Plan: Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 75,35 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix12.12.2023
ölçüsü75,35 Kb.
#148805
1   2   3   4   5   6
BTC-movzu16

Los-Anceles
şəhəridir. Los-Anceles ayrı-ayrı şəhərlər, sürətli avtoyolların 
birləşdiyi iri qovşaqdır. Ölkənin kino sənayesinin mərkəzi - Hollivudda (məşhur kinostudiyada) 
ekskursiyalar keçirilir; dünyanın ən iri okeanariumlarından olan Merilend, uşaqlar və böyüklər üçün 
dünyada ən iri əyləncə mərkəzlərindən olan Disneylend: möhtəşəm Kuin-Meri okean layneri Los-Ancelesdə 
yerləşir. Los-Ancelesdən cenubda San-Diyeqo və ştatın şimalında yerləşən San-Fransisko Kalifoniyanın 
mühüm turizm mərkəzləridir. Ştatın sahil kurortları arasında Santa-Krus,Monterey, Lonq-Biç, Nyuport-Biç 
xüsusilə seçilir. 
Kalifomiya ilə yanaşı bu bölgədə digər mühüm turizm mərkəzləri də yerləşir. Məsələn, Nevada 
ştatında məşhur qumar oyunu biznesi ilə tanınan 
Las-Veqas
və Arizona ştatındakı Qrand-Kanyonu 
göstərmək olar. Las-Veqas hazırda ABŞ-ın sürətlə inkişaf edən şəhərlərindəndir. Şəhərin mehmanxana 
təsərrüfatının inkişafına böyük məbləğdə vəsait xərclənir. Dünyanın ən iri otellərindən olan "Nyu-York" və 
"MGM" otelləri buradadır. 
ABŞ-ın digər ştatları da turist obyektləri ilə zəngindir. Məsələn. Texasda gözəl çimərliklər, 
Hyüstonda Kosmik Tədqiqatlar Mərkəzi vardır. Vayominq, Kolorado, Montana, Yuta və s. dağlıq ştatlar 
zəngin rekreasiya ehtiyatlarına malikdirlər. 
Qalf turizm bölgəsi Karib dənizi hövzəsinə daxil olan cənub ştatları əhatə edir. Bura turistləri 
çimərlik turizmi və burada təşkil edilən bayram və festivallar cəlb edir. Məsələn Yeni Orlean şəhəri cazın 
vətəni sayılır və burada hər il Caz Festivalı təşkil edilir. Memfis isə rokn-rolun vətəni sayılır. Burada Elvis 
Preslinin evi yerləşdiyindən hər il 700.000 turist bura gəlir. Eyni zamanda 8 yanvar Elvisin şərəfinə festival 
təşkil edilir. Hyuston, Yeni Orlean kimi şəhərlər həm də iş turizm mərkəzləridir. Müstəmləkə dövründə qara 
dərililər gəmilərlə ölkənin bu hissəsinə gətirildiyindən hazırda onların ən çox yaşadıqları ştatlardır (Ən çox 
qara dərili Alabama ştatındadır). Ona görə də bura turistlər üçün təhlükə yaradaca biləcək problemli zona 
sayılır. 
Göllər ətrafı rayonda Çikaqo, Detroyt (maşın muzeyi yerləşir – şəhər ölkənin maşınqayırma 
sənayesinin mərkəzidır) kimi şəhərlər iş turizm mərkəzləridir. Bura da həftə sonu səyahətlər üstünlük təşkil 
edir. Əhali göllər ətrafında dincəlməyə üstünlük verirlər. Detroytda caz festivalı da keçirilir.
Mərkəzi düzənliklərdə turizm obyektlərinin və turistləri cəlb edəcək hadisələrin sayı azdır. Məsələn, 
Kentukki ştatında dünyanın ən dərin mağaralarında olan Flint Mamont mağarası yerləşir, burada at yarışları, 
İndianada isə maşın yarışları keçirilir və s. Bu bölgədə turizm tranzit xarakter daşıyır. Şm-Şərqdən 
Kaliforniya və ya Floridaya gedərkən marşruta buranı da daxil edirlər.
Daxili Qərb turizm bölgəsi hinduların tarixi məskunlşdığıərazilər olduğundan tarixi önəm daşıyır. 
Kolorado ştatında Mesa-Verdi, Nyu-Meksikoda – Çako abidələri və s. Eyni zamanda burada yerləşən Milli 
Parkların sayı çoxdur və əsasən ekoturizm inkişaf edib. Vayominq ştatında – Qrand Titon MP, Montanada – 
Qlasyer MP, Yutada – Arçes MP (burada külək tərəfindən yonulmuş təbii arkalar qorunur), Arizona və 
Kolorado ştatları arasında Böyük kanyon yerləşir. MP-lar əsasən Qayalı dağlar ərazisində yerləşir.




Yüklə 75,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə