13
ağılı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu
da haramdır”. Səhih Əbu Davud 3128. İbn Ömər və Əbu Hureyrə –
radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və
səlləm – buyurdu: “Hər kim dünyada ikən şərab içər və bu günahdan
tövbə etməzsə Axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz
(Başqa rəvayətdə: Hər Xamr haramdır). Müslim 2002,2004.
Ölü (Leş) Dəniz Heyvanları İcazə Veriləndir
Suda, yalnız suda nə yaşayırsa yeyilməsi icazə veriləndir. Istər ölü
(leş) olsun, istərsə də diri. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir
ki, bir kişi gəlib Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu:
“Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda
su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə
dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: “Dənizin suyu təmizdir və içərisində ölmüş su
heyvanları da halaldır”. Əbu Davud 1/83, Tirmizi 1/69, Nəsəi 1/176,
«Muvatta» 1/22 – 12-ci hədis, «Müsnəd» 2/237, “İrvaul-Ğalil” 1/42–9-cu
hədis. İmam əs-Sənani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədisdən də
göründüyü kimi, dənizdə yaşayan su heyvanlarının ölüsü (leş) belə
halaldır (icazə verilən). Hətta zahirən belə onlar itə və donuza
oxşasalarda”. “Subus Salam” 1/23.
Timsaha gəldikdə isə: Alimlər timsahın yeyilməsini qadağan ediblər.
Çünki o, suda yaşadığı kimi, quruda da yaşayır. “Təfsir İbn Kəsir” 3/197.
Ölmüş heyvanlardan aşağıdakılar təmiz hesab olunur: Balıq
10
və
çəyirtkə: İbn Ömər
– radıyallahu anhu - demişdir: “İki leş və İki qan bizə
halal edilmişdir. İki leş balıq və çəyirtkədir, iki qan isə ciyər və dalaqdır”.
İbn Məcə, Həkim, Beyhəqi, «Müsnəd» 2/97; İrvaul-Ğalil, 8/164–2526-cı
hədis, “Səhihul Cəmi” 210.
Şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan da
təmiz sayılır. “Səhih Fiqhu Sunnə” 2/338. Rəvayət edilir ki, Aişə –
radıyallahu anhə - şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində
qalan qanda və ətin qızartılığında bir problem olmadığını görürdü”. Təbəri
8/71.
Ölü (Leş) Heyvanların Yağı (Piyi)
Ömər - radıyallahu anhu – Səmuranın şərab satdığını eşidincə dedi:
Allah Səmuraya lənət etsin. Məgər o, Peyğəmbər – sallallahu aleyhi və
10
Suda-quruda yaşayanlar bura daxil deyildir.
14
səlləm – in nə buyurduğunu eşitməyibmi? «Allah lənət edib Yəhudilərə
hansı ki, onlar ölmüş heyvan yağlarının haram olunmasına baxmayaraq
onları əritdilər və satardılar». Fəthul Bəri 6/496, Müslim 159/81,1582.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bir qövmə bir
şeyin yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir ». Səhih
Əbu Davud 3488, Səhihul Cəmi 5107. Cabir b. Abdullah - radıyallahu
anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm –
buyurdu: “Allah içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və
bütlərin satışını haram etmişdir”. Orada olanlar: "Ya Rəsulullah! Ölü
heyvanın iç yağı (piyi) barəsində nə deyirsən? Onunla gəmiləri boyayır,
dəriləri yağlayır və insanlar ondan şam yandırarlar" deyə soruşdular.
Peyğəmbər: "Xeyr, o haramdır. Allah lənət etsin Yəhudilərə hansı ki,
onlar ölmüş heyvanın iç yağının (piyinin) haram olunmasına baxmayaraq
onları əritdilər və satıb gəlirini yedilər". "Fəthul Bəri" 6/496, Müslim
1581, Səhih Əbu Davud 977. İbn Abbas - radıyallahu anhu – rəvayət edir
ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məsciddə idi. Baxışlarını
səmaya dikti və gülümsəyərək buyurdu: “Allah Yəhudilərə lənət etsin,
Allah Yəhudilərə lənət etsin, Allah Yəhudilərə lənət etsin. İzzət və Cəlal
sahibi olan Allah onlara ölü heyvanın yağını haram etdi. Lakin onlar buna
baxmayaraq onu satdılar və gəlirini də yedilər. Allah bir qövmə bir şeyin
yeyilməsini haram etdikdə ondan gələn gəliri də haram edir”. Səhih Əbu
Davud 3488, Beyhəqi "Sünən" 6/13, Daraqutni 3/7. Ölü heyvanın
satılmsına gəldikdə isə istər öz əcəli ilə ölsün, istərsə də halal olmayan bir
yolla kəsilmiş olsun ölü heyvan (leş) olaraq adlandırılan bütün cinslər bu
bölümə daxildir. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in sözü: Xeyr, bu haramdır – sözü satış
üçünmü, yoxsa yağ ilə etdikləri işlər üçün də söylənilmişdir? Şeyxim (İbn
Teymiyyə) – rahmətullahi aleyhi - deyir ki: "Bu söz satış üçündür"
demişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: "Ölü
heyvanın yalnız yeyilməsi haramdır". Buxari. Onlar deyirlər ki: Haram
olan şey yalnız yeməkdə və geyimdə olduğu kimi pis olan bir şeyə zahiri
və batini olaraq toxunmaqdır. Bu şeylər olmada istifadə etmək nə üçün
haram olsun? Nəcasəti yandıraraq odun kimi istifadə etmək haram olmaz.
İslam alimləri kənd təsərüfatında nəcis olan heyvan peynini gübrə olaraq
istifadə edilməsini caiz görürlər. Onlardan istifadə etmək caiz olsa da belə
satışları haramdır. Beləcə bir şeyin satışının haram olmasına baxaraq
ondan istifadə etməyin haram olduğuna hökm verilməz.
Lakin Hənbəli və digər fiqh alimləri qadağanın bütün işlər üçün
olduğunu da söyləmişlər. Yəni ölü heyvan yağına və onunla edilən bütün