Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Korrupsiya qalmaqalı ilə silkələnən FİFA islahatlara qərar verdi



Yüklə 402,37 Kb.
səhifə14/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   ...   9   10   11   12   13   14   15   16   17

Korrupsiya qalmaqalı ilə silkələnən FİFA islahatlara qərar verdi


21.07.2015

blatter

Korrupsiya qalmaqalı ilə üzləşmiş beynəlxalq futbol təşkilatı FİFA iyulun 20-si Sürixdə İcraiyyə Komitəsinin iclasını keçirib. İclasın qərarına görə, gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək.

Bu il mayın 27-də Sürixdə FİFA-nın bir neçə yüksək ranqlı məmuru korrupsiya ittihamı ilə həbs olunub. Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Yozef Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib.

Transparency.az xəbər verir ki, İcraiyyə Komitəsinin 20 iyul iclasında FİFA-nın bütün rəsmilərinin, eləcə də prezidentin, maaşını ictimaiyyətə açıqlamaq qərarına gəlinib. Başqa bir qərara görə, indən belə eyni şəxs yalnız üç dördillik müddətə FİFA prezidenti seçilə bilər. FİFA İcraiyyə Komitəsi üzvləri və regional konfederasiya rəhbərləri üçün də müddət məhdudiyyəti qoyulacaq.

İclasdan sonra mətbuat konfransında danışan Yozef Blatter deyib ki, FİFA rəhbərliyi ABŞ-da və İsveçrədə aparılan istintaqla sıx əməkdaşlıq edir.

Britaniyalı komediya ustası Saymon Brodkin (ləqəbi Li Nelson) Yozef Blatterin mətbuat konfransını pozub. O, Yozef Blatterə yaxınlaşaraq “2026-cı ildə Şimali Koreyada keçiriləcək dünya çempionatı üçün rüşvət nömrəsi” oynadığını deyib və FİFA prezidentinin başına pul səpib.

Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer bu ay futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.

Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.

2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları ötən ayın əvvəlində üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.

Rəsmi: 2015-ci ildə 3364 müəssisə yaradılıb


21.07.2015

2015-ci ilin yanvar-iyun aylarında ölkədə 3364 müəssisə yaradılıb. Məlumatı iyulun 21-də Dövlət Statistika Komitəsi yayıb.

Rəsmi açıqlamada qeyd olunur ki, yeni müəssisələrin 51,8 faizi Bakıda, 13,9 faizi Lənkəran, 12,2 faizi Aran, 6,6 faizi Abşeron, 6,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

2015-ci ilin yanvar-iyun aylarında ölkənin vergi orqanlarında 37468 fiziki şəxs qeydiyyata alınıb.


İlham Əliyev mətbuatı pozuntulara qarşı fəal olmağa çağırıb


21.07.2015

gorush

İyulun 21-də prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, prezident milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə təbriklərini çatdırıb, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib: “Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var və ancaq müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil şəkildə fəaliyyət göstərib”.

Ölkədə mətbuatın inkişafı ilə əlaqədar islahatların uğurla aparıldığını deyən prezident bildirib ki, Azərbaycan bundan sonra da demokratiyanın inkişafı yolu ilə gedəcək: “Cəmiyyətimiz strateji maraqlar ətrafında birləşib və bizi narahat edən məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Mətbuat hər zaman strateji maraqları müdafiə etməli, milli maraqlarımızı beynəlxalq müstəvidə qorumalıdır”. Son illərdə bu istiqamətdə milli mətbuatda ciddi dönüşün yarandığını deyən dövlət başçısı ölkədəki vəziyyəti, hadisələri bir çox hallarda mətbuatdan izlədiyini və dərhal da reaksiya verdiyini bildirib. İlham Əliyev bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıb.

Dövlət başçısı çıxışlarda səslənən təkliflərə baxılacağını və medianın inkişafı ilə bağlı tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Daha sonra İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.



Kütləvi informasiya vasitələrinin nümayəndələrinə prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam

Kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam

Kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam

Kütləvi informasiya vasitələri əməkdaşlarının prezidentin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam

teltif 2

teltif

teltif 3

Toshiba”nın prezidenti maliyyə hesabatı münaqişəsinə görə istefaya getdi


21.07.2015

tanaki - 1Yaponiyanın “Toshiba” şirkətinin prezidenti Xisao Tanaki iyulun 21-də istefaya gedib. Transparency.az xəbər verir ki, Tanakinin istefası şirkətin maliyyə hesabatı ətrafında yaranan münaqişə ilə bağlıdır.

Tanakini şirkətin Direktorlar Şurasının sədri Masasi Muromati əvəzləyəcək.

“Toshiba”nın Direktorlar Şurası sədrinin müavini Norio Sasakı və müşavir Asutosi Nisida da istefaya gediblər.

Şirkətin 7 il ərzində mənfəəti ilə bağlı məlumatları şişirtdiyi, habelə bank hesablarından pul sildiyi bildirilir.



Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə