Ön söz
23
Hafiz ibn Həcər bu hədisin izahında yazır:
“Yəni, kafirlər qadın və gənclərin ürəyiyumşaqlığını bildik-
lərinə görə onların islama meyl edəcəklərindən qorxmuşdular”
1
.
Kitab nədən bəhs edir?
Kitab Peyğəmbərin zamanında qadınların vəziyyətindən
bəhs edən sosial-fiqhi araşdırmadan ibarətdir. Kitabda qa-
dınların fərdi və ictimai həyatına, sosial sahədəki fəaliyyətinə
dair bütün dini mətnləri toplamağa cəhd göstərmişəm. Nəzərə
alsaq ki, islam şəriəti həm fərdi həyatı, həm də sosial qu-
ruluşu tənzimləyir, onda sosial və fiqhi mövzuları vəhdətdə
götürmək, ictimai fəaliyyəti fiqhi baza ilə əlaqələndirmək mü-
səlman fərdin davranışlarına kompleks (bütöv) yanaşmanı tə-
min edəcəkdir. Sosial tədqiqatların xüsusiyyətlərindən biri bu-
dur ki, təkcə ictimai reallığa dair konkret məzmunlu sübut
və kontekstlərdən deyil, həm də zənn ifadə edən dəlillərdən
istifadə olunur. Tarixi reallığı aydınlaşdırmaq məqsədilə hər iki
növ arqumentlər nəzərdən keçirilir. Fiqhi hökmün isbatlanma-
sında konkret və ya əsas (racih) dəlillər zəruri sayıldığı halda
onun təsdiqlənməsi üçün ehtimal məzmunlu sübutlar kifayət
edir. Yəni, ehtimal ifadə edən dini mətnlər əsil, konkret, ya da
əsas (racih) arqumentləri təsdiqləyə bilir. Oxuyucu kitabımızın
müəyyən yerlərində görəcəkdir ki, bəzi arqumentlər ehtimal
ifadə edir. Mühüm qaydada deyilir: “Dəlili ehtimal bürüyərsə,
isbatlaya bilməz”. Elə isə hökm verərkən konkret dini mətnlərə
1
Ibn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, VII cild, səh. 233.
Ön söz
24
istinad etmək lazımdır. Digər dəlillər (dini mətnlər) isə sosial
tədqiqatlarda tamamlayıcı (ikinci dərəcəli) funksiya daşıyır.
Dini hökmlərə riayətdə mükəlləf sayılan şəxslərin hər bir
əməli (hərəkəti) forma və məzmundan ibarətdir. Məzmun
(mahiyyət) ətraf mühitin, zaman və məkan amillərinin diktə
etdiyi müxtəlif tətbiqi formaları əmələ gətirir. Mahiyyəti düz-
gün başa düşmək çox mühümdür. Əgər mahiyyətdə mübah-
lıq
1
vardırsa, bu mübahlıq hey davam edəcəkdir; yox, haram-
lıq (qadağa) ifadə edirsə, həmin haramlıq heç vaxt qüvvədən
düşməyəcəkdir. Mahiyyəti tətbiq formalarına gəlincə, dediyi-
miz kimi, dəyişkəndir. Amma formalar hər nə qədər müxtəlif
olsa da, mahiyyəti ifadə edirlər, – bu cəhət çox mühümdür.
Çünki yeni tətbiq formalarını müəyyən edərkən işimizə yara-
yacaqdır. Misal üçün götürək qadının təhsil almağı, işləməyi,
ictimai-siyasi fəaliyyətlə məşğul olmağı problemini. Bütün
bu məsələlər prinsip olaraq Peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
tərəfindən təsdiqlənib. Lakin biz Peyğəmbərin za-
manında bu məsələlərin tətbiqi ilə əlaqədar mövcud olmuş
formalarla kifayətlənməliyikmi? Yoxsa yeni amilləri, qeyri-
ənənəvi sosial hadisələri nəzərə alıb fərqli tətbiq formaları
müəyyənləşdirməliyik? Tədqiqatımızda qadın fəaliyyətinə, ailə-
daxili, siyasi-ictimai və peşə sahələrində münasibətlərinə təsir
göstərmiş yeni ictimai hadisələri nəzərə almışıq. Hətt a qadı-
nın geyim və bəzənmə tərzinə təsir göstərən sosial hadisələri
diqqətdən qaçırmamışıq. Bu ona görədir ki, müsəlman qadın
1
Bir şeyi icrada sərbəst olmaq; qadağanın olmamağı – tərcüməçinin
qeydi.
Ön söz
25
şəriətin başlıca prinsiplərindən uzaqlaşmamaq şərti ilə müasir
cəmiyyətə düzgün şəkildə inteqrasiya etsin.
Bu fiqhi-sosial tədqiqatda qarşımıza məqsəd qoymuşuq ki,
müasir müsəlman qadınının yenidən azad edilməsində pay sa-
hibi olaq. Təbii ki, Peyğəmbərin bu istiqamətdə gördüyü işləri
nəzərə almaqla!
Bu istək diqqətimizi daha ciddi və təhlükəli problemə –
həlli alim və mütəfəkkirlərin birgə səyini tələb edir – yönəldir.
Bu, müasir müsəlman zehniyyətinin təshihi problemidir. Bəli,
bu zehniyyəti səhv meyarlardan, dağıdıcı fikirlərdən, qalın bu-
xovlardan azad etmək lazımdır. Bu sadalananlar müsəlman zeh-
niyyətinə əsrlər ərzində hakim kəsilib, onu heydən salıb azdırıb.
Əgər zehniyyət azad olunarsa, ayılar, Allahın hidayət nuru ilə iş
görər. Müsəlman zehniyyətini təshih etmək həm qadını, həm
də kişini bütövlükdə, özü də düzgün şəkildə azad edəcəkdir.
Əslində bu, sağlam və möhkəm cəmiyyətin qurulmasına aparan
yoldur. Axı ağıl insanın davranışlarını tənzimləyir. Ağıl azad
olub doğru yolu taparsa, davranışlar da düzələr. Fikrimizcə,
bu, başlıca problemdir. Çünki yanlış qənaətlər müsəlman fikir
metodologiyasında ciddi çatışmazlıqlara səbəb olmuşdur ki, bu
da öz növbəsində həyatın bütün sahələrinə təsir göstərmişdir.
Kitabın metodu
Kitabda ayə və səhih hədislər diqqətlə və kompleks şəkil-
də öyrənilmişdir. İlk növbədə, İmam Buxarinin “Səhih” ki-
tabını əsas götürmüş, həyatın müxtəlif sahələrində qadınla-
rın fəaliyyətindən bəhs edən hədisləri araşdırmışam. Daha
Dostları ilə paylaş: |