9
özüldə qadağan edilmişdir. Hətta bu kimi şeylər halal yolla əldə edilmiş
pulla alınarsa belə.
Allahın xalqlara, ümmətlərə göndərdiyi hər Nəbi və Rəsuluna yaxşı
işlər görməyi və təmiz (halal) nemətlərdən yemək əmr edilmişdir. Nə
qədər ki, qida halal yolla olarsa əməllər də saleh olar. Haram ilə
qidalanmağın ziyan və təhlükəsi cəza olaraq bu dünyada əməllərin və
duaların qəbul olunmamasıdır, axirətdə isə buna görə cəza vardır. İbni
Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Halal ilə qidalanmaq duanın və
ibadətin qəbul olunması üçün səbəbdir. Haram ilə qidalanmaq isə duanın
və ibadətin qəbul olunmasına maneədir”. Əbu Hureyrə – radıyallahu anhu
- rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:
“Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir.
Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr
etmişdir. Allah buyurur: “Ey Peyğəmbərlər! Təmiz (halal) nemətlərdən
yeyin və yaxşı işlər görün!”. (əl-Muminun 51).
“Ey iman gətirənlər! Sizə
verdiyimiz rüzilərin (təmiz və) halalından yeyin!”. (əl-Bəqərə 172). Sonra
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Saçı-saqqalı bir-
birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi
haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi
əllərini səmaya qaldıraraq ya Rəbbim! Ya Rəbbim deyə dua etsə necə ola
bilər ki, onun duası qəbul olunsun”. Müslim 1015.
Belə ki, bu kimsə
duanın qəbul olunması üçün bütün səbəbləri götürmüşdür: Səfərdə idi,
Əllərini səmaya qaldırmışdı, zəlil bir görkəmdə idi. Lakin haram ilə
qidalandığı üçün bunların heç biri ona fayda vermədi.
Bir gün insanlar Cundub – radıyallahu anhu - ya: “Bizə vəsiyyət et!”
deyə xahiş etdilər. O: “İnsanın (öldükdən) sonra ilk çürüdüyü orqanı onun
qarnıdır. Hər kim (şübhəli qazanclardan çəkinib) yalnız halal loxma ilə
keçinməyə gücü çatarsa bunu etsin. Hər kimdə özü ilə Cənnət arasına
(haqsız yerə) tökdüyü bir ovuc qanla ayırmamasını istəyirsə bunu etsin”.
Buxari 7152.
Zeyd b. Ərqam – radıyallahu anhu - rəvayət edir ki, Əbu Bəkr –
radıyallahu anhu - nun bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki,
özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr –
radıyallahu anhu - ondan soruşardı: “Haradandır bu?”. Əgər cavab onu
qane edərdisə yeyərdi, qane etmədikdə isə yeməzdi. Oruclu günlərin
birində qulluqçusu ona yemək gətirdi. Əbu Bəkr – radıyallahu anhu -
yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma
ağzına qoydu. Xatırladığı zaman: “Bu yemək haradandır?” deyə soruşdu.
O: “Cahiliyyə vaxtı mən kahinliklə (gələcəyi xəbər verən) məşğul idim.
10
Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu
yeməkdə (həmən işin) əmək haqqıdır. Əbu Bəkr: “Sənin etdiyin əməl
necədə pis bir işdir. Məni həlak edəcəkdin?”. Sonra yediyini qusmağa
çalışdı. Lakin bacarmadı. Ona su ilə çıxacağını dedilər. O, da su içərək
qaytarmağa başladı. Mədəsində olan hər bir şeyi qaytarmaqla təmizlədi.
Ona: “Sən bütün bunları bir loxmaya görə edirsən?” dedilər. Əbu Bəkr:
“Əgər bu məndən canımla birlikdə çıxsaydı belə mən bunu edərdim.
Həqiqətən mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə
buyurduğunu eşitdim: “Cəhənnəm oduna ən layiq bədən haram ilə
qidalanandır”. Əbu Nuym 1/31, Beyhəqi 5760, əl-Albani “Səhih”.
Azərbaycan dilinə tərcümə olunmuş bu kitabın əsası kimi istifadə
olunmuşdur: «О
н
н
е
е
о
о
б
б
х
х
о
о
д
д
и
и
м
м
о
о
с
с
т
т
и
и
у
у
п
п
о
о
т
т
р
р
е
е
б
б
л
л
е
е
н
н
и
и
я
я
в
в
п
п
и
и
щ
щ
у
у
д
д
о
о
з
з
в
в
о
о
л
л
е
е
н
н
н
н
о
о
г
г
о
о
и
и
п
п
о
о
л
л
о
о
ж
ж
е
е
н
н
и
и
я
я
с
с
в
в
я
я
з
з
а
а
н
н
н
н
ы
ы
е
е
с
с
з
з
а
а
к
к
а
а
л
л
ы
ы
в
в
а
а
н
н
и
и
е
е
м
м
ж
ж
и
и
в
в
о
о
т
т
н
н
ы
ы
х
х
»
»
Серия статей «ад-
Да’уату-Ссаляфия» часть 3, Каир 2006г. Həmçinin də özüm tərəfin-
dəndə bir çox əlavələr edilmişdir.
İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə
edib başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı
olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını
diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır.
Burda düzəldilməzi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-
nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram.
Həmd və nemət yalnız Onadır. Müvəfəqiyyət bəxş edən və xətalardan
qoruyan odur. “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni
yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa
verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü
xətamı bağışlayacağına umid etdiyim də Odur! Ey Rəbbim! Mənə
hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında
mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et!”.
(əş-Şüəra 78-85).
Allahın salat və salamı Onun Peyğəmbəri Muhəmməd – sallallahu
aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər
onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!
Bitirdim: Hicri 1430-cu il Məhərrəm 16
Miladi 2009-ci il Yanvar 13
Həmd olsun aləmlərin Rəbbi olan Allaha (Yunus 10)