A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
www.seanews.az
9 avqust 2017-ci il № 53-56 (9147)
3
Sentyabrın 20-də Caspian
European Club və Caspian Ameri-
can Club Azərbaycan Respublikası
Nəqliyyat, Rabitə və Yüksək Tex-
nologiyalar Nazirliyinin dəstəyi ilə
Caspian Energy Transport Forum
və Caspian Energy İCT Forum
keçirəcək.
Caspian European Club-dan bil-
dirilib ki, bu barədə Caspian Euro-
pean Club və Caspian American
Club-un sədrinin birinci müavini və
baş icraçı direktoru Telman Əliyev
məlumat verib.
Forumun birinci hissəsi nəqliy-
yat sektoruna, ikinci hissəsi isə İKT
sahəsinə həsr olunacaq.
Forum Caspian European Club
və Caspian American Club-un üzvlə-
rinin çoxsaylı müraciətləri əsasında
baş tutacaq. Bundan əlavə, tədbirdə
iştirak etməyi planlaşdıran xarici
şirkət nümayəndələri də foruma bö-
yük maraq göstəriblər.
Telman Əliyev forumun təşkili-
nin əlamətdar hadisə sayılan “Əsrin
müqaviləsi”nin imzalandığı tarixə
- sentyabrın 20-nə planlaşdırıldığını
və neft sektorunun inkişafından qey-
ri-neft sektorunun, xüsusi nəqliyyat
və İKT sahələrinin inkişafına keçidlə
assosiasiya olunduğunu vurğulayıb.
Caspian Energy Transport Fo-
rum-un əsas mövzusu regionun
nəqliyyat infrastrukturunun inkişafı,
“Şimal-Cənub” nəqliyyat dəhlizinin
perspektivləri və Azərbaycanın bu
dəhlizdəki rolu, Ələt qəsəbəsində
azad ticarət zonasının yaradılması,
Azərbaycanla digər dövlətlər arasın-
da aviamarşrutların açılması, dəmir
yol stansiyalarının tikintisi, Xəzər
Dəniz Gəmiçiliyinin inkişafı olacaq.
Forumda AZAL, Azərbaycan Dəmir
Yolları, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı və ölkənin
digər nəhəng nəqliyyat şirkətlərinin
nümayəndələrinin iştirakı gözlənilir.
Caspian Energy ICT Forum çər-
çivəsində müxtəlif layihələrin həyata
keçirilməsinin, həmçinin Azərbay-
can şirkətləri tərəfindən ölkəmizin
hüdudlarından kənarda uğurla istifa-
də olunan proqram təminatının isteh-
salı məsələsinin müzakirəsi planlaş-
dırılır.
Forumda iştirak etmək üçün
http://www.caspianenergy.org/index.
php/registration/item/123-caspi-
an-energy-ict-forum-caspian-ener-
gy-transport-forum-20-09-2017 lin-
ki vasitəsilə qeydiyyatdan keçmək
mümkündür.
CASPiAn enerGY TrAnSPorT və CASPiAn enerGY
ICT forUMlArI TəŞkil olUnACAq
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-yə məxsus
“Professor Gül” gəmi-bərəsi təmir
olunub.
Əsaslı təmir yekunlaşdıqdan
sonra bərə dəniz sınağından keçi-
rilib.
“Azərbaycan Xəzər Dəniz Gə-
miçiliyi” QSC-nin “Zığ” Gəmi Tə-
miri Zavodunda başlayan əsaslı tə-
mir işləri planlaşdırılmış şəkildə və
yüksək keyfiyyətlə aparılıb.
Belə ki, gəmi-bərənin sükan
və köməkçi qurğusu, hərəkət mexa-
nizmləri, müxtəlif təyinatlı su, yağ
və yanacaq nasosları, köməkçi
və baş mühərriklər, mexanizmlər,
yanğından mühafizə avadanlıqları
əsaslı təmir olunub. Bəzi detallar
yeniləri ilə əvəzlənib. Eyni zaman-
da bərənin sualtı və suüstü hissəsi,
vaqon göyərtəsi təmizlənərək rəng-
lənib.
Gəminin avtomatika, naviqasiya
avadanlıqları və elektrik hissələrində
də bütün zəruri yoxlama və təmir işləri
görülüb.
Dəniz-sınaq yoxlamasından uğur-
la çıxan gəmi-bərə yenidən Transxəzər
Beynəlxalq Nəqliyyat Marşrutunda
istismar ediləcək. Bakı-Türkmənba-
şı-Bakı və Bakı-Aktau-Bakı xətlərində
müntəzəm çıxacağı səfərlərdə dəmir
yolu vaqonları və yük avtomobilləri
daşıyacaq.
Hazırda gəminin maşın şöbəsin-
də rənglənmə işləri aparılır. Gəminin
istismara verilməsi isə yaxın günlərdə
nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, uzunlu-
ğu 154.50, eni isə 18.3 metr olan gə-
minin maksimal sürəti 15 uzeldir. Bərə
göyərtəsinə 28 vaqon və 32 TIR götür-
mək qabiliyyətindədir.
Qeyd edək ki, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC Xəzərdə ye-
ganə bərə operatorudur. Hazırda Gəmi-
çiliyin donanmasında 13 gəmi-bərə var.
Onlardan ikisi Ro-Ro tipli gəmidir.
“ProfeSSor Gül” GəMi-BərəSi DəniZ
SInAğInDAn UğUrlA keçiB
Ötən il dünyada ən çox neft
Hörmüz boğazı ilə daşınıb.
Bu barədə ABŞ-ın Enerji İnfor-
masiya Administrasiyasının (EIA)
məlumatında deyilir. Bildirilir ki,
Fars və Oman körfəzləri arasında
yerləşən və qlobal neft ticarəti üçün
həlledici əhəmiyyətə malik Hörmüz
boğazı 2016-cı ildə də beynəlxalq
dəniz yollarında ən çox neft nəqliy-
yatının aparıldığı keçid məntəqəsi
olub. Hörmüz boğazı qlobal neft ti-
carətində strateji əhəmiyyətə malik
digər dəniz keçid məntəqələrini geri-
də qoyaraq 6 il ard-arda ilk sırada yer
alıb. Keçən il Hörmüz boğazından
gündəlik orta hesabla 18,5 milyon
barrel neft ötürülüb.
EIA-nın məlumatına görə, Səu-
diyyə Ərəbistanı, İraq, Küveyt və
Birləşmiş Ərəb Əmirlikləri kimi zən-
gin neft ehtiyatlarına malik ölkələr
tərəfindən hasil edilən neftin təx-
minən 80 faizi Hörmüz boğazından
keçərək Asiya bazarına göndərilib.
Bu ölkələrdə hasil edilən neft Çin,
Yaponiya, Koreya Respublikası,
Hindistan və Sinqapur kimi enerji
tələbatı yüksək olan ölkələrə çatdı-
rılıb.
Malayziya yaxınlığındakı Ma-
lakka boğazı isə 2016-cı ildə qlobal
neft daşınmasında ən çox neftin ötü-
rüldüyü ikinci marşrut olub. Hind və
Sakit okeanları arasında yerləşən və
strateji əhəmiyyətə malik Malakka
boğazında ötən il gündəlik orta he-
sabla 16 milyon barrel neft ixracı hə-
yata keçirilib.
Aralıq dənizini Qırmızı dənizə
bağlayan və gündəlik orta hesab-
la 5,5 milyon barrel neftin nəqlinin
həyata keçirildiyi Süveyş kanalı da
qlobal neft ticarətində ən çox istifadə
edilən üçüncü məntəqə olub.
Neft nəqliyyatının digər mü-
hüm keçid nöqtəsi isə Qırmızı dənizi
Ədən körfəzinə bağlayan və Afri-
ka qitəsi ilə Ərəbistan yarımadasını
bir-birindən ayıran Mendep boğazı
olub. Ötən il gündəlik orta hesab-
la 4,8 milyon barrel neft nəqliyyatı
edilən boğaz, dünya miqyasında ən
çox neft daşınan dördüncü marşrut
olub. Şimali Avropada Baltik dəni-
zini Şimal dənizinə bağlayan Da-
nimarka boğazı isə ötən il gündəlik
orta hesabla 3,2 milyon barrel neft ti-
carətinin aparıldığı beşinci məntəqə
olub. Türkiyənin Bosfor və Dardanel
boğazlarından keçən il gündəlik orta
hesabla 2,4 milyon barrel neft ötürü-
lüb. Beləliklə də, bu boğazlar 2016-
cı ildə qlobal neft nəqliyyatı aparıldı-
ğı altıncı keçid məntəqəsi olub.
Bosfor və Dardanel boğazların-
da 2011-ci ildə gündəlik orta hesabla
2,9 milyon barrel neft nəql edilib, bu
göstərici ötən il 17 faiz azalıb.
Nihad Budaqov
hörMüZ BoğAZI ilə DAhA çox nefT DAŞInIB
Azərbaycan əhalisi-
nin sayı ilin əvvəlindən
(9810000) 0,3 faiz artaraq
9843030-u ötüb. Onlardan
49,9 faizini kişilər, 50,1
faizini qadınlar təşkil edir.
Lakin əhali artımında ölkə-
mizdə son 5 ildə azalma
müşahidə olunur. Belə ki,
əgər 2011-ci ildə əhalinin
illik artımı 1,4 faizə bəra-
bər idisə, 2016-cı ildə bu
rəqəm 1,1 faizə enib.
Dövlət Statistika Ko-
mitəsinin “Azərbaycanın demoqra-
fik göstəriciləri” rəsmi nəşrində bil-
dirilir ki, əhalinin məskunlaşmasına
görə, Bakı şəhəri 2245,8 min nəfərlə
(1 kvadratkilometrə 1049 nəfər dü-
şür) birinci yerdədir. Ən seyrək məs-
kunlaşma isə Kəlbəcər-Laçın iqtisadi
rayonunda qeydə alınıb. İşğal altında
olan həmin ərazilərin 251,4 min sa-
kini var (1kvadratkilometrə 39 nəfər
düşür).
Əhali arasında yaş qrupu
baxımından cari ildə 25-29
yaşlı gənclər üstünlük təşkil
edir (9,6 faiz). Yaş qrupu üzrə
ən aşağı çəki 2,5 faizlə 65-69
yaşlı sakinlərə aiddir. Ötən ilin
statistikasına əsasən, 25-29
yaşlı gənclərin sayı nisbətən
azalıb, 65-69 yaşlı sakinlərin
sayı isə artıb.
Ötən ilin statistikasına
görə, ölkə əhalisinin orta sa-
vadlılıq dərəcəsi 99,8 faizdir.
Həmin göstərici kişilər ara-
sında 99,9 faiz, qadınlar arasında
isə 99,7 faiz olmaqla son səkkiz ildə
dəyişməz qalıb. Yaşı 15-dən yuxarı
ali və orta təhsili olan şəxslər isə hər
1000 nəfərdən 972-ni təşkil edir.
AZərBAYCAn əhAliSi ArASInDA 25-29 YAŞlI
GənClər üSTünlük TəŞkil eDir
Avropa Yenidənqurma və İnkişaf
Bankı (EBRD) Trans-Anadolu qaz
boru kəməri (TANAP) layihəsi üçün
Azərbaycana 500 milyon dollar kredit
ayıracaq.
“Cənub Qaz Dəhlizi”nin ən böyük
hissəsini təşkil edən TANAP layihə-
sində istifadə edilməsi üçün “Cənub
Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiy-
yətinə (CQD) ayrılması planlaşdırılan
500 milyon dollar məbləğində maliyyə
paketinin oktyabrın 18-də keçiriləcək
idarə heyətinin toplantısında təsdiq
olunması gözlənilir.
EBRD edilən yazılı açıqlamada,
ümumi dəyəri 8,6 milyard dollar olan
TANAP layihəsi üçün daha əvvəl Dün-
ya Bankının 800 milyon dollar və Asiya
İnkişaf Bankının isə 600 milyon dollar
maliyyə vəsaiti ayırdığı xatırladılıb.
Avropa İnvestisiya Bankının da
TANAP-a kredit ayırmağı düşündüyü
bildirilən açıqlamada, layihənin Tür-
kiyə və Avropanın enerji təhlükəsiz-
liyini və mənbələr şaxələndirilməsini
təmin etməsi baxımından əhəmiyyətli
olduğu vurğulanıb. “Cənub Qaz Dəh-
lizi”nin böyük bir hissəsini təşkil edən
TANAP-ın tikinti müddətində 9 min-
dən çox, daimi olaraq isə təxminən 300
nəfərin məşğulluğu təmin ediləcək.
TANAP-da 58 faiz iştirak payına
malik olan və səhmlərinin əksəriyyəti
Azərbaycan hökumətinə məxsus “Cə-
nub Qaz Dəhlizi” QSC-nin EBRD-dan
alacağı 500 milyon dollarla birgə la-
yihəyə cəlb etdiyi ümumi investisiyanın
5 milyard dollara çatacağı qeyd olunub.
Xatırladaq ki, “Cənub Qaz Dəh-
lizi” QSC Azərbaycan Prezidentinin
“Şahdəniz qaz-kondensat yatağının is-
tismarının ikinci mərhələsi və “Cənub
Qaz Dəhlizi”nin yaradılmasına dair
digər layihələrlə bağlı bəzi tədbirlər
haqqında” 2014-cü il tarixli 25 fev-
ral Sərəncamı əsasında yaradılmış və
səhmlərinin 51 faizi dövlət mülkiyyəti
olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə
SOCAR-a məxsus olan qapalı səhmdar
cəmiyyətidir.
Avropa İttifaqı üçün prioritet ener-
ji layihələrindən biri olan “Cənub
Qaz Dəhlizi”nin seqmentlərini “Şah-
dəniz Mərhələ 2”, “Cənubi Qafqaz
Boru Kəmərinin Genişləndirilməsi”,
TANAP və “Trans-Adriatik” (TAP) la-
yihələri təşkil edir. Bu boru xətti Xəzər
dənizinin Azərbaycan sektorundakı
“Şahdəniz-2” yatağından hasil oluna-
caq qazı Türkiyəyə və bu ölkədən də
Avropaya çatdıracaq. Uzunluğu 3 min
500 kilometr olan “Cənub Qaz Dəhlizi”
vasitəsilə ilkin mərhələdə Türkiyəyə
6 milyard kubmetr, Avropaya 10 mil-
yard kubmetr qaz nəqli nəzərdə tutulur.
Azərbaycan təbii qazının 2018-ci ilin
ortalarında Türkiyəyə, 2020-ci ilədək
isə Avropaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, TANAP ilə Azərbay-
can təbii qazının Türkiyəyə çatdırılması
üçün işlərin təxminən 80 faizi görülüb.
Boru kəməri iki fazada inşa olunur.
Faza-0, yəni 2018-ci ilin iyununda Tür-
kiyəyə ilk təbii qazın verilməsi üçün
görüləcək işlər çərçivəsində 56 düym
diametrində və təxminən 1334 kilometr
uzunluğundakı boru kəməri ilə yanaşı,
2 ədəd ölçmə stansiyası, 1 ədəd ana
xətt və 1 ədəd kompressor stansiyası-
nın, eləcə də çoxlu sayda blok klapan
və digər stansiyaların tikintisi həyata
keçirilir. Faza-0 üzrə tikinti işləri Tür-
kiyə-Gürcüstan sərhədindən başlayaraq
Əskişəhərə qədər uzanan marşrut bo-
yunca həyata keçirilir. 2018-ci il iyun
ayının sonuna qədər Faza-0 çərçivə-
sində işlərin tamamlanması, “Botaş”
şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan
təbii qazın verilməsi planlaşdırılır. İlkin
mərhələdə TANAP-la Türkiyəyə ildə 2
milyard kubmetr qaz veriləcək. Daha
sonrakı 3 il ərzində isə bu həcm 6 mil-
yard kubmetrə çatdırılacaq.
Faza-1, yəni 2019-cu ilin sonunda
Türkiyədən keçməklə Avropaya təbii
qazın verilməsi üçün tamamlanma-
sı nəzərdə tutulan işlər isə 48 düym
diametrində yerüstü boru kəməri, iki
ədəd ölçmə stansiyası və 36 düym di-
ametrindəki qoşa boru xəttindən ibarət
olan Dardanel boğazından keçən sual-
tı hissədir. Faza-1 üzrə işlərin 44 faizi
tamamlanıb. Bununla da, TANAP la-
yihəsi çərçivəsində Faza-0 və Faza-1
üzrə bütün işlərin təxminən 70 faizi icra
edilib.
TANAP-ın inşasına hazırda 10
minədək işçi cəlb olunub. Boru kəmə-
rinin quru hissəsinin inşası çərçivəsin-
də 4 lot üzrə indiyədək 1684 kilometr
uzunluğunda xəndək qazılıb. Bu vax-
tadək TANAP-ın tikintisi çərçivəsində
4 lot üzrə 1540 kilometr boru marşrut
xətti boyunca düzülüb. Əsas xətt üzrə
1463 kilometr uzunluğunda borunun
qaynağı tamamlanıb. TANAP-ın Dar-
danel boğazından keçəcək 17,6 kilo-
metrlik dəniz hissəsinin tikintisinə isə
may ayının sonlarında başlanılacaq.
Xəzərin Azərbaycan sektorunda-
kı “Şahdəniz-2” yatağından çıxarılan
qazı Türkiyəyə və bu ölkədən Avropa-
ya nəql edəcək TANAP “Cənub Qaz
Dəhlizi”nin tərkib hissəsi olan layihə-
dir. TANAP Türkiyə-Gürcüstan sərhə-
dində Cənubi Qafqaz Boru Kəmərinə,
Türkiyə-Yunanıstan sərhədində isə TAP
qaz boru kəmərinə birləşəcək. Uzunlu-
ğu 1810 kilometr olan TANAP-ın Əs-
kişəhərə qədər olan hissəsinin 2018-
ci ilin ortalarında istismara verilməsi
nəzərdə tutulur. Boru kəmərinə tələb
olunan kapital xərcləri 8,5 milyard ABŞ
dollarıdır. Layihə üzrə Azərbaycan
şirkətlərinin xərclərinin 2020-ci ilədək
ümumilikdə 6,2 milyard dollar olacağı
nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə
sərhədi-Əskişəhər 56 düym diametr-
li hissəsinin uzunluğu 1334 kilometr,
Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi
boyunca 48 düym diametrli hissəsinin
uzunluğu isə 450 kilometrdir. Bundan
başqa, TANAP 2x36 düym diametrli 18
kilometr uzunluğunda sualtı hissədən
də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk
mərhələ sona çatdırılıb və hazırda ikinci
mərhələ üzrə işlər davam etdirilir. Boru
kəmərinin ilkin ötürücülük qabiliyyəti
16 milyard kubmetrdir və sonradan bu
həcmin 31 milyard kubmetrədək artırıl-
ması imkanı var.
TANAP-ın səhmdarlarının layihə-
dəki payı belədir: “Cənub Qaz Dəhlizi”
QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP
şirkəti - 12 faiz.
AvroPA YeniDənqUrMA və inkiŞAf BAnkI TAnAP üZrə
AZərBAYCAnA 500 MilYon DollAr kreDiT AYIrACAq
Rusiya Federal
Turizm Agentliyi (Rostu-
rizm) Xəzəryanı ölkələri
– Azərbaycan, İran, Qa-
zaxıstan və Türkmənis-
tanı cəlb etməklə, Xəzər
dənizində kruiz turizmini
inkişaf etdirməyi plan-
laşdırır. TASS agentliyi
xəbər verir ki, bunu
Rosturizmin başçısı Oleq
Safonov bəyan edib.
O.Safonov
deyib:
"Biz Xəzərdə kruiz turiz-
mini inkişaf etdirmək məsələsi üzə-
rində işləyirik. Üstəlik, hesab edirik
ki, belə turizm ən mühüm istiqamət-
lərdən biridir və çox perspektivlidir.
Özü də bu layihələr Rusiya Federasi-
yasını, Azərbaycanı, İran İslam Res-
publikasını, Qazaxıstanı və Türkmə-
nistanı birləşdirə bilər. Bununla da
hazırda mövcud olmayan prinsipcə
yeni, yüksək səviyyəli turizm məh-
sulu təklif olunacaq".
Onun sözlərinə görə, kru-
iz turizminin inkişafında baş-
lıca problem infrastrukturun
- gəmilərin yan alması üçün
körpülərin, sərnişin vağzalla-
rının, buraxılış məntəqələrinin
yaradılması və s. Bu obyektlər
gələn il üçün hazır olmalıdır.
Rosturizmin başçısı deyib:
"Həmkarlarımız və dostlarımız
bu işə çox böyük maraq göstə-
rirlər. Mən İran və Azərbay-
canı da nəzərdə tuturam. Bu
işdə hamı maraqlıdır. Biz bu
marşrutların yaradılması istiqamə-
tində fəal irəliləyirik. Dünən Dağıs-
tanın başçısı ilə görüşdə bu mövzunu
da müzakirə etdik. Bu ideyanı o da
dəstəkləyir".
xəZərDə krUiZ TUriZMi inkiŞAf eTDiriləCək