Plan: Təhsil sahəsində yeni mərhələ


Azərbaycan Respublikasının yeni Təhsil Qanunu (2009)



Yüklə 47,76 Kb.
səhifə5/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

2. Azərbaycan Respublikasının yeni Təhsil Qanunu (2009).

Müstəqilliyin ilk illərində, 16 dekabr 1992-ci ildə qəbul edilmiş “Təhsil Qanunu” cəmi 17 ilə yaxın qüvvədə qaldı. O vaxtlar təhsil sahəsində islahatların daha səmərəli aparılması qanunvericlik bazasının təkmilləşdirilməsindən birbaşa asılı idi. Bundan başqa Azərbaycanda və dünyada dinamik inkişaf fendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklər özünü biruzə vermişdi. Ötən müddət ərzində ölkə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılmışdı.

Bütün bunlar Yeni Qanunda öz əksini tapmalı idi. Bütün bunlar onunla nəticələndi ki, 2009-cu il iyunun 19-da Milli Məclis “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etdi. Yeni “Qanun”la vətəndaşların təhsil hüququnun dövlət təminatı təsbit olundu. Yeni “Qanun” bir sıra vacib cəhətlərlə yanaşı istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiaların tətbiqinə təminat verir. Dövlət xaricdə yaşayan soydaşlarımızın təhsili ilə bağlı xüsusi layihələr və proqramlar həyata keçirir.

Qanunda beşyaşlı uşaqların məktəbə hazırlığı, icbari ümumi orta təhsil müddətinin on bir ildən doqquz ilə endirilməsi, ali təhsilin üç pilləli strukturu və digər məsələlər öz əksini tapmışdı.

Yeni Qanunun qəbul edilməsindən keçən dövr ərzində ölkədə təhsilin bütün pillələrində inkişaf və innovasiyalar özünü göstərməyə başladı. Beynəlxalq əlaqələr daha da genişləndi. Təhsilin müasir inkişaf tendensiyaları, o cümlədən humanizm, demokratiya, tədrisin şəxsiyətyönümlülüyü, milli və ümumbəşəri dəyərlərə hörmət, vətəndaşlıq tərbiyəsi, şəxsiyyətin azad inkişafı, insan və vətandaş hüquq və azadlıqlarına hörmət və s. kimi konseptual prinsiplər əsasında Azərbaycan təhsil sistemi özünün inkişafının yeni mərhələsinə qədəm qoydu.



  1. Yüklə 47,76 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə