Ölümə qarşı tək çarə sevişmək Həqiqət axtarışında (resenziya)


– Baş rol aktyorlarını necə seçdiniz?



Yüklə 28,15 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix26.08.2018
ölçüsü28,15 Mb.
#64600
1   2   3   4   5   6   7   8   9   ...   17

11

– Baş rol aktyorlarını necə seçdiniz?

– Francesko Arca-nın bu ilk filmidir. İtaliyada realiti 

şoularda məşhurlaşmış biridir. Çox etiraz etdilər, 

"nəbadə onu çəkəsən" – dedilər. Amma mən 

əksinə etdim. Və yaxşı ki, elə bu cür də etmişəm. 

Kasia Smutniaka gəlincə isə, bu filmdən iki il 

yarım əvvəl "bu cür film çəkmək istəyirəm" – 

dedim. Onun da böyük bir dərdi vardı. Evli idi, 

həmin evlilikdən indi səkkiz yaşlı bir qız övladı da 

var. Əri ilə enişli-yoxuşlu münasibətləri olub. 

Amma böyük sevgi yaşayıblar. Sonu faciə ilə bitib. 

Birlikdə paraşütla atılıbar, ərinin paraşütü 

açılmayıb və gözünün qabağında ölüb.

– Siz həyatınızın hansı mərhələsindəsiniz? 

Necə bir sevgi izindəsiniz?

– 13 ildir bir insanla birlikdəyəm və onu 

həyatımdakı son sevgi olaraq görürəm. Başqa biri 

olmayacaq həyatımda. Onu da bilirəm.



Hələ də sevgi, hə?

– Hə, o qədər böyük bir sevgidir ki, ona bir şey 

olsa, hər şeyimi dostlarıma paylayıb özümü 

öldürərəm. Hər gecə yatdığımda, səhər 

oyandığımda şükür edirəm. Ondan başqası yoxdu 

həyatımda. O mənim üçün hədiyyədir.



– Qısqanclıq filan...

– Dəhşətli dərəcədə. O da elədir. 

Mən də eləyəm. Amma o 

göstərməyə çalışmır. Mən isə 

əksinə. Əsəb keçirirəm. Məsələn 

yolda gedirik. O yaraşıqlı olduğu 

üçün nəzər cəlb edir, baxırlar. Ya 

da bir partiyə gedirik. Hər kəs 

onunla söhbət etmək istəyir. Mən 

isə gözucu ona baxıram. O deyir 

ki, "Ferzan Özpetekin sevgilisi 

olduğum üçün mənə baxır, 

mənimlə maraqlanırlar". Mən isə 

"axmaq-axmaq danışma, çox 

gözəlsən, ona görə baxırlar" – 

deyirəm. O qəbul etmir. Amma 

gerçək budur.

– Bəs münasibətiniz 

bərabərhüquqlu sayıla bilər? 

Çünki siz dünyaca məşhur 

rejissorsunuz. Sənətçi 

olduğunuz üçün özünüzü daha 

özəl hiss etmirsiniz?

– Əlbəttə ki, xeyr. O mənim üçün 

ən önəmli insan olduğunu bilir. 

Qarşılıqlı olaraq eyni şeyi hiss 

edirik. Əgər mətbuat konfransım 

varsa, həmin gün rejissoram. 

Qalan günlər isə sadəcə Ferzan. 

O bir neft şirkətində işləyirdi. 



11


11

Kasia Smutniak:

– Ferzanla işləmək möhtəşəm bir 

təcrübə idi. Özümü çox şanslı hiss 

edirəm. Ssenari də məni çox 

təsirləndirmişdi. Bu filmdə insanların 

necə dəyişdiyini görürük. Mənəvi 

olaraq da, fiziki olaraq da. Başımıza 

minlərlə şey gələ bilir, amma 

yaşadığımız sevgi gerçəksə, hər şey 

dəyişsə də, o dəyişmir, olduğu kimi 

qalır. Mən də filmdəki kimi birinə aşiq 

ola bilərdim. Yalnış adamlara aşiq olan 

çox qadın tanıyıram. Sevginin 

idarəolunmasına və əngəllənə bildiyinə 

inanmıram.

Səkkiz ay boyunca hər səhər 6-nın 

yarısı qalxırdı. Mən ondan öncə qalxıb, 

səhər yeməyi hazırlayırdım. Sonra bir 

gün dedim: "Bu işdən çıxırsan. Mənim 

şirkətlərim var. Mənim üçün işləyərsən 

bundan sonra. Səhər tezdən 

oyanmaqdan yoruldum!"



Francesco Arca: 

– Başladığımız zaman çox qorxurdum. 

Çünki ilk filmim idi. Amma Ferzan məni 

qorxularımdan uzaqlaşdırdı. Möhtəşəm 

bir rejissordur. Sən bəzi şeyləri necə 

edəcəyini bilə bilməzsən. O sənə başa 

salar, göstərər. Və beləcə bacardığını 

hiss etmədən bacarırsan. Çünki Ferzan 

xarakterlərə və səhnələrə ürəyi ilə 

toxunur. Filmi izləyən zaman özümü 

tanımadım. Özümdən bu cür ifa 

gözləmirdim. Mənim canlandırdığım 

obraz elə də yaxşı biri deyil. Çox 

danışmayan, mədəniyyəti sıfır, amma 

gözəl qəlbi olan biridir. Bəli, münasibətləri 

sona qədər yaxşı getmir. Qadınına 

xəyanət edir. Xərçəng olmasını biləndə 

çox qorxur. Yəni əslində qadını tərəfindən 

sevilmədiyini düşünür, amma qadını: 

"Səni ilk gündən hər halınla sevdim" – 

deməsi ilə münasibətləri əvvəlki şəklinə 

qayıdır.


12


"Yadındadır sən uşaq 

olarkən, mən sənə nə 

danışmışdım? Gənc şahzadə 

haqqında, o şahzadə ki, atası 

(Şərqin kralı) onu qərbə, 

Misirə zümrüd axtarışına 

yollamışdı. Ən dərin 

dənizlərin zümrüdü. Amma 

şahzadə ora çatdığında ona 

içki süzdülər, içib hər şeyi 

unutdu. Zümrüdü də. Kral 

oğlu olduğunu belə. Və dərin 

bir yuxuya getdi..." 

Həqiqət axtarışında

KUBOKLAR CƏNGAVƏRİ

Müəllif

Şahin Xəlil



13


"Kuboklar Cəngavəri" ("Knight of Cups") – amerikalı kult rejissor Terens Malikin 

(Terrence Malick) şüur axını metodunda yaratdığı növbəti sənət əsəridir. Şüur axını 

metodu nə deməkdir, əvvəlcə onu araşdıraq. 20-ci əsr modernizm ədəbiyyatında 

istifadə edilməyə başlayan, psixologiyaya aid üsuldur. Termin olaraq amerikalı 

filosof və psixoloq Villyam Ceymsə (William James) aiddir. Mey Sinkler (May 

Sinclair) tərəfindən psixologiyadan ədəbiyyata daxil edilib. Ceyms Coys (James 

Joyce), Marsel Prust (Marcel Proust), Vircinia Vulf (Virginia Woolf) "şüur axını" 

metodu ilə ədəbiyyatda modernizm üslubunda möhtəşəm sənət əsərləri yaratmışlar. 

Şüur axını metodu çox vaxt daxili dialoqla qarışıq salınır. Şüur axının başlıca fərqi 

səliqəsiz, məntiqsiz və qrammatik qaydalara əməl olunmadan istifadə olunmasıdır. 

Yazarın anlaşılmaz şüur axını oxucunu əlavə düşüncələrlə dünyadan və əsərin 

mahiyyətindən uzaqlaşdırır və beləliklə oxunulan hər ikinci cümlə özündən əvvəlkini 

unutdurur. Nəticədə oxuduğun səhifədən heç nə anlamırsan. Cümlələr zövq versə 

də, anlaşılmaz qalmaqda davam edir. Məsələn, Coysşünas Stüart Gilbert yazıçının 

məşhur "Uliss" ("Ulysses") romanını təhlil halında (daha anlayışlı variant) 

hazırlamışdı. Hər fəslin başlanğıcında olan fiqurların açması verilmişdi. 

Xüsusi sxem yaradılmışdı. Məsələn fəslin adı – "Protey", 

səhnə – "Çimərlik", saat – "11", orqan – "naməlum", rəng – "yaşıl", 

simvol – "dalğa", sənət – "filologiya", texnika – "kişi monoloqu". 

Amma Gilbertin özü şüur axınında sözlərin istifadəsinin əleyhinə 

idi. İzah: "Şüur axını zamanı insan danışmır, düşünür və bu 

zaman heç bir sözdən söhbət gedə bilməz". Xorxe Luis Borxes 

hesab edirdi ki, "Uliss" və "Dublinlilər" romanı ilə Coys ədəbiyyatın 

sonuna çıxmaq istəyirdi. Bir növ özünü ədəbiyyatın son yazarı olaraq 

görürdü və yazdığı əsərlərlə ədəbiyyatın tamamlanacağına əmin idi. Amma Coys 

yanılmışdı. Şüur axını metodu modernizmi nə qədər absurdlaşdırsa belə, kinoya 

təsiri o qədər hiss olunmadı. Andrey Tarkovski "Ayna"sı (“Зеркало”) ilə, Devid Linç 

"Daxili imperiya"sı ("Inland Empire") ilə, Çarli Kaufman “Nyu-York illüziyası” 

("Synedoche, New York") ilə şüur axını metoduna müraciət etmişdilər. Amma bu 

metodun ustası, sözsüz ki, Malik sayılır. Haqqında sözü gedən 

filmdə də o, bu üsuldan ustalıqla istifadə edib. 

14



Yüklə 28,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə