PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

 
97 
göstərməlidir.  Reklamın  köməyi  ilə  alıcılar  az  vaxt  və 
əmək sərf etməklə özlərinə lazım olan malları ala bilirlər. 
Bu  zaman  mal  satışı  sürətlənir,  xərclər  aşağı  düşür 
(azalır) və ticarət heytinin faydalı iş əmsalı çıxalır. 
Reklam  fəaliyyəti  ən  müxtəlif  sosoal  sferalara 
(iqtisadiyyat,  ticarət,  məişət  xidmətləri,  siyasət,  tamaşa 
və s) toxunur. 
Reklam  fəaliyyətinin  ən  geniş  yayılmış  sferası 
ticarət  reklamıdır,  reklam    təsirinin  predmeti  isə  ticarət 
müəssisələrinin  əmtəə  və  xidmətləri  və  müəssisənin 
özüdür.  Ticarət  reklamının  köməyilə  əmtəələrin  istehlak 
xassələri  və  bu  əmtəələrin  satışını  müşayiət  edən 
xidmətlər  haqqında  informasiyalar  məqsədyönlü  şəkildə 
yayılır. Bu əmtəə və xidmətlər, habelə onları reallaşdıran 
müəssisələrə  qarşı  istehlakçıların  diqqətini  cəlb  etmək 
məqsədilə  onlara  məşhurluq  yaratmaq  üçün  zəruridir. 
Reklam  fəaliyyətinin  son  məqsədi  satış  həcminin 
artırılması və mənfəətin əldə edilməsidir. 
Reklam  bazar  marketinqinin  bir  hissəsidir.  O, 
istehlakçının 
əmtəə 
və 
xidmətlərin 
keyfiyyəti, 
xüsusiyyətləri, çeşidi, istismar üsulları haqqında və başqa 
məlumatlarla 
dəqiq 
və 
düzgün 
şəkildə 
məlumatlandırmalıdır.  Onun  tərtibatı    müasir  estetik 
tələblərə  cavab  verməli  və  ona  sərf  olunan  xərclər 
nöqteyi-nəzərindən  rasional  olmalıdır.  Onun  köməyi  ilə 
alıcılar  əmtəə  və  xidmətlərin  əldə  edilməsinə  daha  az 
vaxt  sərf  etməlidirlər.  O,  ticarət  işçilərinin  əməyinin 
məhsuldarlığının artırılmasına yol açmalıdır. 
Ayrı-ayrı  ticarət  müəssisələri,  təklif  edilən 
xidmətlər,  iş  vaxtı  satış  forma  və  üsulları,  onların  iş 
xüsusiyyətləri və s. haqqında verilən məlumatlar mühüm 
əhəmiyyətə  malikdir.  Ona  görə  də  ticarət  reklamına: 


 
98 
düzgünlük, məqsədyönlülük, konkretlilik, humanistlik və 
s. cəhətlər xas olmalıdır. 
-
 
 Düzgünlük  (doğruluq,  gerçəklik)  –  malların 
keyfiyyəti, dəyəri üstün cəhətləri və s. haqqındakı 
məlumat. 
-
 
 Konkretlik  (dəqiqlik)  –  reklam  məlumatlarında 
göstərilən  dəlillər  və  sübutlar,  cədvəllərinə    və  s. 
rəqəmlərin həqiqətə uyğunluğu. 
-
 
 Məqsədəyönlülük  –  onun  yükgöndərəni  bazar 
konyukturasını və malları reklam edəndir, obyekti 
isə  istehlakçıdır.  Reklam  zamanı  bu  prinsiplərə 
riayət edilməsi, səmərəsiz xərcləri aradan qaldırır, 
ticatər müəssisəsinin mal dövriyyəsini yüksəldir. 
-
 
 Humanistlik  –  ticarət  reklamını  humanistlik 
şəxsiyyətin  harmonik  inkişafına,  adamların 
mənəvi  inkişafına,  onun  dünya  görüşünün 
genişlənməsinə, 
sağlamlığının 
möhkəmlənməsinə, 
xidmətin 
və 
istehsalın 
səviyyəsinin  yüksəldilməsinə  təsir  göstərməsi 
aiddir. 
-
 
 Etibarlılıq  –  bu  ticarət  reklamının  müasir  və 
müxtəlif  elm  v  texniki  tərəqqinin  inkişafına 
əsaslanmasıdır 
(incəsənət, 
sosiologiya, 
psixologiya, tibbi, iqtisadiyyat, dizayn və s.). 
Hazırda geniş istifadə edilən reklam termini latın 
sözü  olan  –reklamera  sözündən  götürülmüş  və  mənası 
yüksəkdən  çığırmaq  və  ya  məlumat  vermək  deməkdir. 
Öz mahiyyət etibarı ilə reklam malların istehlak xassələri 
və  müxtəlif  xidmət  növləri  haqqında  məlumat  verməklə 
onların siatışını təşkil etmək və onlara alıcılıq qabliyyəti 


 
99 
yaratmaqdır.  Bundan  başqa,  reklam  vasitəsilə  təşkilati, 
ədəbi əsərləri, incəsənəti və s tanıtmaq, məhşurlaşdırmaq 
məqsədilə məlumatlar yaymaq olar. 
    Azərbaycan  Respublikasının  “Reklam  haqqında”  3 
oktyabr  1997-ci  il  376  -1  QD  saylı  qanununda  göstərilir 
ki,  Reklam  fiziki  və  hüquqi  şəxslər,  əmtəə,  ideya  və 
yenliklər  haqqında  maraq  formalaşdırmaq  və  ya  bu 
marağı  saxlamaq,  əmtəənin  satılmasına,  ideya  və 
yenliklərin  həyata  keçirilməsinə  kömək  göstərmək 
məqsədilə yayılan informasiyadır.  
 
“Reklam haqqında” qanun  reklama qarşı    ümumi 
və  xüsusi  tələbləri  müəyyən  edir.  Onda  ədalətsiz,  qeyri-
düzgün,  qeyri-etik,  yalan  və  gizli  reklamın  başlıca 
əlamətləri  ifadə  edilmişdir.  Reklamın  bir  sıra  növlərinə, 
ayrı-ayrı  əmtəə  növlərinin  reklamının  sponsorluqla,  
habelə  həddi-  buluğa  çatmamış  şəxslərin  istehsalda 
hüquqlarının  müdafiəsi,  reklamın  yerləşdirilməsi  və 
yayılması ilə bağlı xüsusiyyətlərinə diqqət ayrılmışdır. 
Qanunun  xüsusi  fəsli  reklam  verənlərin,  reklam 
istehsalçılarının  və  reklam  yayanların  hüquq  və 
öhdəliklərinə  həsr  olunmuşdur.  Belə  ki,  reklam 
istehsalçısı və reklam yayan reklam informasiyasını tələb 
etmək hüququ var, reklamverən isə  həmin informasiyanı 
təqdim etməyə borcludur. Əgər reklam verənin fəaliyyəti 
liseziyalaşdırılmalıdırsa, 
onda 
müvafiq 
əmtəənin 
reklamlaşdırılması,  habelə  reklam  verənin  özünün 
reklamlaşdırılması  zamanı  sonuncu  müvafiq  lisenziyanı 
və  ya  onun  təsdiq  olunmuş  sürətini  təqdim  etməyə 
borcludur,  reklam  istehsalçısı  və  reklam  yayanın    isə 
bunu  tələb  etməyə  hüququ  vardır.  Burada  reklam 
prosesində  iştirak  edən  tərəflərin  başqa  hüquq  və 
öhdəlikləri  də ifadə edilmişdir. 


 
100 
“Reklam  haqqında”  qanunda  reklam  sahəsində 
dövlət 
nəzarəti 
üzrə 
orqanın  federal  antiinhsar 
səlahiyyətləri, 
habelə 
reklam  haqqında  qanunun 
pozilması  faktınınmüəyyən  olunması  halında  əks 
reklamın  verilməsi  qaydası    və  müvafiq  reklama  görə 
məsuliyyəti də müəyyən olunmuşdur. 
Bir  sıra  reklamla  bağlı  məsələlər  “Kütləvi 
informasiya  vasitələri  haqqınd,”  “Qiymətli  kağızlar 
bazarı  haqqında,”  “Narkotik  vasitələr  və  psixotop 
maddələr  haqqınd”  və  b.  Qanunları,  habelə  müxtəlif 
dövlət  və  regional  orqanların  normativ  sənədləri  ilə 
tənzimlənir. 
Beynəlxalq  Ticarət  Palatası  reklam  fəaliyyəti 
məsələlərini  tənzimləmək  üçün  reklam  təcrübəsinin 
beynəlxalq kodeksini tənzimləyir. O, istənilən əmtəə və 
 Xidmətlərin  bütün  növ  reklamlarına,  o  cümlədən 
imic  reklamına  şamil  edilir.  O,  hər  şeydən  əvvəl,  özü 
intizamın  aləti  kimi  çıxış  edir  və  Beynəlxalq  Ticarət 
Palatasının    marketinq  fəaliyyəti  haqqındakı  başqa 
məsəllləri ilə müştərək tətbiq olunur: 
Marketinq tədqiqatları məsələsi
Satışın stimullaşdırılması üzrə fəaliyyət məsələləri
Birbaşa poçt göndərişləri və kataloqlar üzrə ticarət 
məcəlləsi; 
Birbaşa satışlar məcəlləsi. 
Reklam  təcrübəsinin  beynəlxalq  məcəlləsi  reklam 
fəaliyyətinə 
münasibəti 
olan 
bütün 
tərəflərin  
(reklamverənlər, 
reklam 
istehsalçıları, 
kütləvi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə