İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

 
 
Ola bilsin ki, Uruz nəsli VI əsrdə Albaniyanın İr 
oba  vilayətindən  İberiyanın  Metex  şəhəri  ətrafına 
gəlmişdir.  Çünki  sasanilər  Albaniya  və  İberiyanın 
özlərinə  tabe  edə  bilmədikləri  nəsillərini  öz  torpaqla-
rından şimala sıxışdırırdılar. Nəticədə İberiyanın etnik 
xəritəsi albanların hesabına dəyişirdi. 
Pompeyin  zamanında  (I  əsr)  Uruz  Albaniyanın 
hakim nəsli idi. T.İ.Hacıyev hələ 1984-cü ildə  yazırdı 
ki, erməni dilli mənbələrdə Oroys kimi yazıya alınmış 
Albaniya  çarının  adı  Uruz  olmuşdur  (Hacıyev  1984. 
131).  T.İ.Hacıyevin  fikri  Pompeyin    yürüşlərini  qələ-
mə  alan  son  antik  tarixçilərin  məlumatları  ilə  təsdiq 
olunur.  Onlar  Albaniya  çarının  adının  Oroys  yox, 
Oroz  olduğunu  göstərirlər  (Армения  и  Рим.  2765, 
156). 
Qeyd  etmək  lazımdır  ki,  heç  də  bütün  erməni 
salnaməçiləri  Uruz  nəslinin  adını  Oroys  kimi  yazıya 
almamışlar. Onların bəziləri 943-944-cü illərdə Bərdə-
ni  tutan  rosları  Uruz  və  Ruzik  adlandırırlar  (Акопян 
1987. 233-234). 
Şota və Uruz adlarının hər ikisi türk mənşəlidir. 
Uruz  Turan  ilə  yanaşı  e.  ö.  I  minillikdə  etrusk  tayfa 
ittifaqının  sevgi  və  incəsənət  ilahəsi  idi  (Марр  505. 
35-36; Марр 1927
 
. 122, 124). 
Uruz  daha  qədim  mənbələrdə  tanrı  Arazla  eyni-
ləşdirilir.  Bəzən  də  Uruz  və  Araz  qohum  etnosların 
tanrıları  kimi  təqdim  edilir.  Uruz  və  Araz  qədim  Ön 
Asiyanın döyüş tanrıları olmuşlar (Марр 1920. 34-35; 
Блейхштейнер 1936. 182, 188). B.B.Piotrovski yazır 
ki,  Araz  Urartunun  qəbilə  tanrılarından  biri  idi.  Ayin 
zamanı  ona  1  buğa,  2  qoç  qurban  kəsərdilər  (Пиот-
ровский 1944. 272; Меликишвили 1960. 417). 
Sonra  tanrı  Araz  Ares  şəklində  indiki  Türkiyə 
ərazisindən  Elladaya  keçdi.  Suriyadan  tapılan  yunan 
dilində  bir  kitabədə  göstərilir  ki,  Araz  Kiçik  Asiyada 
Urartu 
kitabələrində çar 
Rusanın adı dinqir 
Rusaşe – tanrı 
Uruzun övladı 
kimi yazıya 
alınmışdır. 
Gürcülərin 
Kosidze və 
Kozişvili nəsilləri 
Pompeylə vuruşan 
Albaniya 
sərkərdəsi 
Quzunun 
törəmələridir. 


 
 
yerli  döyüş  tanrısı  olmuşdur  (Бекерман  1985.  217; 
Иванов 1980. 132). 
Uruz  və  Araz  kultları  uzun  illər  Azərbaycan 
ərazisində yanaşı şəkildə mövcud olmuşdur. XIV əsrin 
sonlarına qədər Araz çayının aşağı axarı Araz,  yuxarı 
axarı Uruz adlanırdı. İ.İ.Şopen erməni tarixçilərinə is-
tinadən yazır: – Əmir Teymur Araz və ya Urus çayını 
keçib, Cuqa şəhərinə gəldi (Шопен 1852. 322). 
N.Y.Marra  görə,  Urartu  tayfa  ittifaqının  tərki-
bindəki Araz və Urus qohum etnoslar olmuşdur (Марр 
1920.  32,  35).  Həm  Urartu  mifik  düşüncəsində,  həm 
“Kitabi-Dədə Qorqud” dastanlarında Uruz adının bəzi 
məna  çalarları  uyğun  gəlir.  B.B.Piotrovskiyə  görə, 
Urartu  çarı  Uruzun  adı  “qırmızı”  deməkdir  (Пиот-
ровский 1959. 48). Təsadüfi deyil ki, Oğuz dastanla-
rının  arxaik  variantlarında  Alp  Uruz  (Aruz  forması 
yanlışdır) “od gözlü” təsəvvür olunur. 
Yazıçı oğlu Əlinin qələmə aldığı “Səlcuqnamə”-
də  Alp  Ər  Tonqanın  oğlunun  adı  Alp  Uruzdur  (Бар-
тольд  1999.  237).  Fikrimizcə,  Böyük  Qafqaz  dağla-
rının  Elbrus  zirvəsi  və  Xəzər  dənizinin  cənubundakı 
Elbrus silsiləsi Alp Uruzun adını yaşadır. 
Bu  gün  dünyanın  ərazicə  ən  böyük  ölkəsi  olan 
Rusiya qədim bir türk etnosunun adını daşıyır (Cəfər-
soy  1995.  8-16).  Uruz  nəslinin  bir  qolu  şərq  slavyan-
larını  özlərinə  tabe  etmiş,  slavyanlar  özlərini  qalib 
xalqın  adı  ilə  Urus,  ölkələrini  Rusiya  adlandırmışlar. 
Təsadüfi deyil ki, Əbülqazi Bahadur xan rusların adını 
Urus kimi göstərmişdir (Рычков 1767. 9). 
Qədim  rus  salnamələrində  göstərilir  ki,  Urus 
qıpçaq  tayfalarından  biridir  (Попов  1986.  130-131). 
Əbdürrəşid  Bakuvi  yazır:  –  Urus  türk  tayfasıdır.  İtil 
çayı  ilə  ticarət  edirlər.  Slavyanları  əsir  tutur  və  qul 
bazarında satırlar. Onların öz qanunları  və ayrıca dil-
ləri var (Бакуви 1971. 104). 
Alp ər Tonqanın 
oğlunun adı Alp 
Uruz olmuşdur. 
Musa Xoneli 
Elbrus dağını Elp 
Urus adlandırır. 
Araz çayı tarixi 
mənbələrdə Uruz 
və Araz 
adlandırılır. 


 
 
Urusların  bir  hissəsi  slavyanlar  arasında  əriyib 
itmiş, bir hissəsi isə qırğız və qazax xalqlarının mən-
şəyinə  daxil  olmuşdur.  Çokan  Valixanov  yazır  ki, 
Urus  xan  ilk  qırğız  sultanı  və  Ak  Orda  dövlətinin 
banisidir.  Ak  Ordanın  mərkəzi  Sıqnax  şəhərini  o  sal-
mışdır (Валиханов 1984. 165. 391). 
Ellada və  Urartu  panteonunda olduğu kimi,  əski 
türk  inancında  Urus  kultu  müharibə  ilə  bağlıdır.  Van 
qaya  yazılarında  silaha  uriş  deyilir  ki,  həmin  sözün  
kökündə türk dillərindəki ur “vur” feili durur. 
Mahmud Kaşğarinin “Divan”ında urus sözü “vu-
ruş”  mənasında  verilmişdir  (MK  I.  1939.  61;  MK  I. 
2006. 136). Dədəmiz Qorqudun kitabında ur sözü vur-
maq mənasında işlənmişdir (KDQ 1988. 100, 102). 
Türk  dillərində  Urus  sözünün  başqa  bir  mənası 
“bəxt”,  “uğurlu  tale”dir  (Казахско-русск.  1954.  938; 
Каракалпакского-русск. 1958. 759). Belə hesab edi-
rik ki, bu sözün hər iki mənası bir-biri ilə bağlıdır. At 
üstə  doğulan  və  at  üstündə  ölən  əcdadlarımız  üçün 
uğurlu  döyüşlər  həyat,  uğursuz  savaşlar  ölüm  rəmzi 
idi.  Ona  görə  də  onlar  həm  döyüşə,  həm  silaha,  həm 
də silahla qazanılan uğurlara uruş, uruz deyirdilər. 
Şota Rustavelinin adı, atasının adı və soyadı türk 
dillərinin  tarixi  leksikası  əsasında  izah  olunur.  O  ki 
qaldı şairin mənşəcə Mesx, yəni Metex olmasına (əgər 
doğrudan da olubsa), metexlər baqrationlar kimi sami 
deyillər. Bibliyanın “Xalqlar cədvəli”ndə göstərilir ki, 
meşex,  yəni  metexlər  şimal  xalqı  olub,  kumerlər,  ti-
berlər  və  b.  kimi  Qoq  və  Maqoq  nəslindəndirlər.  Yə-
hudi tarixçisi İosif Flaviyə (I əsr) görə, metexlər indiki 
gürcülərin yox, iberlərin əcdadlarıdır (Барамидзе, Ва-
тейшвили 1978. 156). 
Şota  Uruztaveli  “Bars  dərisi”  poemasını  hansı 
dildə  yazmışdır?  Gürcüstan  Təhsil  Nazirliyinin  dərs-
liklərinə  inansaq,  əsər  gürcü  dilində  yazılmışdır.  Əs-
Urus türk 
tayfasıdır 
(Əbdürrəşid 
Bakuvi). 
“Bars dərisi” 
Qurd dilində 
yazılmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə