PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

 
265 
MÖVZU 3. 
KOMMERSİYA FƏALİYYƏTİNİN 
İNFORMASİYA TƏMİNATI 
  1.  Bazarın  əmtəəyə  qarşı  tələbləri  haqqında 
informasiya  ticarət  müəssisələrinin  alıcılara  təklif 
edəcəkləri  əmtəə  və  xidmətlər  üzrə  düzgün  seçim 
etmələri  üçün  zəruridir.  Buna  görə  də  kommersiya 
xidməti  idarələri  əmtəələrin  xüsusiyyət  və  cəhətlərini, 
habelə  onların  alıcıların  tələblərinə  nə  dərəcədə  cavab 
verdiklərini  yaxşı  bilməlidir.  Həmçinin,  əmtəələrin 
“həyat dövrünə”, yəni əmtəənin bazarda qaldığı dövrə də 
diqqət 
yetirmək 
lazımdır. 
Əmtəənin 
rəqabətqabiliyyətliliyi haqqındakı införmasiya da mühüm 
əhəmiyyət  kəsb  edir.  O,  əmtəəni  anoloji  əmtəələrdən 
konkret istehlakçının tələbatlarını təmin etmə dərəcəsinə 
görə  fərqləndirən  xüsusiyyətlər  məcmusu  kimi  müəyyən 
olunur. Yəni, əmtəənin bu qabiliyyəti  rəqabət şəraitində 
uğuru təmin edəcəkdir. 
Nəzərə  almaq lazımdır ki,  əmtəə  üzrə  qiymət  onun 
keyfiyyəti  ilə  birbaşa  əlaqədədir.  Tez-tez  istehlakçılar 
düşünürlər  ki,  yüksək  qiymətlər  əmtəənin  yüksək 
keyfiyyətindən  və  əksinə,  aşağı  qiymətlər  –  aşağı 
keyfiyyətdən 
xəbər 
verir. 
Buna 
görə 
 
ticarət 
müəssisəsinin  kommersiya  bölmələri  əmtəələr  üzrə 
qiymətlərin  ən  qiymətlərin  ən  layiqli  formada  onların 
keyfiyyətini  əks  etdirdiyi  haqqında  informasiya  sahib 
olmalıdır.  Bu  zaman  əmtəənin  bazarda  qəbulolunma 
dərəcəsini,onun  haqqında  müsbət  ictimai  rəylə  müəyyən 
olunan  nüfuzluğunu  da  nəzərə  almaq  lazımdır.  Bununla 
əlaqədar,  nüfuzlu  qiymətlər  anlayışın  da  mövcuddur. 
Yəni,  elə  kateqoriyalı  alıcılar,  var  ki,  onlar  qiymətləri 
aşağı  olan  əmtəələri  keyfiyyətsiz  hesab  edərək  almırlar. 


 
266 
Buna  görə  də,  əmtəə  və  xidmətlər  üzrə  qiymətləri  təyin 
edərkən  müəssisə  qiymətlərin  konkret  alıcı  qrupları 
tərəfindən təyin  olunan  yuxarı və  aşağı  hədləri haqqında 
informasiyaya malik olmalıdır. 
2.  Qüvvədə  olan  qanunvericilik  hüquqi  şəxsə 
aşağıdakı kimi tərif verir. 
 
Təsərrüfat  yoldaşlığı  bir  neçə  şəxsin  onlar 
arasındakı  razılıq  əsasında  sahibkarlıq  fəaliyyətinin 
həyata  keçirilməsi  üçün  birləşməsidir.  Təsərrüfat 
yoldaşlığı  tam  yoldaşlıq  və  ya  inam  əsasında  yoldaşlıq 
(kommandit)  formasında  yaradılır.  Tam  yoldaşlığın 
iştirakçıları  və  inam  əsasında  yaradılan  yoldaşlığın 
yoldaşları fərdi sahibkarlar və ya kommersiya təşkilatları 
ola bilər. 
 
Təsərrüfat  cəmiyyətləri  bir  və  ya  bir  neçə  şəxs 
tərəfindən  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi 
üçün  cəmiyyətin  mülkiyyətinə  verilən  əmlak  (mülki 
hüquqlar)  əsasında  yaradılan  cəmiyyətdir.  Təsərrüfat 
cəmiyyətləri  məhdud    məsuliyyətli  cəmiyyətlər,  əlavə 
məsuliyyətli 
cəmiyyətlər, 
qapalı 
tipli 
səhmdar 
cəmiyyətlər  və  açıq  tipli    səhmdar  cəmiyyətlər 
formasında yaradılır. 
Təsərrüfat 
cəmiyyətlərinin 
iştirakçıları vətəndaşlar və hüquqi şəxslər ola bilərlər. 
 
Hüquqi  şəxslərin  yuxarıda  adı  çəkilən  təşkilati-
hüquqi formalarını daha yaxından nəzərdən keçirək. 
 
İştirakçıları onlar arasında bağlanmış müqaviləyə 
uyğun olaraq  yoldaşlıq adından sahibkarlıq fəaliyyəti ilə 
məşğul  olan  yoldaşlıq  tam  yoldaşlıq  hesab  olunur.  Tam 
yoldaşlığın 
əsas 
fərqləndirici 
xüsusiyyəti 
onun 
iştirakçılarının  yoldaşlığın    öhdəlikləri  üzrə  bütün 
əmlakları ilə qeyri-məhdud  birgə məsuliyyətidir. Bundan 


 
267 
başqa,  tam  yoldaşlıq  onun  üzvlərinin  təsərrüfat 
fəaliyyətində şəxsən iştirakını nəzərdə tutur, yəni konkret 
şəxs yalnız bir tam yoldaşlığın iştirakçısı ola bilər. 
 
Tam  yoldaşlıqda  işlərin  idarə  edilməsi  və  həyata 
keçirilməsi əhəmiyyətli dərəcədə onun təsisat razılaşması 
ilə  müəyyən  olunur.  Tam  yoldaşlığın  hər  bir  iştirakçısı 
əmanətin ölçüsündən asılı olmayaraq bir səsə malik olur. 
 
Tam  yoldaşlığın  mənfəət  və  zərəri,  əgər  təsisat 
razılaşması və başqa müqavilə üzrə digər qayda nəzərdə 
tutulmayıbsa, onun  iştirakçıları arasında onların  əmanət 
kapitalındakı  payına  proporsional  formada  bölüşdürülür. 
İştirakçıların 
mənfəət 
və 
zərərdə 
iştirakdan 
kənarlaşdırılmasına yol verilimir. 
 
Qanun 
təsərrüfat 
yoldaşlıqlarında 
əmanət 
kapitalının  mütləq  minimumunun  olmasını  tələb  etmir. 
Buna 
görə 
də, 
verilmiş 
təşkilati 

hüquqi                         
forma  fəaliyyət  miqyaslarının  yoldaşlıq  iştirakçılarının 
xüsusi   kapitalını üstələdiyi zaman istifadə oluna bilər. 
 
MÖVZU 4.  
KOMMERSİYA FƏALİYYƏTİNİN  
PİSXALOGİYASI VƏ ETİKASI 
Kommersiya  etikası-  müasir  biznesin  mövcud    ola 
bimədiyi  elə  bir  kateqoriyadır  ki,  onsuz  kommersiyanın 
nəhəng  potensialından  effektiv  istifadə  etmək  qeyri-
realdır.  Kommersiya  etikası  ictimai  həyatın  əsas 
məsələlərindən  birinə  çevrilmiş  anlayışdır  və  o, 
sahibkarlığın etika və mədəniyyəti adını almışdır. 


 
268 
 
Kommersiya  etikası-  düzgünlüyə,  açıqlığa, 
verilmiş  sözə  sadiqliyə,  qüvvədə  olan  qanunvericiliyə 
uyğun  olaraq,  bazarda  effektiv  fəaliyyət  göstərmək 
qabliyyətinə əsaslanan işgüzar etikadır. 
Bizim  ölkədə  hazırda  sahibkar  təbəqəsinin  fəal  şəkildə 
formalaşması  prosesi  gedir.  Sabiq  partiya-təsərrüfat 
rəhbərliyinin 
yerinə 
ənənə 
və 
avtoritetindən, 
düşüncələrində  ətalətdən  uzaq  olan  yeni  insanlar 
gəlmişdir. 
Məhz 
onlar 
iqtisadiyyat 
sferasında 
yenidənqurma  prosesində  ortaya  çıxan  yeni  imkanları 
reallaşdırmağa  başlamışlar.  Azərbaycan  sahibkarının 
sosial  portreti  ziddiyyətli,  çoxsimalı,  mürəkkəb  və 
çoxmənalıdır.  Bu  yeni  sinif  müxtəlif  sosial  təbəqələrdən 
formalaşmışdır:  əsas  etibarilə  “kölgə”  strukturlarında 
fəaliyyət göstərmiş keçmiş illərin sahibkarlarından; sosial 
konversiyanı  keçmiş  və  yeni  iqtisadi  məkanda  öz  yerini 
tapmış nomenklatur nümayəndələrindən; yaşları artıq 30-
dan  yuxarı  olan  və  öz  sənətlərində  layiqli  yer  tutmaq 
niyyətində olan istehsalçılar və ziyalılardan; hələ özlərinə 
sənət  seçə  bilməyən,  lakin  artıq  biznesin  əlifbasını 
öyrənmiş 
gənc 
insanlardan 
və 
s. 
Bu 
yeni 
azərbaycanlıların, demək olar ki, hamısı biznesin etika və 
mədəniyyətini  təsəvvürlərinə  belə  gətirmirlər.  Bir  çox 
yeni  yaranmış  biznesmenlər  nüfuzdan  çox,  öz  cibləri 
haqqında düşünürlər. Buna görə də öhdəliklərin vicdanla 
yerinə  yetirilməməsi,  partnyorun  maraqlarına  laqeydlik 
göstərilməsi, hətta səmimi olaraq onu aldatmağa çalışma 
halları da  olur. 
2.  İqtisadi  pisxalogiyanın  vacib  vəzifələrindən  biri 
kommersant sahibkarın şəxsiyyətinin təsvirinin, pisxoloji 
portretinin  verilməsi,  onun  müxtəlif  sosial-mədəni 
mühitlərə  və  iqtisadiyyatın  müxtəlif  səviyyələrinə  nə 
dərəcədə  uyğun  olması  məsələsidir.  Aydınlaşdırmaq 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə