İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə3/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
görə  (Джанашвили  1900.  89;  Марр  1910.  51)  onlar 
vətənlərindən didərgin salınır, odda yandırılırdılar. 
N.Y.Marr  yazır:  –  Deyilənə  görə,  “Bars  dəri-
si”nin  süjeti  İran  folklorundan  gəlmədir.  Ancaq  İran 
ədəbiyyatında belə bir süjetə təsadüf etmirik. Çox eh-
timal  ki,  şair  əsərin  gürcü  folklorunda  yayılan  bir 
süjetinin tərcüməsindən istifadə etmişdir (Марр 1895. 
228-229; Марр 1910. I). 
Şair  əsərin  süjetini  İran  ədəbiyyatından  deyil, 
özünə  anlaşıqlı  olan  Aran  folklorundan  götürmüşdür. 
Qədim  iber  və  orta  yüzil  gürcü  salnamələrində  həm 
Aran,  həm  İran  adları  Ran  formasında  yazıya  alınırdı 
(Патканов  3160.225;    Картлис  Цховреба  1905.204; 
Дондуа 1967. 36; Джуаншериани 1986. 9, 63). 
Düzdür, XII-XVII əsrlərdə İran ədəbiyyatının ən 
yaxşı  nümunələri  gürcü  dilinə  tərcümə  edilmişdir. 
Bunlar  “Rostomiani”,  “Cimşidiani”,  “Miriani”  (Mehr 
və Müştəri), “Şahnamə”, “Rusudaniani” və başqaları-
dır  (Марр  1895.227,  228,  229,  233;  Буачидзе  1983, 
61, 78). Onların içində “Bars dərisi” poeması yoxdur. 
N.Y.Marr  yazır:–  Ümid  edirəm  ki,  gec  və  ya  tez,  nə 
zamansa  Gürcüstanın  qədim  əlyazmaları  arasından 
“Bars dərisi”nin ilkin  nüsxəsi tapılacaq. O zaman biz 
süjetin  hansı  xalqa  məxsusluğu  haqqında  son  sözü 
deyə biləcəyik (Марр 1895. 229; Марр 1910. I). 
Qədim yazılı abidələrdə Aran, orta yüz il xristian 
salnamələrində  Eran  kimi  yazıya  alınan  İran  farsların 
ölkəsi deyil. Aran vilayətinin əhalisinin farsdilli olma-
dığını V-X əsr erməni, fars və ərəb tarixçiləri dəfələrlə 
bildirmişlər.  VII-X  əsr  ərəb  tarixçiləri  yazırlar  ki, 
Azərbaycan  və  Ərməniyyənin  dili  ərəb  və  fars  dillə-
ridir.  Ancaq  Bərdə  və  ətrafındakı  kəndlərdə  Aran 
dilində  danışırlar  (Fazili  1984.  127;  Vəlixanlı  1974. 
48). 
Bərdə  Aran  vilayətinin  mərkəzi  şəhəri,  Ereti  Er 
və  Aran  nəsillərinin  qədim  yurdu  idi.  Hətta  sasanilər 
Bəzilərinə görə, 
“Bars dərisi”nin 
süjeti İran 
folklorundan 
gəlmədir. Ancaq 
İran ağız 
ədəbiyyatında belə 
bir süjet  yoxdur. 


 
 
dövründə İberiya Bərdədən idarə olunurdu. İberiyanın 
qüdrətli  çarlarından  biri  Vaxtanq  Qorq  Aslan  Aran 
hakiminin  bacısı  oğlu  idi  (Буачидзе  1983.  153).  O 
Qorq Aslan ki, O.İ.Senkovski onu hansısa türk tayfa-
sının  başçısı  adlandırır  (Хантадзе  1970.  83).  Aran 
hakiminin  göndərdiyi  12  minlik  qoşun  olmasaydı, 
Qorq  Aslan  İberiya  üzərində  hakimiyyətini  qura  bil-
məzdi.  Bu  barədə  nə  qədər  üzərində  əl  gəzdirilsə  də, 
sonrakı  gürcü  salnamələrində  bilgilər  qalmaqdadır 
(Джуаншериани  1986.  63,  80).  “Kartlis  tsxovreba” 
da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu 
Azon  Makedoniyalı  İskəndərin  vassalı  kimi  Metexdə 
çar  oldu  və  İberiyanı  24  il  idarə  etdi  (Картлис 
цховреба 1905.204; Мамулиа 1979.182). 
Azonın  ölümündən  sonra  hakimiyyətə  gələn 
Parnauz  (Вермишев  1904.  102)  Aran  nəslinin  Me-
texdəki  bütlərini  sındırmadı.  Öz  bütlərinin  yanında 
Aran nəslinin bütlərini saxladı. Bu o deməkdir ki, öl-
kədə  müxtəlif  etnosların  konsolidasiyası  nəticəsində 
yeni  dövlət  yarandı.  Yeni  dövlət  ən  güclünün  mütləq 
ağalığı  ilə  deyil,  qohum  və  yad  etnosların  qardaşlaş-
ması ilə quruldu (Мамулиа 1979. 176-179). 
Fikrimizcə,  poemanın  süjeti  İran  əfsanələrindən 
yox,  iberlərlə  qardaşlaşan,  ortaq  dövlət  quran  Aran 
nəslinin  ağız  ədəbiyyatından  gəlmədir.  Bunu  duyan 
N.Y.  Marr  yazır  ki,  poema  yalnız  gürcülərin  poetik 
dastanı  deyil,  çoxmillətli  Gürcüstanın  çoxdilli  xalqla-
rının ədəbi abidəsidir. 
Aran  nəsli e. ö.  III  əsrin əvvəllərinə  –  İberiyada 
hakimiyyəti ələ alana qədər uzun bir alplıq və ərənlik 
yolu  keçmişdir.  Yəhudi  tarixçisi  İosif  Flavi  (I  əsr) 
yazır ki, Aran İbrahim peyğəmbərin qardaşıdır. Onun 
qəbri  Hələb  ölkəsinin  Ur  şəhərində  indiyəcən  durur 
(Иосиф  Флавий  52390.32-33).  Bəzi  tarixi  mənbələr-
də  isə  Aran  İbrahim  peyğəmbərin  oğludur  (Вигуру 
1897. 474-475). Nəzərə alsaq ki, hər üç dinin müqəd-
Vaxtanq Qorq 
Aslan Aran 
hakiminin bacısı 
oğlu idi. 
 
Poema yalnız 
gürcülərin poetik 
dastanı deyil, 
çoxmillətli 
Gürcüstanın
 
çoxdilli 
xalqlarının ədəbi 
abidəsidir.
 
Aran İbrahim 
peyğəmbərin 
qardaşıdır. Onun 
qəbri Ur 
şəhərində 
indiyəcən durur
 
(
Иосиф Флавий). 
 


 
 
dəs  peyğəmbəri  olan  Avraham  miladdan  qabaq  XIX 
əsrdə yaşamışdır, Aran nəslinin Ön Asiyanın ən qədim 
sakinlərindən biri olduğuna şübhə yeri qalmaz. 
İ.İ.Şopen  Ernst  Renana  (Эрнст  Ренан  IV.77) 
istinadən  yazır  ki,  Aranın  adını  samilər  öz  dillərinə 
çevirərək  Misraim  (Misir  adı  burdandır)  şəklinə 
salıblar. Aran Oğuz, yəni öküz totem adının başqa bir 
formasıdır (Шопен 1866. 204-205). Aran etnik adının 
kökündə  ar sözü durur. Mahmud Kaşğari  yazır ki,  ar 
Arqu dilində buğa deməkdir (MK IV. 2006. 38). 
Düzdür,  Aran  dilində  qədim  mətnlər  bizə  gəlib 
çatmamışdır.  Yalnız  ayrı-ayrı  kitabələrdə  sözlər  qal-
mışdır  ki,  həmin  sözlər  Aran  dilinin  arxaik  türk 
dillərindən  biri  olması  fikrini  söyləməyə  bəs  edir. 
Aran dilində göyə gök, yerə yir, suya suy, süvariyə atli
vulkana atma, qartala kuş və s. deyilirdi (Шопен 1866. 
9, 111, 113, 143, 384; Мещанинов 1927. 4, 7, 8). 
Gürcü din xadimlərinin qısqanclığına səbəb həm 
də  o  idi  ki,  poema  İslam  dininə,  adətlərinə  dərin 
rəğbətlə  yazılmışdır.  Əsərin  əsas  surətləri  müsəlman-
dır. Poemanın baş qəhrəmanları kilsəyə deyil, məscidə 
ibadətə gəlirlər. Tariyelin atasının yasında Quran oxu-
nur (Шота Руставели 1982. 75, 113). 
N.Y.Marr  yazır:  –  Poema  hər  cür  xristian  eh-
kamlarından azaddır, əsərin ruhu İslam ruhudur (Марр 
1910. I). Onda belə bir sual qarşıya çıxır: – Şair mü-
səlmandırsa,  nəyə  görə  ömrünün  sonunu  sürgündə 
Qolqof  monastırında  keçirmiş  (Джанашвили  1900. 
89),  Yerusəlim  mədrəsələrindən  birində  başa  vurma-
mışdır? 
Düşünürük ki, bu, şairin əvvəl İslam dininə iman 
gətirib, xristian dinini sonradan qəbul etməsi və ya bir 
zaman əcdadlarının müsəlman olması ilə bağlıdır. Şota 
Rustaveli  çariça  Tamarın  atası  III  Georgi  ilə  vuruşan 
vilayət  hakimi  Şota  Arçovadzedirsə,  o,  əvvəllər 
xristian deyildi. Həmin Şota Arçovadze baqrationlarla 
Şota Rustavelinin 
surətləri kilsəyə 
deyil, məscidə 
ibadətə gəlirlər

Tariyelin atasının 
yasında Quran 
oxunur.
 
Şairin poeması  
xristian 
ehkamlarından 
azaddır. Əsərin 
ruhu İslam 
ruhudur.
 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə