Tərcüməçinin ön sözü
12
Peyğəmbərin zamanında olduğu kimi, öz sosial fəallığını artır-
mışdır.
Geridə qalmış, savadsız, hüquqlarından məhrum müsəlman
qadını stereotipini islamla əlaqələndirənlər, yəqin ki, Quran və
Sünnənin qadına bəxş etdiyi hüquq və azadlıqlardan xəbərsiz
qalmaqla yanaşı, Peyğəmbər və səhabələrin zamanında bu zərif
məxluqun cəmiyyətin sosial-mədəni həyatındakı danılmaz ro-
lundan bəhs edən sanballı ədəbiyyatları vərəqləməmişlər.
Bu mənbələrin yenidən tədqiqi həmin səhv təsəvvürləri ara-
dan qaldırmaqla yanaşı, müsəlman qadınına daha çox hüququn
verilməsi ilə nəticələnə bilər.
Belə sanbalı mənbələrdən biri də misirli mütəfəkkir Əbdül-
həlim əbu Şəqqənin (1924-1995) “Peyğəmbər dövründə qadın
azadlığı” adlı ensiklopedik əsəridir. Müəllif yazdığı bu kitabla
bizi Peyğəmbərin yaşadığı dövrə aparır və biz zəngin və mötə-
bər hədislərin bizdə yaratdığı aydın təsəvvürün nəticəsində
həmin dövrün mənzərəsini, sanki, öz gözlərimizlə görürük.
Bu mənzərə ondan ibarətdir ki, həmin dövrdə qadınlar so-
sial fəaliyyətin əsas fiqurları olmuşlar. Onlar yeni yaranmış
müsəlman icması və cəmiyyətinin işində yaxından iştirak et-
miş, qurub-yaratma, təlim-təhsil, tərbiyə fəaliyyətinə töhfələr
vermişlər.
Oxucu kitabı mütaliə etdikdə ənənəvi təsəvvürlərdən sıyrıla-
raq yeni biliklər qazanacaqdır. O görəcəkdir ki, islam qadının
sosial fəaliyyətini təmin etmək üçün ona hüquq və vəzifələr
yükləmişdir. Ayə və hədislər oxucumuza izah edəcəkdir ki,
müsəlman qadın sağlam və savadlı, həm də mömin cəmiyyətin
qurulmasında yaxından iştirak etmək üçün lazımi imkan və
Tərcüməçinin ön sözü
13
potensiala sahibdir. Bununla da, “cəmiyyətin həyatında qadının
rolu” kimi aktual və mühüm mövzu ona bütün detalları ilə
məlum olacaqdır.
Əziz oxucu! Mütaliə zamanı görəcəksən ki, ayə və səhih
hədislər kitabdakı müddəa və ideyaların əsas arqument bazasını
əmələ gətirir. Müəllif kitabda qarşıya qoyulmuş məqsədi ciddi
arqumentlərlə əsaslandıra bilmiş, konkret misal və faktlardan
ibarət məzmun ərsəyə gətirmişdir. O, oxucunun diqqətinə bu
həqiqəti çatdırmaq istəyir: müsəlman qadın islam dininin qoy-
duğu şərtlər daxilində cəmiyyətin inşası işində yaxından iştirak
etməlidir!
Ümid edirik ki, oxucularımıza təqdim etdiyimiz bu kitab
onların xoşuna gələcək, islam haqqında biliklərinin dairəsini
genişləndirəcəkdir.
Elvüsal Məmmədov
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun
əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
Bu kitabın əsrlər qabaq yazılmağını, bununla da qadın prob-
leminin islam cəmiyyətində bu qədər düzgün şəkildə qabardıl-
masını çox istərdim. Çünki müsəlmanlar qadına münasibətdə
islamın təlimlərindən çox uzaqlaşıblar. Onların arasında elə
mübhəm, uydurma və ya uydurmaya yaxın rəvayətlər yayılıb
ki, müsəlman qadınları cəhalətə sürükləmiş, din və dünyadan
bixəbər buraxmışdır. Nəticədə, qadının təhsil almağı – günah,
məscidə getməsi də qadağa sayılmışdır! Onun müsəlmanların
vəziyyətindən xəbər tutub, indisi və gələcəyi ilə maraqlanma-
ğı ağla belə gəlməzdi! Qadına yuxarıdan aşağı baxmaq ənənə
halını almış davranış idi. Onu hüquq və vəzifələrdən məhrum
etmək isə cəmiyyətdə özünə yer etmişdi.
Mən məşhur bir xətibin üç il mütəmadi şəkildə məscidin
minbərindən təəssüf və qəzəblə belə səsləndiyini eşitmişəm:
– Allah qadınların yalnız üç halda evdən çıxdıqları günləri
mübarək qılsın! Onlar ilk olaraq, ana bətnindən dünya evinə
gəlir, sonra ata evindən ər evinə gedir, nəhayət, ər evindən
qəbir evinə köçürdülər!
Bir dəfə mən həmin xətibə dedim:
– Allah həmin günləri mübarək qılmasın! Həmin günləri
bizə bir daha göstərməsin! Çünki o günlər islamın deyil,
Cahiliyyətin günləridir! Bu günlər axmaq adətlərin qələbəsini
ifadə edir, odur ki, islamın doğru yolu hesab edilə bilməz!
Şeyx Məhəmməd Qəzalinin kitaba yazdığı ön söz
15
Müsəlman ümmətinin elm, təlim-təhsil və istehsal sahələrində
üçüncü dünya ölkələri sırasına daxil olmağında bu rüsvayçı
adət-ənənələrin əhəmiyyətli dərəcədə rolu vardır...
Bu vaxt mənim sözlərimi eşidən birisi söhbətə müdaxilə
etdi:
– Nə üçün sən səmimi şəkildə öyüd-nəsihət verən bir
qəlbdən fışqırıb çıxan bu duyğuları rədd edirsən? Məgər onun
söylədiklərini Peyğəmbərin qızı Fatimənin dediyi hədis təsdiq-
ləmir?! Fatimə demişdir: “Nə qadın kimisə görməli, nə də
kimsə onu görməlidir”. Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
də bunu təsdiqləmiş, qızını bağrına basıb “O nəsillər
ki, (imanda) bir-birindəndirlər!” ayəsini oxumuşdu. Məgər bu,
islamın qadına beşikdən qəbirədək vacib etdiyi özünütəcridə
dəlil deyil?!
Ona dedim:
– Sən ki uydurma hədisdən danışırsan. Bu hədis heç bir
mötəbər hədis kitabında mövcud deyildir. Sən Quran ayələrinə,
səhih və mütəvatir hədislərə, Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
və Raşidi xəlifələrinin həyat yollarına zidd düşən
hədisdən danışırsan! Uydurmaçılar qadına savadsız qalma-
ğı vacib edən “hədislər” kəşf etmiş, aldanmışlar da onları
təsdiqləyərək qızları məktəblərə getməyə qoymamış, qadınların
məscidə gedib-gəlmələrinə əngəl törədən hökmlər çıxarmışlar.
Onlar nadanlığa o qədər batmışlar ki, axırda, bioloji varlıq ol-
mağı qadının əsas vəzifəsi halına gətirmişlər!
Bu kitab müsəlmanları heç bir əskiklik və artıqlığa yol ver-
mədən Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
sünnəsinə
qaytarır. O, fakt və sübutlardan ibarətdir. Müəllifi isə isla-
Dostları ilə paylaş: |