Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
 
 
Ədəbiyyat: Федоров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
135) Sadalananlardan hansı düz bağırsaq xərçənginin əmələ gəlməsində 
əhəmiyyətli amil sayılmır? 
 
A) Genetik 
B) Sosial 
C) Zərərli adətlər 
D) Bağırsağın fon xəstəlikləri 
E) Yaşayış ərazisi 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 с. 
 
136) Düz bağırsaq xərçəngində hansı simptom ümumi vəziyyətin pisləşməsinin  
əsas səbəbidir? 
 
A) Baş gicəllənmə 
B) Hərarətin yüksəlməsi 
C) Anemiya 
D) Bədən kütləsinin azalması 
E) Dərinin səciyyəvi rəngi 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
137) Düz bağırsaq xərçənginə şübhə zamanı ilk növbədə hansı müayinə üsulu 
aparılır? 
 
A) KT 
B) Rektoskopiya 
C) Rektal güzgü vasitəsi ilə müayinə 
D) İrriqoskopiya 
E) Düz bağırsağın barmaq müayinəsi 
 
Ədəbiyyat: Федоров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
138) Düz bağırsaq xərçəngində barmaq müayinəsi ilə nəyi təyi etmək mümkün 
deyil? 
 
A) Rektoskopiya müayinəsinin mümükünlüyünü 
B) Sfinkterin tonusunun vəziyyətini 
C) Uzaq metastazların olmasını 
D) Şişin hərəkətliliyini 
E) Şiş olan nahiyədə keçiriciliyin səviyyəsini 
 
Ədəbiyyat: Федоров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 


 
 
 
139) Sadalananlardan hansı xəstəlik düz bağırsaq xərçəngi üçün fakultativ 
xərçəngönü xəstəlik hesab edilir?  
A) Babasil 
B) Diffuz (ailəvi) polipoz  
C) Adenomatoz polip  
D) Xovlu adenoma  
E) Kron xəstəliyi  
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
140) Düz bağırsaq xərçəngi zamanı olan qanaxma babasil zamanı olan 
qanaxmadan nə ilə fərqlənir? 
 
A) Defekasiya aktının sonunda qan olur 
B) Profuz xarakterlidir 
C) Daimi olur 
D) Nəcislə qarışıq olur  
E) İrin və seliklə qarışıq olur   
 
Ədəbiyyat: Федoров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
141) Sadalanan hansı xəstəliklərlə düz bağırsaq xərçənginin differensial 
diaqnostikası aparılmır? 
 
A) Düz bağırsaq çatı 
B) Yoğun bağırsaq polipozu 
C) Babasil 
D) Kəskin proktit 
E) Prostat adenoması 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
142) Düz bağırsaq xərçəngində radikal cərrahi əməliyyatın aparılması üçün 
hansı faktor müəyyənləşdirici  sayılmır? 
 
A) Xəstənin yaşı 
B) Anamnezdə yanaşı xəstəliyin olması 
C) Xəstənin ümumi vəziyyəti 
D) Qaraciyərdə metastazın olması 
E) Yerli yayılmış şiş prosesi 
 
Ədəbiyyat: Федoров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
143) Sadalananlardan hansı düz bağırsaq xərçəngində radikal cərrahi əməliyyat 
sayılmır? 


 
 
 
A) Düz bağırsağın ön rezeksiyası 
B) Düz bağırsağın qarın-aralıq ekstirpasiyası 
C) S-vari bağırsağa qoşa lüləli süni anusun qoyulması 
D) Hartman əməliyyatı 
E) Düz bağırsağın qarın-anal rezeksiyası və s-vari bağırsağın endirilməsi 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
144) Düz bağırsağın ampulyar şöbəsinin xərçənginin metastazı zamanı ilk 
növbədə hansı limfa düyünü  zədələnir? 
 
A) Qoltuq altı limfa düyünləri 
B) Qalça limfa düyünləri 
C) Periton arxası sahənin limfa düyünləri 
D) Qasıq limfa düyünləri 
E) Düz bağırsağın yuxarı limfa düyünləri 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
145) Düz bağırsağın aşağı ampulyar şöbəsinin xərçənginin metastazı zamanı ilk 
növbədə hansı limfa düyünləri  zədələnir? 
 
A) Periton limfa düyünü 
B) Yuxarı düz bağırsaq  limfa düyünü 
C) Periton arxası sahənin limfa düyünü 
D) Qalça limfa düyünü 
E) Aşağı düz bağırsaq və qasıq limfa düyünləri 
 
Ədəbiyyat: Федoров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
146) Sadalanan əməliyyatlardan hansı düz bağırsaq xərçəngində radikal 
müalicə sayılır? 
 
A) Düz bağırsağın ön rezeksiyası 
B) Düz bağırsağın qarın-aralıq ekstirpasiyası 
C) Hartman əməliyyatı 
D) Bütün sadalananlar 
E) Qarın-anal rezeksiyası və s-vari bağırsağın endirilməsi 
 
Ədəbiyyat: Федoров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
147) Düz bağırsaq xərçənginin hansı hallarında Hartman əməliyyatı icra edilir? 
 
A) Bağırsaq keçməməzliyi olan zaman 
B) Anal dəlikdən ən azı 10 sm aralı yerləşən törəmə olduqda 


 
 
C) Sadalanan faktorların hamısının müşahidə olunması zamanı 
D) 65-70 yaşından yuxarı, ağır yanaşı xəstəlikli şəxslərdə 
E) Bağırsaq divarının trofik pozulmasında anastomoz qoyulmasının təhlükəli olması 
zamanı 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 
 
148) Düz bağırsağın yuxarı ampuliyar və rektosiqmoid hissəsinin xərçəngində 
ilk növbədə hansı limfa düyünləri zədələnir? 
 
A) Yuxarı düz bağırsaq limfa düyünləri 
B) Qoltuq altı limfa düyünləri 
C) Çanaq limfa düyünləri 
D) Aşağı düz bağırsaq limfa düyünləri 
E) Qalça və paraaortal limfa düyünləri 
 
Ədəbiyyat: Федoров В.Д. “ Рак прямой кишки”- Москва, 1987,318 с. 
 
149) Düz  bağırsaq xərçəngi zamanı rektovezikal fistulanın olması hansı mərhələ 
sayılır? 
 
A) IV mərhələ 
B) III mərhələ  
C) II mərhələ 
D) Canser in situ 
E) I mərhələ 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 с. 
 
150) Yayılmış düz bağırsaq xərçəngində radikal cərrahi əməliyata əks göstərişin 
səbəbi? 
 
A) Generalizə olunmuş proses və parietal peritonda disseminasiyanın olması 
B) Qaraciyərdə metastazın olması 
C) Yerli yayılmış şiş 
D) Bağırsaq keçməməzliyi 
E) Uşaqlığın prosesə cəlb olunması 
 
Ədəbiyyat: Шайн А.А. « Рак органов пищеварениния» -Тюмень, 2000, 368 с. 
 
151) Hansı hallarda düz bağırsağın kiçik ölçülü törəmələrində 
elektrokoaquliasiyadan istifadə etmək olar? 
 
A) Yanaşı ağır xəstəlikləri olan xəstələrdə 
B) Palliativ məqsədlə qanaxmanın saxlanılması 
C) Yaşlı şəxslərdə 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə