Plan: Təhsil sahəsində yeni mərhələ


(Müstəqilliyin ikinci mərhələsi Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev zirvəsi (1993-2003)



Yüklə 47,76 Kb.
səhifə3/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 14

(Müstəqilliyin ikinci mərhələsi Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev zirvəsi (1993-2003).

Müstəqilliyin ikinci mərhələsi 1993-2003-cü illəri əhatə edir. Onillik bir dövrü əhatə bu mərhələ son 15 il ərzində Təhsil Naziri olmuş Misir Mərdanovun sözləri ilə desək stabilləşmə meyllərinin təhsilin inkişafına da nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların qəbul edilməsi, təhsilin keyfiy-yətinə nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlaması dövrü kimi tarixə daxil olmuşdur.

Bu illər həm də, Azərbaycan təhsilinin inkişaf tarixinə Heydər Əliyev zirvəsi kimi daxil olmuşdur.

Tarixə Müstəqil Azərbaycanın memarı kimi daxil olmuş, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti dövründə təhsil quruculuğu xüsusi yer tutur. Təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının mühüm sahəsi, xalqın, millətin intellektual səviyyəsini əks etdirən xüsusi sferası olduğunu dərindən bilən Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərində Azərbaycanda təhsilin inkişafına qayğını ön plana çəkdi, sosial-iqtisadi inkişafında aparıcı istiqamətlərdən biri kimi təhsilin ölkənin yeni quruculuq tələblərinə uyğun yeniləşməsinə nail üçün bütün potensial imkanlardan istifadəyə geniş meydan verdi və şərait yaratdı. Azərbaycan təhsil sisteminin müxtəlif inkişaf mərhələlərində özünəməxsus xüsusiyətləri təhlil edən Heydər Əliyev onun yeni təhsil strategiyasını hazırladı. Azərbaycan təhsilinin son 40 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir:



  1. Azərbaycan təhsili yüksəliş illərində (1969-1982-ci illər);

  2. Azərbaycan təhsili 1982-1987-ci illərdə;

  3. Azərbaycan təhsili depressiya illərində (1988-1993-cü ilin I yarısı)

  4. Müstəqil Azərbaycanda yeni təhsil quruculuğu dövrü (1993-cü ilin iyunundan başlanan indiki dövr).

Azərbaycan təhsilinini milli tariximizə coşğunyüksəliş, əsl intibah dövrü kimi daxil olan ilk mərhələsiHeydər Əliyevin Azərbaycanarəhbərliyinin I dövrünə təsadüf edir.

İkinci mərhələHeydər Əliyev keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu illərdə, digər sahələrlə yanaşı,Heydər Əliyev SSRİ kimi super dövlətin bütövlükdə təhsil sisteminə rəhbərlik edirdi. Heydər Əliyev bu reallığı etiraf edərək deyir: “Mənim bir çox vəzifələrim var idi, bir çox nazirliklərə bilavasitə rəhbərlik edirdim. Onların içərisində Sovet İttifaqının Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi də var idi. Mən Sovet İttifaqında bu üç təhsilə aid olan nazirliklərə 5 il rəhbərlik etmişəm, onların işində bilavasitə iştirak etmişəm. Mən onların məsələlərini həll etmişəm, məruzələrini dinləmişəm, kollegiyalarında “böyük iclaslarında iştirak etmişəm, nitq söyləmi-şəm, söz demişəm və bir çox qərarlar qəbul etmişəm”.

Nəhayət, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təhsildə böhranın qarşısı alındı, tezliklə ölkədə siyasi və iqtisadi sabitlik təmin olundu. 12 noyabr 1995-ci ildə AzərbaycanRespublikasının yeni Konstitusiyası qəbul olundu. Konstitusiyada təhsilin dövlətin strateji sahəsi olması bir daha təsdiqləndi, pulsuz icbari ümumi orta təhsilə dövlət təminatı verildi. Ölkədə əsaslı islahatlara başlamaq üçün iqtisadi və hüquqi normativ baza yaradıldı.

Konstitusiyanın “Təhsil hüququ” adlanan 42-ci maddəsində dövlətin təhsil siyasətinin əsas prinsipləri təsbit olundu:



  1. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

  2. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir, dövlət minimum təhsil standartlarını müəyyən edir.

Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə təhsilə ciddi münasibət təmin edildi. “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”, fikrini bəyan etməklə, təhsilin də əsaslı olaraq yenidən qurulmasını nəzarət götürdü. Heydər Əliyev fəaliyyətinin ilk ayında mühüm bir fərman imzaladı. Bu fərmanla təhsilin vahid mərkəzi idarəetmə orqanı-Təhsil Nazirliyi yaradıldı və təhsil sistemində fasiləsizlik prinsipinin təməl daşı qoyuldu.

Heydər Əliyevin təhsil siyasətinin ilk mərhələsindən, - 1993-cü ildən etibarən ölkəmizdə yeni inkişaf mərhələsi başladı. İrimiqyaslı gələcək islahatlara hazırlıq dövrü olmaqla bu dövrdə Təhsil Qanununun müntəzəm olaraq ayrı-ayrı maddələrinə müvafiq dəyişikliklər, əlavələr edilir, təhsil sistemininin ahəngdar fəaliyyətinin təmin olunması məqsədi ilə çox tarixi əhəmiyyətli prezident sərəncamları, fərmanları imzalanır, onların real prosesə tətbiqi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilirdi.

1998-ci ildə “Təhsil İslahat Komissiyası”nın yaradılması, yenə də 1998-ci ildə “Gənclər siyasəti Proqramının”, 1999-cu ildə Təhsil İslahat Proqramının, 2000-ci ildə “Azərbaycan Respublikasında təhsilin təkmilləşdirilməsi haqqında”, habelə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eləcə də 2001-ci ildə milli-mənəvi dəyərlərimizin qorunub saxlanma-sına dair məlum bəyanatı, nəhayət, 2002-ci ildə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında”, 2003 –cü ildə isə “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramı (2003-2007-ci illər)” ilə bağlı fərman və sərəncamları təhsil quruculuğuna Prezidentin fasiləsiz qayğısının əyani təzahürüdür.

Heydər Əliyev, hələ 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayındakı nitqində bu məsələlərdən bəhs edərək deyirdi: “Budcədən təhsilə ayrılan vəsait ilbəil artır, 1996 –cı ildə büdcənin 17 faizi, 1997-ci ildə 20 faizi, 1998-ci ildə isə 22 faizi təhsilə ayrılıbdır”.

Təhsil şöbəkəsində təmir-tikinti işlərinin 5 illik (2003-2007) “İnkişaf Proq-ramının” qəbul edilməsi (17 fevral 2003-cü il) bu sahədə əsaslı irəliləyişə təkan verdi. Həmin proqrama əsasən, 2003-2007-ci illərdə 44698 yerlik 149 yeni məktəb binasının tikintisi, 26560 yerlik 175 məktəbdə 1328 əlavə sinif otaqlarının inşası, 164690 yerlik 408 məktəbin əsaslı təmiri planlaşdırılmışdır ki, bu da Azərbaycan məktəbinin son dərəcə qısa bir müddətdə dinamik inkişafının təminatı üçün real zəmin yaratdı. Bu işlərin görülməsi üçün dövlət büdcəsindən 270 milyard manata yaxın invetesiya qoyulmuşdur. Bu isə deməkdir ki, əsası qoyulan yeni sayca üçüncü Respublikanın siyasi təşəkkülündə, mübaliğsiz olaraq deyə bilərik ki, təhsil siyasəti önəmli yer tutmuş və prioritet istiqamət hesab olunmuşdur.

Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta ali təhsil və ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil illərində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq idi. Azərbaycan Respublikasının Konstitusiya-sında, Təhsil Qanununda təsbit olunmuş cəmiyyətin tələblərinə, onun siyasi iqtisasi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarət idi.

Göründüyü kimi, islahatın bütün mərhələləri şəxsiyyəti diqqət mərkəzində saxlamaqla, onun yüksək səviyyədə təhsil alması məqsədini güdürdü.

“AzərbaycanRespublikasının təhsil sahəsində islahat Proqramı”nın əsas konseptual ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürduyü aşağıdakı müddəalar təşkil edirdi:



  • Təhsil sistemində hər bir yeniləşmənin inqilabi deyil, təkamül yolu ilə aparılması;

  • Dünyanın inkişaf etmiş dövlətlərinin təhsil sistemində aparılmış islahatların nəticələri ilə yaxından tanışlığı;

  • Heç bir ölkənin təhsil sisteminin olduğu kimi Azərbaycanda qurulmasına cəhdin yolverilməzliyi;

  • Xalqımızın milli-mənəvi xüsusiyyətlərindən, milli mentalitetindən xüsusən təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi ənənələrindən səmərəli istifadə olunması;

  • Azərbaycanın təhsil sisteminin formalaşmasında milli təhsil quruculuğunda milli və ümumbəşəri dəyərlərə üstünlük verilməsi və s.

Bu gün müstəqil Azərbaycanda təhsil sistemində islahat prosesi artıq dönməz xarakter almış, ölkə PrezidentiHeydər Əliyevin müəyyənləşdirdiyi yolla təhsilin strukturunda, idarə olunmasında, təhsilin məzmununda uğurlu islahat aparılır. Avroatlantik təhsil məkanına inteqrasiya sahəsində təxirəsalınmaz işlər həyata keçirilir.

Məhz bütün bunların nəticəsidir ki,Azərbaycan təhsili tarixində ilk dəfə ümumi orta təhsilin dövlət standartları və Bazis tədris planı hazırlanaraq 1999-cu ildə təsdiq edilmişdir. Şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan Bazis tədris planı çoxvariantlı işçi tədris planlarının tətbiqinə, təhsildə demokratik prinsiplərin formalaşmasına, şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına imkan vermişdir. Bundan öncə ölkə əhalisinin təxminən 10 faizini təşkiledən ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə dövlət təminatına mərhələlərlə keçilməsi haqqında 1994-cü ildə verdiyi qərar xüsusi təqdirəlayiqdir.

Ümumi orta təhsilin məzmununun əsasını təşkil edən fənn proqramları, dərslik və dərs vəsaitlərinin məzmunca təkmilləşdirilməsi, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan coğrafiyası” xüsusilə,“Azərbaycan tarixi” fənləri üzrə yeni tipli dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmış, uğurlu nəticələr qazanılmışdır. Ümumiyyətlə, 1993-2001-ci illərdə ümumi təhsilin ayrı-ayrı pillələri və müxtəlif tipli məktəblər üçün təxminən 200 adda yeni dərslik və dərs vəsaiti nəşr olunub. Bütövlükdə 1993-2001-ci illərdə 12 milyon nüsxədən artıq məktəb dərsliyi latın qrafikası ilə nəşr edilərək istifadəyə verilmişdir.


Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə