 



52,5 

5,7 


 

 

23,3 



 

 



0,1 

100 


 

 

100 



Yekun 

26,1 


61,3 

8,3 


4,3 

100 


 

* Cavablar faizlə verilib. 

 

Cədvəldən göründüyü kimi, qadınlara qarşı edilən təzyiqlər,  əsasən, mənəvi 



xarakter daşıyır - 61,3%, fiziki zorakılıq isə 26,1%-dir.  Əlbəttə,  əsrin  əvvəlində bu 

nəticələr tərsinə idi. Lakin, zaman keçdikcə, insana, o cümlədən, qadına qarşı edilən 

təzyiq metodları  dəyişməyə, fiziki zorakılıqdan mənəvi zorakılığa doğru yön almağa 

başladı. Son illər ərzində isə, ictimai - siyasi mühitin, cəmiyyətin quruluşunun tez - tez 

dəyişməsi, müharibə şəraitinin olması digər təzyiq formasını da yaratdı. Ər, qardaş, ata 

itkisi, şəhid vermək, tənha qalmaq, ailəyə başçılıq etmək, qadını çətin bazar iqtisadiyyatı 




 

14

ilə üzbəüz qoydu. Digər tərəfdən, bürokrat idarə başçılarının "sənin kişini mənmi 



öldürmüşəm" tipli soyuq münasibəti onları çətin vəziyyətə saldı. Buradaca, əsasən, Bakı 

şəhərindəki qadınların cavablarındakı bir məqamı qeyd etmək yerinə düşərdi: ərinin (və 

yaxud atasının, qardaşının) ictimai - siyasi görüşlərinə görə mənəvi təzyiqlərlə üzləşirlər. 

Bu sorğunu 13 istiqamətdə qruplaşdırmaq olar: 

1. Qadınların eksəriyyətinin hüquqlarının məhz  ərləri tərəfindən fiziki zorakılığa 

məruz qalması; 

2. Cəmiyyətdə psixoloji (gizli) cəhətdən qadının rolunu alçaldan stereotiplərin 

olması; 


3. Həyatın bütün sahələrində (yaşamaq, yaradıcılıqla məşğul olmaq və s.) maddi 

çətinliklərlə, təzyiqlərlə üzləşmələri; 

4. Qadınların (uşaqların, qocaların) əsir alınması: 

a) namus və ləyaqətin tapdalanması; 

b) bugünədək əsir qadınların azad olmaması;  

v) milli mentalitet və ona münasibət məsələsi; 

q)  əsirlərin taleyi ilə  əlaqədar xüsusi dövlət və qeyri-dövlət qurumlarının birgə 

Qətnaməsinin qəbul edilməsi; 

5. Diderginlik, qaçqınlıq kimi çətinliklərlə üzləşməsi; 

6. Qadını döyməklə incidən kişilər üçün xüsusi Qanunun hazırlanması; 

7. Boşanmalar zamanı üstünlüyün təkcə qadına verilməməsi: 

a) eyyaşlığa, əxlaqsızlığa görə; 

b) ağır ruhi xəstəliklərə görə; 

8. İqtisadi vəziyyətin ağırlaşması ilə əlaqədar ailələrin dağılması; 

9. Qızların erkən yaşlarından ərə verilməsi: 

a) buna xüsusi nəzarətin və yerli əlaqədar təşkilatların məsuliyyətinin artırılması; 

b) saxta kəbin kağızlarının kəsilməsi; 

v) evlənməyin rəsmiləşdirilməsinə məsulliyyətin artırılması; 

10. Qadınların hamiləlik dövründə problemlərlə rastlaşması; 

11. Qadınların reproduktiv sağlamlıqla  əlaqədar hüquqlarının respublika 

qanunvericiliyində təsbit olunması; 

12. Qadın jurnalistlərə qarşı təzyiqlərin olması; 

13. Maarifləndirmə ilə əlaqədar təbliğatın gücləndirilməsi. 

Ailə münasibətlərinin inkişaf dialektikası ziddiyyətlərlə xarakterizə olunur. İxtilaflar 

adətən, müxtəlif təzyiqlər, təsirlər və vasitələrlə meydana çıxır. Repsodentlər ailə daxili 

təzyiqlərin,  əsasən, boşanma ilə  nəticələnməsini xüsusi qeyd edirlər. Həmçinin, dini 

nigahın rəsmiləşdirilməsini, boşanmalar zamanı fiziki təzyiqlərin barışıq yolu ilə 

tənzimlənməsini qeyd edirlər. Burada bir maraqlı  cəhəti də qeyd edək ki, qadın da öz 

davranış  və  rəftarı ilə  əksər vaxtlarda kişiyə  mənəvi təzyiq göstərir. "Öz şəxsiyyətimi 

qorumaq naminə qadın qarşısında (qısqanclıq, qeyri-əxlaqi hərəkətlər və s.) susuram" 

və yaxud digər bir repsodentin qeyd etdiyi kimi, "ərini döyən qadın indi kifayət qədərdir'' 

deyimləri də vardır. Fiziki təzyiqə  əl atan şəxs istər kişi olsun, istər qadın, həm fiziki, 

həm də psixi xətər yetirir. Fiziki təzyiq psixi aləmə, dünyagörüşünə öz təsirini (ikiüzlülük, 

yaltaqlıq, yalançılıq və s.) göstərir. Qadın və kişi, ümumiyyətlə ailə münasibətləri, 

mənəvi zənginliyi,  əxlaqi saflığı, fiziki kamilliyi özündə birləşdirməli və inkişaf 

etdirməlidir. Belə olan halda, cəmiyyət də qazanar, cəmiyyətin ali forması olan ailə də. 

Son olaraq, respublika əhalisinin müxtəlif təbəqəsinə  mənsub olan və  hər iki 

cinsin nümayəndələrinin iştirakı ilə keçirilmiş sosioloji sorğunun təhsillə, peşəylə  və 

yaşla əlaqədar fərqli göstəriciləri ilə sizi tanış etmək istəyirik. 

Repsodentlərin ümumi təhsil səviyyəsi də qender bərabərliyi baxımından diqqət 

yönəldilməli məsələlərdən olduğu üçün, keçirilən sosioloji sorğuda bunu "təhsiliniz" 

bendi formasında vermişik: 

 



 

15

TƏHSİLİNİZ 



( göstəricilər faizlə verilmişdir ) 

Natamam 


orta 

Orta  AIi 

Natamam 

ali 


Elmlər 

namizədi


Elmlər 

doktoru 


1,2 

25,3  37,1 

21,2 

8,5 


6,7 

Sorğudakı "peşəniz" bəndi ilə bağlı aşağıdakı cavablar alınmışdır: 



 

Cədvəl 8 

 

 



P E Ş Ə N İ Z 

(göstəricilər faizlə verilmişdir) 

Səna

ye 


Bizne

Məiş



ət 

xidm


əti 

Təhsil Elm  Mədən

iyyət 

Kənd 


təsərrüf

atı 


Evdarlı

İşsiz 



23 

8,4 


2,1 

23,8  18,2  4,3 

10,2 





 

Sorğuda iştirak edənlərin 34,8%-i kişilər, 65,2%-i qadınlar olmuşdur. Onların yaş 

həddləri isə belədir: 

1) 18-24 yaş arası - 10,5% 

2) 25-29 yaş arası -4%  

3)30-35 yaş arası -19,7%  

4)36-40 yaş arası -20%  

5)41-45 yaş arası - 19,6%  

6) 45-50 yaş arası - 10,8%  

7) 50-60 yaş arası - 15,4% 

 

Yuxarıdakı göstəricilərə əsasən demək olar ki, sorğuda orta yaşlı (20%) və yaşlı 



(15,4%) repsodentlər çoxluq təşkil etmişlər. 

 

18-24 yaş_arasında 

 

I. "Keçid dövründə qadın çox hansı sahədə problemlərlə qarşılaşır?" sualına belə 



cavab verilmişdir: 

a) Ailə-məişət məsələlərində - 17% 

b) Təhsil və peşədə - 37% 

v) İşlə təmin olunmaqda - 29% 

q) Ailədə psixoloji sabitliyi saxlamaqda - 9% 

d) Tibbi sahədə və ailə planlaşdırmasında - 0,9% 

e) Sosial müdafiə sahəsində - 7,1% 

 

II. "Qadınların ən çox hansı sahədə hüquqları pozulur?" sualı isə aşağıdakı kimi 



cavablandırılraışdır: 

a)Ailə daxilində -57,8% 

b) Uşaqların müdafiəsində -21,1% 

v) İştimai-siyasi sahədə - 21,1% 

 

III. "Həyatda qadınlara qarşı  nə kimi təzyiqlərin  şahidi olmusunuz?" sualına 



münasibət belə olmuşdur: 

a)Fiziki -22,5% 

b)Mənəvi - 47,5% 

v) Digər formada - 10,5% 




 

16

q) Cavab verməyənlər - 14,5% 



 

Qeyd. Sualların təkrar olunduğu sonrakı yaş  həddləri ilə bağlı ancaq cavablar 

qeyd olunub. 

 

25-29 yaş arası 

 

a) Ailə-məişət məsələlərində - 22,2% 



b) Ailədə psixoloji sabitliyi saxlamaqda - 11,1%  

v) İşlə təmin olunmaqda - 21,2% 

q) Sağlamlıq, müalicə və analıq imkanlarının gerçəkləşməsində 12,2% 

d) Təhsil və peşəyə yiyələnməkdə - 10,1% 

e) Sosial müdafiə sahəsində - 23,2% 

 

a) Uşaqların müdafiəsində - 10% 



b) Ləyaqət və şərəfin müdafiəsində - 25%  

v) Ailə daxilində - 25% 

q) İctimai-siyasi sahədə - 15%  

d) Digər fikirlər - 25% 

 

a) Fiziki zorakılıq - 25% 



b) Mənəvi zorakılıq - 50%  

v) Cavab vermeyənlər - 25% 

 

30-35 yaş arası 

 

a) Ailə-məişət məsələlərində - 50% 



b) İşlə təmin olunmaqda - 40% 

v) Sağlamlıq, analıq imkanlarının gerçəkləşməsində - 10% 

 

a) Ailə daxilində - 33,2% 



b) Ləyaqət və şərəfin müdafiəsində - 23,4%  

v) Uşaqların müdafiəsində - 25,2% 

q) İctimai-siyasi sahədə - 18,2% 

 

a) Mənəvi zorakılıq - 80% 



b) Cavab verməyənlər - 20% 

 

36-40 yaş arası 



 

a) Ailədə psixoloji sabitliyi saxlamaqda - 10% 

b) Sosial müdafiə sahəsində - 10%  

v) İşlə təmin olunmaqda - 40% 

q) Təhsil və peşəyə yiyələnməkdə - 10,3% 

d) Ailə-məişət məsələlərində - 23,3% 

e) Digər fikirlər - 6,7% 

 

a)Təhsildə- 10% 



b) İctimai-siyasi sahədə - 30% 

v) Ləyaqət və şərəfin müdafiəsində - 20% 

q) Ailə daxilində - 20% 

d) Uşaqların müdafiəsində - 10% 




 

17

e) Digər fıkirlər - 10% 



 

a) Fiziki zorakılıq - 10% 

b) Mənəvi zorakılıq - 70% 

v) Digər formada - 15%  

q) Cavab verməyənlər - 5% 

 

41-45 yaş arası 



 

a) Ailə məişət məsələlərində - 24% 

b) Ailədə psixoloji sabitliyi saxlamaqda - 11,1%  

v) İşlə təmin olunmaqda - 20,6% 

q) Sağlamlıq, müalicə, analıq imkanlarının gerçəkləşməsi 12,1% 

d) Təhsil və peşəyə yiyələnməkdə - 4,5% 

e) Sosial müdafiə sahəsində - 16,6% 

c) Digər fikriniz - 11,1% 

 

a) İctimai-siyasi sahədə - 10,1% 



b) Peşə seçimində - 12,1% 

v) Ləyaqət və şərəfin müdafiəsində - 11,1%  

q) Ailə daxilində - 44,5% 

d) Digər fikriniz - 11,1% 

e) Cavab verməyənlər - 11,1% 

 

a) Fiziki zorakıhq - 10% 



b) Mənəvi zorakılıq - 50%  

v) Digər formada - 20% 

d) Cavab verməyənlər - 20% 

  

46-50 yaş arası 



 

a) Ailədə psixoloji sabitliyi saxlamaqda - 30,4% 

b) Sağlamlıq, müalicə, analıq imkanlarının gerçəkləşməsində 33,3% 

v) Ailə-məişət məsələlərində - 36,3% 

 

a) Təhsildə - 10% 



b) Peşə seçimində - 40% 

v) Ailə daxilində - 30% 

q) Cavab verməyənlər - 20% 

 

a) Mənəvi zorakılıq - 76% 



b) Cavab verməyənlər - 24% 

 

50-60 yaş arası 

 

a) Ailə-məişət məsələlərində - 47,5% 



b) İşlə təmin olunmaqda - 27,5% 

v) Ailədə psixoloji sabitliyi saxlamaqda - 25% 

 

a) İctimai-siyasi sahədə - 12,2% 



b) Ləyaqət və şərəfın müdafiəsində - 25%  

v)Təhsildə - 2,5% 




 

18

q) Ailə daxilində - 35% 



d) Uşaqların müdafiəsində - 12,5% 

e) Cavab verməyənlər - 12,5% 

 

a) Fiziki zorakılıq - 16,7% 



b) Mənəvi zorakılıq - 50% 

v) Cavab verməyənlər - 33,3% 

 

N Ə T İ C Ə 

 

1998-ci ilin ikinci yarısında BMTİP-nin Azərbaycanda "Qender İnkişafda" 

Qurumunun rəhbərliyi ilə respublikanın müxtəlif ərazilərində sosioloji sorğu keçirilmişdir. 

Sorğunun məqsədi qadın problemlərinin qender kontekstində araşdırılması  və hazırki 

dövrdə respublika əhalisinin müxtəlif təbəqələrinin bu problem ətrafında təsəvvür və 

mövqelərinin müəyyənləşdirilməsi idi. 

Sorğu onu göstərdi ki, qadınların problemlərinin həlli cəmiyyətin tərəqqisi üçün 

çox vacibdir. Alınan cavablar belədir:  

 Ölkədə islahat apararkən qadınların problemlərinə xüsusi diqqət 

yetirməli; 

 Dövlət idarə və təşkilatlarına qadınlar daha çox cəlb olunmalı;  

 Qadın təşkilatları öz fəaliyyətlərini genişləndirməli; 

 Bütün 

dövlət və qeyri-dövlət qadın təşkilatları səylərini birləşdirməli; 



 Qadın problemlərinin həlli istiqamətində müxtəlif tədbirlər 

(seminarlar, simpozium, konfrans, qurultay) həyata keçirməli və yeni təkliflər 

verilməli; 

 Problemin 

araşdırılması istiqamətində elmi - tədqiqat işləri 

aparılmalı; 

 

Əhali arasında sosioloji sorğular keçirib, onların rəyini öyrənməli; 



 

Əldə olan bütün imkan və vasitələrdən maksimum istifadə etməklə 

qadınların vəziyyətini yaxşılaşdırmalı. 

Sorğu zamanı o da anlaşıldı ki, repsodentlər  ən çox ailə daxili məsələlərin 

nizamlanmasını  nəzərdə tutan ciddi qanunların hazırlanmasını, ictimai-siyasi həyatda 

kişi-qadın münasibətlərinin qarşılıqlı həll olunması üçün şərait yaradılmasını istəyirlər. 

Ümumiyyətlə, sorğunun nəticələrini faydalı hesab etmək olar. Əsas məsələ odur 

ki, alınan cavablarda ən zəruri məsələlər öz əksini tapmışdır: onlar yeni fikirlərden, 

təkliflərdən və tövsiyyələrdən, problemin həlli yollarından ibarətdir. 

Keçid dövrünün spesifik xüsusiyyətləri cəmiyyətdə saysız-hesabsız problemlər 

yaratmışdır. Bütün sosial məsələlər kimi, qender (cinslər arasında sosial-mədəni və 

sosial-psixoloji münasibətlər) və qadın məsələləri də öz kəskinliyi və ziddiyyətləri ilə 

nəzəri cəlb edir. Bu baxımdan şəhər və rayon, eləcə də, rayon və kənd əhalisi arasında 

meydana çıxan saysız problemlər bir-birindən fərqlənir. Müasir Azərbaycan qadını 

kimdir?... Onu narahat edən problemlər hansılardır? Bu kimi suallar respublikada 

fəaliyyət göstərən qeyri-dövlət qadın təşkilatlarının da leytmotivinə çevrilmişdir. 

Keçirilən sosioloji sorğu anketləri iştirakçılar tərəfindən cavablandırılarkən, məlum 

olmuşdur ki, repsodentlərin fikirlərində obyektivliklə yanaşı subyektivlik də var. Bu 

təbiidir, çünki Azərbaycan qadını öz iç dünyasını aşkarlamağı sevmir, çətinlikləri isə özü 

dəf etməyə çalışır. Cavablardan belə bir qənaətə gəlmək olar ki, qadınlarımızın şüuruna 

təsir etmək üçün bu cür tədbirlərin keçirilməsi ardıcıl xarakter almalıdır.  Şəhərlərdən 

uzaqlarda rayon əhalisinin yaşayışı, həyat tərzi, ailə münasibətləri  əsil tədqiqat 

obyektləridir. Biz bu problemləri yerində öyrənməli, təhlil etməli və  təkliflər 

hazırlamalıyıq. 




 

19

Ucqarlarda, əsasen, kənd yerlərində cinsi bərabərsizlik daha kəsgin xarakter alır. 



Evdar və  iş qabiliyyətini erkən itirmiş qadınların, ahıl qarıların, qızların, qaçqın və 

köçkünlərin diskriminasiyaya uğraması adi hal sayılır. Kişilərin spesifik həyat tərzləri, 

davranışları bərabərhüquqluluq prinsiplərini həyata keçirməyə imkan vermir. Etiraf edək 

ki, bir qism repsodentin göstərdiyi kimi, qızların təhsil almasına baba-ata-qardaş 

tərəfindən ciddi maneələr yaranmaqdadır. Repsodentlərin  əksəriyyəti təklif edirlər ki, 

yerlərdə yeniyetmə  qızlar üçün iş yerləri açılsın, onlara sənət öyrədilsin: - müxtəlif  əl 

işləri, kulinariya, xalçaçılıq, makina kursları  və  s.  Bu  sənətlərə uyğun iş sahələri 

açılarsa, yeniyetmə  qızlar müəyyən fəaliyyət vərdişlərinə yiyələnərlər. Onu da qeyd 

edək ki, rayonlarda yaşayan qadınlar günün nəbzini tutmağa, inkişafa, tərəqqiyə meyl 

göstərir və ictimai həyatda fəal olmaq üçün şəhər qadınlarının təcrübələrinə ehtiyac 

duyurlar. 

Dövrün bütün problemləri kimi, qender problemləri də sosial təbəqələşmənin 

dərinliyi nəzərə alınmaqla öyrənilməlidir. Varlı, ortabab və yoxsulların problemlərinin 

həm təzahür, həm də həlli yollan müxtəlifdir. 

Bəşəriyyət, hər  şeydən  əvvəl, qadın-kişi münasibətlərinin demokratikləşməsi 

prinsipləri üzrə inkişaf edir. Fərdin imkanlarının müstəqil şəkildə tərəqqisinin labüdlüyü, 

istehsala təsiri ona gətirib çıxarır ki, tələbat cinsindən asılı olmayaraq, hər bir şəxsin, o 

cümlədən qadının da cəmiyyətdəki yerini, vəzifəsinin bir spesifik göstəricisi olur. Bu, 

həm də qadının cəmiyyətdəki ictimai-siyasi fəaliyyəti ilə analıq vəzifəsini bir-birilə üzvi 

surətdə  əlaqələndirir. Bütün bu göstəricilər sorğu zamanı alınan cavablarda öz əksini 

tapmışdır. Qender kontekstində qadın probleminə münasibəti sosioloji sorğu 

istiqamətində tədqiq edərkən aşağıdakı mülahizələrə gəlmək olar: 

a) ilk öncə - qadının bütün sahələrdə kişi ilə yanaşı  fəaliyyət göstərməsi onun 

bərabərhüquqluğunun təsdiqidir

b) sonra - qadının ailədən xaric fəaliyyəti onun maddi və mənəvi mənafelərinin, 

maraqlarının ödənilməsinə imkan yaradır; 

v) nəhayət - şəxsi fəaliyyət qadını kişi asılılığından azad edərək, onu cəmiyyətdə 

müstəqil şəxsiyyət kimi yetkinləşdirir, bütün sahələrdə (sosial, mədəni, siyasi, iqtisadi və 

s.) əlaqələrini təkmilləşdirir. 

Keçirilən sosioloji sorğunun xarakterindən, məzmunundan çıxış edərək, müasir 

dövrdə cinslərin, əsasən, qadınların ictimai statusunun, cəmiyyətin sosial strukturundakı 

rolunun, bir sözlə, sosial simasının dəyişməsini nəzərə alaraq, bir sıra tövsiyyə 

xarakterli təkliflər vermək olar: 

1. Cinsindən asılı olmayaraq, hər bir fərdin tərəqqisi Dövlət siyasətinin başlıca 

məramı olmalıdır. 

2. Cəmiyyətdə qadının analıq vəzifəsi ilə yanaşı sosial fəaliyyəti üçün də obyektiv 

şərait yaradılmalıdır. 

3. Qadının ictimai fəallığının yüksəldilməsi ilə  əlaqədar olaraq, ailədə  məişət 

vəzifələrinin kişi-qadın arasında bölüşdürülməsi ilə bağlı düşüncə  tərzinin 

yeniləşdirilməsi sahəsində təşviq və təbligatın artırılması zəruridir. 

4.  İstehsalatda çalışan qadının asudə vaxtının həcminin artırılması ilə onun 

ictimai-siyasi fəallığına təkan verilməsinə, həm də mənəvi aləminin yüksəlməsinə şərait 

yaradılmalıdır. 

5. Ailə daxilində önə  çıxan kəskin problem işləyən valideynlərin (kişi, qadın) 

azyaşlı  uşaqları ilə  əlaqədar olarsa, körpələr evinin gecə - gündüz iş prinsipi ilə 

işləməsinə şərait yaradılmalı, həmçinin, məktəblərdə günü uzadılmış qrupların fəaliyyəti 



genişləndirilməlidir. 

Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə