Problemin müasir vəziyyəti



Yüklə 199,91 Kb.
səhifə2/3
tarix30.12.2023
ölçüsü199,91 Kb.
#164042
1   2   3
rustem

Tədqiqatın məqsədi: Fırlanğıc uzunmüddətli istismardan sonra təxminən 1,5-2,0 ildən sonra tədricən detalları sıradan çıxır. Bu avadanlığın əsasən hərəkətdə olan lülələr tədricən sürtünmə ilə yeyilərək 1,5-2,0 mm-ə qədər dərinlikdə olan zaman təmirə göndərilir.
Burada əsas məqsəd lülənin sıradan çıxması zamanı təmir və bərpa texnplogiyasının qurgusu və üsulunun seçilməsi məqsədi qarşıya qoyulmuşdur. Bununla, fırlanğıcın lüləsinin təmir və bərpa texnologiyası işlənib hazırlanmalıdır.
Tədqiqatın yeniliyi: Fırlanğıcın ilk istifadəsindən bu günədək uzun bir yol keçmiş və müxtəlif dövrlərdə bir çox modifikasiyalar olunmuşdur. Zamanakeçdikcə avadanlığın müasirləşməsi onun təmir edilməsi qaydaları kimi, həm də, təmir edilməsi üçün olan sexin layihələndirilməsinin də müasirləşdirilməsini labüd edir. Beləcə, layihələndirilmə istər sexdə istifadə olunacaq avadanlıqlar, istərsə də təhlükəsizlik qaydaları baxımından dövrün tələblərinə uyğunlaşdırılmalı və inkişaf etdirilməlidir.
Fırlanğıcın səthinin bərpa olunması üçün flüs altında üstəritmə prosesi metodu seçilmişdir. Bu metod optimal effekt verir və daha praktikdir.
Fırlanğıc lüləsinin bərpasının marşrut texnologiyası aşağıdakı ardıcıllıqdan ibarətdir: birinci mexaniki işlənmə, flüs altında üstəritmə prosesi, ikinci mexaniki işlənmə (burğulama).
Buraxılış işində fırlanğıcların və onların lüləsinin təmir və bərpası aparılan mexaniki təmir sexinin layihəsi verilir. Burada bərpanın iqtisadi effektivliyi əsaslandırılmışdır. Həm də sexdə təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri öyrənilmişdir.


FƏSİL 1. ƏDƏBİYYAT İCMALI
Fırlanğıc tal sistemi və qazma aləti arasındakı birləşdirici bənddir. Fırlanğıc ondan asılan fırlanan qazma boru kəmərlərinin çəkisinə tab gətirməli olduğundan baltanın quyu dibində fasiləsiz işləməsini və qulluq edən personalın təhlükəsizliyini təmin edən möhkəmliyə malik olmalıdır. Qazma zamanı quyu dibinin yüksək təzyiqlərdə gilli məhlulla yuyulmasının vacibliyi fırlanğıcın konstruksiyasına əlavə tələbləri irəli sürür: kipkəc elementlərinin etibarlılığı, gilli məhlulun abraziv təsirinə qarşı dayanıqlıq .
Fırlanğıclar istehsalçı zavodlar tərəfindən müxtəlif tip ölçülərdə istehsal edilirlər.
Fırlanğıclar hər tip üzrə iki qrup detallardan ibarət olur:

  1. fırlanğıcın işi zamanı tal sistemi ilə əlaqələndirilərək ondan irəli-geri hərəkət alaraq fırlanmayan detallar;

  2. qazma aləti ilə birlikdə fırlanan detallar.

Şək.1.1-də daha çox yayılmış fırlanğıclardan birinin ümumi görünüşü verilmişdir.Fırlanğıcın əsas aparıcı detalı onun gövdəsi olub, bütöv polad tökmə şəklindədir. Gövdə iki yan sapfaların köməyi ilə tal sisteminin qarmağına asılmaq üçün polad döymə millə birləşdirirlir. Gövdə iki qapaqla: aşağı və yuxarı qapaqlarla bağlanır. Gövdənin daxilində halqa sahəsində aparıcı dayaq yerləşmişdir, ona fırlanğıcın keçirici iə əlaqələndirilmiş lüləsi quraşdırılmışdır. Əsas dayaqdan əlavə fırlanğıca iki ədəd yastıqlı dayaq və iki ədəd əks radial dayaqlar quraşdırılmışdır. Qapağa şlanq birləşməsinin aparıcısı və qrundbukslu məhlul borusu birləşdirilmişdir. Lülənin aşağı hissəsində kipkəc bərkidilməsi vardır. Qapağın məhlul borusu ilə təmas yerində kipkəc kipləndirməsi yerləşdirilmişdir.
Gövdənin daxili sahəsi yastıqlar üçün yağ vannasıdır. Yuxarı kipkəc birləşməsi gilli məhlulun yağ vannası sahəsinə düşməsinin qarşısını alır, aşağı kipkəc gövdədən lülənin aşağı hissəsinin çıxdığı yerdə hermetik yağ vannası yaradaraq həmin hissəni kipləndirir. Fırlanğıcın işi zamanı lülənin dayaqları yüksək yüklənməyə məruz qalırlar, buna görə də dayaqların hətta qısa müddətli belə yağlanmaması yol verilməzdir. Yağ vannasında yağın səviyyəsinə və keyfiyyətinə sistemli olaraq müşahidə aparılır.
1500 m dərinlikli quyular üçün ШВ3-150, ШВ4-150, У6-130-1 tip fırlanğıclardan istifadə edilir.
Cədvəl 1.1-də fırlanğıcların texniki xarakteristikaları verilmişdir, şək.1.1-də fırlanğıcın ümumi görünüşü, şək.1.2-də fırlanğıcın lüləsinin işci çertyoju verilmişdir.


Yüklə 199,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə