İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə58/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   50   51   52   53   54   55   56   57   58

 
 
Musa  Xorenli  yazır  ki,  yəhudi  mənbələrindəki 
Solomonun  –  Süleyman  peyğəmbərin  əsil  adı  Arbun 
olmuşdur. Əslində  isə,  yəhudilər Kənan və Pun mən-
şəli  peyğəmbərin  adını  Solomon  formasında  öz dillə-
rinə tərcümə etmişlər (Хоренский 1808. 35. 84). 
Çar  və  peyğəmbər  Süleyman  anrtopoloji  cəhət-
dən  samilərə  bənzəmirdi.  O,  ulu  babası  gözəl  Yusif 
kimi yaraşıqlı, ağ üzlü, mavi gözlü, sarışın saçlı adam 
idi. 
Asoxik  yazır ki,  Arbun H’Ayın  sonrakı  törəmə-
lərindən  olub,  eradan  əvvəl  1102-ci  ildə  hakimiyyətə 
gəlmiş,  Assuriyaya  vergi  vermişdir  (Асохик  1864. 
245;  Шопен  1852.  1075).  Arbun  gah  İudeya,  gah 
h’aylar üzərində hökmran olan çarın özünün yox, nəs-
linin adıdır. Arbun nəslindən çıxan çarlar ayrı dönəm-
lərdə  İudeya  və  İsraildə,  Van  bölgəsində,  Albaniyada 
hökmranlıq etmişlər. 
Musa Xorenli Arbunu çar hesab etmir. Yazır ki, 
o, patriarx və ya qəbilə başçısı olmuşdur (Хоренский 
1893.  33.  189).  Albaniya  tarixində  göstərilir  ki,  çar 
Arbun  Yafəs  nəslindən  çıxmışdır  (История  Агван 
1861.  31;  Albaniya  tarixi  1992.  19).  Yafəs  nəsilləri 
iberlər, h’aylar, qismən albanlar və başqalarıdır. 
Arbun  etnonimi  Urartu  mixiyazılı  kitabələrində 
Erbun  kimi  yazıya  alınmışdır.  Bəzi  assuroloqlar  onu 
Erbun, bəziləri İrpun  kimi oxuyurlar.  Belə  hesab edi-
rik  ki,  Urartu  çarı  Argiştinin  (Меликишвили  1960. 
17,  250)  e.  ö.  782-ci  ildə  saldığı  şəhərin  adı  Erpuni 
yox, Erpun olmuşdur. -i mənsubluq bildirən şəkilçidir. 
Sonralar  Erbun  şəhərinin  adi  İrəvan,  Yerevan  forma-
larına salınmışdır. 
Erpun  –  sonrakı  İrəvan  punlaşmış  erlərin,  yəhu-
dilər üzərində hökmran olan türklərin yurdudur. Onun 
İran  və  yunan  mənşəli  indiki  ermənilərə  aidiyyatı 
yoxdur. 
 
Erbun elə 
İrəvandır. 
İrəvan 
punlaşmış 
erlərin 
şəhəridir. 


 
 
Urartu qoşunları Göyçə bölgəsinə gələnə – e. ö. 
782-ci  ilə qədər Erpun  etnosu Araz çayının şimalında 
yaşayırdı.  Ancaq  onlar  özlərinə  qala  tikməmişdilər. 
Sonralar  tikilən  qala  onların  adı  ilə  Erpun,  İrpun 
adlandırılırdı. 
Ermənilər  tarixi  mənbələrin  astarını  üzünə 
çevirərək  özlərinə  qurama  tarix  yaratdılar.  Həmin 
tarixi uydurmalarından təmizləmək, olduğu kimi bərpa 
etmək bizim vəzifəmizdir. 


 
 
Dənizdən dənizə çapan İber atları 
 
Ermənilərin  xülyasına  görə  iki  dəniz  arası  on-
ların  tarixi  vətəni  olmuşdur.  Əvvəlcə  onlar  iki  dəniz 
deyəndə  Aralıq  və  Qara  dənizi  nəzərdə  tuturdular. 
Çünki  Avropa  dövlətləri  onları  Osmanlı  dövləti  əra-
zisində dövlət yaratmağa şirnikləndirirdi. 
Ancaq  vəziyyət  onların  istədikləri  kimi  olmadı. 
Türkiyə azadlıq savaşından qalibiyyətlə çıxdı. Nəticə-
də erməni dövləti Qafqazda yaradıldı. 
 Ermənilər gələcək fitnəkarlıqlar üçün yeni plan 
cızdılar. Guya onların tarixi vətəni Qara dənizlə Xəzər 
dənizi  arasında yerləşmişdir. Əslində indiki ermənilə-
rin  əcdadları dənizdən dənizə  adlanan düşüncənin  da-
şıyıcıları  olmamışlar.  Belə  bir  düşüncənin  sahibləri 
çoxsaylı,  qüdrətli  orduya  malik  olmalı  idi.  Belə  bir 
qüdrətli ordunun sahibləri hunlar, oğuzlar, eftalitlər və 
nəhayət, Çingiz xanın övladları idilər. 
Ermənilər  dənizdən  dənizə  adlanana  işğalçılıq 
fəlsəfəsini onların dilindən eşitmişlər. Qədim Çin sal-
namələrində  göstərilir  ki,  tukyular  –  türklər,  iberlər  – 
berlər, kunlar – hunlar qan tərləyən qaşqa-şəkil atların 
üstündə dəfələrlə gündoğan və günbatan dənizlər ara-
sındakı ucsuz-bucaqsız torpaqları tutmuşlar. N.Y.Marr 
yazır ki, Çin salnamələrindəki dənizdən dənizə çapan 
Ber atları iberlərin atlarıdır (Марр 1899. 81). 
Batı  xan  Adriatik  dənizi  sahilinə  çıxanda  əmr 
etdi  ki,  dənizdən  bir  ovuc  qum  götürsünlər  və  atası 
Cuci xanın qəbrinə səpsinlər. Bu adət səlcuqlarda daha 
əski  çağlardan var idi.  Məlik şah qoşunları ilə  Aralıq 
dənizinə  çatdı.  Onun  əmrilə  dənizdən  bir  ovuc  qum 
götürüb, atası Alp Arslanın Mərv şəhəri yaxınlığındakı 
qəbrinə səpdilər (Rəfiq Özdək. Türkün qızıl kitabı. II. 
Bakı, “Yazıçı”, 1993. s. 82). 
Türklərin  əcdadlarının  Asiya  və  Qafqazdan  Nil 
vadisinə, oradan Avropaya axınları üç yüz, dörd yüz il 
Məlik şah 
Aralıq 
dənizinə çatıb 
əmr etdi ki, 
dənizdən bir 
ovuc qum 
götürsünlər 
və atası Alp  
Arslanın 
qəbrinə 
səpsinlər. 


 
 
fasilələrlə tarix boyu davam etmişdir. İlk axın e. ö. IV 
minilliyin  sonlarında  baş  verdi.  Kam  nəslindən  Kuş 
övladları  Nil  çayının  Aralıq  dənizinə  töküldüyü  yerə 
çatıb, ilan və kərtənkələ ilə qidalanan aborigenləri səh-
raya  qovdular  və  qədim  Misir  mədəniyyətini  yarat-
dılar. Kuş nəslinin kahini Mene ilk firon oldu və Mene 
– yunan dilli mənbələrdə Memfis şəhərini saldı. 
Kuş tayfa ittifaqının tərkibində İber və Ay (bəzi 
erməni mənbələrində H’Ay) nəsilləri də var idi. Ancaq 
yanlış  olaraq  son  70  ilin  ümumiləşmiş  tarix  kitabla-
rında  iberlər  gürcülərin,  h’aylar  ermənilərin  əcdadları 
kimi  təqdim  edilir.  Halbuki,  iberlər  indiki  gürcülərin, 
h’aylar  indiki  ermənilərin  əcdadları  deyildilər.  Onlar 
Turan  mənşəli  etnoslar  olub,  dilləri  türk  və  fin  dil-
lərinə  bənzəyirdi  (Хаханов  1895.  1;  Марр  1906.  2; 
Марр 1920. 36. 40; İoселиани 1966
а
 7). 
H’Aylar  və  iberlərin  bir  hissəsi  Misirdən  fələs-
tinə, oradan Van bölgəsinə və Qafqaza köçdülər. İber-
lərin çoxu isə Şimali Afrikadan ötərək Piriney yarıma-
dasına  gəldilər  (Марр  1920.  36;  Меликсетбеков 
1936. 190). 
X əsdə yaşamış yevrey mənşəli tarixçi İosif ben 
Kurion yazır: – Afrika coğrafi  adı İverik etnik adının 
tərcüməsidir  (Левин  1866.  27).  “Albaniya  tarixi”ndə 
deyilir: – Dillər qarşısında Yafəs nəslindən 15 xalq tö-
rədi. Onlardan birinin olkəsi İberiya, biri Böyük İspa-
niyadır  (История  Агван  1861.  3;  Albaniya  tarixi 
1993. 15). 
Bəzi  tədqiqatçıların  fikrincə,  iberlər  İspaniyaya 
dəniz yolu ilə gəlmişlər. Bəziləri isə belə hesab edirlər 
ki, onlar quru yolu ilə Şərqi İspaniya və Cənubi Fran-
saya gəlib çıxmışlar (Шор 1931. 225; Меликсетбеков 
1942. 31). 
Mənim fikrimcə, iber və siberlərin quru yolu ilə 
Avropaya miqrasiyası daha inandırıcıdır. Belə olmasa, 
Afrika qitəsi Kür nəslindən Yusifin dediyi kimi, İverik 
Qədim erməni 
mənbələrinin 
çoxunda 
h’aylar Ay 
adlandırılır.  
Afrika 
qitəsinin adı 
İberik 
etnonimindən 
törəmişdir. 


 
 
adlanmazdı.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  türk-
mən tayfa başçısı Ay Aba ərəb ordusunun başında Şi-
mali Afrikadan ötərək İspaniyanı tutmuşdu. 
R.İ.Şor  1931-ci  ildə  SSRİ  Elmlər  Akademiya-
sının  “Məruzələr”ində  çap  etdirdiyi  məqaləsində  ya-
zırdı:  –  Piriney  yarımadasının  İberiya  dövrü  maddi-
mədəniyyət abidələri ilə Aralıq dənizinin şərq sahillə-
rində  yaşamış  etnosların  bəzi  arxeoloji  tapıntıları  uy-
ğun gəlir (Шор 1931. 233-234). 
Musa Kaqankaytuklu yazır: – İberiya və Böyük 
İspaniyanın Roma işğalına qədərki etnosları Yafəs öv-
ladları idi (История Агбан 1861. 3; Марр 1920. 36). 
N.Y.Marr  1928-ci  ildə  Cənubi  Fransada  və  Şi-
mali  İspaniyada olmuşdu. O  yazır:  – Dünyada  möcü-
zələrə  inanmaq  olarmış.  Qafqaz  və  Piriney  qurlarının 
meyvə adları bir-birinə  uyğun  gəlir. Hətta onların ba-
laca çoban itləri də bir-birinə bənzəyir (Марр 505. 4). 
B.A.Turayev  yazır  ki,  Misir  papirus  yazıların-
dakı Ever ilə Avropa iberlərini qohum saymaq olmaz 
(Тураев  1903.  123).  Əslində  Avropa  və  Ön  Asiya 
iberləri  nəinki  qohumdur,  tamamilə  eyni  mənşəli  et-
noslardır.  Robert  Bleyxşteynerin  yazdığı  kimi,  onlar 
bir-birlərindən  çox  tez  ayrıldıqlarına  görə  (Блейхш-
тейнер  1936.  190)  dillərində  və  adət-ənənələrində 
müəyyən fərqlər yaranmışdır. 
Piriney iberlərinin övladları olan basklar XX əs-
rin əvvəllərinə qədər erkək cinsinə ar, ataya ayta, ata-
babalara  ayton,  anaya  ama,  ana  xəttilə  əcdadlara 
amon,  balaca  canlılara  ba,  Nuhun  gəmisinə  arqa 
deyirdilər (Марр 505. 24). 
Teonim  mənşəli  aton  və  amon  sözləri  göstərir 
ki,  iberlər  Misirdən  Avropaya  çox  tez  –  e.  ö.  23-cü 
əsrdə  köçmüşlər.  Çünki  həmin  dövrdə  h’iksosların 
Asiyadan Nil vadisinə axını başlamışdı. Asiyanın yeni 
köçərilərinə məğlub  olan iberlər 2  yerə bölünərək bir 
qismi Avropaya, bir qismi Fələstinə köçmüşdür. 
Ərəblər 
türkmən alpı 
Ay Abanın 
başçılığı 
altında 
İspaniiyanı 
tutmuşlar. 
Piriney 
baskları ataya 
ayta, anaya 
ama, Nuhun 
gəmisinə arqa 
deyirdilər. 


 
 
Cəm forması Aton və Amon olan qədim Misirin 
Ata  və  Ama  kultlarını  Nil  vadisinə  Kam  nəslindən 
Kuş, Ay və İber övladları gətirmişlər. Bu kultların iz-
ləri  Çuvaş  folklorunda  indiyədək  qalmaqdadır.  Çu-
vaşlar  xristianlığa  qədər  ata  xəttilə  əcdadlara  Ataşe, 
ana  xəttilə  əcdadlara  Amaşe  deyirdilər  (Родионов 
1983. 19-28). 
İ.İ.Meşşaninov  yazər:  –  Buğa  kultu  Qafqaz  və 
Piriney  iberlərinin  bir-birinə  bağlayır  (Мещанинов 
1927. 21). 
N.Y.Marr  1920-ci  ildə  Leypsiqdə  nəşr  etdirdiyi 
Yafəs  dillərindəki  3-cü  etnik  elementə  həsr  olunan 
kitabında  yazır:  –  Buğa  və  Keçi  kultlarını  Qafqazdan 
İspaniyaya  iberlər  aparmışlar.  Xristianlığa  qədərki 
iberlərin inancına görə, əcdadların ölməz ruhları buğa-
ların  və  keçilərin  bədəninə  köçərək  yaşayır  (Марр 
1920. 40). 
Romalıların  Piriney  yarımadasına  basqını  ilə 
iberlərin,  sibirlərin,  barsillərin  avropalılar  tərəfindən 
assimilyasiyası başladı. Ancaq “Barselona” ilə “Real” 
Madrid futbol komandalarının azarkeşlərinin qarşıdur-
ması  timsalında  arilərlə  türklərin  tarixi  mübarizəsinin 
davamını indi də görməkdəyik. 
İberlərin  bir  hissəsi  tiberlərlə  birlikdə  Misirdən 
Fələstinə  sıxışdırıldı.  Tədqiqatçıların  bəziləri  iberlərlə 
tiberləri eyniləşdirir, bəziləri isə onları qohum etnoslar 
sayırlar.  Mari  Brosseyə  görə,  iberlərin  bir  neçə  nəsli 
tiberlərin  arasından  çıxmışdır  (Патканов  1883.  241). 
N.Y.Marra  görə,  İber  dili  Tiber  mənşəlidir  (Марр 
1910.  X,  XIII,  XIX,  8).  İosif  Flavi  (I  əsr)  yazır  ki, 
iberlər tiberlərdən törəyiblər (Патканов 1883. 240). 
İberlər və tiberlər qohum etnoslar olub, gah bir-
birlərindən  ayrılmış,  gah  da  bir  tayfa  ittifaqında 
birləşmişlər. Qərbi Sibirdə onların xanlıqları bir-birinə 
qonşu  idi  (Валиханов  1984.  230;  Бартольд  1963. 
459). 
Buğa və keçi 
kultlarını 
İspaniyaya 
iberlər 
aparmışlar. 
Barsillər 
İspaniyaya 
Qafqazdan 
getmişlər. 


 
 
Avropada  da  İber  və  Siber  etnoslarının  ölkəsi 
bir-birinə  yaxın  idi.  İberlər  Şərqi  İspaniyada,  siberlər 
Cənubi Fransada yaşayırdılar (Шор 1931. 225). Nəha-
yət,  iberlərin  son  qalıqları  Qafqazda,  siberlər  Şərqi 
Anadoluda  yurd  salmışdır.  İberlər  Misirdən  qovulan-
dan  sonra  xeyli  vaxt  Fələstində  yaşadılar  (Шопен 
1866. 304). Burada onlar yəhudilərin dinini qəbul etdi-
lər,  ancaq  uzun  zaman  yəhudiləşmədilər.  İosif  Flavi 
yazır:  –  Uudalar  Everi  yevrey  adlandırırdılar  (Иосиф 
Флавий 52390. 31). 
“Albaniya  tarixi”ndə  Virk  yəni  iber  yevrey 
adının  sinonimi  kimi  işlədilir  (История  Агван  1861. 
2).  Erməni  tarixçilərinin  əsərlərində  isə  Vraçik,  Vrats 
etnonimi:  1.  iver  nəslindən  olan;  2.  yevrey  deməkdir 
(Шопен 1866. 202. 336). Ancaq bu, o demək deyil ki, 
iverlər, yəni  yevreylər yəhudidir, yəhudilər Uuda nəs-
lindən olanlardır. 
B.Qroznı  yazır:  –  İbrit  yevreyləri  sami  mənşəli 
etnos  saymaq  düz  deyil.  Onlar  uzunburun  Anadolu 
etnosudur  (Грозный  1938.  27).  İbrit  yevreylər  İsayi 
yevreylərdir. İsa peyğəmbərin əcdadlarıdır. Kənan tay-
fa  ittifaqının  əsas  nəsillərindən  biri  olan  İsayi  yev-
reylər elə iberlərdir. Əlimizdə olan etnolinqvistik fakt-
lar göstərir ki, onların dili sami dillərin təsirinə uğra-
mış türk dili olmuşdur. 
İsayi  yevreylər  anaya  aba,  ataya  deda,  səhərə 
şahar,  əbədiyə  olum  (ölümün  antonimi)  deyirdilər 
(Вигуру 1897. 304). Heç bir tarixi mənbədə göstəril-
mir  ki,  iberlər,  yəni  yevreylər  sami  mənşəli  xalq  ol-
muşdular.  
M.Müllerə görə, iberlər Turan xalqıdır. Onların 
dili  Turan  qrupu  dillərinə  aiddir  (Хаханов  1895.  1). 
P.İoseliani  hələ  1866-cı  ildə  yazırdı:  İberlər  Cənubi 
Qafqaza  Asiyanın  dərinliklərindən  gəliblər  (İoселиа-
ни 1866 
a
. 7). 
İudalar Everi 
yevrey 
adlandırırdılar. 
 
İuda yəhudi, 
İber yevreydir. 
İberlər Turan 
mənşəli etnos 
olub, Qafqaza 
Asiiyanın 
dərinliklərindən 
gəlmişdir. 


 
 
N.Y.Marr  iberlərin  türk  mənşəyinə  toxunmasa 
da yazır: – İberlərin dilində və anrtopoloji quruluşunda 
3 etnik element var. Üçüncü etnik element ari və sami 
deyil  (Марр  1920.  40).  R.İ.Şor  ondan  fərqli  olaraq 
birmənalı  formada  bildirir  ki,  3-cü  etnik  element  türk 
elementi olmuşdur (Шор 1931, 225, 227). 
“Bibliya”nın  bəzi  təfsirçilərinə  görə,  Ever 
yevreylərin əcdadlarından biri olub, Xam nəslindəndir 
(Вигуру 1897. 92). Xam, yəni Kam nəsilləri Asiyanın 
dərinliklərindən  Ön  Asiyaya  arilərdən  və  samilərdən 
qabaq gəlmişdir. 
İberlər  hələ  Fələstində  ikən  Ever  adlanırdılar 
(Шопен 1866. 204-205). Assuriya hökmdarı Salmana-
sar (e. ö. VIII əsr) onları Fələstindən Qafqaza köçürt-
dü  (Шопен  1866.  204).  Fələstindəki  H’Evron  şəhəri 
Musa  peyğəmbərin  gəlişinə  qədər  Arba,  Arabax  ad-
lanırdı  (Вигуру  1897.  308.  510).  Nəzərə  alsaq  ki, 
H’Evron İbev yurdu deməkdir, deməli, iberlər əvvəlcə 
Misirdən  Fələstinə,  sonra  oradan  Qafqaza  köçürül-
müşdür. 
Gürcülər  indi  iberləri öz  əcdadları,  İberiyanı öz 
ölkələri  hesab  edirlər.  Əslində  İberiya  həm  onların, 
həm  bizim  tarixi  vətənimiz,  iberlər  yalnız  bizim 
əcdadlarımızdır. Çünki iberlər iltisaqi dilli Turan xalqı 
olub,  gürcü  deyildilər.  Sonradan  baqrationlar  gəlib, 
onları  gürcüləşdirdilər  (Блейхштейнер  1936.  188-
190; Шопен 1866. 200; Сенковский 1859. 174). 
İberlərin  və  kartvellərin  özləri  kimi  dilləri  də 
bir-birinə bənzəmirdi. İber dili indiki minqrel, svan və 
çanların  dilinə  qohum  olmuşdur  (Глонти  1936.  40; 
Марр  1938.  439).  İberlərin  dilində  bəzi  dilçilər  hələ 
keçən  əsrin  20-30-cu  illərində  şumer  və  subar  izləri 
tapmışdılar  (Марр  505.10;  Блейхштейнер  1936. 
190). 
Mari  Brosse  yazır  ki,  baqrationlar  iberlərin 
çoxtayfalı  dövlətini  mənimsədilər.  İber  dövləti  tədri-
Fələstindəki 
H’Evron şəhəri 
əvvəlcə Araba 
adlanırdı. 
İber dilində 
şumer və subar 
dillərinin izləri 
var. 


 
 
cən  dönüb  gürcü  dövləti,  iber  dili  minqrel,  çan  dili 
oldu  (Патканов  1883.  209).  Yəni  iberlər  yüz  illərlə 
əzilərək, assimilyasiya olunaraq kartvellərə çevrildilər. 
N.Y.Marr  yazır  ki,  iberlərin  kartvellərə  çevrilməsi 
kimerlərin  xaldeylərə  çevrilməsinin  eynidir  (Читая 
1985. 377). 
Tədqiqatçıların  demək  olar  ki,  hamısının  fik-
rincə,  iber  və  tiber  etnik  adları  dəmir,  mis  sözündən 
törəmişdir. Şumerlər döyülərək – təpilərək silah hazır-
lanan mis filizinə tebira deyirdilər (Алиев 1960. 105). 
Qədim Ön Asiya miflərində Tiber asiyalıdır. O, 
ilk  dəmirçi  və  bütün  dəmirçilərin  atasıdır  (Грець  I. 
350; Вигуру 1897. 387, 388; Пиотровский 1946. 22). 
Xristianlığa qədərki iberlərin günəş və mis tanrısı Ber 
adlanırdı  (Марр  1922
а
.  50).  Nəzərə  alsaq  ki,  qədim 
erməni  və  gürcü  mənbələrində  bəzən  etnik  və  teofor 
adlanan  ilk  saiti  yazılmır,  deməli  həmin  tanrının  adı 
elə İber olmuşdur. 
Şumer  və  iber  dillərində  olduğu  kimi,  türk  dil-
lərində  də  dəmirə  tebir  deyilir.  Altay  dilinin  ləhcə-
lərində  həm  dəmirə,  həm  dağa  tebir  deyilir  (Молча-
нова 1979. 305). 
Bizim  əcdadlarımız  –  iberlər,  tiberlər,  türklər 
Avrasiyada  ilk  olaraq  dəmir  filizini  əritdilər,  ox-yayı 
kəşf  etdilər,  atı  əhliləşdirdilər.  Nəticədə  dünyanın  üs-
tün xalqına çevrildilər. 
Dənizlərlə  dənizlərin,  iqlimlərlə  iqlimlərin  ara-
sında  at  oynatdılar.  Dünyanın  iki  qütbünü  –  Misirlə 
Çini bir-birinə qovuşdurdular. Sivilizasiyalar bir-birini 
əvəz etdi. İnsanlığın tarixi inkişafı təmin olundu. 
Türk  etnoslarının    öndərliyi  ilə  mədəniyyətlər 
bir-birinə  qovuşmasaydı,  Avrasiya  xalqları  Avstraliya 
ovçularının səviyyəsində qalardılar. 
 
İberlərin 
kartvellərə 
çevrilməsi 
kimerlərin 
xaldeylərə 
çevrilməsinin 
eynidir (Марр). 
Türk etnosları 
Çin və Misir 
mədəniyyətini 
bir-birinə 
qovuşdurdular. 
Nəticədə 
bəşəriyyətin 
tarixi inkişafı 
təmin olundu. 

Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə