Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə24/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   20   21   22   23   24   25   26   27   ...   130

ilə qarışqanı belə öz nəzərindən qaçırmamışdır” (3, 296). 
Eyni  zamanda,  hər bir məktubun  sonunda Məşədi  Səfər babaya 
və gözünün işıqlarına (övladlarına) salam göndərmişdir. Bu hörmət və 
ehtiram  Sidqinin  ölümündən  sonra  da  davam  etmiş,  Cavid  müəllimi-
nin  oğlu  Məmmədəli  Sidqi  ilə  dostluğu  davam  etdirmiş,  tez-tez 
məktublar yazmışdı. Hətta yazdığı bir məktubundan Məmmədəli Sid-
qinin onu (H.Cavidi – L.Əsgərzadə) rus qəzetlərində tərif etdiyini öy-
rənirik. Təvazökar şair yazır: “Məni rus qəzetlərində tərif edirmişsən, 
çox nahaq. Bir şey ki səni məhcub edə bilər, neçin yapırsan?” (3, 281). 
Ümumiyyətlə, publisistik yazılarını və məqalələrini, xüsusən də, 
epistolyar irsini ciddi şəkildə izlədikcə onun həyatı və taleyinə aid ən 
kiçik  detallarında,  müəyyən  məqamlarda  tərcümeyi-halını  nə  qədər 
həssaslıqla  anlatdığının  şahidi  oluruq.  Naxçıvan,  Təbriz,  Urmiya,  İs-
tanbul,  Tiflis,  Gəncə,  Bakı  kimi  şəhərlərdə  hansı  ağır  şəraitlərdə  ya-
şadığı,  təhsil  aldığı,  tanış  olduğu  insanlar,  mühiti  və  müasirlərinə 
münasibəti epistolyar irsində və  yaradıcılığında özünəməxsus şəkildə 
təsviri verilib. Məsələn, Əziz Şərifin Cavidlə bağlı xatirələrindən onun 
Zərdüştə  münasibəti,  Nitsşenin  “Zərdüşt  belə  deyirdi...”  əsərini  hansı 
hisslər altında oxuması, Tolstoya, Dostoyevskiyə, türk romantiklərinə 
münasibəti  və  s.  kimi  məsələlər,  həmçinin  dünyagörüşünün  və  sə-
nətkarlığının formalaşmasında mühiti və müasirlərinin rolunu görmək 
olur.  Onun  Naxçıvan  haqqında  yazdığı  məqalələrində  və  məktubla-
rında  anadan  olduğu  Naxçıvan,  məişəti,  həyatı,  yaşayış  tərzi,  müəl-
limləri,  ailəsi,  dostları,  Naxçıvanın  maarifçi  mühiti,  şəhərin  mər-
kəzindəki  Cümə  məscidinin  böyründən  qıvrılaraq  axıb  gedən  “Nili 
mübarək” (Bazar çayı), o qədər şəffaflıqla verilib ki...  
O,  dünyagörüşünün,  şəxsiyyətinin  və  bir  sənətkar  kimi  forma-
laşmasında  mühüm  əhəmiyyət  kəsb  edən  Naxçıvan  şəhərini  təsvir 
edərkən sanki coğrafi “xəritə” yaradır. Hər qarışında tarix yatan Nax-
çıvanın  qədimliyi,  gözəlliyi,  ictimai-siyasi  vəziyyəti,  doğulduğu  ev, 
hətta qapının ağzındakı tut ağacı bu “xəritə”də öz əksini tapıb. 
Onun  epistolyar  irsində  Naxçıvan  xanlarından  Rəhim  xanın, 
Fərəculla  və  Nəsirulla  Şeyxovların,  Eynəli  bəy  Sultanovun  və  başqa-
larının adı çəkilir, qardaşı Əlirzanın təhsilindən bəhs etdiyi məktubla-
rında yazdığı bir cümlə ilə 1906-cı ildə nəşr edilən “Həyat” qəzetinin 
vəziyyətini təsvir edir: “O da “Həyat” kimi ölər.” 
Həmçinin M.T.Sidqi və Q.Şərifzadə ilə dostluğu, İstanbulda ke-
çirdiyi ağır tələbəlik illəri, İran ictimai həyatı, oxuduğu qəzetlər Türki-
yənin  ictimai-siyasi  həyatı,  kitabxana  və  muzeyləri,  teatrların  vəziy-
yəti, maddi yardım üçün müraciət etdiyi adamlar, ticarət üçün apardığı 


mallar, İran inqilabçıları ilə tanışlıq, onlara münasibəti, yaşadığı Vali-
dəxana  həyatı,  orada  yaşayan  və  ticarətlə  məşğul  olan  ordubadlı  və 
təbrizli tacirlər, Bosfor boğazının gözəlliyi və s. şairin kamilləşən şəx-
siyyəti mürəkkəb, qaynar ədəbi-mədəni mühit işığında verilir.  
Onun epistolyar irsində həyatının beş ilini (1905-1910) keçirdiyi 
İstanbul  haqqında  da  xeyli  bilgilər  var.  Şairin  Türkiyədəki  həyat  və 
fəaliyyəti haqqında məlumatı, əsasən, onun o zaman İstanbuldan Nax-
çıvana, dostu Qurbanəli Şərifzadəyə (Əziz Şərifin atası – L.Ə.) yazdığı 
səkkiz  məktub  vasitəsilə  almış  oluruq  (Onun  İrandan  Q.Şərifzadəyə 
yzadığı məktub yoxdur – L.Ə.). 
Bu  səbəbdən  həmin  məktubların  nə  dərəcədə  əhəmiyyətli  oldu-
ğunu ayrıca qeyd etməyə zənnimizcə, heç bir ehtiyac yoxdur. Hüseyn 
Cavidi  uşaqlıq  və  gənclik  illərindən  tanıyan,  “gənclik  vaxtında  isə, 
Tiflisdə gimnaziyada oxuyan zaman, 1912-1914-cü illərdə onunla tez-
tez görüşmüş, şirin-şirin söhbətlər etmiş və bunların hamısını gündəli-
yində əks etdirmiş” (4, 26) professor Ə.Şərif bu məktubların əhəmiy-
yətindən  bəhs  edərək  yazır:  “Mənim  əlimdə  onun  İstambuldan  Nax-
çıvana Qurbanəli Şərifzadəyə (Əziz Şərifin atası – L.Əsgərzadə) yaz-
dığı səkkiz məktubu vardır ki, bunlar 1906-1910-cu ilə qədər dörd ilin 
ərzində  yazılmışdı.  Bu  məktublar  şairimizin  həyat  və  yaradıcılığında 
əhəmiyyətli olduğu kimi, tərcümeyi-halında da qaranlıq olan İstambul 
dövrünü lazımi dərəcədə aydınlaşdırır” (4, 26). 
Bu  məktublar  Cavidin  İstanbul  dövrü  ilə  bağlı  qiymətli  məlu-
matlarla  bərabər,  onunla  dostu,  fikir  atası  möhtərəm  Q.Şərifzadənin 
münasibətlərinə  aydınlıq  gətirir.  Qurbanəli  Şərifzadənin  onunla  o 
dövrün  ictimai  həyatında  oynadığı  əlamətdar  rolu  və  əhəmiyyətini 
göstərməklə  yanaşı,  həm  də  İstanbulu  gözümüz  önündə  canlandırır. 
İstanbul  dövrünə  işıq  tutan  bu  məktublar  vasitəsilə  öyrənirik  ki, 
“İstambulda  dörd  tramvay  yolu”,  “çox  böyük  qiraətxana  və  kütüb-
xanələr varmış, amma layiqlərincə kitabları və qəzetləri yoxmuş, çün-
ki  hər  bir  eyi  mündəriciat  və  mətbuat  yasaq”mış  və  belə  anlaşılır  ki, 
dörd-beş  sənə  bundan  əqdəm  Türkiyədə  hürr  əsərlər  var  imiş  və 
camaata  da  belə  dəhşətli  surətdə  sıqı  tutulmazmış,  ələlxüsus  Kütüp-
xaniyi  Ümumiyi  Osmaniyənin  bir  tərəfində  7-8  sandığa  kimi  kitab 
varmış,  beş  sənə  bundan  əqdəm  yasaq  və  məmnun  deyilmiş,  amma 
indi yasaq olmuş... 
İstanbulda mütəəddid və gunagun teatrolar var; ələlxüsus rəma-
zanda  büsbütün  qəsəbə  və  çox  əsnafın  dükanları  gecələr  açıq  olub, 
məfhum  olduğuna  görə  teatrolar  daha  ziyadələrdir  və  türklər  də  o 
gecələrdə  teatroya  getməyə  artıcaq  talip  və  rağib  olurlar.  Qarşıdakı 


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə