PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

 
78 
birjalarının,  topdan  yarmarkaların,  satış  sərgilərin  və  ən 
yaxşı  nümunələrin  və  yeni  məmulatların  baxış 
sərgilərinin  işində  iştirak  etməli,  kütləvi  informasiya 
vasitələrində  reklam  elanlarını  diqqətdə  saxlamalı,  tələb 
və  təklif  bületenlərində,  birja  məlumatlarında,  prospekt, 
kataloq 
və 

olan 
informasiyaları 
nəzərdən 
qaçırmamalıdırlar. 
 
Bölgə 
və 
əmtəə  bazarlarının  tutumunun 
öyrənilməsi  və  proqnozlaşdırılması,  reklam-informasiya 
fəaliyyətinin 
inkişafı 
və 
təkmilləşdirilməsi, 
malgöndərənlərlə  itehlakçılar  arasında  alqı-  satqı  işinin 
əlaqələndirilməsi  də  ticarətdə  kommersiya  xidmətinin 
əsas  vəzifələrinə  daxildir.  Bunun  üçün  isə  marketinqin 
istifadə 
olunmasında  xarici  ölkələrin  təcrübəsini 
öyrənmək  lazımdır  ki,  bu  da  bazar  şəraitində 
müəssisələrin 
kommersiya 
fəaliyyətlərini 
müvəffəqiyyətlə təşkil etməyə imkan verəcək. 
 
Müasir 
mərhələdə 
ticarət 
təşkilatları 
və 
müəssisələrinin  kommersiya  işi  iqtisadi-  maliyyə 
əlaqələrinin  müxtəlif  formalarından  istifadə  etməklə 
xarici iqtisadi fəaliyyətin əhatə dairəsinin genişlənməsinə 
kömək etməlidir. 
Malların alışını ticarət müəssisələri –topdansatış və 
ya xırda topdansatış mal dövriyyəsinin həyata keçirilməsi 
prosesi zamanı hüquqi şəxslər və yaxud fərdi sahibkarlar 
– fiziki şəxslər yerinə yetirirlər. 
 Alışın  planlaşdırılması  və  həyata  keçirilməsi 
zamanı lazımdır: 
-
 
alınan mallara alıcılıq tələbini nəzərə almaq


 
79 
-
 
malların  istehsalçıları  və  satıcılarının  bu  mallara 
olan təklifini nəzərə almaq
-
 
 malın  real  bazar  konyunkturuna  uyğun  gələn 
qiymətinə istiqamətlənmək; 
-
 
mal  istehsalçılarına  və  topdan  satıcılara  alıcılıq 
tələbinin daha yaxşı nəzərə alınması istiqamətində 
təsir etmək; 
-
 
ticarət  müəssisəsinin  mənfəətli  ticarətin  təşkili 
üzrə maraqlarını nəzərə almaq; 
-
 
malların 
çeşidinin 
formalaşdırılması 
zəruriyyətinin nəzərə alınması; 
-
 
 qabaqcadan  işlənmiş  kommersiya  strategiyasına 
əsasən hərəkət etmək. 
Yuxarıda  qeyd  edilən  tələblərdən  asılı  olaraq  mal 
alışı fəaliyyəti aşağıdakı mütləq şərtlərə əməl edilməsi ilə 
həyata keçirilməlidir: 
-
 
mal göndərənlərin rəqabəti; 
-
 
mal göndərənlərin sərbəst olaraq seçilməsi
-
 
qiymətin sərbəst olaraq seçilməsi;  
-
 
mülkiyyət formasından, dövlətə məxsusluğundan, 
müəssisənin  formasından  asılı  olmayaraq  alqı-
satqı  sövdələşmələri  zamanı  tərəf-  müqabillərin 
(partnyorların) bərabərliyi; 
-
 
sövdələşmə  üzrə  tərəf-müqabillərin  bir-birləri 
qarşısında maddi və mənəvi (etik) məsuliyyəti; 


 
80 
-
 
mal  alışını  həyata  keçirən  kommersiya  işçisinin 
müstəqilliyi. 
Alışların 
həyata 
keçirilməsi 
zamanı 
mal 
istehsalçılarına,  iri  topdan  malgöndərənlərə,  həmçinin 
mötəbər xarici firmalara üstünlük (prioritet)  verilməlidir. 
Xırda  magöndərənlərdən  malın  alışını  xırda 
partiyalarla  və  geniş  çeşidinin  formalaşdırılması  və 
saxlanılması məqsədilə əsasən yeni malların alınması ilə 
həyata keçirmək lazımdır. 
Malların  alışı  aşağıdaakı  kommersiya  işinin 
aparılmasını tələb edir: 
-
 
alıcılıq 
tələbinin 
tədqiq 
olunması 
 
və 
proqnozlaşdırılması; 
-
 
əsas  malgöndərənlərin  axtarılıb  tapılması  və 
öyrənilməsi,  onlarla  əlaqədar    olan  mal  təklifinin 
müəyyən olunması; 
-
 
malgöndərənlərlə imkan daxilində daimi əlaqələri 
sahmana salmaq; 
-
 
malgöndərənlərə    sifarişlərin  və  tələbnamələrin 
rəsmiləşdirilməsi; 
-
 
mal göndərişi üzrə müqavilələrin hazırlanması və 
bağlanması; 
-
 
malların  istehsalçılardan,  vasitəçilərdən,  topdan 
mal 
satanlardan 
və 
digər 
mümkün 
olan 
malgöndərənlərdən alışının təşkil olunması; 
-
 
 mal  alışı  fəaliyyətə  nəzarət,  uçotun  və  təhlilin 
təşkili. 


 
81 
Adları  çəkilən  tədbirlərin  qısaca  məzmununu 
nəzərdən keçirək. 
Alıcılıq 
tələbinin 
tədqiq 
olunması 
və 
proqnozlaşdırılması-  marketinqin  fəaliyyət  sahəsidir.  Bu 
işlə müvafiq marketoloq mütəxəssislər məşğul olurlar. 
Kommersantın  vəzifəsi  –  buna  hərtərəfli  yardım 
etməkdir.  Bunun  üçün  malların  hərəkəti    və  satışının 
daimi  daimi  uçotunu  aparmaq,  ticarət  müəssisələrinin 
tələbnamələrini 
və 
sifarişlərini 
sistemləşdirmək, 
ödənilməmiş  tələbin  səbəblərini  təhlil  etmək,  alıcılarla 
işləmək lazımdır. 
Malgöndərənlərin 
axtarılıb 
tapılması 
mal 
istehsalçılarının  daimi  monitorinqi  (müşahidəsi),  onlarla 
israrlı,  təkidli  işin  aparılması,  onlardan  malı  alan 
müəssisə  ilə  də  marağın  yaradılması  yolu  ilə  əldə  edilir. 
Bu  zaman,  müntəzəm  olaraq  topdansatış    yarmaka  və 
sərgilərini,  əmtəə  birjalarını,  hərraclara  baş  çəkmək, 
kütləvi 
informasiya 
vasitələrində 
verilən 
reklam 
elanlarını  öyrənmək,    xüsusi  mətbuatı  birja  kataloqlarını  
izləmək lazımdır. 
Malgöndərənlərlə 
sıx 
əlaqələrin 
yaranması 
uzunmüddətli  müqavilə    öhdəliklərinin  formalaşmasını, 
birbaşa  əlaqələrin  həyata  keçirilməsini,  vasitəçilərin 
iştirakı olmadan sabit alışların aparılmasını nəzərdə tutur. 
Pərakəndə 
ticarət 
müəssisələri 
tərəfindən 
malgöndərənlərə  ilkin  tələbnamələrin  və  sifarişlərin 
verilməsi 
mal  alışı  fəaliyyətinin  sabitləşdirilməsi 
formalarından  biridir  ki,  bu  da  tələbin  və  təklifin 
qabaqcadan bilinməsi effektini gücləndirər və bununla da 
kommersiya işinin səmərəliliyini artırar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə