Plan: Təhsil sahəsində yeni mərhələ



Yüklə 47,76 Kb.
səhifə12/12
tarix23.01.2022
ölçüsü47,76 Kb.
#83068
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 14

beşinci istiqamətini dövlət hesabına xaricdə təhsil təşkil edir.

Azərbaycan ölkə daxilində ali təhsil standartlarını təkmilləşdirmək yönündə işlərin görülməsi ilə yanaşı ölkə prezidenti tərəfindən gənclərin xaricdə təhsilinə də ciddi diqqət ayrılmaqdadır. Neft kapitalının insan kapitalına çevrilməsi strategiya-sına uyğun olaraq Azərbaycan dövləti gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində təhsilini maliyyələşdirməyə başlayıb və bu məqsədlə ayrıca dövlət proqramı qəbul edilib. AzərbaycanPrezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əsas hədəfləri aşağıdakılardır: xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000 nəfərə, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bavalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidən hazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələr arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi. Proqramın Dövlət Neft Fondunun ayırdığı vəsaitlər hesabına maliyyələşdirilir. Proqramın təsdiq olunmasından sonra Dövlət Neft Fondu tərəfindən hər il gənclərin xaricdə dövlət hesabına təhsil almasına 10 milyon manat ayrılıb. Buproqram çərçivəsində Azərbaycan gəncləri Avstraliya, Çin, Cənubi Koreya, Norveç, Belçika və Britaniya kimi inkişaf etmiş ölkələrə təhsil almağa göndərilir.

Təhsilə ayrılan vəsaitlər son 6 ildə 3 dəfə artıb.

Azərbaycan təhsildə sistemli islahatlar aparmaqla yanaşı təhsilə dövlət tərəfindən ayılan xərclərin həcmini də ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırıb. Təhsilə dövlət büdcəsindən ayrılan xərclərin sürətli artımı 2005-ci ildən etibarən başlayıb. Həmin ildən etibarən təhsilə ayrılan vəsaitlər 3 dəfəyədək artıb. Belə ki, 2006-cı ildə təhsil xərcləri 480 milyon manata yaxın idisə, 2011-ci ildə bu xərclər 1,27 milyard dollar təşkil edirdi. Bu, ümumi büdcə xərclərin əhəmiyyətli hissəsi yeni məktəb binalarının tikintisinə, təhsil infastrukturunun müasirləşdirilməsinə yönəldilir. Məktəb ikintisi və təmiri invenstisiyaların həcmi 2004-cü illə müqayisədə dəfələrlə artıb. Həmçinin ölkədə yeni məktəblərin tikintisi, köhnələrinin təmiri və modernləşdirilməsi üçün Heydər Əliyev Fondu və Azərbaycan Prezidentinin Ehtiyat Fondu xəttilə də hər il böyük vəsaitlər ayrılır.

Azərbaycanda təhsilin inkişafı, uşaq gənclərin dünya standartlarına uyğun təhsillə təmin olunması, yüksək ixtisaslı kadrların yetirşdirilməsi ölkə preidentinin neft kapitalını intellektin, kadrlaşmanın, peşəkarlığın inkişafına çevirmək strategiyasının mühüm hissəsini təşkil edir. Təhsilə yatırılan investisiyalar uzunmüddətli və strateji əhəmiyyətlidir. Bu investisiyalar Azərbaycanın uzunmüd-dətli inkişafı üçün mühüm baza formalaşdırır və öz nəticəsini gələcək onilliklərdə daha barizformada göstərməyə başlayacaq.

Zamanəmizdə təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Təhsil hər bir dövlətin və onun idarə etdiyi cəmiyyətin dayağıdır. Təhsilə önəm verən dövlət tarixdə düzgün yaşamaq hüququ əldə edir.

Bu mənada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlı sənəd ayrıca əhəmiyyət kəsb edir.

Müstəqillik illərində aparılan islahatların məntiqi nəticəsi olan bu sənəd ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik sisteminin yaradılması üçün aşağıdakı beş strateji istiqametdə tədbirləri nəzərdə tutur:


  1. Bütün təhsil pillələri üzrə kurikulumların təmin olunması;

  2. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi;

  3. Təysildə nəticələrə görə cavabdeh mükəmməl idarəetmə mexanimlərinin yaradılması;

  4. Tarixin və zamanın tələbinə uyğun uzunömürlü təhsili təmsil edən təhsil infrastrukturlarının yaradılması;

  5. Ölkə iqtisadiyyatına uyğun dünya standatları ilə eyni səviyyədə təhsili maliyyələşdirmə modelini-Təhsilin İnkişafı Fondunun yaradılması;

Bu istiqamətlər qloballaşan-sərhədsiz münasibətlər dünyasında Azərbayca-nın dünya iqtisadi prosesləri ilə inteqrasiyasının təminatına imkan verən təhsil sistemini yaratmağa qabildir.Strategiyada bütün bunlar təhsilin məzmunu kimi nəzərdə tutulur.

Dünya səviyyəsində təhsil sisteminin yaradılması təhsil sahəsində beynəlxalq təcrübə və meylləri nəzərdə tutur.

Strategiyada dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanıb ölkədə təhsilin bir il artırılması-12 illik təhsilə keçid Ümumi Daxili Məhsulun 3-6 faiz artırılmasına təminat verən amil kimi təqdir olunur. təhsilin keyfiyyətini, xüsusilə kurikulumların məzmununu zənginləşdirən innovativ texnoloji və tədris vasitələri ilə bərabər yenə də müəllim təhsildə başlıca fiqurdur. Təkcə təhsilverən deyil, həm də təhsili idarə edən başlıca simadır.

Strategiyada belə deyilir:

“Müəllim amilli təhsil alanın öyrətməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri müəllimin akademik bacarığından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır”. Heç bir innovativ texnologiya, heç bir texniki vasitə müəllimlə şagird, müəllimlə tələbə arasında canlı ünsiyyəti əvəz edə bilməz. Qarşılıqlı psixoloji anlaşılma xüsusilə humanitar elmlər sahəsində, bədii-yaradıcılıq təhsildə müvəffəqiyyətin rəhnidir. Ən mükəmməl kompyuter belə müəllimin şagirdə və tələbəyə canlı psixi-emosional təsirini əvəz etməkdə acizdir. Müəllimin gözünün şüası, sözünün duası, təbəssümü bütün texnologiyalardan güclüdür.

Strategiyada təhsilin idarə olunmasına xüsusi önəm verilir. İster orta məktəbdə, istərsə də ali məktəbdə mükəmməl təhsil almış, Şərq və Avropa milli-mənəvi dəyərlərini dərindən mənimsəmiş, müstəqil maarifçilik görüşlərinə malik, mənəvi-əxlaqi cəhətdən təmiz, nəfsinə qalib gəlməyi bacaran vətənpərvər şəxsiyyət və ziyalı dayanmalıdır. Strategiyanın “Təhsil sisteminin başlıca vəzifələri” bölümündə deyilir: “məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Belə vətəndaş yetişdirən təhsil müəssisəsinin professor-müəllim heyəti bu xüsiyyətlərə malik olmalıdır, çünki ər bir təhsil müəssisəsi millətin və dövlətin intellektual sərvətidir.



Nəticə olaraq qeyd edək ki, Azərbaycanın vüsətli sosial-siyasi iqtisadi tərəqqisində təhsilin rolu misilsizdir. “Yeniləşən Azərbaycana yeni məktəblər” şüarı altında yeridilən siyasət ölkəmizdə intibah səviyyəli bir maarifçilik hərəkatı doğurmuşdur. İndi təhsil sözün həqiqi mənasında dövlətçillik strategiyasının əsas istiqamətini müəyyən edir. Formalaşmış, ehkamlaşmış Şərq ənənələri ilə bəabər yeni Avropa təhsil medodlarının-Boloniya sisteminin tətbiqi milli təhsilimizi qloballaşma dövrünün tələbləri ilə uzlaşdırmağa imkan verir. Yeni texnologiyaların tətbiqi müasir Azərbaycan təhsilinin intellektual səviyyəsini və inteqrasiya imkanlarını artırır.
Yüklə 47,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə