5. “Hayat var” – Hayat
Türk kinematoqrafiyasından daha bir
obraz – Hayat (Elit İşcan). 2008-ci
ildə Reha Erdem çəkib filmi. Getdiyi
mağazada satıcının ona təcavüz
edib, qarşılığı olaraq bir şokolad
verdiyi Hayat, əsəbiləşərək əlinə
yerləşdirə bildiyi qədər şokolad
götürür. Hissləri qarışdıran bu
situasiyayla Reha Erdem öz sıfırdan
işlədiyi obrazları arasına ən
unudulmazını qatmış olub.
6. “The 400 blows” (“400 zərbə”)
– Antoine Doinel
Jean-Pierre Leaudun ifa etdyi səfil,
valideyn məsuliyyətsizliyinin qurbanı
olan bu uşaq heç bir mənəvi dəyər
sahibi deyil. Amma oğurluğa görə
uşaq islah düşərgəsinə aparılarkən
ağlayır. Bu ağlamağın səbəbi nə
ailəsidir, nə dostu, nə də yaşadığı
yer. Amma nəsə var bu görüntüdə.
İfadəolunmaz bir şey…
7. “Şərikli çörək” – Vaqif
Azərbaycan
kinosunda
uşaq
obrazlarının xüsusi yeri olub. Burada
“Pəncərə” filminin Vasifi barədə də
yazmaq olar. Amma Vaqif obrazını
Kamran Rəcəbli o qədər peşəkarlıqla
ifa edib ki, əgər burada bir
Azərbaycan filminə yer verməyi
düşünürəmsə, həmin yer “Şərikli
çörək”in olmalıdır. 1969-cu ildə Şamil
Mahmudbəyovun
çəkdiyi
film
müharibə dövrü uşaqlığının ən yaxşı
ifadələrindəndir.
20
8. “Landscape in the mist”
(“Dumanlı peyzaj”) – Alexandros
Rejissor Theodoros Angelopoulosun
“Eternity and a day” (“Əbədilik və
bir gün”) filmində də uşaq
xarakterləri dəqiqliklə işlənsə də,
“Landscape in the mist”-də
Yunanıstan kinosunun ən kiçik
obrazlarından birini Michalis Zeke
canlandırıb.
9. “Mossafer (“Səyahətçi”)
– Qassem
Daha bir Abbas Kiarostami filmində
sevdiyi futbol klubunun oyununa
getməkçün vasitələr axtaran Qassem,
siyahımızda olması vaciblərdəndir.
Obrazı 1974-cü ildə Hassan Darabi ifa
edib.
10. “The white ribbon”
(Ağ lent”)
2009-cu il rejissor Michael
Haneke filmində bütün uşaq
obrazları fərqlidir. Hər şeyin
səbəbkarı, həm də qurbanı
olan bu uşaqlar cəmiyyətin
müxtəlif təbəqəli ailələrinin
övladlarıdır. Müxtəlif cəzalar,
rəftarlar görür, müxtəlif
davranışlar sərgiləyirlər.
Qeyd:
Yuxarıdakı filmlər fərqli obrazlara görə seçilib.
Dramatizmə xüsusi önəm verilməyib.
21
Chaplin nə qədər məşhur idi? 1920-ci illərdə şöhrətinin zirvəsində olarkən London
səyahətində iki gün ərzində 73000-dən çox məktub almışdı. “Time” jurnalının üz
qabığında yer alan ilk rejissor və ilk aktyor o idi. 1916-cı ildə “Pa’s Imported Son in
law” adı altında qəzetdə yayımlanan karikatura seriyasında canlandırılan ilk yaşayan
aktyor da o oldu. “Körpə” (“The Kid”) obrazı ən çox tanınan uydurma personajlardan
biri oldu və Chaplini 30 yaşında milyonçu etdi. Sərvət əldə etdikdən sonra da, o,
nəmli otel otaqlarında yaşamağa, həmişə eyni paltarları geyinməyə və maaş çeklərini
bir sandığın içində saxlamağa davam etdi. Deyilənə görə, Sərsəri obrazını London
East-Enddə keçirtdiyi öz dərbədər gəncliyindən təsirlənərək yaratmışdır.
Chaplinin anası və atası 1889-cu ildə onun doğumundan bir müddət sonra ayrıldılar.
İçki düşkünü olan atası ölənə qədər içməyə davam etdi. Anası isə dəlixanada yatdı.
Özlərini məhv etmədən öncə oğullarını inglis musiqi zalı ilə tanış etmələri sonradan
Chaplinin Viktoryen yetimxanalarından çıxış bileti oldu. 1910-cu ildə ilk Amerika
turnesinə çıxmazdan əvvəl uzun müddət Britaniyada səhnəyə çıxaraq obrazlarını
kəskinləşdirdi. 1913-cü ildə prodüser Mack Sennett onu kəşf etdi. Chaplinlə birlikdə
Hollivudda qısa komediya filmləri çəkdilər. Beləcə, Chaplinin 1936-cı ildə
obrazının kinoda sonuncu dəfə görünməsinə qədər davam edən yaradıcılıq dönəmi
başladı. 1917-ci ildə bu obraz o qədər populyarlaşmışdı ki, ona öz
işi üzərində tək yaradıcı güc olmaq şansı verildi.
Yaradıcılığını istədiyi kimi istifadə edən Chaplin bir sıra gözəl filmlər ərsəyə gətirdi.
Şəxsi həyatında baş verənlər isə ardından mübahisəli bir ad buraxmağına səbəb
oldu. Özündən çox gənc qadınlarla olan iki məcburi evliliyi qalmaqal və boşanma ilə
nəticələndi. 1943-cü ildə aktrisa Joan Barrynin ona qarşı qaldırdığı atalıq davası
səbəbinə fahişəliyə məcbur etmə məqsədi ilə insan qaçırtmaq ittihamını gətirsə də,
sübuta yetirilə bilmədi, Chaplin bundan bəraət aldı. Onun bəzilərinə görə pedofillik
sayıla biləcək şorgözlüyü burjua əxlaqçılarının qəzəbinə səbəb olsa da, solçuluğu
başına daha böyük bəla oldu. İkinci Dünya Müharibəsində Amerikaya dəstək
verməməyi, Soveti dəstəkləyən fikirləri və kapitalizmə qarşı nifrətini gizlətməməyi
parlamentdəki atəşli kommunizm əleyhdarlarının diqqətini çəkdi. “Amerika əleyhinə
fəaliyyətləri izləmə komitəsi”nin hüzuruna çıxarılması gündəmə gəlsə də, Chaplinin
ifadə verməyə Sərsəri obrazının kostyumu ilə gəlib iclası lağa qoymaq təhdidindən
sonra bu məsələdən imtina edildi. Son gülən tərəf isə McCarthy-çi anti-kommunistlər
oldu. 1952-ci ildə çıxdığı Avropa gəzintisindən sonra Chaplinin Amerikaya girişinə
qadağa qoyuldu. O, İsveçrəyə köçdü və öz ölkəsinə 1972-ci ilə qədər dönmədi.
Uzun müddət davam edən fiziki və ruhi çöküş mərhələsinin ardından
1977-ci ilin Milad günü həyata gözlərini yumdu.
Chaplinin gənc qadınları seçdiyini söyləmək yüngül səslənər. 1918-ci ildə evləndiyi ilk
arvadı Mildred Harris 16, Chaplin isə 29 yaşında idi. Harris hamilə olduğunu iddia
edərək onu özü ilə evlənməyə məcbur etdi. Əslində isə hamilə deyildi. Evləndikdən
qısa bir müddət sonra Harris hamilə qalsa da, ciddi doğum qüsurlarıyla dünyaya
gələn körpə yalnız üç gün yaşadı. Bu fırtınalı evlilik çətinliklə də olsa, bir il daha
davam etdi. Sonda qarşılıqlı qarayaxıcı ittihamlarla sona çatdı. Chaplin Harrisin onu
başqası ilə aldatdığını iddia edərkən, Harris Chaplinin onu
yataqda şillələdiyini söylədi.
Chaplin bir müddət sonra şansını başqa bir 16 yaşlı aktrisa Lillita McMurray ilə
sınadı. Vladimir Nabokov “Lolita” romanını ondan təsirlənərək yazmışdı.
24