Plan: 1 Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu



Yüklə 119 Kb.
səhifə3/5
tarix24.02.2023
ölçüsü119 Kb.
#101441
növüDərs
1   2   3   4   5
Mövzu 1.ADƏM.

-bədii mətnlərdə əks olunan fikrin dəqiq aydın şəkildə duyulması dinləyiciyə olduğu kimi çatdırılması, yəni məntiqi ifadəlilik;
-mətndə əksini tapan fikirlərin dəqiq düzgün tutulması ilə yanaşı onun olduğu kimi, mətndə necə varsa, eləcə, dinləyicilərinşagirdlərin gözü önündə canlandırılması, emosional obrazlı ifadəliliyə nail olunması, yəni emosional-obrazlı ifadəlilik,
-nitq, tələffüz vərdişlərinin yaradılması, məşq etdirilməsi, səs, tənəffüs tələffüz üzrə şagirdləri müvafiq bacarıq vərdişlərə yiyələndirmək, yəni nitq texnikası.
Göstərilən məsələlərin hər birisinin də öz xüsusiyyəti vardır. İfadəli oxu zamanı onların nəzərə alınması əsas məsələlərdəndir. Tanınmış pedaqoq K.Uşinski “Uşaq aləmi” dərsliyinə yazdığı ön sözdə qeyd etmişdir: “Əsəri öyrənmək üçün olan oxu ifadəli oxu deyil, məntiqi oxudur. Əsəri öyrəndikdən sonra onun məzmun və ideyasını emosional şəkildə başqalarına çatdırmaq məqsədilə olan oxu isə ifadəli oxudur”. Bədii mətnlərdə əks olunan fikrin dinləyicilərə dəqiq və aydın çatdırılması o deməkdir ki, əsərin ideyasının açılmasına xidmət edən hər bir söz, onların ifadə etdiyi məna, sözlərin qarşılıqlı əlaqəsi nəticəsində yaranan fikir düzgün dərk edilsin. Əgər sözlərin mənası düzgün anlaşılmazsa, onda məzmunun təhrif olunmasına şərait yaranacaq və son məqamda dinləyicilərə aşılanması nəzərdə tutulan mətləblərdə natamamlıq özünü göstərəcəkdir. Məlum işdir ki, sənətkar onu narahat edən məsələləri – həyat hadisələrini, ictimai problemləri qələmə alır. Onu narahat edən belə problemlər təkcə fərdi duyğulardan ibarət olmur. Bədii nümunələrdə elə mətləblərə toxunur ki, onlar bir çoxlarımızı düşündürür. Müəllif həmin mətləblərdən söhbət açanda sözdən məharətlə istifadəni, təsvir olunan həyat hadisələrinin aktuallığını ön plana çəkir, bədii əsərin dilinin canlı, maraqlı, obrazlı və oxunaqlı olmasına çalışır. Ona görə də fikrin dəqiq və aydın çatdırılması ifadəli oxunun başlıca tələblərindən biri kimi ortaya çıxır. Metodik ədəbiyyatda bu proses məntiqi ifadəlilik kimi xarakterizə olunur. Məntiqi ifadəlilik məntiqi təhlilin nəticəsi kimi ortaya çıxır. Bu o deməkdir ki, mətndə əks olunan fikrin dəqiq və aydın çatdırılması üçün onun düzgün dərk olunması lazımdır. Fikrin düzgün dərk olunması isə mətnin məntiqi cəhətdən düzgün təhlili ilə əlaqədardır. Bu prosesə çox zaman metodik ədəbiyyatda məntiqi qiraət və ya məntiqi oxu deyilir. Məntiqi qiraət üzrə işin məzmunu müxtəlif siniflərdə, müxtəlif şəkildə özünü göstərir. İbtidai siniflərdə bu proses şa­girdlərin oxu vərdişlərinin, nitqinin inkişaf etdirilməsi zəminində həyata keçirilir, bu iş sinifdən sinfə keçildikcə bir qədər də dərinləşdirilir. Mətnlər həm həcm və mövzuca, həm də məzmun, forma və janrca dəyişir, genişlənir. Şagirdlərə daha yaxşı tanış olan mövzulardan onu əhatə edən digər məsələlərə, rastlaşa biləcəkləri gün­dəlik qayğıların əksinə qədər bir çox məlumatlar bu mətnlərə daxil edilir. Dostluq, yoldaşlıq, təbiət, ana, ata, zəhmət, qoçaqlıq, hünər, qayğı, mərhəmət və s. kimi mövzuları əks etdirən mətnlər sinif proqramında geniş surətdə təmsil olunur. Deməli, həmin mətnlərin bir çoxu şagirdlərin həyati müşahidələrinə, şəxsi təcrübələrinə istinadən tərtib olunur və əhatə olunan məsələlərin bir qədər başqa yönümdə – kitab, mətn yönümündə dərk olunmasına şərait yaradır. Müəllim bu cür mətnlərin məzmununun şagirdlər tərəfindən dərk olunması işini asanlaşdırmaq üçün onun mətni üzərində işlər aparmalıdır. Əsas vəzifə mətnlərdə əks olunan fikirlərin şagirdlər tərəfindən aydın və düzgün dərk etdirilməsi, onların sinif qarşısında səsləndirilməsidir. Bunun üçün də məntiqi qiraət həyata keçirilir. Məntiqi qiraətin (nitqin məntiqinin) əhatə etdiyi bir sıra vacib məsələlər də vardır ki, bunlar mütləq nəzərə alınmalıdır. Məntiqi qiraətin məzmunu və istiqaməti ilə bağlı metodik fikirdə müxtəliflik vardır. Onların içərisində məntiqi vur­ğu, məntiqi fasilə və məntiqi melodiyanı fərqləndirənlər və bu bölgünü digər məsələlərlə bir qədər zənginləşdirənlər vardır. Məntiqi qiraətdən danışanda qiraətçinin mətn üzərindəki işi aşağıdakı şəkildə təsnif edilir; 1. Həmin əsərdə ən başlıca fikir nədir? 2. Müəllifin ideyası burada bədii əksini necə tapmışdır? 3. Bu əsərin gözəllikləri nədən ibarətdir? 4. Həmin əsəri sevdirən başlıca xüsusiyyətlər keyfiyyətlər nədədir? 5. Bu əsəri məqsədlə oxunacaq, ifa ediləcək?
Bu məsələlər kiçik miqyasda ibtidai siniflərdə də həyata keçirilməlidir. Bu cür təhlilin aparılması məntiqi qiraətin işidir. Belə qiraət mətnin məzmunun daha mükəmməl qavranılmasını istəyir, hər bir sözün mənasına, müəllif niyyətinə, obrazlar aləminə həssaslıqla yanaşılmaq tələb edir. Bu işin yerinə yetirilməsi üçün müəllim əsərlərin, mətnlərin məzmunu və təhlili üzərində səmərəli işlər aparmalıdır.
İfadəli oxunun mühüm komponentlərindən biri də emosional- obrazlı ifadəlilikdir. O, mətnin oxu prosesində göstərilməsi, canlandırılmasıdır. Məlum məsələdir ki, əsas fikrin tutulması ifadəli oxuda yetərli sayıla bilməz. Burada ikinci bir cəhət - emosional-obrazlı ifadəlilik mütləq nəzərə alınmalıdır. Emosional-obrazlı ifadəlilik də özündə bir sıra keyfiyyətləri cəmləşdirir. Onlara vurğu, fasilə, intonasiya, səs tonu, tembri və b. aid etmək olar. Buraya həmçinin görməni, sözlə təsir etmə məharətini, ünsiyyəti, sətiraltı mənanın düzgün tutulmasını və s. daxil etmək gərəkli sayılır. Həm məntiqi, həm də emosional-obrazlı ifadəlilik üçüncü vacib tərəfi – nitq texnikası tələblərini nəzərə almaqla həyata keçirilir.
Ədəbiyyatın tədrisi prosesində məktəblilərə bədii əsəri qavramaq, təhlil etmək, qiymətləndirmək, ifadəli oxumaq, estetik zövq, gözəllik duyğusu bacarığı aşılanması mühüm metodik problem kimi qarşıda dayanır. Gənc nəslin təlim tərbiyəsində böyük əhəmiyyət kəsb edən ifadəli oxu şagirdlərin yaradıcı təfəkkürünün, hiss və duyğularının inkişafı baxımından mühüm vasitədir. İfadəli oxu üzrə məşğələlərdə əsərin fəal, müstəqil şəkildə qavranılması, sözə həssas münasibət yaradılması təmin edilir. Mətnə, təsvir olunanlara yaradıcı yanaşma, nəticə etibarilə əsərin daha dərindən qavranılması ilə nəticələnir. İfadəli oxunun tətbiqi oxucunu əsərdə təsvir olunanlara daha dərindən nüfuz etməyə, adi oxu zamanı diqqəti cəlb etməyən, ilk baxışda əhəmiyyətsiz görünən, lakin hadisənin mahiyyətinin, obrazın xarakterinin, qəhrəmanın hiss və duyğularının qavranılması baxımından vacib bədii detallara diqqət yetirməyə sövq edir. Təlim prosesində ifadəli oxu mətnin oxunması, şeir və ya kiçik nəsr parçasının əzbər söylənilməsi şəklində həyata keçirilir. Əsərin səslənən sözlə yaradıcı ifadə edilməsi mətnin şüurlu, möhkəm və dərindən qavranılması əsasında baş verə bilər.İfadəli oxunun ədəbiyyat dərslərindəki rolu, əhəmiyyəti araşdırılarkən bu cəhət ön plana çəkilməlidir.İfadəli oxunun bədii mətnin, əsərin hərtərəfli öyrədilməsindəki rolu xüsusi qeyd edilməlidir.Ədəbiyyatın tədrisində ifadəli oxunun tətbiqi bədii əsərin ilk materialı olan sözə diqqətin, həssas münasibətin formalaşmasına əhəmiyyətli təsir edir. Bədii cəhətdən mükəmməl əsərin üzərində işlədikcə əsərdəki estetik gözəllik oxucunu dərhal cəlb edir, bu isə öz növbəsində əsərə marağı artırır, onun dərin qatlarına enməyə sövq edir. İfadəli oxunun müntəzəm tətbiqi şagirdlərdə belə bir inam oyadır ki, əsərin estetik dəyəri, bədii gözəlliyi məhz səslənən sözdə açılır. Bu isə o zaman özünü tam göstərir ki, oxuya hazırlıq prosesində əsərin incəlikləri, mətnaltı mənalar, müəllifin məqsədi, niyyəti hərtətəfli aydınlaşdırılmış olsun. Bədii əsərin alt qatlarına nüfuz edilməsi-ifadəli oxunu bunsuz təsəvvür etmək olmaz-onun ideya-məzmununun dərindən qavranılmasını təmin edən mühüm addım sayılmalıdır. Təmsil, dram və nəsr əsərləri səhnələşdirilən zaman ifadəli oxuya verilən tələblər gözlənilir. İfadəli oxu yaradıcı prosesdir. Bu prosesdə ifaçı əsərin ideya məzmunu ilə yanaşı, bədii mətnə öz münasibətini də səslənən sözlə çatdırır, dinləyicilərin hiss və düşüncələrinə fəal təsir göstərərək, onları əsəri yaradıcı qavramağa sövq edir. İfadəli oxu zamanı aşağıdakı məsələlər nəzərə alınmalıdır: 1.Müəllimin nümunəvi ifadəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi. Bu daha çox bədii əsərin məzmununun mənimsənilməsi üzrə iş zamanı məqsədəuyğun sayılır. Əsərin ideya-məzmununu dərk edən, duyan və səslənən sözlə çatdırmağı bacaran müəllimin nümunəvi ifadəli oxusu mətnin ilkin qavranılması üçün zəmin yaradır. 2. İfadəli oxunun dinləyiciyə təsiri. Bədii söz ustasının dinləyiciyə təsiri. Bədii söz ustasının ifası, eləcə də müəllimin nümunəvi ifadəli oxusu şagirdə güclü təsir edir, onda dərin təəssürat yaradır, əsərə, mütaliəyə, yaradıcı, ifadəli oxuya marağı artırır. 3. İfadəli oxu üzrə xüsusi bacarıq və vərdişlərə yiyələnmənin zəruriliyi. Təlim prosesində ifadəli oxu əsərin təhlilindən, ideya-məzmun, sənətkarlıq xüsusiyyətlərinin dərk edilməsindən sonra həyata keçirilir. Əsərin məzmununu bilmədən, hiss-həyəcanı, düşüncələri qavramadan, qoyulan problemin mahiyyətini, qəhrəmanların səciyyəsini aydınlaşdırmadan mətni ifadəli oxumaq mümkün deyil. “İfadəli oxu” fənninin əsas məqsədləri aşağıdakılardır: 1. Tələbələrin səslənən söz sənəti ilə bağlı elmi-nəzəri biliklərə yiyələnməs, onlarda müəyyən ifaçılıq bacarıqlarının formalaşdırılması 2.Tələbələrin təcrübi məşğələlərdə ifadəli oxunun özünəməxsus xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən müvafiq elmi ədəbiyyatla tanışlığı və onları təhliletmə bacarığına malik olması. 3. Tələbələrin ifaçılıq bacarığının təkmilləşdirilməsi. Tələbə dinləməyi, oxunun keyfiyyətini qiymətləndirməyi, nəticə etibarilə əsəri ifadəli oxumağı bacarmalıdır. 4. Müxtəlif siniflərdə şagirdlərin yaş və qavrama xüsusiyyətlərini nəzərə almaqla ifadəli oxu təliminin metod və üsullarının tələbələrə öyrədilməsi.

Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə