63
Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması
üçün səbəb deyildir bir şərtlə ki, insan etdiyi günahın halal olmasına
etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri halaldır əgər
şəriətə uyğun kəsilibsə. O, kimsə ki, (müsəlmanların haramlığında ittifaq
etdikləri: Zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya
edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir
kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, Qazı tərəfindən
onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona
kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona
da tətbiq edilir”. “Usulu Va Davabit Fit Takfir” 15,17, “Muğni” 10/85,86,
“Umdatul Qari” 19/369).
“Fətava İslamiyya” 3/417.
17. Sual: Hörmətli Şeyx, Siqaretin hökmü nədir, müxtəlif növ
siqaretlərlə İslam cəmiyyətlərini zəhərləyən kimsələrə nə məsləhət
görərdiniz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Siqaret çəkmək
haramdır. Çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır.
Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə
birlikdə məclisdə oturmaq da qadağandır”.
“Macallatul Dauva” 1667.
18. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim
bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.
Şeyx Munaccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər
ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal
olmasıdır, çünki əsli halal olmasıdır və onun yeyməkdə qadağan
olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən
kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman
yeyilməsi qadağan olur. Çünki bədənə zərərli olan hər bir şeyin haram
olmasıdır. “Özünüz özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə 195).
“Sual Va Cavab” 1924.
19. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində
oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir.
Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəmdə belə bu cür
yığıncaqlarda iştirak etməyimdə günah varmı?
Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “İçki içən kimsələrlə
oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən.
Əgər onlar sənə qulaq asmasalar onları tər etməlisən bu da Peyğəmbər –
sallallahu aleyhi və səlləm – in sözlərinə uyğun olanıdır: “Kim Allaha və
Axirət gününə iman edirsə içki içilən bir məclisdə (stol arxasında)
64
oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız
əməlindən razı qalmaq və onlarla olmaq deməkdir. “(Ya Rəsulum!)
Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə
qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə
unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-
Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki,
Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu
eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla
bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız.
Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir
yerdə toplayacaqdır!”. (ən-Nisa 140).
“Fətava İslamiyya” 3/447.
20. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin
deyə (yaxınlarının Ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları
yedirtmələrinin şəriət ilə hökmü nədir?
Daimi Fətvalar Komitəsi 1981 deyirlər ki: “İnsanın ölümünün 40-cı
günü Allaha yaxınlaşmaq məqsədilə heyvan kəsmək, ümüd edərək ki, bu
ölən üçün bir bağışlanma və rəhmət olar çirkin bir bidətdir. Nə Peyğəmbər
– sallallahu aleyhi və səlləm –, nə Xəlifələr, nə də səhabələr – Allah
onlardan razı olsun – bu əməli etməyiblər. Həmçinin ümmətin imamları
da bunu etməyiblər. Ümmətin alimlər İcma ediblər bu əməlin dində
əslinin olmamasına. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə o,
rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o
(əməl) rədd olunandır”. Buxari 2697, Müslim 1718. Lakin ölən kimsənin
adından müəyyən bir vaxt təyin etmədən sədəqə vermək (pul və s.) ilə heç
bir problem yoxdur.
21. Sual: Halal və Haram satılan dükanlardan ət məhsulları almaq
olarmı? Lakin bir şeyidə nəzərinizə çatdırım ki, hər bir ət məhsulu özünə
məxsus bağlamada və soyuducuda saxlanılır. Həmçinin içki satılan
mağazalardan ərzaq məhsulları almaq olarmı hansı ki, içki mağazanın
müəyyən bölümlərində satılır. Bu mağazaların sahibləri müsəlman
deyildir.
Daimi Fətvalar Komitəsi 13/173 deyirlər ki: “Yaxşılıq etməkdə və pis
əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik
etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən,
Allahın əzabı şiddətlidir!”. (əl-Maidə 2).
Müsəlman bir kimsəyə
qadağandır günah olan işlərdə və Allahın qanunlarının tapdalanmasında
bir kimsəyə köməklik göstərməsi. Əgər müsəlmanın seçim etmək imkanı
65
varsa və o, bilsə ki, kimsə yalnız halal olan ilə ticarət edib haram
satmaqdan çəkinirsə (donuz, içki və s.) onunla alış-veriş etməsi lazımdır.
Əgər bu cür seçim etmək imkanı yoxdursa bu zaman halal və haram
qatışmış mağazalardan alış-veriş etməsi icazəlidir, aldığı məhsulun halal
olduğunda arxayındırsa”. “Allahdan (Allahın əzabından) bacardığınız
qədər qorxun”. (ət-Təğabun 16).
22. Sual: Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə
hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?
Daimi Fətvalar Komitəsi 22/398 deyirlər ki: “Müsəlman bir kimsəyə
qadağandır Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə
hazırladıqları yeməkləri yeməsi və bayramları münasibətilə onlardan
hədiyyə alması da qadağandır. Bu onunla bağlıdır ki, bayramları
münasibətilə onlardan yemək və hədiyyə almaq onların bu adətlərinə
hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da
dinə fitnələrin və bidətin salınmasına aiddir. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan
olmayan bir yenilik edərsə o, rədd olunandır”. “Kim bizim işimizə uyğun
olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”. Buxari 2697, Müslim
1718. Həmçinin onların əməlinə qarşılıq olaraq bayramları münasibətilə
onlara da hədiyyə vermək olmaz”
32
.
32
Çox təəssüf ki, günümüzdə bir çox insanlar kafirlərin bayramlarında iştirak
etməyi və onları bu bayramları münasibətilə təbrik etməyi tövsiyə edirlər bu
qadağan olunduğu halda. “Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət
müəyyən etdik ki, ona əməl edərlər...”. (əl-Həcc 67). Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: “Kim bir qövmə oxşamağa çalışarsa o, da
onlardandır”. Əbu Davud 4037, Əhməd 2/50, əl-Albani səhih. İbn Ömər –
radıyallahu anhu – deyir ki: “Allahın düşmənlərindən onların bayramları zamanı
uzaqlaşın”. Beyhəqi 18641. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki:
“Kafirlərə - onların bayramlarının hər hansısa birində oxşamaq (bənzəməyə)
çalışmaq insanın onların yalançı əqidələri və adətləri ilə razılaşması deməkdir”.
O, deyir: “Müsəlman bir kimsəyə kafirlərin bayramları zamanı onların o, günü
istifadə edə biləcəklər hər hansı bir şeyi – yemək, paltar, ətir - satması
qadağandır”. İqtida” 229. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Alimlərin
icması ilə kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır”. O, deyir:
“Bu sanki bir kimsəni içki içməsi, zina etməsi, adam öldürməsi münasibətilə
təbrik etmək kimi bir şeydir”. “Əhkəmu Əhli Zimmə” 1/441. Şeyx Useymin -
rahmətullahi aleyhi – deyir ki: “Müsəlman bir kimsəyə qadağandır kafirlərin
dəvətini qəbul edib orada iştirak etməyə. Bu onları bayramları münasibətilə təbrik
etməkdən daha pisdir. Çünki bu onların bayramlarında iştirak etmək deməkdir”.
“Məcmuu Fətava Va Rasail” 3/369.
66
23. Sual: Hörmətli Şeyx, Böyük Britaniyada yaşayan bəzi
müsəlmanlar var-dövlətlərini haram və halal yolla qazanırlar. Onlar içki
və donuz əti ilə ticarət edirlər. Onların içərisində elələri var ki, onun
mülkünün çox hissəsi haram ilə əldə edilmişdir. Bizə icazə verilirmi
onlarla ünsiyyətdə olmaq, onların yeməklərini yemək və onların
dəvətlərini qəbul etmək? Onların məscidin təmiri üçün verdikləri sədəqəni
də qəbul etmək olarmı?
Daimi Fətvalar Komitəsi 16/181 deyirlər ki: “İlk öncə onları dəvət
edib, pis sonluqla nəticələnən haram yolla mal yeməkdən (toplamaqdan)
çəkindirməlisiniz. Onlara və digər qardaşlara xatırla ki, Allah Qiyamət
günü onun sərhədlərini aşaraq haram işlərlə məşğul olanları
cəzalandıracaqdır. Onları başlarına gələcək kasıblıqla xəbərdar et! Xatırla
ki, dünya nemətləri əbədi deyildir, Axirət isə daha gözəldir. Onlar cavab
versələr sizin dində qardaşlarınızdır. Allaha həmd olsun. Onlara tövbə
etmələrini və pis əməldən sonra dərhal yaxşı iş görmələrini nəsihət et! Ola
bilər ki, Allah onların tövbələrini qəbul edib pis əməllərini yaxşı işlərlə
əvəz edər. Bundan sonra sizlər onlarla ünsiyyət qura bilər, onların
yeməklərini yeyə bilər və onların sədəqələrini qəbul edib yaxşı işlərdə sərf
edə bilərsiniz. Məscid və s. işlər. Çünki onlar tövbə edib, səhflərini başa
düşüblər. “Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən
ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə
olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir.
Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan)
etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu
işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar).
Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar
cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”.
(əl-Bəqərə 275).
İkincisi: Əgər onlar bu qədər xəbərdarlıq və nəsihətdən özləri üçün
bir fayda və ibrət götürməyib haram etməyə davam edərlərsə o, zaman
sizə vacibdir onları Allah üçün tərk etmək. Onların dəvətlərini qəbul
etməyin, sədəqələrini də götürməyin. Bununla siz onların etdiklərinə nifrət
və qəzəbli olduğunuzu bildirir, ümüd edərək ki, onlar bundan bir fayda
götürüb doğru yola qayıdarlar”
33
.
33
Daimi Fətvalar Komitəsi nəsihət edir ki: “Açıq-aydın günah edən kimsələrlə
dostluq münasibətləri saxlamamaq, onların dəvətlərini və sədəqələrini qəbul
etməmək, bu da onlar üçün bir dərs və ibrət olsun deyə edilir”. Lakin haram
qazanan bir kimsədən sədəqə almaq əslən qadağan deyildir. Haram yolla qazanan
bir kimsədən hədiyyə və pul götürmək icazəlidir. Bu mülk sahibi üçün haramdır,
digərləri üçün isə haram deyildir. İmam İbn Munzir – rahmətullahi aleyhi – deyir
67
24. Sual: Hörmətli Şeyx, istehsal zamanı alkoqol qatılan şokoladın
hökmü nədir? Lakin bu alkoqol istehsal zamanı buxarlanır. Bunun halı
qursağ qatılmış pendirin hökmünə bənzəyirmi?
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu sualı
dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir,
az miqdarda qatılır, yoxsa çox. 2) Doğrudurmu ki, istehsal zamanı bu
alkoqol buxarlanır?
Sual verən: Bəli, Az miqdarda alkoqol qatılır və istehsal zamanı
alkoqol buxarlanır.
Şeyx əl-Albani – rahmətullahi aleyhi – deyir ki: “Bu suala
əsaslanaraq mən deyirəm ki, biz bu suala dərmanlarla bağlı suala cavab
verdiyimiz kimi verəcəyik. Hər birimiz bilirik ki, (günümüzdə)
dərmanların əksəriyyətinə spirt qatılır, həmçinin odekolonlar da belədir.
Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər
vəziyyət sənin dediyin kimidirsə bu cür dərman və şokoladları istifadə
etmək, satmaq və kafirlərin məmləkətindən gətirmək olar. Lakin İslam
dövlətlərində belə şeyləri istehsal etmək qadağandır. Nə üçün belə
ayırma? Şübhəsiz dərman şokoladdan daha əhəmiyyətli və mühüm bir
şeydir. Çünki şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün
bunlara baxmayaraq biz İslam dövlətlərində spirtli dərmanların istehsalını
etməməliyik. Nə üçün? Çünki dərman, istehsal edən kimsədən spirt
ki: “Qazancı haram yolla olan bir kəsdən götürmək (pul və s.) icazəlidir. Allah
Yəhudilər haqqında buyurur: “Onlar yalana qulaq asanlar və haram
yeyənlərdir...”. (əl-Maidə 42). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu
bildiyi halda öz zirehini Yəhudidə girov qoymuş, Kitab Əhlindən cizyə almışdır.
Halbuki onların gəlirlərinin çox hissəsini (mülklərini) donuz alverindən və haram
işlərdən idi”. “Subus Salam” 2/213. Lakin kim haram olan qazancdan (mülkdən)
sədəqə verərsə buna görə heç bir mükafat qazanmaz hətta o, müsəlman olsada
belə. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak
olanı da qəbul edir...”. Müslim 1015. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: “Kim haram yığıb və onu sədəqə olaraq paylayarsa buna görə heç bir
mükafat qazanmayacaq və əksinə onun günahının yükünü daşıyacaqdır”. İbn
Hibban 3216, Şueyb Arnaut, AbdulQadir Arnaut səhih. Lakin bir kimsə İslamı
qəbul edərsə və onda haram yolla qazanmış mülk olarsa qoy ondan qurtulmasın.
Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə səhabələr İslamı
qəbul etdikləri zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara haram
olan mülkdən qurtulmalarını əmr etməmişdir. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: “Allahın qulu İslamı qəbul edərsə və onun İslamı gözəl olarsa
o, zaman Allah onun öncədən etmiş bütün günahlarını bağışlayar”. Buxari 41.
68
hazırlamağı, spirti isə üzümü sıxmaqla Xamr hazırlamağı tələb edəcək.
Bütün bunlar qadağandır necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm
– buyurdu: “Allah lənət edib içki içəni, süzəni, satanı, alanı, sıxanı,
qarışdıranı, paylayanı, saxlayanı və ondan gələn gəliri xərcləyəni”. Əbu
Davud, Həkim, “Səhihul Cəmi” 72,1802,5091. Buna görə də spirtli
dərmanları hazırlamaq üçün bizlər istehsal etməliyik, istehsal edən kimsə
isə lənətlənmişdir. O, ki qaldı kafirlərin dövlətlərindən gətirilən spirtli
dərmanlara: Əgər dərmanı çox miqdarda qəbul etmək və ya içmək insanı
sərxoş etmirsə icazəlidir. Burada biz sokoladla bağlı suala qayıdırıq. Əgər
sual, sənə sual verənin dediyi kimidirsə (yəni: spirt istehsal zamanı
şokoladın içərisində) buxarlanaraq yoxa çıxırsa bu zaman şokolad öz
halında sərxoş etmir. Lakin mən bir daha xatırladıram: Onları İslam
dövlətində istehsal etmək olmaz”.
“Silsila Huda vən Nur” 491.
Şeyx Useymin – rahmətullahi aleyhi - deyir ki: “Əgər alkoqol hər
hansı bir məhsulla qarışaraq öz izini itirirsə həmin məhsul icazəlidir.
Odekalon və digər məhsullarda az miqdarda olan alkoqol sərxoş edici
olmadığı halda çox istifadə edilsə də belə Xamr sayılmır. Bu məhsul
sərxoş edici deyildir. Necə ki, suya bir damcı sidik düşdüyü zaman, su öz
halını dəyişmir. Su təmiz olaraq qalır. Həmçinin hər hansı bir məhsula bir
damcı alkoqol düşdüyü zaman həmən məhsul halını dəyişmədiyi halda
Xamr sayılmır. Bütün alimlər bu məsələni başlıq olaraq: “Sərxoşluğun
sərhəddi” adlandırmışlar. Həmçinin sizin nəzərinizə bir çox tələbələrə
qaranlıq qalmış bir suala yönəltmək istəyirəm: Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda
da qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393. Onlar
deyirlər ki: “Az miqdarda olan alkoqol çox miqdarda olan bir şeylə
qarışarsa o, da qadağan sayılır”. Lakin hədisin mənası buna dəlalət etmir.
Mənası: Əgər çox miqdar da olan şey sərxoş edirsə, onun az miqdarı da
qadağandır hətta az miqdarda olan sərxoş etməsə də belə. Təsəvvür edin
ki, bizdə içki var. Ondan on şüşə butılka içdikdə insanı sərxoş hala gətirir.
Lakin bir şüşə butılka içdikdə sərxoş etmir. Bax bu bir şüşə butılka da qadağandır
hətta sərxoş etməsə də belə. Bu da hədisin mənasıdır. O, izah deyil ki: “Sərxoş
edici başqa bir şeylə qarışarsa o, da qadağan olunur”. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da
qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393
34
.
34
Bəziləri də qeyd edirlər ki: “Tərkibində spirt olan istənilən bir şey qadağandır
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisinə əsasən: Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az
69
İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT
“Cəmiul Bəyan” Təbəri.
“Cəmiul Əhkəmul Quran” Qurtubi.
“Təfsir Quranil Azim” İbn Kəsir.
“Teysirul Quranil Azim” as-Sadi.
“Muvatta” İmam Məlik.
“Ədəbul Mufrad” İmam Buxari.
“Fəthul Bəri” İbn Həcər.
“Şərh Müslim” İmam Nəvəvi. “Tuhfətul Əvzai Şərh Camiul Tirmizi”
MubarakFuri.
“Səhih Hədislər Silsiləsi” əl-Albani.
“Səhih Cəmius Sağir” əl-Albani.
“İrvalul Ğalil” əl-Albani.
“İcma” Munzir.
“Kəbair” İmam Zahabi.
“Camiul Ulumu Val Hikam” İbn Rəcəb.
“Subus Salam Şarh Buluqul Maram” İmam Sanani.
“Neylul Avtar” Şovkani.
“Seylul Carar” Şovkani.
“Takfiru Va Davabit” Fovzan.
“Şarh Arbain Navaviyya” Həsən b. AbdulHamid Hələbi.
“Sahih Fikhu Sunna” Abu Malik Kamal b. Seyd Sabih.
“Əhkamu Zabaix” Abdullah Deyləmi.
“Vaciz Fikhul Sunna” AbdulAzim b. Badavi.
“Mavsuatul Fiqhul Muyassar” Huseyn b. Avda əl-Avayşa.
“Fatava Şeyx əl-Albani”
“Fatava Şeyx Useymin”
“Fatava Şeyx İbn Baz”
“Fatava Şeyx Fovzan”
“Fatava Lacna Daima”
“Fatava Ulama Biladil Haram” Xalid əl-Carisi.
"Zədul Məad" İbn Qeyyim.
miqdarda da qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393.
Həmçinin o, demək deyil ki: “Çox miqdarda olan sərxoş edici, bir şeyin
tərkibində olarsa (konfet) bu cür şeyi yemək qadağandır”. Bu da hədisi səhf başa
düşməkdir. Bu hədis onu izah edir ki: “Çox miqdarda sərxoş edən, az miqdarda
da qadağandır”.
Dostları ilə paylaş: |