PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

 
86 
qüsurları 
barədə 
qeyd-şərtlərin 
olmaması 
deməkdir); 
-
 
ixracat  rlisenziyasını  almalı  və  onun  haqqını 
ödəməli; 
-  kontraktda  müəyyən  edilmiş  yerdə  və  müddətdə 
malın  alıcıya  keçmə  anınadək  bütün  riskləri  və 
xərcləri daşımalı. 
Kontraktı  alıcı  kimi  hazırlayarkən  sahibkar  öz 
üzərinə  bir  sıra  öhdəlikləri  götürməli  və  bunları  bu 
sənəddə əks etdirməlidir: 
-
 
malı  kontrakt  üzrə  müəyyən  edilmiş  yerdə  və 
müddətdə qəbul etməli; 
-
 
 malın  daşınması  üzrə  bütün  riskləri  və  xərcləri 
daşımalı; 
-
 
malın  hərəkəti  prosesində  sənədlərin  alınması 
zamanı  yaranan  bütün  rüsumları  və  xərcləri 
ödəməli;  
-
 
malın  xaricə  göndərilməsi  üçün  lazım  olan 
lisenziyanın  və  digər  sənədlərin  alınması  və 
haqqının ödənilməsini təmin etməli. 
Komissiya  üzrə  müqavilənin  bağlanması  zamanı 
satan  tərəf  komitent,  alan  tərəf  isə-  komissioner  kimi 
çıxış edirlər. 
Komissioner  öz  öhdəsinə  götürür  ki,  komitentin 
tapşırığına  əsasən  müqavilə  üzrə  müəyyən  edilmiş 
mükafatla  öz  adından,  lakin  komitentin  hesabına  bir  və 
ya bir neçə alqı-satqı sövdələşməsini həyata keçirəcəkdir. 


 
87 
Bağlanmış  müqavilələr  məcburi  qeydiyyata  və 
uçota alınmalıdır. Müqavilələr və malların  alışı  ilə bağlı 
olan digər sənədlər onların müddətləri qutardıqdan sonra 
üç il ərzində  saxlanılmalıdır. 
Kommersiya  işinin  səviyyəsinin  artırılması  onun 
texnologiyasının daim təkmilləşdirilməsini, idarəetmənin 
yeni 
texnikasından, 
avtomatlaşdırılmış 
idarəetmə 
sistemindən,  kommersiya  işçilərinin  avtomatlaşdırılmış  
iş  yerlərindən  istifadə  olunmasını,  kommersiya 
prosseslərinin,  o  cümlədən  əmtəələrin  topdan  və 
pərakəndə 
satışının 
idarə 
olunmasının 
kommpüterləşdirilməsini tələb edir. 
 
Çoxlu  sayda  mal  göndərənlərə,  mürəkkəb  çeşidlə 
xarakterizə olunan əmtəələrin topdan alışının daimi uçotu  
və nəzarəti yalnız informasiya texnologiyalarının köməyi 
ilə  mümkündür.  Mal  daxil  olmasının  əmtəəşünaslar 
tərəfindən  əllə,  kartoçka  formasında  uçota  alınması 
əməktutumlu bir işdir və çoxlu sayda malgöndərənlərdən 
və  daxilolma  müddətlərinə  görə  çeşidin  bütöv  məcmuyu 
üzrə tez və dəqiq uçot aparılmasını təmin etmir.  
Bu  uçot  sistemi  öhdəlikləri  pozan  malgöndərənlərə 
qarşı operativ təsir tədbirləri görməyə imkan vermir, mal 
göndərilməsinin  pozulmasına  və  fasilələrin  yaranmasına 
səbəb  olur.  Bu  məqsədlə  əmtəə  şöbələrində,  əmtəə 
nümunələri  zallarında,  kommersiyra  pavilyonlarında 
kommersiya    məlumatlarının  operativ  işlənməsi  və 
kommersiya prosseslərinin  operativ idarə olunması üçün 
avtomatlaşdırılmış iş yerlərinin təşkil olunması zəruridir. 
Bu  əmtəələrin  qrupdaxili  çeşid  üzrə  daxil  olmasının  və 
reallaşdırılmasının    uçotunun  avtomatlaşdırılmasının 
təmin  edir,  əmtəəşünasları  əmtəələrin  uçotu  və  hərəkəti 
üzrə  kartoteka  işlərinin  aparılması  kimi  süründürücü  əl 


 
88 
əməyindən  azad  edir,  malgöndərənlərlə  və  alıcılarla  real 
kommersiya işi üçün vaxtı artırır, kommersiya işçilərinin 
əmək məhsuldarlığını yüksəldir. 
Mağazalarda 
əmtəələrin 
pərakəndə 
satışının 
uçotunun  kompüterləşdirilməsi  əmtəə  satışının  və  ticarət 
çeşidinin optimal ölçülərdə saxlanması və tamamlanması 
işlərinin 
gedişatına 
fasiləsiz 
nəzarətin 
həyata 
keçirilməsini təmin edir. 
Kommersiya  əməliyyatlarının kompüterləşdirilməsi 
kommersiya məlumatlarının işlənməsi və ötürülməsi üzrə 
informasiya  sisteminin  yaradılmasına  imkan  verir  ki,  bu 
da 
əmtəə  tədavülü  sferasında  bazar,  marketinq 
fəaliyyətinin texniki  əsasını təşkil edir. 
Kommersiya  fəaliyyəti,  hər  hansı  digər  bir 
sahibkarlıq    fəaliyyəti  kimi,  müəyyən  dərəcədə  dövlət 
tərəfindən  tənzimlənməyə  ehtiyac  duyur.  Kommersiya 
münasibətləri əsasən bu sahəyə aid olan qanun və hüquqi 
aktların vasitəsilə tənzimlənir. 
Azərbaycanın 
İqtisadi 
İnkişaf 
Nazirliyinin 
yaradılması daxili və xarici ticarət məsələlərinin təşkilati 
cəhətdən bir orqanda cəmlənməsinə imkan vermişdir. Bu 
isə  Azərbaycan  mallarının  nəinki  daxili,  həm  də  xarici 
bazarlarda 
irəliləməsi 
üçün 
və 
milli 
əmtəə 
istehsalçılarının  müdafiəsi  baxımından  əlverişli  şəraitin 
yaradılması imkanlarını genişləndirir. 
 
Ədəbiyyat 
1.
 
Коммерческое  дело  М.:  Экономика.  Учебник, 
1992. 


 
89 
2.
 
P.S.  Zavyalov,  V.İ.  Demidov,  Müvəfəqiyyətin 
düsturu:marketinq.  M.  Beynəlxalq  münasibətlər, 
1991.  
3.
 
Levşin 
F.M. 
Dünya 
əmtəə 
bazarlarının 
konyukturası: spesifik və varislik. M. 1992 
4.
 
Ələsgərov F.N. İstehlak malları bazarı: idarəetmə 
formaları və metodları. Bakı “Azərnəşr”, 1993. 
5.
 
Hacıyev  Ş.  H.  Xalq  istehlak  mallarının  əhali 
tələbinə  proqnozlaşdırılması.  Bakı,  Azərnəşr, 
1989 
6.
 
Sənaye mallarının marketinqi. Tərəqqi, 1992. 
7.
 
Qerçıkova  İ.Q.  Marketinq  və  beynəlxalq 
kommersiya  işi.  M.  Xarici  ticarət  nəşriyyatı. 
1991. 
8.
 
Ağamalıyev  M.Q.  Kommersiya  fəaliyyətinin 
təşkili. Bakı, 2004 
 
MÖVZU6. 
KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM 
Açar sözlər 
 
Reklam,  ticarət  reklamı,  inandırma,  brendinq, 
personal  satış,  seylz  promouşn,  pablik  rileyşnz,  KİV, 
vitrin,  reklam  elanları,  çap  reklamı,  kataloq,  prospekt, 
plakat,  audiovizual  reklam, reklam roliki, texniki reklam 
filmləri,  slayd  filimlər,  radio  və  televiziya  reklamı, 
topdan  yarmarka,  reklam  suvenirləri,  seriyalı  suvenir 
məlumatlar,  qablaşdırıcı  materiallar,  direkt  meyl,  xarici 
reklam, 
reklam 
şitləri, 
afişalar, 
transporantlar, 
preskonferensiya, 
simpozium, 
kompüter 
reklamı, 
dequstasiya. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə