Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq aparılan islahatlar nəticəsində



Yüklə 493,64 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix18.06.2018
ölçüsü493,64 Kb.
#49741
  1   2   3   4   5   6   7   8


Ölkənin sosial-iqtisadi inkişaf 

konsepsiyasının prioritetlərinə uyğun 

olaraq aparılan islahatlar nəticəsində 

iqtisadi inkişafın davamlılığı təmin 

olunmuş və Azərbaycan Respublika-

sının beynəlxalq aləmdə müsbət imici 

daha da möhkəmlənmişdir.

Ötən  dövr  ərzində  həyata  keçirilən 

məqsədyönlü  tədbirlər  nəticəsində  qey-

ri-neft  sektorunun  inkişafında  müstəsna 

rolu olan nəqliyyat infrastrukturunun in-

kişafı,  ölkənin  tranzit  potensialının  daha 

da  artırılması  istiqamətində  bir  sıra  əhə-

miyyətli  nailiyyətlər  əldə  edilmiş, Azər-

baycanın  mühüm  nəqliyyat  və  logistika 

mərkəzinə  çevrilməsi  üçün  münbit  şə-

rait  yaradılmış,  tranzit  yükdaşımaların 

həcmi  və  keyfiyyəti  yüksəlmişdir.  Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanının fəa-

liyyətinin  müasirləşdirilməsi  üçün  onun 

yenidən  təşkili  yolu  ilə  Xəzər  dənizinin 

Bakı  şəhərinə  aid  akvatoriyasında  liman 

xidmətləri göstərmək hüququ olan “Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanı” Qapa-

lı Səhmdar Cəmiyyəti yaradılmış, habelə 

Yeni  Bakı  Beynəlxalq  Dəniz Ticarət  Li-

manı  Kompleksinin  tikintisinə  başlanıl-

mışdır.


Azərbaycan Respublikası Konstitusi-

yasının  109-cu  maddəsinin  32-ci  bəndi-

ni  rəhbər  tutaraq, Yeni  Bakı  Beynəlxalq 

Dəniz Ticarət Limanının dünya standart-

larına  cavab  verən  liman  səviyyəsinə 

çatdırılması,  eləcə  də  limanın  normal 

fəaliyyətinin təmin edilməsi və liman əra-

zisində yükaşırmaların həyata keçirilməsi 

üçün  zəruri  infrastrukturun  yaradılması 

məqsədi ilə qərara alıram:

1.  Yeni  Bakı  Beynəlxalq  Dəniz  Ti-

carət  Limanı  üçün  6  ədəd  portal  kranın 

alınması  və  2  ədəd  mövcud  kranın  mo-

dernləşdirilməsi  məqsədilə  “Azərbaycan 

Respublikasının 2017-ci il dövlət büdcə-

si  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun  tətbiqi  barədə”  Azərbaycan 

Respublikası  Prezidentinin  2016-cı  il  27 

dekabr  tarixli  1180  nömrəli  Fərmanının 

1.14.3.3.9-cu  yarımbəndində  nəzərdə  tu-

tulmuş vəsaitdən “Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanı” Qapalı Səhmdar Cəmiy-

yətinə müvafiq olaraq 33,2 milyon (otuz 

üç milyon iki yüz min) manat və 3,6 mil-

yon  (üç  milyon  altı  yüz  min)  manat  ol-

maqla, cəmi 36,8 milyon (otuz altı milyon 

səkkiz yüz min) manat vəsait ayrılsın.

2.  Azərbaycan  Respublikasının  Ma-

liyyə  Nazirliyi  bu  Sərəncamın  1-ci  his-

səsində nəzərdə tutulan məbləğdə maliy-

yələşməni təmin etsin.

3.  Azərbaycan  Respublikasının  Na-

zirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2017-ci il.

Azərbaycan  tarixən  qədim  İpək  yo-

lunun keçdiyi, ən uzaq dövlətləri birləş-

dirən  ticari-iqtisadi  dəhlizlərin  qovuşdu-

ğu  məkan  olub.  Qloballaşan  dünyanın 

yeni  geoiqtisadi  çağırışları  kontekstində 

ölkəmizin bu sahədə tarixi rolu daha da 

artaraq, strateji əhəmiyyət kəsb edir. Pre-

zident İlham Əliyevin rəhbərliyi ilə digər 

sahələrdə olduğu kimi, ölkə iqtisadiyya-

tında da əhəmiyyəti böyük olan nəqliyyat 

sektorunun  inkişafı,  tranzit  imkanlarının 

genişləndirilməsi  üçün  mühüm  işlər  gö-

rülür. Həm ölkə daxilində müasir nəqliy-

yat infrastrukturu yaradılır, həm də tranzit 

potensialı gücləndirilir. Bütün bunlar isə 

Azərbaycana daha da böyük həcmdə si-

yasi və iqtisadi dividendlər gətirəcək. 

İqtisadiyyat  naziri,  Tranzit Yükdaşı-

malar üzrə Koordinasiya Şurasının sədri 

Şahin MUSTAFAYEV müsahibəsində bu 

sahədə görülən işlər barədə ətraflı məlu-

mat verdi.

- Şahin müəllim, son illərdə Azər-

baycanın  tranzit  imkanlarının  geniş-

lənməsi istiqamətində mühüm addım-

lar  atılır.  Bu  sahədə  görülən  işlərin 

ölkəmiz üçün əsas əhəmiyyəti nədir?

- Öncə onu vurğulamaq istərdim ki, 

ümummilli lider Heydər Əliyev Azərbay-

can  iqtisadiyyatının  diversifikasiyasının 

mühüm  istiqamətlərindən  olan  tranzit 

imkanlarının  genişlənməsinə,  nəqliyyat 

dəhlizlərinin inkişafına daim böyük önəm 

verirdi. Təsadüfi deyildir ki, ulu öndərin 

təşəbbüsü ilə hələ 1998-ci ilin sentyabrın-

da Bakıda 9 ölkənin (Azərbaycan, Bolqa-

rıstan,  Gürcüstan,  Qırğızıstan,  Moldova, 

Rumıniya,  Türkiyə,  Özbəkistan,  Ukray-

na) dövlət başçısı, 13 beynəlxalq təşkila-

tın və 32 dövlətin nümayəndə heyətinin 

iştirak  etdiyi  tarixi  İpək  yolunun  bərpa-

sına  həsr  olunmuş  beynəlxalq  konfrans 

keçirilmiş,  Avropa  İttifaqının  TRASE-

KA  proqramı  əsasında  “Avropa-Qafqaz- 

Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq 

nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” 

imzalanmış və Bakı Bəyannaməsi qəbul 

edilmişdir.  Saziş  12  ölkənin  dövlət  və 

hökumət başçıları tərəfindən imzalanmış-

dır. İran İslam Respublikası 2009-cu ildə 

TRASEKA  proqramına  qoşulmuşdur. 

Əsas çoxtərəfli sazişin müddəalarına uy-

ğun olaraq, TRASEKA Hökumətlərarası 

Komissiyasının Daimi Katibliyinin Bakı 

şəhərində  yerləşməsi  qərara  alınmış  və 

2001-ci il fevralın 21-də rəsmi açılışı ol-

muşdur.

Xüsusi  olaraq  qeyd  edilməlidir  ki, 



Heydər Əliyevin təşəbbüsü ilə reallaşdı-

rılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft 

boru  kəməri  Azərbaycanın  enerji  ehti-

yatlarının  dünya  bazarlarına  çıxarılması 

ilə  yanaşı,  ölkənin  tranzit  imkanlarının 

genişləndirilməsi  baxımından  da  strateji 

əhəmiyyət daşıyır.

Hazırda  ümummilli  liderin  uzaq-

görən  siyasəti  Prezident  İlham  Əliyev 

tərəfindən  digər  istiqamətlərdə  olduğu 

kimi,  tranzit  potensialının  gücləndiril-

məsi sahəsində də uğurla davam etdirilir. 

Ölkəmizdə  nəqliyyat  infrastrukturunun 

inkişafı  ilə  bağlı  irimiqyaslı  layihələr 

həyata keçirilir, bu sahəyə böyük həcm-

li  dövlət  investisiyaları  yönəldilir.  Kör-

pülərin, avtomobil yolları və dəmir yolu 

xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və 

İran istiqamətində ölkə ərazisindən keçən 

magistral yolların beynəlxalq standartlar 

əsasında  yenidən  qurulması,  Bakıda  və 

regionlarda beynəlxalq hava limanlarının 

tikintisi  Azərbaycanın  nəqliyyat  infrast-

rukturunun  inkişafında  əhəmiyyətli  rol 

oynamaqla yanaşı, ölkəmizin tranzit po-

tensialını daha da artırır.

Prezident  İlham  Əliyevin  dediyi 

kimi:  “Azərbaycan  Asiyanı  Avropa  ilə 

birləşdirən  körpüdür.  Biz  indi  öz  nəq-

liyyat  infrastrukturumuzu  möhkəmlən-

diririk.  Bizim  dəniz  nəqliyyatına,  dəmir 

yoluna böyük investisiyalar qoyulur. Bir 

sözlə, nəqliyyat sektoru gələcəkdə böyük 

rol oynayacaqdır. Regionda digər mühüm 

işlər də məhz bununla bağlıdır”.

-  Tranzit  dəhlizlərinin  inkişaf  et-

dirilməsi  üçün  hansı  tədbirlər  həyata 

keçirilir?

-  Nəqliyyat  infrastrukturunun  tək-

milləşdirilməsi  ilə  yanaşı,  Şərq-Qərb 

və  Şimal-Cənub  nəqliyyat  dəhlizlərinin 

kəsişməsində  yerləşən  və  bu  baxımdan, 

əlverişli geostrateji mövqeyə malik olan 

Azərbaycanın tranzit daşımaları sahəsin-

də  potensialını  reallaşdırmaq  məqsədilə 

nəqliyyat dəhlizlərinin inkişafı istiqamə-

tində mühüm işlər görülür. Bu baxımdan 

Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit 

Dəhlizi xüsusi önəm kəsb edir. Bu dəhliz 

məsafə baxımından Çinlə Avropa arasın-

dakı ən qısa marşrut olduğundan, tranzit 

və  yükdaşıma  baxımından  səmərəlidir. 

Belə  ki,  orta  hesabla  5400  km  uzunlu-

ğunda  olan  Şərq-Qərb  nəqliyyat  dəhli-

zinin  tranzit  müddəti  15  gündür.  Müqa-

yisə  üçün  qeyd  edək  ki,  ənənəvi  okean 

daşımaları  vasitəsilə  Çindən  Türkiyə  is-

tiqamətindəki  yükdaşımalara  30-35  gün 

sərf olunur.

2015-ci  ilin  noyabr  ayında  Çinin 

Lyanyunqan  vilayətindən  yola  düşən 

konteyner  qatarı  Çin-Qazaxıstan-Azər-

baycan-Gürcüstan-Türkiyə  marşrutu  ilə 

hərəkət  edərək,  15  gün  ərzində  İstanbu-

la  çatmışdır.  Asiya  və  Avropa  arasında 

ticarət  əlaqələrinin  genişlənməsi  Azər-

baycandan  keçən  bu  dəhlizin  inkişafına 

böyük imkanlar yaradır. Prezident İlham 

Əliyevin təşəbbüsü və prinsipial mövqe-

yi sayəsində tikilən və əhəmiyyətinə görə 

“Dəmir İpək yolu” adlandırılan Bakı-Tbi-

lisi-Qars dəmir yolunun istifadəyə veril-

məsindən sonra isə dəhliz quru xətlə bir-

başa Avropaya çıxış imkanı yaradacaqdır.

(Ardı 2-ci səhifədə)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

9  avqust  2017-ci il    № 53-56 (9147) 

www.seanews.az

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

BAkIDA “DəniZ kUBokU-2017” 

BeYnəlxAlq YArIŞlArI keçirilir

nüfUZlU GAC GəMiçilik ŞirkəTinin  

nüMAYənDələri AxDG-Də olUBlAr

İyulun 31-də dün-

yanın nüfuzlu gəmiçilik 

şirkətlərindən olan GAC-

ın  rəsmi nümayəndələri 

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-də 

olublar.

“ProfeSSor Gül” GəMi-BərəSi DəniZ 

SInAğInDAn UğUrlA keçiB

Beynəlxalq Əmək Təşki-

latının məlumatına görə, hər il 

dünyada istehsalat xəsarəti və 

peşə xəstəliyindən 2 milyon insan 

həlak olur. Bu bədbəxt hadisələr 

ölkələrin iqtisadi inkişafına ziyan 

vurmaqla yanaşı, dünya üzrə 

ümumi daxili məhsulun 4 faizinin 

itirilməsinə də səbəb olur.

Bəli, hər bir iş yerində risk və təh-

lükə var. Bu elə bir məsələdir ki, ondan 

tamamilə qaçmaq mümkün deyil. 



ABŞ veloSiPeD iDMAnInIn BMx növü üZrə DünYA   

çeMPionATInIn eSTAfeTini AZərBAYCAnA veriB

Avqustun 1-də 

Dənizkənarı Milli 

Parkda “Beynəlxalq 

Ordu Oyunla-

rı–2017” çərçivə-

sində Bakıda təşkil 

edilən “Dəniz Kubo-

ku-2017” beynəlxalq 

yarışlarının təntənəli açılış məra-

simi keçirilib.

ABŞ-ın Cənubi Ka-

rolina ştatının Rok Hill 

səhərində velosiped 

idmanının BMX növü 

üzrə dünya çempionatı 

başa çatıb. 

BoŞ qAlAn Yerlərə ixTiSAS 

SeçiMi BAŞlAYIB

2017/2018-ci tədris ili üçün ali 

təhsil müəssisələrinin və Azərbay-

can Milli Elmlər Akademiyasının 

(AMEA) magistraturalarının boş 

qalan yerlərinə qəbul aprelin 9-u və 

iyunun 4-də keçirilmiş ikimərhələli 

qəbul imtahanında toplanılmış ballar 

əsasında müsabiqə yolu ilə aparılır.

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-

yə məxsus “Professor 

Gül” gəmi-bərəsi təmir 

olunub.

Əsaslı  təmir  yekun-

laşdıqdan  sonra  bərə  də-

niz sınağından keçirilib.

“Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-

nin “Zığ” Gəmi Təmiri Zavodunda baş-

layan əsaslı təmir işləri planlaşdırılmış 

şəkildə və yüksək keyfiyyətlə aparılıb.

Səh. 3

Səh. 6

AZərBAYCAn qloBAl nəqliYYAT qovŞAğInIn 

SəMərəli və eTiBArlI körPüSüDür

“AZərBAYCAn xəZər DəniZ  

GəMiçiliYi” qSC-Də TəhlükəSiZ iŞ  

ŞərAiTi PrioriTeT MəSələDir

Səh. 8

Səh. 4

Səh. 5

Səh. 2

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanı kompleksinin  

tikintisinin sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 

AZərBAYCAn reSPUBlikASI 

PreZiDenTinin SərənCAMI

Azərbaycanı regionun ticarət mərkə-

zinə  çevirmək  məqsədi  ilə  son  illərdə 

ölkənin  strateji  coğrafi  mövqeyindən 

səmərəli  istifadə  etməklə  tranzit  və  nəq-

liyyat  xidmətlərinin  inkişafı,  nəqliyyat 

infrastrukturunun  təkmilləşdirilməsi  və 

tranzit  potensialının  daha  da  artırılması 

üçün  konkret  hədəflərə  istiqamətlənmiş 

kompleks tədbirlər həyata keçirilmişdir.

Bu  tədbirlər  çərçivəsində  yerli  və 

beynəlxalq  daşımaların  idarə  olunma-

sı  mexanizmi  təkmilləşdirilmiş,  ölkənin 

nəqliyyat  sisteminin  beynəlxalq  nəqliy-

yat  sisteminə  inteqrasiyası  genişləndiril-

miş, habelə Yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət  Limanı  Kompleksinin  tikintisinə 

başlanılmışdır.

Azərbaycanın regionun mühüm nəq-

liyyat  və  logistika  mərkəzinə  çevrilməsi 

siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb 

və  Şimal-Cənub  nəqliyyat  dəhlizləri-

nin qovşağında yerləşən Yeni Bakı Bey-

nəlxalq Dəniz Ticarət Limanı Kompleksi 

ölkənin tranzit imkanlarının yüksəldilmə-

sində həlledici rola malikdir.

Azərbaycan Respublikası Konstitusi-

yasının 109-cu maddəsinin 32-ci bəndini 

rəhbər tutaraq, Yeni Bakı Beynəlxalq Də-

niz Ticarət Limanı Kompleksinin tikinti-

sinin davam etdirilməsi işlərinin sürətlən-

dirilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-

ci il dövlət büdcəsi haqqında” Azərbaycan 

Respublikası  Qanununun  tətbiqi  barədə” 

Azərbaycan  Respublikası  Prezidentinin 

2016-cı il 27 dekabr tarixli 1180 nömrəli 

Fərmanının  1.14.3.3.9-cu  yarımbəndində 

nəzərdə  tutulmuş  vəsaitdən  Azərbaycan 

Respublikasının  İqtisadiyyat  Nazirliyinə 

30,0 (otuz) milyon manat ayrılsın.

2.  Azərbaycan  Respublikasının  Ma-

liyyə  Nazirliyi  bu  Sərəncamın  1-ci  his-

səsində nəzərdə tutulan məbləğdə maliy-

yələşməni təmin etsin.

3.  Azərbaycan  Respublikasının  Na-

zirlər Kabineti bu Sərəncamdan irəli gələn 

məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2017-ci il.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 

AZərBAYCAn reSPUBlikASI PreZiDenTinin SərənCAMI

Şahin MUSTAFAYEV: “Prezident İlham Əliyevin 

nəqliyyat infrastrukturunun müasir dünya standartla-

rına uyğunlaşdırılması ilə bağlı siyasəti və təşəbbüsləri 

ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir, 

regionda siyasi-strateji əhəmiyyətini daha da artırır”



Yüklə 493,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə