İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
“kəniz” anlamında işlənmişdir. Şota Rustavelinin poe-
masının  tarixi  əhəmiyyəti  ondadır  ki,  orada  qadına 
sitayişin əski, çox əski izləri qalmaqdadır. 
O  ki  qaldı  koma  sözünün  gürcü  mənbələrində 
k.ma  kimi  yazılmasına,  burada  təəccüblü  bir  şey 
yoxdur. Çünki gürcü dilində çox zaman sözlərin birin-
ci və ikinci hecalarının saitləri yazılmır. Nəticədə Me-
tex  şəhərinin  adı  Mtsxeti,  Tubal  etnonimi  Tbilisi 
formasına salınır. 
Koma sözü gürcü dilinə türk dillərindən keçmiş, 
gürcü  dövlət  sənədlərində  XIX  əsrədək  “vassal”  mə-
nasında  işlənmişdir.  Çar  VI  Vaxtanqın  “Qanunlar”ın-
da mərkəzi hakimiyyətdən asılı olan vilayət hakimləri 
k.ma adlandırılır (Законы Вахтанга VI 1980. 50). 
Şota  Rustavelinin  əsərində  koma  titulunun  daha 
2 formasına təsadüf edirik: si+k.ma “gənc aşiq-cənga-
vər”,  mo+kma  “böyük  aşiq-cəngavər”  (Марр  1895. 
228-229; Марр 1910. X-XIII). 
Poemanın baş qəhrəmanlarının ikisi də komadır, 
yəni aşiq-vassaldır. Tariyelin atası Sarı Dan əslən Xa-
tayetidən  –  Çin  Türküstanından  olub,  Hindistanın  bir 
vilayətini  ələ  keçirmiş,  sonra  Hind  şahının  vassalına 
çevrilmişdir (Шота Руставели 1982.46, 47). 
İkinci  qəhrəman  Avtandil  Xoşbəxt  Ərəbistanın 
şahının vassalıdır. Eyni zamanda şah qızının qulu-ko-
masıdır (Марр 1910. XIV, XV). 
D.Z.Bakradze,  M.Q.Canaşvili  və  b.  yazırlar  ki, 
poemanın əsas ideyası sevgi və vətənpərvərlikdir. Əs-
lində  isə  əsərdə  vətəndən,  Gürcüstandan  kəlmə  belə 
yoxdur.  Poema  başdan-başa  ülvi  sevgi  və  aşna-vassal 
süjeti üzərində qurulmuşdur. 
Gürcü  tarixçiləri  ilə  eyni  fikirdə  olan  Dilarə 
Əliyeva  poemanın  Azərbaycan  dilinə  tərcüməsinə  ön 
sözündə yazır: – Əsərin əsas ideyası vətənpərvərlikdir. 
O,  bütünlükdə  XII  əsr  Gürcüstan  həyatının,  ənənə-
Tariyelin atası 
Sarı Dan əslən 
Xatayetidən – Çin 
Türküstanındandır

Əsərdə 
Gürcüstanla bağlı 
kəlmə belə yoxdur. 


 
 
lərinin,  arzu  və  istəklərinin  ifadəsidir  (Şota  Rustaveli 
1988. 4-5). 
Əksinə,  əsərin  tarixi  kökləri  Ran,  yəni  Aran 
ərənlik fəlsəfəsindən  gəlir. Əsərin  əsas ideyası vətən-
pərvərlik  yox, cəngavərlikdir. Özü də o, indiki gürcü-
lərin deyil, İberiyanın qədim sakinlərinin – Эreti əhali-
sinin arzu və istəklərinin ifadəsidir. 
Bəzi  Azərbaycan  və  gürcü  alimlərindən  fərqli 
olaraq  hələ  1895-ci  ildə  N.Y.Marr  yazırdı  ki,  Şota 
Rustavelinin  poeması  hər  cür  milli  hisslərdən  və  və-
tənpərvərlikdən  uzaqdır.  Əsərin  əsas  ideyası  aşna-
vassal münasibətləridir (Марр 1895, 228-229). Həmin 
fikri bir qədər  yumşaq şəkildə fransız şərqşünas-alimi 
Mari  Brosse  irəli  sürmüşdür.  Akademik  M.Brosse 
1828-ci  ildə  Asiya  Сəmiyyətində  etdiyi  məruzəsində 
bildirirdi ki, “Bars dərisi” poemasının ideyası tanrıya, 
krala və qadına sədaqətdir (Буачидзе 1983, 96). 
Avropanın  digər  tədqiqatçıları  da  poemanı  milli 
hisslərdən  uzaq  bir  əsər  hesab  edirlər.  Roland  Aristo 
yazır:  –  “Bars  dərisi”  qeyri-milli  əsərdir.  Onun  ruhu 
müəyyən  dərəcədə  italyan  ruhuna  bənzəyir.  M.Q.Ca-
naşvili  həmin  fikirlə  razılaşmasa  da  (Джанашвили 
1900.  85),  əsərdə  gürcülərə  və  xristianlığa  aid  bircə 
işarəyə  təsadüf  etmirik.  Əsərin  əsas  surətləri  müsəl-
man,  hadisələrin  baş  verdiyi  yer  Ərəbistan,  Hindistan 
və Xatayeti – Çin Türküstanıdır. 
M.Y.Marr  yazır  ki,  əsərin  əsas  ideyası  qadına 
sitayiş,  qadın  qarşısında  itaətdir.  Avropa  cəngavərlik 
romanlarında  olduğu  kimi,  burada  da  hər  fəsildə 
qadına  ehtiram,  qadına  hörmət  aydın  görünür  (Марр 
1910. I). 
“Bars  dərisi”  müəyyən  mənada  Avropa  cənga-
vərlik  romanlarına  bənzəsə  də,  özünün  şərq  ruhu  və 
düşüncəsi  ilə  onlardan  fərqlənir.  Əsər  İslam  dininə 
hörmət  və  azad  sevgi  ruhunda  yazıldığına  görə,  kilsə 
şairi  lənətləyir,  təqib  edirdi.  Saray  tərəfindən  himayə 
Əsərin tarixi 
kökləri Ran, yəni 
Aran poetik 
düşüncəsindən 
gəlir. 
 “Bars dərisi” 
poemasının 
ideyası tanrıya, 
krala və qadına 
sədaqətdir (Mari 
Brosse). 
Əsər İslam dininə 
hörmət ruhunda 
yazıldığına görə, 
kilsə şairi 
lənətləyir, təqib 
edirdi. 


 
 
olunmasına  baxmayaraq  kilsə  şairdən  əl  çəkmirdi. 
Onların gözü qarşısında katolikos I Antoni əmr etmiş-
di  ki,  poemanın  əlyazmalarını  Kür  çayına  atsınlar 
(Шота  Руставели  1885.1-2).  Bu  baxımdan  Şota 
Rustaveli  ərəblərin  Uzra  məhəbbət  şairlərinə  və  Fini-
kiyanın  Astara  kahinlərinə  ruhən  daha  yaxındır. 
M.Q.Canavşili  yazır  ki,  bəziləri  Şota  Rustavelini  İran 
və  yunan  təsiri  altında  olan  şair  sayırlar,  belə  deyil. 
Əsəri düzgün başa düşmədiklərinə görə, din xadimləri 
şairi təqib edirdilər (Джанашвили 1900. 83, 92). 
Əslində  çariça  Tamarın  və  aşnalarının  həyat 
tərzinə  nifrət  edən  keşişlər  əsərin  ideyasını  düzgün 
başa  düşürdülər.  Ona  görə  də  Rustavelini,  Çaxruxad-
zeni,  Tmoqvelini  ölkədən  qovur,  oda  atıb  yandırırdı-
lar. 
Мы в стихах Мосе Хонели Амирана узнаем. 
Прочитав  Абдул  Мессию  дан  Шавтели 
воздаем 
Деларгета пел Тмогвели, сожигаемый огнем, 
Тариела Руставели, горько плачущий о нем. 
(Шота Руставели 1982, 330). 
Söz  yox  ki,  şairin  yaradıcılığına  Suriya,  Xaldey 
şairlərinin  və  Afina  filosoflarının  təsiri  olmuşdur.  XI 
əsrdən  başlayaraq  Gürcüstan  sarayı  qərb  yönümlü 
siyasət  yürüdürdü.  Qurucu  Davidin  sərəncamı  ilə  hər 
il Yunanıstana təhsil almağa 12 gənc oğlan göndərilir-
di. Güman edilir ki, həmin gənclərdən biri Şota Rusta-
veli olmuşdur (Буачидзе 1983. 281). 
M.Q.Canaşvili  yazır  ki,  Şota  Rustaveli  Xaldey 
və  Suriya  peyğəmbərlərinin  şeirlərinin  tərcümələri  ilə 
tanış  idi.  Çox  ehtimal  ki,  poemanı  yazarkən  həmin 
şeirlərin  təsiri  altında  olmuşdur  (Джанашвили  1900. 
90).  Belə  hesab  edirik  ki,  Şota  Rustavelinin  və  digər 
azad  düşüncəli  şairlərin  təqib  olunmasının  səbəbini 
burada  axtarmaq  lazımdır.  Həmin  şairlərin  cəngavər-
feodal əxlaqı kilsə-monax əxlaqına uyğun gəlmədiyinə 
Gürcülərin 
katolikosu I 
Antoninin fitvası 
ilə Şota 
Uruztavelinin 
əlyazmalarını Kür 
çayına atdılar. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə