Plan: Amerika regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 75,35 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix12.12.2023
ölçüsü75,35 Kb.
#148805
1   2   3   4   5   6
BTC-movzu16

Havay adalarında
əsas gəlir mənbəyi turizmdir. Burada çimərlik turizmi, ekoturizm, dayvinq, 
vinserfinq inkişaf etmişdir. Burda Vulkan MP yerləşir. Hər il 6 mln.-a qədər turist qəbul edir. Kilauea, 
Mauna-Lau vulkanları, Vaykiki çimərliyi. 
Ölkə ərazisinin geniş olması rəngarəng təbii-iqlim şəraitinin mövcudluğuna səbəb olur. Sahil xətləri, 
dağ sistemlərinin, göl və çayların, fərqli təbii landşaftın, unikal təbii obyektlərin (kanyon, şəlalə, mağara, 
mineral bulaqlar) olması turizmin müxtəlif növlərinin inkişafına imkan verir. Bu baxımından ekoloji turizm 
xüsusilə seçilir. Ölkədə vəhşi təbiət qoynunda çox saylı mühafizəərazilərinə nəinki yerli əhali, hətta gələn 
qonaqların da rekreasiya obyektidir. ABŞ-da təbiətdə mühafizə olunan ərazilərin yaradılmasına 1916-cı 
ildən başlanmışdır, 1978-ci ildə isə milli parklar haqqında qanun qəbul edilib. Hazırda milli parkların sayı 
50-ni keçib və bu ərazilərdən turizm üçün uğurla istifadə edilir, hər il milli parklar 300 mln.-a yaxın turist 
qəbul edir. Milli parkların ümumi sahəsi 32 mln. ha-dır. Onlar arasında ən tanınmışlarına dünyada ilk milli 
park olan Yelloustoun (1872-ci ildə yaradılıb, hər il 3 mln. turist gəlir), Yosemit, Qleyşer, Böyük Kanyon 
(hər il 20 mln. turist gəlir), Sekvoya, Böyük Titon, Great Smoky Mountains (7 mln. turist gəlir), Everqleyds 
aiddir. Alyaskada buzlaqların mühafizə olunduğu “Denali” milli parkı, Havay adalarında isə vulkanların 
mühafizə olunduğu milli park yerləşir. Turistlərə ekskursiyaların təşkil edildiyi tanınmış mağaralara isə 
“Flint Mamont” (hər il 2 mln. turist) və “Karlsbad” mağaralarını (speleourizm) misal göstərmək olar. 
Dünyada ən məşhur piyada cığırlarından biri Appalac dağlarında yerləşib Kanada sərhəddindən Meksika 
sərhəddinə qədər uzanır (3473 km.). 
Ölkədə kurort turizmi üçün əlverişli şarait var. Belə ki, amerikan qış kurortlarının tarixi 1935-ci ildə 
“Günəşli vadi” adlı ilk kurort yaranarkən başlamışdır. Ölkənin 3 iri regionunda 50-dən yuxarı dağ-xizək 
mərkəzləri formalaşıb. Onlardan birinciyə Vaşinqton, Nyu-York, Boston yaxınlığında çox da hündür 
olmayan Appalac dağlarında (Killinqton, Stratton, Okemo, Stouv, Leyk-Plesid), ikinciyə Qayalı dağlarda 
(Kolorado ştatı – Aspen, Veyl, Brekinric, Kistoun və Yuta ştatında – Park-Siti, Snouberd), üçüncüyə isə 
qərbi Kaliforniya sahillərində (Skbo-Velli, Xevenli və s) aiddir.
ABŞ-nın müalicə-sağlamlıq turizmi sahəsindəki nəaliyyətləri (orqanların yerdəyişməsi, plastik 
əməliyyatlar və s.) yüksək ixtisaslı kadr və yeni texnologiyaların tətbiqi baxımından yüksək 
qiymətləndirilir. Lakin burada göstərilən tibbi xidmət baha olduğundan xaricdən bu məqsədlə gələnlər çox 
azdır. Kurortların daha geniş yayılmış tipi balneoloji kurortlardır vəəsasən yerli əhali tərəfindən istifadə 
edilir. Ən tanınmışlarına isə ABŞ-ın cənub hissəsinin mərkəzində və Arkanzas ştatında yerləşən Mammot-
Sprinq, Hot-Sprinq, Hiber-Sprinq aiddir. Dəniz sahillərində yerləşən iqlim kurortları arasında Nyu-York 
yaxınlığında Lonq-Biç; Atlantik okean sahillərində Xatteras, Atlantik-Siti, Oşn-Siti. Virciniya-Biç
Kaliforniya, Floridada yerləşən kurortları fərqlənir. 
ABŞ əyləncə turizminin inkişafına görə də birinci yerdədir. Əyləncə turizmində əsas yeri tematik-
parklar tutur. Hazırda ölkədə 600-dən yuxarı tematik park fəaliyyət göstərir. Ölkədə ilk tematik park XX 
əsrin 50-ci illlərinin ortalarında yaradılıb (İlk tematik park Niderlandda 1952-ci ildə yaradılıb). Ən 
tanınmışlarına Kaliforniya ştatında Los-Ancelesin yaxınlığında “Disneyland”, Florida ştatında Orlanda 
yaxınlığında “Disney World” və s. aiddir. 

Yüklə 75,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə