Avstraliyanın “Contained” şirkəti
istifadə olunmuş dəniz konteynerindən
mini otellərin tikintisi üzrə ixtisaslaşıb.
“novate.ru” saytı bildirir ki, belə
otellərin özəlliklərindən biri də onu dün-
yanın istənilən yerində quraşdırmağın
mümkünlüyüdür.
Otelin həcmi 33 kubmetr olmaqla,
burada 2 çarpayı, kiçik bir qonaq otağı,
mətbəx və vanna otağı yerləşir. Böyük
şüşə qapılar isə buraya hər zaman günəş
şüasının düşməsinə şərait yaradır.
DəniZin orTASInDA
134 MeTrlik
qüllə TikiləCək
2017-ci ilin sentyabr ayında
Dubayda nəhəng dəniz layihəsinin
tikintisinə başlanılacaq. Söhbət
“Dubay Limanı”ndan gedir.
“denizhaber.com.tr” saytı xəbər
verir ki, inşaat işlərinin 2019-cu ilin
mayında başa çatdırılması planlaş-
dırılır.
Ən müasir texnologiyalara
əsaslanaraq tikiləcək layihə 1 mil-
yon 821 min kvadratmetrlik ərazini
əhatə edəcək. Burda sərnişin termi-
nalı və 324 min kvadratmetrlik ti-
carət mərkəzi də yer alacaq.
Bundan başqa, layihə çərçivə-
sində dənizin ortasında “Dubay Də-
niz Fənəri” adlı 134 metr yüksək-
liyində bir qüllə də inşa olunacaq.
Həmin qüllə üzərində işıq şouları
göstəriləcək.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
9 avqust 2017-ci il № 53-56 (9147)
BAŞ reDAkTor
rasif iman oğlu
TAhirov
ünvanımız:
AZ1005, Bakı şəhəri,
M. ə. rəsulzadə küçəsi, 5
TelefonlArIMIZ:
Baş redaktor
(050) 670-33-76;
30-67 (daxili)
qəzetin təsisçisi:
“Azərbaycan xəzər Dəniz
Gəmiçiliyi”
qapalı Səhmdar
Cəmiyyəti
qəzet “Dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnmiş və
“Azərbaycan” nəşriyyatında
çap olunmuşdur
Şəhadətnamə: 275
Tiraj: 2000
Sifariş: 2271
8
UEFA futbol üzrə 2016-
2017 mövsümündə Çempionlar
Liqasında çıxış etmiş ən yaxşı
qapıçı, müdafiəçi, yarımmüda-
fiəçi və hücumçu nominasiya-
ları üzrə namizədlərin adları
məlum olub. Namizədlər jurna-
listlərin və ötən mövsüm Çempi-
onlar Liqasının qrup mərhələ-
sində oynamış 32 komandanın
baş məşqçilərinin səs verməsi
əsasında müəyyənləşdirilib.
UEFA-nın rəsmi saytının
verdiyi xəbərə görə, bu qurum
hər mövqeyə üç namizədin adını
daxil edib.
Ümumilikdə 12 namizəd
futbolçudan altısı Çempionlar
Liqasının son qalibi İspaniyanın
“Real Madrid” komandasının
oyunçularıdır. Turnirin finalçısı
İtaliyanın “Yuventus” klubundan
üç futbolçu yer alsa da, “Bava-
riya” (Almaniya), “Barselona”
(İspaniya) və “Atletiko Madrid”
(İspaniya) kollektivləri hərəyə bir
futbolçu ilə təmsil olunub.
Beləliklə, ən yaxşı qapıçı
adına Canluici Buffon (“Yuven-
tus”), Manuel Noyer (“Bavari-
ya”), Yan Oblak (“Atletiko”), ən
yaxşı müdafiəçi adına Leonardo
Bonuççi (“Yuventus”), Marselo,
Serxio Ramos (hər ikisi “Real
Madrid”) iddia edirlər. Kasemiro,
Toni Kroos, Luka Modriç (hamısı
“Real Madrid”) ən yaxşı yarım-
müdafiəçi, Paulo Dibala (“Yu-
ventus”), Lionel Messi (“Barse-
lona”), Kriştiano Ronaldo (“Real
Madrid”) ən yaxşı hücumçu adı-
na namizəddirlər.
Qeyd edək ki, nominasiyalar
üzrə qaliblərin adları avqustun
24-də Monakoda təşkil ediləcək
Çempionlar Liqasının qrup mər-
hələsinin püşkatma mərasimində
məlum olacaq.
Havanın yüksək hərarəti
bəzən orqanizmdə müəyyən fə-
sadlara, o cümlədən istivurmaya
səbəb olur. İstivurma orqanizmin
ümumi isinməsi, bədən hərarəti-
nin yüksəlməsi, tər ifrazının kəsil-
məsi və huşun itməsi ilə müşayiət
olunur. Günvurma isə istivurma-
nın xüsusi forması olub günəş
şüasının birbaşa baş nahiyəsinə
düşməsi nəticəsində yaranır.
Həmin
hallarla
əlaqədar
AZƏRTAC-ın müxbiri həkim-fito-
terapevt Esmira Zeynalovadan mə-
lumat verməyi xahiş edib.
“İstivurmaya daha çox hərarə-
ti çox yüksək olan istehsalatlarda,
həmçinin dəridən istiliyin xaric
olması pozulan hallarda rast gə-
linir. İstivurmaya şərait yaradan
hallar arasında ağır fiziki iş, hava
keçirməyən paltarlar, rütubətin
çox olması və havanın durğunluğu
başlıca yer tutur. İstivurmanın ilkin
əlamətləri oyanıqlıq, güclü başağrı-
sı, ürəkbulanma və qusma halları-
dır. Xəstənin vəziyyəti ağırlaşdıqca
bədən hərarətinin yüksəlməsi, də-
rinin solğunlaşması, tər ifrazının
tam kəsilməsi, qusma, dərinin isti
və quru olması, bəzən də qulaqla-
rın batması və huşun itməsi kimi
qorxulu əlamətlər yaranır,”- deyə
cavab verən həkim istivurmanın
formaları barədə deyib: " İstivur-
manın ağırlıq dərəcəsi təkcə ətraf
mühitin temperaturundan deyil, is-
tiliyin orqanizmə təsir müddətindən
də asılıdır. Uzun müddət 40 dərəcə
hərarətdə qalanda da həmin hal baş
verə bilər. İstivurmanın klinik şəkli
beyin qan dövranının kəskin pozul-
masını xatırladır. Yüngül formalı
xəstədə adinamiya (hərəkətsizlik),
başağrıları, ürəkbulanma, tənəffü-
sün tezləşməsi, ürəkdöyünmə baş
verir. Xəstə üçün maksimal rahat-
lıqlı şərait yaradanda hipertermiya
əlamətləri tez ötüb keçir", - deyə
həkim bildirib.
İstivurma zamanı vacib olan
ilkin yardım barədə həkim məs-
ləhət görüb: "Zərərçəkənə yardım
göstərmək üçün, ilk növbədə, onu
sərin otağa və ya kölgəlik yerə yer-
ləşdirmək, yerə və ya çarpayıya
uzatmaq, ona çoxlu maye içirmək
lazımdır. Yaxşı olar ki, ona qlüko-
za-duz məhlulu və ya sadə şərbət
verilsin. Bunun üçün hərəsindən
yarım çay qaşığı xörək duzu və çay
sodası, 2 xörək qaşığı şəkər tozu
1 litr qaynadılmış suda həll edilir.
Xəstənin dərisini buz parçaları ilə
silmək və ya soyuq su ilə yumaq
məsləhətdir. İstivurma əlamətləri
görünən kimi başa, sinəyə və qarı-
na soyuq islatmalar qoymaq, alına
və gicgahlara nanə və ya lavanda
cövhəri sürtmək lazımdır. İlk 2-3
saat ərzində xəstəyə fizioloji məh-
lul vurulmalı, tənəffüsün pozulması
hallarında buruna naşatır spirtində
isladılmış pambıq yaxınlaşdırılma-
lıdır. Pişikotu dəmləməsi və ya pi-
şikotu cövhəri də zərərçəkənə müs-
bət təsir göstərir".
Hər bir ölkə əhalisi üçün
xarakterik olan orta ömür
müddətindən asılı olmayaraq
dünyanın hər yerində qadınlar
kişilərdən daha çox yaşayır.
Orta fərq 5-7 ildir. İnkişaf etmiş
ölkələrdə bu fərq daha az, inki-
şaf etməkdə olan ölkələrdə isə
daha çoxdur.
“medportal.ru” saytı xəbər
verir ki, bu vəziyyət sosioloq və
demoqrafların diqqətini uzun il-
lərdir cəlb edir. Onların fikrincə,
fərq eyni vaxtda bir sıra sosial və
genetik səbəblərlə bağlıdır.
Birincisi, qadınlardan fərqli
olaraq oğlanlara və kişilərə risk-
li davranış daha çox xasdır. Bu,
kişi və qadınların risk dərəcəsini
fərqli qiymətləndirmələri ilə izah
edilir (kişilər bu dərəcəni azalt-
mağa meyillidir), habelə kişi kimi
davranış cəmiyyət tərəfindən təq-
dir olunur.
İkincisi, kişilərin çoxu səh-
hətinin qayğısına qalmır, yalnız
xəstəlik şiddətləndiyi halda hə-
kimə müraciət edirlər. Məhz ki-
şilər öz səhhəti barədə faktları
ört-basdır edərək həkimi aldat-
mağa meyillidirlər. Buna görə də
onlar getdikcə ağırlaşan və ömrü
qısaldan xroniki xəstəliklərdən
daha çox əziyyət çəkirlər.
Üçüncüsü, kişilərdə siqaret-
çəkmə, alkoqolizm, narkomaniya
kimi zərərli vərdişlər qadınlardan
xeyli çoxdur.
Sosial faktorlarla yanaşı, qa-
dınların və kişilərin ömrünə təsir
edən genetik xüsusiyyətlər də
mövcuddur.
Avstraliyanın Monaşa Uni-
versitetinin (Melburn) alimləri
hesab edirlər ki, heyvanların dişi-
si (insanlar da daxil olmaqla) ana
xətti ilə ötürülən, ömrün uzunlu-
ğuna və qocalmanın sürətinə təsir
edən mitoxondrial DNT muta-
siyaları səbəbindən erkəklərdən
çox yaşayır.
Fərq immun sistemindədir.
Qan hüceyrələrinin tərkibində də-
yişiklik həm kişilərin, həm də qa-
dınların qocalma prosesinə təsir
göstərir. Qadınlarda immun siste-
mi funksiyalarının azalması daha
zəif sürətlə gedir ki, bu da ömrün
uzun olmasına gətirib çıxarır. Hər
iki cinsdə ağ qan hüceyrələrinin
miqdarı yaş artdıqca azalır. Cavan
kişilərdə, bir qayda olaraq limfo-
sitlərin miqdarı eyni yaşda qadın-
lardan xeyli çoxdur, bu göstərici
hər iki cinsin nümayəndələri yaşa
dolduqdan sonra oxşar olur. Yaş
artdıqca kişilərdə spesifik limfo-
sitlərin (B-limfositlər, T-limfosir-
lər, habelə T-killerlər) səviyyəsi
qadınlarla müqayisədə daha tez
azalır. Eritrositlərin səviyyəsinin
azalması da kişilərdə onların qo-
calması ilə bağlı müşahidə olu-
nur, qadınlarda isə yox.
Tədqiqat göstərib ki, baş ağ-
rıları, boyun, çiyin, diz və kürək
ağrıları qadınlara iki dəfə artıq
əziyyət verir. Qadınlar miqren-
dən kişilərlə müqayisədə 2,5 dəfə
artıq əziyyət çəkirlər. Həkimlər
daha çox qadınlarda olan xroniki
xəstəliklərlə bağlı digər pozulma-
lar sırasında fibromialgiyanı, ba-
ğırsağın qıcıqlanma sindromunu
və revmatoid artriti qeyd edirlər.
ABŞ-ın Cənubi Karolina ştatının
Rok Hill səhərində velosiped idmanının
BMX növü üzrə dünya çempionatı başa
çatıb. Qərb dünyasında çox populyar olan
bu yarışda planetin 48 ölkəsindən 3750
idmançı iştirak edib.
48 ölkədən 3750 idmançının iştirak et-
diyi yarışa rəsmi qonaq kimi Azərbaycan
nümayəndə heyəti də qatılıb. Rok Hill şəhə-
rinin meri Duq Ekolsla görüş zamanı Azər-
baycan Velosiped İdmanı Federasiyasının
I vitse-prezidenti Sahib Ələkbərov BMX
üzrə dünya çempionatının estafetini ABŞ
kimi ölkədən qəbul etməyin Azərbaycanın
üzərinə əlavə bir məsuliyyət qoyduğunu bil-
dirib. Bu idman növü Qərbdə çox populyar
olsa da, Azərbaycanda yalnız "Bakı-2015" I
Avropa Oyunlarından sonra tanınmağa baş-
layıb.
Avropa Oyunlarında Azərbaycanın di-
gər idman növləri kimi, velosiped yarışla-
rını da ən yüksək səviyyədə təşkil etdiyini
görən Beynəlxalq Velosipedçilər İttifaqı
(UCI) 2018-ci il dünya çempionatını Azər-
baycan Velosiped İdmanı Federasiyasına
etibar edib və dövlət başçısı İlham Əliyevin
tapşırığı ilə hazırlıq işlərinə başlanılıb.
2015-ci ilin əvvəlində paytaxtda ən
müasir tələblərə cavab verən BMX stadio-
nu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq
qaydaları və stadionların ölçülərini dəyişdi-
yindən Bakı stadionu yenidən qurulub, tre-
kin uzunluğu, eni, maneələrin sayı və dön-
gələrin hündürlüyü artırılıb.
Dünya çempionatında iştirak edən 2 qat
olimpiya, 6 qat dünya çempionu, kolum-
biyalı Mariana Pajon gələn il böyük məm-
nuniyyətlə ölkəmizə səfər edəcəyini deyib:
“BMX idman növünün populyarlaşmasında
göstərdiyi xidmətlərə görə Azərbaycan Ve-
losiped İdmanı Federasiyasına təşəkkürümü
bildirirəm. Şadam ki, gələn il dünya çem-
pionatı Azərbaycanda keçiriləcək və səbir-
sizliklə bu yarışı gözləyirəm. Artıq ölkəniz,
həmçinin yarış treki ilə müəyyən qədər ta-
nış olmuşam və hər şeyin yüksək səviyyədə
olacağına əminəm”.
BMX üzrə UCI-nin keçirdiyi və bütün
ölkə nümayəndələrinin iştirak etdiyi toplan-
tıda Azərbaycan nümayəndə heyəti geniş
təqdimatla çıxış edib. Təqdimatın əvvəlində
göstərilən ölkəmizin gözəlliklərini, idmana
olan dövlət qayğısını və velosiped idmanı-
nın inkişafını əks etdirən videoçarx hamının
böyük marağına səbəb olub.
Çempionata gələcək iştirakçıların trans-
feri, vizaların alınma qaydaları, otellərdə
yerləşdirmə və s. məsələlər də böyük razı-
lıqla qarşılanıb. Yarışın sonunda çempio-
natın bayrağı estafet kimi Azərbaycan nü-
mayəndə heyətinə təqdim edilib.
Qeyd edək ki, BMX növü üzrə dünya
çempionatı 2018-ci il iyunun 5-9-da Bakıda
keçiriləcək.
Bosniya və Herseqovinanın paytaxtı
Sarayevoda yeniyetmə güləşçilər arasında
Avropa çempionatı keçirilib.
Azərbaycan Güləş Federasiyasından
verilən məlumata görə, çempionatda iştirak
edən yığma komandalarımız ümumilikdə 4
qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
İlk yarış günlərində mübarizəyə qoşulan
sərbəst güləşçilərimizdən Tofiq Əliyev (42
kq), Hacımurad Hacıyev (63 kq) və Abdul-
müslüm Mamedov (76 kq) yalnız final görü-
şündə uduzaraq gümüş medala yiyələniblər.
Turan Bayramov (58 kq) isə bürünc medal
qazanıb. Üç gümüş və bir bürünc medal qa-
zanan gənc sərbəst güləşçilərimiz komanda
hesabında isə 61 xalla Avropa ikincisi olub.
Rusiya birinci, Türkiyə yığması isə çempio-
natı üçüncü sırada tamamlayıb.
Gənc qızların mübarizəsində isə koman-
damızın üzvləri yarışı 1 qızıl və 1 bürünc
medalla başa vurub. Şahanə Nəzərova (38
kq) bütün rəqiblərindən üstün olaraq çempi-
onatın qızıl medalını qazanıb. Bürünc meda-
lı isə yığmamıza Yasəmən Məcidli (43 kq)
qazandırıb.
Son yarış günlərində mübarizəyə qoşu-
lan yunan-Roma yığmamızın üzvləri 3 qızıl
və 1 bürünc medala sahib olublar. Qızıl me-
dalları yığmamıza Həsrət Cəfərov (42 kq),
Zaur Əliyev (46 kq) və Asim İmanzadə (69
kq) qazandırıblar. Həsən Məmmədli (58 kq)
isə bürünc medala sahib olub.
Görüşlərin idarə edilməsində ölkəmi-
zi beynəlxalq dərəcəli hakim Qərib Əliyev
təmsil edib.
Xatırladaq ki, bu çempionatı digərlə-
rindən fərqləndirən ən önəmli məqam ya-
rış qaydalarında edilən bəzi dəyişikliklərin
burada test edilməsi olub. Belə ki, növbəti
ildən etibarən qitə və dünya çempionatların-
da çəki dərəcələri üzrə yarış günlərinin bir
gündən iki günə artırılması nəzərdə tutulur.
Proqrama əsasən ilkin görüşlər (yarımfinal
görüşü də daxil olmaqla) ilk yarış günündə,
təsəlliverici və medal görüşləri isə növbəti
yarış günündə baş tutacaq. İdmançılar hər
iki yarış günündə çəki prosesinə cəlb edilə-
cək. İlk yarış günündə idmançılar mübarizə
apardıqları çəkidə güləşsələr də, ikinci yarış
günündə onlara normadan 2 kq artıq çəkidə
güləşməyə icazə veriləcək.
fəxri kürSünün ən
YükSək PilləSinDə
qərArlAŞIB
Finlandiyanın Tampere
şəhərində keçirilən güləş üzrə
gənclər arasında dünya çempi-
onatında Azərbaycan idmançısı
Şahin Muxtarov rəqiblərini
məğlub edərək qızıl medal və
gənclərin dünya çempionu titu-
lunu qazanıb.
Azərbaycan Güləş Federasiya-
sından bildiriblər ki, idmançımız
finala qədər ardıcıl olaraq kanadalı
Axtar Kieran İmranı, qırğızıstanlı
Akbar Kenjebek Ulunu və rusiyalı
Aslan Minkailovu üstələyib. Həl-
ledici görüşdə Ermənistan təmsil-
çisi Karen Zurabyan ilə qarşılaşan
Şahin yüksək əzmkarlıq nümayiş
etdirərək fəxri kürsünün ən yüksək
pilləsində qərarlaşıb.
12 nAMiZəD fUTBolçU MüəYYənləŞDiriliB
ABŞ veloSiPeD iDMAnInIn BMx növü üZrə DünYA
çeMPionATInIn eSTAfeTini AZərBAYCAnA veriB
iSTivUrMA ZAMAnI nə eTMəli?
qADInlAr kiŞilərDən çox YAŞASA DA…
DəniZ konTeYnerinDən Mini oTel
GüləŞçiləriMiZ YeniYeTMələrin AvroPA çeMPionATInDA
4 qIZIl, 3 GüMüŞ və 3 BürünC MeDAl qAZAnIBlAr
www.seanews.az