RESPUBLİKA FƏNN OLİMPİADALARI
RESPUBLİKA MƏRHƏLƏSİ
YARIMFİNAL TUR
11.03.2017
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT
9-cu SİNİF
Yarımfinal tur RESPUBLİKA FƏNN OLİMPİADASI Azərbaycan dili – 9-cu sinif
1. " Tərcüməçi də bir insandır. Onun da ətrafda baş
verən hadisələrə özünəməxsus baxış bucağı var. Bu
baxış bucağı istər-istəməz onun tərcümələrinə də
təsir edir. Beləliklə eyni əsərin müxtəlif tərcümələri
yarana bilər". Verilən nümunədə tərcüməçi ilə
bağlı aşağıdakılardan hansı izah olunur?
A) Üslubun əsərdən-əsərə görə fərqlənməsi.
B) Düşüncələrini istədiyi kimi ifadə edə bilməməsi
C) Başqa tərcüməçilərdən təsirləndiyi
D) Təcrübənin tərcüməyə təsir etdiyini
E) Tərcüməyə öz düşüncələrini qatdığını.
2. “Axşamın düşməyinə az qalırdı ki, kəndə çatdım”
– tabeli mürəkkəb cümləsinin baş cümləsi sadə
cümlənin hansı növünə aiddir?
A) şəxssiz cümlə
B) müəyyən şəxsli geniş cümlə
C) qeyri-müəyyən şəxsli cümlə
D) müəyyən şəxsli müxtəsər cümlə
E) ümumi şəxsli cümlə
3. Nümunədə hansı durğu işarələri buraxılıb?
“İnsan qanadsız quşdur deyə mən düşünürdüm
srağagün bu vaxt biz mən körpüsalanlar bir də Adil
Zoğallı meşəsindəydik”.
A) ,– , – : , ,
B) , – , – – , ,
C) , – , : , ,
D) , – , – : ,
E) , – , : – : , ,
4. Hansı cümlədə durğu işarəsi olub
olmamağından asılı olaraq sintaktik təhlildə
dəyişiklik olar?
A) Təbiət İsgəndərdən heç nə əsirgəməmişdi.
B) Uşaqlar, məktəbdə müəllimlərə qayğı göstərin.
C) Biz yıxılana əl uzadırıq və bu əməldən ləzzət
alırıq.
D) O suallara səlis cavab verəndə müəllimin ürəyi
açılırdı.
E) Bu günün qalibi Zahiddir.
5. Mübtədası sadə II növ təyini söz birləşməsi,
xəbəri sadə III növ təyini söz birləşməsi ilə ifadə
olunan müxtəsər cümləyə aid edilə bilməz.
A) Müəyyən şəxsli cümlə ola bilər.
B) Tərkibində ara söz və xitab işlənə bilər.
C) Tabelilik əlaqəsinin 3 uzlaşma, 2 idarə növü
işlənər.
D) Əmr cümləsi kimi işlənə bilməz.
E) Şəxssiz cümlə ola bilməz.
6. Sintaktik əlaqə baxımından sxemdəki
uyğunsuzluğu göstərin.
A) 3 B) 1 C) 2 D) 5 E) 4
7. Biri eyni cümlə üzvünün sualı deyil:
A) haraya?
B) harada?
C) haranı?
D) haradan?
E) nə tərzdə?
8. Hansı sözləri işlənmə vəziyyətinə görə
həm , həm də kimi götürmək
olar?
1 2 3 4 5 6
Güldür, bildir, yazdır, qandır, ovdur, vaxtdır,
7
8
bəsdir, sildir
A) 1, 3, 4, 5 B) 2, 4, 5, 7 C) 1, 3, 6, 8
D) 2, 7, 8 E) 3, 4, 6
9. Nümunədəki təsriflənən feilin kökü omonim
olmaqla hansı nitq hissələrinə aid edilə bilər?
Qapıdakı tək ağac da
Yarpaq töküb qurumuşdur ...
(S. Vurğun)
A) feil, sifət B) feil, feil C) isim, zərf
D) feil, qoşma E) isim, isim
Hər igidin ölümü
3
1
2
ağır dərddir.
4
5
Yarımfinal tur RESPUBLİKA FƏNN OLİMPİADASI Azərbaycan dili – 9-cu sinif
10. İki cümlədə mübtəda mürəkkəb adla, bir
cümlədə mürəkkbə sözlə, bir cümlədə feili sifətlə,
bir cümlədə isə məsdər tərkibi ilə ifadə
olunmuşdur. Bu halda neçə cümlədə mürəkkəb
mübtəda olacaqdır?
A) 1 B) 2 C) 3 D) 4 E) 5
11. Tələffüz şəklində verilmiş cümlələrdən
birində “idi” hissəciyi işlənməyib.
A) [Ətraf əlvan güllərə bürümmüşdü.]
B) [Qəlbimə qorxu dolu bir hiss dolubdu.]
C) [Uzaxda dayanan dosdum Əliydi.]
D) [Əsərdi ruhuma sərin bir küləx`]
E) [Yanımda igid əsgər durmuşdu]
12. Birinin kökünü həm omonim, həm də
çoxmənalı söz kimi götürmək olmur:
A) yarıldı B) qolumuzdakı C) satıldı
D) tutuldu E) yayıldı
13. Bağlayıcıların ardıcıl verildiyi cərgəni
müəyyən edin:
1. Vergül tələb etməyən
2. Özündən əvvəl vergül tələb edən
3. Özündən sonra vergül tələb edən
A) lakin, əgər, hərçənd
B) ilə, amma, ki
C) ilə, ancaq, halbuki
D) ki, lakin, madam
E) və, yəni, çünki
14. Biri sifətin azaltma dərəcəsində deyil:
A) qaraşın B) açıq-sarı C) uzunsov
D) alaqaranlıq E) göytəhər
15. Verilənlərdən biri həm feil, həm sifət, həm də
zərf kimi işlənə bilir?
A) qoşa-qoşa B) dönə-dönə
C) hədələyə-hədələyə D) yamsılaya-yamsılaya
E) əsnəyə-əsnəyə
16. Nümunədə işlənmişdir:
Üfüqlər qızarır al güllər kimi,
Günəş boy göstərir, açılır səhər. (S. Vurğun)
1. metafor 2. təşbeh 3. epitet
4. təzad 5. inversiya 6. təkrir
A) 1, 2, 3 B) 3, 4, 6 C) 1, 2, 5
D) 4, 5, 6 E) 2, 3, 5
17. Hansı bənd işarələnmiş sözlərdən heç birinin
mənasına uyğun deyil?
1. Xof eyləmədik atəşi-dəhhaşe-düvəldən.
2. Bədbəxt olan əfğani-yetiman hədər olmaz.
3. Bir zərrə belə qorxmayırız dəsti-əcəldən.
4. Türklər geriyə dönməyəcək müslih əməldən.
A) yetimlərin fəryadı
B) əcəl əli, ölümün yaxınlaşması
C) dövlətlərin dəhşətli hücumları
D) cahil, namərd adam
E) asayişi bərpa edən
18. “Koroğlu ilə Bolu bəy” qolunun məzmunu
haqqında doğru fikirləri seçin:
1. Koroğlu Xotkarın oğlu Bürcü Sultanın onu
tanıyacağını deyir.
2. Koroğlu Mehtər Murtuzu şeşpəri ilə öldürür.
3. Dünya xanım Hasan paşanın qızıdır və sonda
Koroğlu onu da özü ilə Çənlibelə gətirir.
4. Bolu bəy Koroğlu ilə döyüşdə qalib gəlir və onun
başına qılıncla zərbə endirir.
5. Dəmirçioğlu və Dəli Həsənin Koroğlunun
arxasınca getməsinə Nigar xanım mane olur.
A) 2, 3, 4 B) 1, 3, 5 C) 2, 3, 5
D) 1, 2, 4 E) 1, 4, 5
19. Mövzusuna görə məntiqi ardıcıllığı davam
etdirin.
“Təbrizim”, “Heydərbabaya salam”, ...
A) “Zeybək qızı” B) “Həyat sevgisi”
C) “Gələcək gün” D) “Vətən yaraları”
E) “Buludlar”
Yarımfinal tur RESPUBLİKA FƏNN OLİMPİADASI Azərbaycan dili – 9-cu sinif
20. Nümunədə işlənməmişdir:
Ağaclar dırmaşıb dəcəl uşaqtək
Dağın zirvəsinə yamacla, yolla,
Tamaşa etməyə bir cüt göz gərək -
Meşə bəhsə girib göylə, maşallah! (Ənvər Rza)
1. metafor 2. epitet 3. inversiya 4. bədii
sual 5. təşbeh
A) 3, 4 B) 1, 2, 3 C) 2, 4
D) 4, 5 E) 1, 3, 5
21. H. Cavidin “Ana” əsərindən verilmiş bu sitat
hansı obrazın dilindəndir və kim haqqında
söylənilib?
Dedim: get, miskin!
Çəkil get! – dedim,– ədəbsiz, həyasız!
Sonra çəkildim evə etinasız.
A) Səlmanın, Murad haqqında
B) İsmətin, Orxan haqqında
C) Səlimin, Orxan haqqında
D) Səlimin, Murad haqqında
E) İzzətin, Səlim haqqında
22. Əsərlərin yarandığı ədəbi dövrləri nəzərə
alsaq, hansı cərgədə uyğunluq pozulub?
23. Uyğunluğu göstərin.
1. Tərənnüm əsas yer tutur.
2. Təsviri janr da deyilir.
3. Əsas mətn personajlar arasında dialoqdan ibarət
olur.
I. epik növ II. lirik növ III. dramatik növ
A) 1- I , 2-II , 3-III B) 1-III, 2-I , 3-II
C) 1-II, 2-I, 3-III D) 1-II, 2-III, 3-I
E) 1-I, 2-III, 3-II
24. Y.V. Çəmənzəminlinin “Zeybək qızı”
hekayəsinin məzmunu ilə bağlı səhvi
müəyyənləşdirin.
A) Darülfünun ingilislərin hind əsgərləri tərəfindən
tutulmuşdu.
B) Midhəd əfəndinin atası Münir bəy oğlunun
Anadoluya getməsinə razı deyildi.
C) Düşmən cəbhəsi türklər tərəfindən yarılmışdı.
D) Midhəd əfəndi zeybək qızını ilk dəfə İzmir
cəbhəsində görmüşdü.
E) Midhəd əfəndi Anadoluya özü könüllü getmişdi.
25. Təşbeh işlənmiş nümunələri seçin:
1. Sözün də su kimi lətafəti var
Hər sözü az demək daha xoş olar. (N.Gəncəvi)
2. Öpür qayaları, öpür daşları
Bala sevgisiylə o ana dağlar. (B. Vahabzadə)
3. Gecələr yatmadan əvvəl sor özündən ki, “Bu gün
Mən nə etdim məni yurddaş edən öz yurdum
üçün? (B. Vahabzadə)
4. Bilmirdim,
Məhəbbət bir cəllad təki
Mənim gülüşümü öldürmüş bütün .
(B. Vahabzadə)
5. Açıldı yazilər, bitdi çiçəklər,
Gül ilə şol bənəfşə, süsən oldu. (Ş.İ. Xətayi)
A) 1, 2, 3 B) 1, 4 C) 1, 2, 4
D) 2, 3 E) 1, 4, 5
“Dağlar”
A
“Durnalar”
“Bomba”
B
“Qurbanəli bəy”
“Əkinçi”
C
“Bənövşəni”
“Durnalar”
D
“Koroğlu”
“Bahariyyə”
E
“Ağrımaz”
Dostları ilə paylaş: |