Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə22/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   18   19   20   21   22   23   24   25   ...   130

munca  rəngarəng  olmasını  istəməklə  yanaşı,  onun Avropa  modelində 
qurulmasının vacibliyini göstərirdi. M.F.Axundzadə çapa verilən ma-
teriallarda  tənqidi  fikrin  yer  almasını  xüsusi  vurğulayırdı.  Onun  fik-
rincə,  belə  materiallar  hökumət  adamlarını  məcbur  edəcək  ki,  öz  iş-
lərinin  öhdəsindən  layiqincə  gəlsinlər  və  onlar  görəndə  ki,  işlərinə 
nəzarət  var,  heç  bir  hərəkətləri  gizli  qalmayacaq,  özlərini  yığışdıra-
caqlar.  M.F.Axundzadə  nəşrin  işini  canlandırmaq,  müxtəlif  səpkili 
xəbərlər toplamaq üçün redaktora ayrı-ayrı vilayətlərdə «maaşlı vəkil» 
və  ya  «məmur»  tutmağı  tövsiyə  edir:  «Bu  kimi  adamlara  fransız  di-
lində  «korrespondent»  deyilir.  Hökumətdən  təvəqqe  etməlisən  ki,  sə-
nin vəkillərinin məktublarını Tehrana pulsuz çatdırsınlar» (16, 334). 
Beləliklə,  qeyd  edə  bilərik  ki,  milli  dramaturgiya,  realist  bədii 
nəsr  və  professional  ədəbi  tənqidin  banisi  M.F.Axundzadə  mətbuat 
quruculuğu sahəsinə də dərindən bələd olmuş, mətbuatın xalqın tərəq-
qisi,  milli  dilin  inkişafında  böyük  rolundan  zəngin  epistolyar  irsində 
dönə-dönə bəhs etmişdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., “Tuna”, 2012. 
2.
 
Mahmudov  R.  Azərbaycan  jurnalistikasının  banisi,  “Azərbaycan”  jurn.,     
№ 4, B., 1963. 
3.
 
Ağazadə F. Həsən bəy Məlik Zərdabinin bioqrafiyası, Həsən bəy Zərdabi-
nin bioqrafiyası və epistolyar irsi. B., “Nurlan”, 2006. 
4.
 
Məmmədquluzadə  C.  Dram  və  nəsr  əsərləri.  B.,  Azərbaycan  Universiteti 
Nəşriyyatı, 1958. 
5.
 
Mişiyev  A.  Azərbaycan  yazıçıları  və  Tiflis  ədəbi-ictimai  mühiti,  Tb., 
Qanatleba, 1987. 
6.
 
Əfəndiyev  P.  M.F.Axundov  və  H.Zərdabi,  “Azərbaycan”  jurn.,  №  10,  B., 
1962. 
7.
 
Nağıyeva  C.  Həsən  bəy  Zərdabinin  arxivi  haqqında.  Həsən  bəy  Zərdabi 
arxivinin təsviri. B., “Nurlan”, 2008. 
8.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, M.F.Axundzadənin arxivi, fond 
2, s.v. 23, 2 vərəq, rus dilində əlyazması. 
9.
 
Axundov M.F. Əsərləri. Üç cilddə, üçüncü cild. B., “Elm”, 1988. 
10.
 
Мишиев А. Азербайджанские писатели и тбилисская литературно-об-
щественная  среда  (1820-1905  гг.)  Автореферат  диссертации  на  со-
искание ученой степени доктора филологических наук, Тб., 1987. 
11.
 
Məhəmmədzadə  M.  Azərbaycan  Türk  mətbuatı.  Ərəb  əlifbasından  çevirib 
tərtib  edən,  ön  söz,  lüğət  və  qeydlərin  müəllifi  filologiya  elmləri  doktoru 
Alxan Bayramoğlu. B., Bakı Universiteti Nəşriyyatı, 2004. 
12.
 
Zərdabi H. Seçilmiş əsərləri. B., Azərbaycan Dövlət Nəşriyyatı, 1960. 
13.
 
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu, H.Zərdabinin arxivi, fond 3, s.v. 
116, 2 vərəq. 


14.
 
«Əkinçi»  (1875-1877,  tam  mətni).  Tərtib  edəni  Turan  Həsənzadə,  B., 
Azərnəşr, 1979. 
15.
 
AMEA M.Füzuli ad., Əlyazmalar İnstitutu, M.F.Axundzadənin arxivi, fond 
2, s.v. 582. 
16.
 
Axundov M.F. Bədii və fəlsəfi əsərləri. B., “Yazıçı”, 1987. 
17.
 
Axundov M.F. Komediyalar, povest, şeirlər. B., “Yazıçı”, 1982. 
18.
 
Tərbiyət M. Danişməndani-Azərbaycan, B., Azərnəşr, 1987. 
19.
 
Azərbaycan Respublikasının Konstitusiyası. B., “Azərbaycan”, 1997. 
 
 
Shahbaz Shamioglu (Musayev) 
 
THE MATTERS RELATED TO THE PRESS IN THE  
EPISTOLARY HERITAGE OF M.F.AKHUNDOV 
 
Summary 
 
The  article  deals  with  the  role  of  M.F.Akhundov  in  establishment  of  a 
newspaper  “Akinchi”,  the  first  example  of  the  Azerbaijani  press  and 
recommendations given by Akhundov in the letters to H.Zardabi in connection with 
this newspaper. 
This  article  investigates  at  the  same  time  the  matters  of  press  in  the  letters 
sent  by  M.F.Akhundov  to  the  other  persons  and  the  works  written  by  the  separate 
authors are studied.  
 
 
Шахбаз Шамыоглы (Мусаев) 
 
ВОПРОСЫ ПЕЧАТИ В ЭПИСТОЛЯРНОМ  
НАСЛЕДИИ М.Ф.АХУНДОВА 
 
Резюме 
 
В  статье  освещён  вопрос  о  роли  М.Ф.Ахундова  в  создании  первой 
азербайджанской  газеты  «Экинчи»,  в  частности  рекомендации  Ахундова  в 
письмах  к  Г.Зардаби  в  связи  с  газетой.  Данная  проблема  рассматривается  в 
контексте рекомендаций, отправленных М.Ф.Ахундовым другим лицам. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN ELMİ ƏSƏRLƏRİ 
“ƏDƏBİYYAT MƏCMUƏSİ”, 2015, № 1 
 
Lütviyyə ƏSGƏRZADƏ 
Filologiya üzrə fəlsəfə doktoru 
Nizami adına Ədəbiyyat İnstitutu 
asgerzadelutviyye@yahoo.com
 
 
HÜSEYN CAVİDİN EPİSTOLYAR İRSİNDƏ 
AVTOBİOQRAFİK MƏQAMLAR 
 
Açar sözlər: Hüseyn Cavid, elmi tərcümeyi-hal, epistolyar irs 
Key words: Huseyn Javid, scholarly biography, epistolary heritage 
Ключевые  слова:  Гусейн  Джавид,  научная  биография,  эпистолярное 
наследие 
 
 
Hər bir sənətkarın  taleyi və sənətinin  öyrənilməsində  epistolyar 
irs böyük  rol oynayır.  Bu mənada, H.Cavidin elmi tərcümeyi-halının 
öyrənilməsində şairin yaradıcılığı ilə yanaşı, epistolyar irsi də mühüm 
əhəmiyyət daşıyır. 
H.Cаvid  yаrаdıcılığına  Аzərbаycаn  ədəbiyyаtşünаslığı  və  tən-
qidi  fikrinin  münаsibətini  dəqiqləşdirmək  və  dövrləşdirmək  baxımın-
dan əsаs iki mərhələni tədqiq etmək lаzımdır: 
1) 20-30-cu illər mərhələsi
2) 50-ci illərin sоnlаrındаn bu günümüzədək оlаn mərhələ. 
Əgər hər iki mərhələni səciyyələndirmək və fərqləndirmək lаzım 
gəlsə,  birinci  mərhələni  Hüsеyn  Cаvid  yаrаdıcılığınа  bахışın  ziddiy-
yətli, bir az da qərəzli tənqid dövrü, ikinci mərhələni isə, H.Cаvidi bu 
ziddiyyətlərdən, bu qərəzli tənqidlərdən təmizləmə, “bərаət” dövrü ad-
landırmaq daha doğru olar.  
Əslində, taleyi yazdığı faciələrdən də faciəli keçən şairi yaradı-
cılığının tədqiqi baxımından xoşbəxt sənətkarlardan saymaq olar, çün-
ki şairin sağlığında yaradıcılığının tədqiqinə artıq başlanmış və günü-
müzədək davam etməkdədır.  
Beləliklə,  hələ  keçən  əsrin  20-ci  illərindən  tədqiq  оlunan  Cаvi-
din  elmi tərcümeyi-halının  müstəqillik  dövründə yenidən öyrənilməsi 
günümüzün zəruri məsələlərindəndir – desək, yanlış olmaz.  


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə