17
qoymayıb)» deyə buyurdu
20
. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət
edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «
Xamr - bu
iki ağacdandır. Xurma və üzüm»
21
. Cabir b. Abdullah - radıyallahu anhu
– rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – quru üzümlə
xurmanı və (köhnə) xurma ilə təzə xurmanı qarışdıraraq (şərab)
düzəltməkdən nəhy etdi»
22
. İbn Abbas - radıyallahu anhu – rəvayət edir
ki, AbdulQeys
23
heyəti Rəsulullah – sallallahu aleyhi və səlləm – in
hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia qəbiləsindənik.
Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir qəbilə maneə
olmuşdur. Buna görə də sənin yanına yalnız Haram aylarda
24
gələ bilirik.
Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə
qalanlara onu dəvət edək Cənnətə girək. Rəsulullah – sallallahu aleyhi və
səlləm – onlara dörd şeyi əmr etdi və dörd şeydən də çəkindirdi.
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir və tək olaraq
Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman
etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl
bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat
vermək və qənimətin 1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən,
Nakirdən və Muzzafərdən çəkindirirəm»
25
.
20
Müslim 1984.
21
Müslim 1985.
22
Müslim 1986.
23
Bu heyət Hudeybiyyə sülhündən sonra Məkkə fəthindən bir az əvvəl
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlmişlər. Heyətin böyüyü
Munziru b. Aiz əl-Əsəri idi. Munzirin üzündə qılınc və ya bıçaq izi olduğu üçün
Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu əl-Əşəcc diyə ləqəbləndirmişdir.
Bundan sonra o, kimsə AbdulQays Əşecci ləqəbi ilə şöhrət tapmışdır. Heyəti sayı
barəsində bir çox rəqəmlər vardır. 14, 40, 50 nəfərə qədər olduğu da söylənilir.
24
Haram Aylar – «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri
yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü (Rəcəb,
Zülqədə, Zülhiccə və Məhərrəm) haram aylardır. Bu doğru dindir. Ona görə də
həmən aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları
kimi siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!». (ət-Tövbə 36).
Bu aylarda döyüşlər etmək, hücum etmək, ozünə zülm etmək qadağan edilmişdir.
Məhz buna görə də bu ayları haram aylar adlandırırlar.
25
Bu adları çəkilən dörd kəlimə o, qövmün içərisində şərab düzəltdikləri qabların
adlarıdır.
Dubba – içi ovulmuş balqabaqdır,
Hantem – saxsıdan düzəldilmiş
qabdır, Nakir – içi ovulmuş ağac parçasıdır ki, içərisinə kiçik xurmalardan atır.
18
İstənilən Növ Pendirin Yeməkdə İstifadə Edilməsi
Alimlər heyvanların mədəsindən götürülərək pendirə qatılan qursağın
“İnfaxa” yeyilməsində fikir ayrılığıdadırlar. Bir çox alimlər (çoxluq)
qeyd edirlər ki: Müsəlmanların və Kitab Əhlinin hazırladıqları pendiri
yemək olar, çünki qeyrilərnin (kafirlərin, bütpərəstlərin və s.) kəsdikləri
heyvanların ətləri ölü (leş) sayıldığı üçün hazırladıqları pendirləri də
yemək olmaz.
İkinci qrup alimlər: Əbu Hənifə və Hənbəlilərdən bəziləri müşriklərin
belə hazırladıqları pendirin yeyilməsinə icazə vermişlər. Onlar qeyd
edirlər ki: Ölü (leş) sayılan heyvanın qursağı və südü nəcis sayılmır
26
. Bu
Sonra içərisinə su tökərdilər. Bir müddətdən sonra onu şərab olaraq alırdılar.
Muqayyər – qır sürtülən qabdır. Buxari, Müslim.
26
Həmçinin: Ölü (leş) heyvanın Sümüyü, buynuuz, dırnağı, yunu, tükləri – canlı
(ruhu) olmayan bütün qisimləri nəcis sayılmaz. Çünki onlar ölü heyvan
hökmündə olmadığı kimi, heyvan həyatda ikən də canlı (ruhu) olan bir şey
deyildir. Bu zaman onların satışına da icazə vardır (Aşlandıqdan sonra Dəri).
İbnul Qasım, İmam Məlik – rahmətullahi aleyhi - rəvayət edir ki: "Sümüyün nə
satılmasını, nə də alınmasını caiz bilmirəm. Filin dişləri (buynuzları) da eynilə.
Ticarətinin edilməsi caiz deyildir. Fil dişindən düzəldilən daraqlar, yağ qabı kimi
istifadə etmək olmaz. Ölü heyvanın parçası olan sümükdən düzəldilmiş yağ
qabına necə yağ dökülür, sümükdən düzəldilmiş daraqla necə saqqal daranır?
Digərləri isə İbn Vəhb – rahmətullahi aleyhi - və s. Suda qaynadıldıqdan sonra
caiz görmüşlər. Dəri aşılanması kimi. İbn Qeyyim "Zədul Məad". Doğrusunu
Allah Bilir. Lakin əti, qanı, dərisi – canlı olduğu üçün nəcis sayılır. Bütün elm
əhli bu görüşdədirlər: İmam Məlik, Əbu Hənifə, İmam Əhməd, Əvzai, Davud,
İbnul Munzir, Muzəni, Həsənul Bəsri, İbn Sirirn – Allah Onlardan Razı Olsun -
və s. "Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların
dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin
üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən
və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar
köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq)
mal verdi". (ən-Nəhl 80). İbn Abbas
– radıyallahu anhu - rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – Meymunə – radıyallahu anhə - yə aid
ölmüş bir qoyunun yanından keçirdi. Dedilər: "Dərisindən faydalanın". Orada
olanlar: "Necə olur, o ölü (leş) bir heyvan" dedilər. Peyğəmbər: "Haram olan
ancaq onun ətidir" deyə buyurdu. İmam Əhməd "Musnəd". Bu hədis ətdən başqa
digər orqanların təmiz olduğunu bildirməkdədir. Yalnız İmam Şafii –
rahmətullahi aleyhi - bu qisimlərin də nəcis olduğunu söyləmişdir. Dəlil olaraq
əl-Adi "əl-Kamil" adlı əsərində İbn Ömər – radıyallahu anhu - dan mərfu olaraq
əsər rəvayət edir ki: Dırnaqları, qanı və tükünü basdırın çünkü onlar ölüdür (leş)".