Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix20.08.2018
ölçüsü1,01 Mb.
#63759
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



6)

 

Füzulinin  «Tərcümeyi-Hədisi-ərbəin»  əsəri  ilk  dəfə  kompleks 



şəkildə  tədqiqata  cəlb  edilmiş,  onun  mövzusu,  nəşri  tarixinə  nəzər 

salınaraq  mətnşünaslıq  baxımından  araşdırılmış,  Əbdürrəhman  Caminin 

əsəri  ilə  müqayisəli  şəkildə  öyrənilərək  onun  ideya-bədii  xüsusiyyətləri, 

dil-üslub və tərcümə özəllikləri aşkarlanmışdır; 

7)

 

Füzulinin «Hədiqətüs-süəda» əsərinin orijinal, yoxsa tərcümə abidə 



olması ilə bağlı mülahizələr ilk dəfə sistemli şəkildə nəzərdən keçirilmiş, 

«Hədiqətüs-süəda»nın  klassik  tərcümə  örnəyi  olması  «Rövzətüş-şühəda» 

ilə müqayisədə çoxsaylı faktlar və elmi-nəzəri dəlillərlə əsaslandırılmışdır.  

8)

 



«Hədiqətüs-süəda»  əsəri  ilk  dəfə  janr,  mövzu,  ideya,  nəşr  və 

mətnşünaslıq  məsələləri  və  tədqiq  tarixi    baxımından  geniş  və  elmi 

ardıcıllıqla araşdırılmış, abidə Hüseyn Vaiz Kaşifinin  «Rövzətüş-şühəda» 

əsəri ilə müqayisədə bədii quruluş, mövzu qaynaqları, dil və üslub, bədii 

sənətkarlıq  xüsusiyyətləri  baxımından  tədqiqata  cəlb  edilmiş,  əsərdəki 

nəzm parçaları dörd qrupda təsnif olunaraq geniş şərh edilmiş, bu əsasda 

tərcümə və orijinalın malik olduğu fərqli xüsusiyyətlər göstərilmişdir; 

9)

 



Füzulinin  tərcümə  yaradıcılığı,  onun  tərcümə  əsərlərinin  təsir 

dairəsi, tərcümə tariximizdəki yeri haqqında sistemli elmi-nəzəri qənaətlər 

irəli sürülmüşdür. 

Tədqiqatın elmi-praktiki əhəmiyyəti. Füzulinin ədəbi irsi dönə-dönə 

müxtəlif  baxımlardan  araşdırılmalıdır  və  hər  bir  yeni  tədqiqat  gələcəkdə 

aparılacaq  araşdırmalar  üçün  bir  başlanğıcdır.  Bu  baxımdan  dissertasiya 

materialından və elmi qənaətlərdən, başlıca olaraq, Füzuli yaradıcılığı ilə 

bağlı  tədqiqatlarda  və  Azərbaycan  tərcümə  tarixi  ilə  əlaqədar  araşdır-

malarda  istifadə  edilə  bilər.  Azərbaycan  ədəbiyyatı  tarixi  materiallarının 

və eləcə də bədii tərcümə tarixinin hazırlanmasında dissertasiyadakı mate-

rial  və  elmi  qənaətlər  xüsusi  əhəmiyyətə  malikdir.  Dissertasiyadan  ali 

məktəblərdə tədris olunan ədəbiyyat tarixi və eləcə də tərcümə nəzəriyyəsi 

və tarixi kurslarında da geniş istifadə edilə bilər. 



Tədqiqatın  aprobasiyası.  Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  «Orta  əsrlər 

Azərbaycan ədəbiyyatı» şöbəsində yerinə yetirilmişdir. Müəllif dissertasi-

yanın əsas problem və müddəaları ilə bağlı 1996-cı ilin dekabrında Gənc 

Alimlərin  və  Aspirantların  Respublika  konfransında,  1996-cı  ilin  noya-

brında Füzulinin 500 illiyi münasibətilə Beynəlxalq Füzuli simpoziumun-

da,  2001-ci  ilin  fevralında  Tehranda  keçirilən  «İran  Dünyası  və  Turan» 

Beynəlxalq Seminarda, 2001-ci ilin iyununda «Ədəbi-nəzəri fikir iki əsrin 

qovşağında»  Respublika  konfransında,  2002-ci  ilin  iyununda  Tehranda 

keçirilən  I  Beynəlxalq  İranşünaslıq  konfransında,  2007-ci  il  24-25 




 

 



oktyabrda  AMEA-nın  Z.Bünyadov  adına  Şərqşünaslıq  İnstitutunda 

keçirilən  «Yaxın  və  Orta  Şərq:  dünəni,  bu  günü,  sabahı»  mövzusunda 

Beynəlxalq Elmi Konfransda elmi məruzələrlə çıxış etmişdir. Tədqiqatın 

məzmunu,  başlıca  nəticələri  müəllifin  müxtəlif  illərdə  çap  etdirdiyi  elmi 

məqalə və monoqrafiyalarında öz əksini tapmışdır. Nəşr edilən məqalələ-

rin bir qismi Türkiyə və Rusiyada işıq üzü görmüşdür.   



Tədqiqat  işinin  quruluşu.  Dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə 

və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 

 

 

DİSSERTASİYANIN ƏSAS MƏZMUNU 



 

Girişdə mövzunun aktuallığı, tədqiqatın obyekti, məqsəd və vəzifələri, 

nəzəri əsası və metodologiyası müəyyənləşdirilir, tədqiqatın elmi yeniliyi, 

elmi-praktiki əhəmiyyəti aydınlaşdırılır. 

Dissertasiyanın  birinci  fəsli  «Klassik  Azərbaycan-türk  ədəbiyyatın-



da bədii tərcümə və Füzuliyəqədərki tərcümə tarixinə bir nəzər» adla-

nır. Bu fəsil beş bölmədən ibarətdir. «Klassik Azərbaycan-türk ədəbiy-



yatında bədii tərcümə» adlanan birinci bölmədə göstərilir ki, tarixi kate-

qoriya  və  tarixi  məfhum  olan  tərcümənin  orijinal  yaradıcılıqla  qarşılıqlı 

əlaqəsi  müxtəlif  dövrlərdə  çeşidli  məzmunda  başa  düşülmüşdür.  Bu 

baxımdan klassik tərcümə örnəkləri ilə müasir dövrün «adekvat» tərcümə-

lərini eyniləşdirmək elmi baxımdan doğru olmaz.   

Çoxsaylı orta əsrlər bədii qaynaqları və müasir araşdırmalarla tanışlıq 

göstərir ki, təkcə klassik Şərq, o cümlədən Azərbaycan-türk ədəbiyyatında 

deyil, bütün dünya ədəbiyyatında «tərcümə» sözü tarixi anlamda başqa bir 

dildə olan mətnin şərh, təfsir və izahını bildirmişdir.

1

 Çünki tarixən «tər-



cümə»  adı  altında  başa  düşülən  ədəbiyyatı  biz  indiki  anlamda  «təfsir», 

«şərh»  və  «adaptə  edilmiş  tərcümə»  adlandırırıq.  Həqiqətən  də,  həmin 

dövrdə  tərcümə  milli  üslub  və  düşüncə  kimi  dərk  edildiyindən,  klassik 

Azərbaycan-türk  abidələri  çox  vaxt  başqa  dildə  olan  əsərlərin  tərcümə-

şərhindən, bəzən isə Azərbaycan variantından ibarət olurdu.  

Müasir  dövrün  adekvat  tərcümələrində  orijinalın  mətnini  dəyişdir-

                                           

1

  A.S.Levend.  Türk  edebiyatı  tarihi,  I  c.,  Ankara,  1984,  s.  80-83;  M.Алексеев. 



Проблема художественного перевода. Иркутск, 1931, s. 22-27; K.Чуковский, 

Высокое  искусство:  о  принципах  перевода.  М.,  1964,  s.  44-45;  П.Топер. 

Перевод художественный //  Краткая Литературная Энциклопедия, т., V, М., 

1968, стр. 656-665 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə