deməkdir. Bir çox Yafəs dillərində
-k sonluğu etnik
mənsubluq və çoxluq bildirir (Хоренский 1893. 270;
Шор 1931. 232; Капанцян 1947. 14, 145).
Xeyli sonra Vardanın (XIII əsr) “Coğrafiya”sın-
da Sotk mahalının adı
Zod kimi göstərilmişdir (Шо-
пен 1852. 318). Nikita Emin Musa Xorenlinin kitabı-
nın 1893-cü il nəşrinə izahında yazır ki, Zod vilayəti
Sünik mahalında Dəvəli yolunun üstündə yerləşir
(Хоренский 1893. 293).
Kerop
Patkanov da bildirir ki, Zod Sünik mahalı-
nın bir vilayəti olmuşdur (История Агван 1861. 215).
Ancaq bu, o demək deyil ki, Zod vilayətinin Arminiyə
və Zod nəslinin ermənilərə bir aidiyyatı var. Müəyyən
istisnaları nəzərə almasaq, Sünik yüz illərlə etnik, iq-
tisadi və siyasi baxımdan Albaniyaya bağlı olmuşdur.
Hər iki ölkənin köçəri-maldar əhalisi bir-birini müda-
fiə edirdi. Aranın sürüləri Göyçə vadisinə yaylağa
gedir, Sünikin heyvanları Kür-Araz ovalığında qışla-
yırdı.
“Albaniya tarixi”ndə verilən bilgilərə görə, Zod
mahalının əhalisi
Aran nəslindən çıxmışdır. Zod
mahalı eyni zamanda
Sara yerkir (Sarı gəlinin
mahnısı) adlanırdı (Шопен 1852. 318). E. ö. II-I
minilliyə aid yazılı
mənbələrdə Sari və ya
Sara Aranın
qız nəvəsidir (Энеида 1971. 408). Əslində Sari Aran
nəsli deyildi. Aran nəsli ətrafında toplaşan etnik
toplumlardan biri idi. Onların ölkəsi Aranın şimalında
yerləşirdi (Велльгаузен 1909. 278).
Nəzərə alsaq ki, Aran e. ö. II-I minilliklərdə
Güney Azərbaycanının Eraq mahalını əhatə edirdi,
onun şimalı əvvəllər
Sari, Sariq adlanan Sərab ölkəsi
olmuşdur.
Şota, yəni Zod kultu ana südünə sitayişlə bağlı-
dır. Urartu mixi yazılarında, eləcə də qədim erməni di-
lində “ü” səsi olmadığından
süd sözü
zod kimi yazıya
alınırdı. Yalnız bir yerdə Musa Xorenli Süd etnik adını
Sünik yüz illərlə
etnik, iqtisadi və
siyasi baxımdan
Albaniyaya bağlı
olmuşdur.
Zod mahalı eyni
zamanda Sara
yerkir (Sarı
gəlinin mahnısı)
adlanırdı.
Şota, yəni Zod
kultu ana südünə
sitayişlə bağlıdır.