Plan: 1 Bədii əsərin ideya-məzmununun, müəllif fikrinin çatdırılmasında ifadəli oxunun rolu


Ədəbiyyatın tədrisində yaradıcı oxu metodunun priyomlarından biri olan ifadəli oxuya geniş yer verilir



Yüklə 119 Kb.
səhifə5/5
tarix24.02.2023
ölçüsü119 Kb.
#101441
növüDərs
1   2   3   4   5
Mövzu 1.ADƏM.

Ədəbiyyatın tədrisində yaradıcı oxu metodunun priyomlarından biri olan ifadəli oxuya geniş yer verilir. Taninmış metodist N.Kudryaşev yazırdı ki, yaradıcı oxu metodu ədəbiyyat təlimi üçün daha çox səciyyəvidir. Bu metodun tətbiqi zamanı şagirdin bədii qavramasının fəallaşdırılması, bədii meyil və qabiliyyətlərin formalaşdırılması, obrazlı, bədii təfəkkürüninkişafıməqsədi qarşıya qoyulur. Yaradıcı oxu metodu şagirdi bədii sözü duymağa, ondan zövq almağa, ifadəli oxumağa, bədii yaradıcılıqda özünü sınamağa sövq edir. K.Stanislavskinin bədii oxu üzrə iş sistemində oxu zamanı qəliblərdən qaçmaq, sadəlik və təbiilik əsas götürülürdü. Məzmununu yaxşı bildikləri əsəri bədii söz ustasının ifasında birinci dəfə dinləyənlərin çoxuna elə gəlir ki, mətni sanki ilk dəfə eşidir. Bu qəbildən olan dinləyicilər həmin əsərdəki bir çox mətləbləri yalnız bu ifanı dinlədikdən sonra başa düşdüklərini etiraf edirlər. Bu, bədii oxu sənətinin sirlərinə bələd olmaq sayəsində mümkün olan fəaliyyət sahəsidir. Deməli, bədii oxu sənətinin incəliklərinə yiyələnən, bu sənətin nəzəri məsələlərini dərindən öyrənib konkret əsərlərin ifasına tətbiq etməyi bacaran hər kəs təsirli oxuya bilər, dinləyici də əsərin məzmununa uyğun ovqat yarada bilər. Ədəbiyyat müəllimində belə bir keyfiyyətin olması, xüsusilə vacibdir. Söz sənəti olan ədəbiyyat həyatı bədii lövhələrlə əks etdirir və bu əksetdirmə, şübhəsiz, təsirli ifa ilə də dinləyiciyə çatdırılmalıdır. Sözün tərbiyəvi təsiri onun necə səsləndirilməsindən (şifahi ifadə edilməsindən, çatdırılmasından) asılıdır.


ƏDƏBİYYAT
1.Həsənli Bilal, Abdullzadə Nazilə. İfadəli oxu. Bakı, 2015
2. Soltan Hüseynoğlu. İfadəli oxunun əsasları. Bakı, 2010
3. Soltan Hüseynoğlu. İfadəli oxudan laboratoriya məşğələləri. Bakı, 2005
4.Yusifov Fəxrəddin. İfadəli oxu. Bakı, 2010
5. Yusifov Fəxrəddin. Ədəbiyyatın tədrisi metodikası. Bakı, 2012
6. Rəsulova Sevinc. Ədəbiyyat dərslərində ifadəli oxu. Bakı, 2012
7.Muradov Bilal. Orta məktəbdə ədəbi əsərlərin öyrədilməsi. Bakı, 1992.
8.Əsgərov M. Bədii qiraət. Bakı, 1973
9. Qarabağlı Ə. Azərbaycan ədəbiyyatının tədrisi metodikası. Bakı, 1968
10. Məmmədov D. İfadəli oxu üzrə metodik göstərişlər. Bakı, 1975
11. Nadir Abdullayev. Nitq mədəniyyətinin əsasları. Bakı, 2014
Yüklə 119 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə