Plan: Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 75,35 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix12.12.2023
ölçüsü75,35 Kb.
#148805
1   2   3   4   5   6
BTC-movzu16

Florida turizm mərkəzi
. Floridada turizm XIX əsrin 70-ci illərində qış istirahət zonası kimi inkişaf 
etməyə başlamışdı. Varlı amerikalılar qış aylarında istirahət etmək məqsədi ilə burada evlər tikirdilər. 
Amma XX əsrin 20-ci illərində bu ərazidə çox dəyişikliklər edildi və region iri turizm mərkəzinə çevrildi.
Floridanin Atlantik okeanı sahillərində Mayami-Biçdən, Deyton-Biçə qədər çoxsaylı kurortlar 
yerləşir. 
Mayami-Biç
çoxmərtəbəli, müasir otelləri olan iri istirahət və əyləncə mərkəzi kimi tanınır. 
Şəhərdə konqres biznesi də inkişaf etmişdir. Son zamanlar Mayami-Biçə pekicturlarla gələn avropalı 
turistlər arasında bu çox məşhurlaşmışdır. Bir qədər şimalda yerləşən Palm-Biçdə imkanlı adamların 
villaları tikilmişdir. Bölgənin qərb sahillərində Fort Mayersdən Sankt-Peterburqa qədər olan ərazidə narın 
qumlu çimərliklər uzanır. Tempa, Pass-a-Qrill-Biç, Kliruoter, Breydenton, Sarasota, Venis, Sanibel, Neypls 
kimi tanmmış kurortlar bu ərazidə yerləşir. Floridanın cənubunda Everqleyds milli parkı salınmışdır. Ştatın 
əsas görməli yerləri - Orlando yaxınlığındakı Disneylend ve Kanaveral burnunda yerləşən Kosmik 
tədqiqatlar mərkəzi hesab edilir. 
Florida ştatında salınmış müasir və rahat avtomobil yolları sistemi, ştatlararası sürətli yollar ilə 
birləşir. Həmin ştata gələn avto-turistlər əsasən şimal hissədə dayanmağa üstünlük verirlər. Təyyarə ilə 
gələn turistlər isə aeroportlara yaxın yerlərdə, Mayami ilə Palm Biç arasındakı Qold-Kostda (cənubda) 
cəmləşirlər. Tranzit turizm Floridada çox inkişaf etməsə də o, bu sahədə də mühüm yer tutur. Mayami dəniz 



limanı Amerikanın hər yerindən gələn kruiz sərnişinləri üçün "qapı rolunu" oynayır və hər il 1 mln.-a yaxın 
turist buradan yola düşür. 
Kaliforniya turizm mərkəzi
. Gələnlərin sayı və xərclənən pulların həcminə görə, əhalisi 30.0 mln.-
a yaxınlaşan Kaliforniya, ABŞ ştatları arasında qabaqcıl yerdədir. Ştat əhalisinin 90%-i əsasən Sakit okean 
sahillərində yerləşən şəhərlərdə yaşayır. Burada daxili bir günlük ekskursiyalar və istirahət günləri turizmi 
üstünlük təşkil etsə də Kaliforniya ABŞ-ın beynəlxalq turizminin mühüm mərkəzlərindən biri olaraq qalır. 
Kaliforniyanın sahilləri çox müxtəlifdir: burada həm qumlu sahillərə həm də qayalıq ərazilərə rast 
gəlmək olar. Ştatın daxili hissələrində istirahət və səyahət etmək üçün əlverişli yerlər vardır. Kaliforniyada 
ölkənin ən qədim milli parklarından biri, hər il 3 mln.-a yaxın qonaq qəbul edən Milli Yosemit parkı, Lassi 
Pik adlı vulkanı olan Milli park, Kinq-Kanyon Milli parkı kimi məşhur yerlər vardır. Sekvoya milli 
parkında dünyanın ən qədim ağaclarından olan Sekvoya qorunub saxlanılmışdır. 
Ştatın əsas turizm mərkəzi 

Yüklə 75,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə