Nizami adına ƏDƏBİyyat institutu



Yüklə 3,05 Mb.
Pdf görüntüsü
səhifə21/130
tarix31.10.2018
ölçüsü3,05 Mb.
#77077
1   ...   17   18   19   20   21   22   23   24   ...   130

baycanca  çap  olunmuş  «Təmsilati-kapitan  Mirzə  Fətəli  Axundzadə» 
kitabının (15, fond 2, s.v. 582) «Fehristi-kitab» adlı ön sözündə böyük 
ədib  alınma  sözləri  xalq  danışıq  dili  tərzində  yazmağı  tövsiyə  edir 
(«Xitab  bər  katib»):  «Ona  binaən  təvəqqe  edirəm  ki,  sən  də  mənim 
kimi adəmi, türki dilində – adam yazasan, toxmu – toxum, cifti – cüt, 
müqəyyədi – muğayat, övrəti – arvad, qaidəni – qayda…» (16, 313). 
M.F.Axundzadə bədii əsərlərində də mətləbin canlı xalq dilində, 
sadə  və  anlaşılan  tərzdə  təqdim  olunmasının  tərəfdarı  idi.  Fikrimizi 
əsaslandırmaq  üçün  onun  «Səidə  xitab»  şeirinə  nəzər  salmaq  kifa-
yətdir: 
 
… Müqəffvü müsəcce yazmağı bilmərrə tərk eylə
Kəlamın vazeh olsun, mətləbi tikrar ilə yazma! 
Təkəllümdə nə vəz ilə sölərsən mətləbi sadə, 
Şu vəzi hini-təhrirində daxı yaddan çıxarma! (17, 241). 
 
Beləliklə,  M.F.Axundzadə  epistolyar  irsində  olduğu  kimi,  bədii 
əsərlərində də dil məsələsinə xüsusi diqqət yetirmiş, başqalarından da 
dilə  yanaşmada  həssaslıq  tələb  etmişdir.  M.F.Fxundzadənin  dilə  olan 
münasibətini bütövlükdə onun mətbuata  yanaşma məsələsinə müncər 
etmək olar. 
M.F.Axundzadənin  mətbuat  görüşləri,  təbii  ki.  «Əkinçi»  qəzeti 
ilə  bitməmişdir.  Onun  «Con  Stüard  milli  azadlıq  haqqında»  məqalə-
sində  (16,  354-356)  fikir,  söz  və  mətbuat  azadlığı,  o  cümlədən  fikir 
plüralizmi məsələsi öz həllini tapmışdır.  
M.F.Axundzadə  heç  vaxt  birbaşa  hansısa  qəzet  redaksiyasında 
çalışmasa  da,  mətbuatı  müntəzəm  izləməsi,  habelə  Tiflisdə  nəşr  olu-
nan  qəzetlərdə,  o  cümlədən  «Kavkaz»da  çıxışları  ilə  qəzetçilik  işinə 
dərindən bələd olmuşdur. Bunu böyük  ədibin 1866-cı ildə qələmə al-
dığı «Kritika (Yüksək İranın «Millət» qəzeti münşisinə)» adlı kifayət 
qədər  sanballı  əsərindən  də  görmək  mümkündür  (16,  319-335).  Əsər 
Tehranda  2  iyul  1866-cı  ildən  16  sentyabr  1870-ci  ilədək  işıq  üzü 
görən,  cəmi 33 nömrəsi  çıxan  «Ruznaməyi-milləti»  məcmuəsinin re-
daktoru  Etizaddüssəltənəyə  müraciət  şəklində  yazılmışdır,  tövsiyə  və 
tənqid ruhundadır. Epistolyar janrda qələmə aldığı əsərdə M.F.Axund-
zadə  redaktora  «…bir  Qafqaz  vətəndaşı,  islamiyyət  və  məzhəb  cə-
hətindən  İran  milləti  ilə  qardaş  olan  bir  şəxs  kimi»  müraciət  edərək 
mətbuatla  bağlı  ən  vacib  məsələləri  onun  diqqətinə  çatdırmışdır. 
M.F.Axundzadənin Etizaddüssəltənəyə ilk iradı qəzetdə iranlıların əla-
məti  kimi  məscid  şəklinin  verilməsidir.  Qeyd  edək  ki,  nəşrin  birinci 


səhifəsinin  başında  İran  xalqının  simvolu  kimi  məscid  təsvir  olun-
muşdur (18, 33-34). M.F.Axundzadəni də narazı salan budur. O, ira-
dını belə əsaslandırmışdır: «Qəzetinizdə İran millətinin əlaməti olaraq 
qəbul  etdiyin  məscid  şəkli,  mənim  nəzərimdə  namünasib  görsənir. 
Əgər «millət» sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran 
qövmünü nəzərdə tutubsansa, məscid  İran qövmünə məxsus deyildir, 
bəlkə cəmi islam tayfaları məscid sahibidirlər» (16, 320). Göründüyü 
kimi, ilk  baxışdan diqqəti cəlb etməyən, amma  qəzetçilikdə  vacib  bir 
detal–təsvirin  uyarlılığının  qeyri-dəqiqliyi  M.F.Axundzadəni  narahat 
etmişdir. M.F.Axundzadə bununla bağlı sadəcə iradını ifadə etməmiş, 
eyni  zamanda  tarixi  gerçəkliklərə  söykənən  faktlara  istinad  edərək 
professionallıqdan  gələn  məsləhətini  vermişdir:  «…İran  millətini 
tanıtmaq üçün sən gərək qırmızı mahıddan olan on iki guşəli qızılbaş 
tacının  şəkli  kimi  elə  bir  əlamət  tapasan  ki,  bir  tərəfdən  qədim  fürs 
padşahlarına  aid  olsun,  digər  tərəfdən  isə  Səfəviyyə  padşahlarını 
xatırlatsın» (16, 320). M.F.Axundzadənin bu iradı əslində qəzet tərti-
batının prinsipləri ilə üst-üstə düşür. 
Əsərdə  M.F.Axundzadə  tərəfindən  mətbuatla  bağlı  konseptual 
şəkildə irəli sürülmüş ikinci problem mövzunun aktuallığı məsələsidir. 
Onun  redaktorun  ünvanına  səsləndirdiyi  irad  ümumilikdə  ictimaiy-
yətin  diqqətini  cəlb  etməyəcək  bir  mövzuya  qəzetdə  iki  səhifədən  də 
artıq bir yerin verilməsidir. O, şair Süruşla bağlı böyük bir materialın 
qəzetdə getməsini qəbul etmir və bunun sosial sifariş olmadığına işarə 
edir:  «Sən  özün  yazıbsan  ki,  xəvvas  və  əvam  «Millət»  qəzetindən 
mənfəətbərdar  olmalıdır.  İnsaf  məqamında  səndən  soruşuram  ki, 
«Süruş»  təxəllüslü,  ondan  sonra  «Şəmsüş-şüəra»  ləqəbli  şairin  əsil-
nəcəbini və tərcümeyi-halını bilməyin millətə nə faydası vardır ki, öz 
oxucularını bu məsələni oxumağa məcbur edib, onlara dərdi-sər verib-
sən?» (16, 320). 
M.F.Axundzadənin Etizaddüssəltənəyə məktubunda diqqəti cəlb 
edən digər bir məsələ insanın şərəf və ləyaqətinə hörmət bəslənilməsi, 
şəxsiyyətin  təhqir  edilməsinin,  habelə  milli,  dini,  irqi  ayrı-seçkiliyin 
yolverilməzliyidir.  Süruşun  qəsidəsində  özgə  dindən  olanların  «hə-
şərat»  adlandırılmasını  əxlaqazidd  hərəkət  kimi  qiymətləndirən 
M.F.Axundzadə  şairə  xitabən  belə  halların  birinci  növbədə  millətə 
ziyan  gətirdiyini  vurğulamışdır:  «Sizin  əlinizdən  dünyanın  hansı  tə-
rəfinə baş götürüb qaçaq?! Sizin bu cür əqidənizin nəticəsi o olacaqdır 
ki,  get-gedə  dünyanın  bütün  millətləri  bizimlə  ədavət  edib,  zəlil  və 
məhv  olmağımızı  istəyəcəklər»  (16,  333).  M.F.Axundzadənin  bu 
mövqeyi əslində onun tolerant dünyagörüşü ilə birbaşa bağlıdır. Qeyd 


edək  ki,  ilk  Azərbaycan  qəzeti  «Əkinçi»nin  də  mövqeyi  M.F.Axund-
zadənin  mövqeyi  ilə  tamamilə  üst-üstə  düşürdü.  Qəzetin  birinci  və 
ikinci  nömrələrində  birinci  səhifənin  başında  redaksiyadan  bildiriş 
xarakterli xatırlatmanın verilməsi buna sübutdur. Qəzetin hər bir kəsin 
üzünə  açıq  olduğunu  yazan  H.Zərdabi  oxucuların  və  müəlliflərin 
diqqətinə həm də aşağıdakıları çatdırırdı:  «…bu  məktublarda dövləti-
əliyyə,  ya  məzhəbə,  ya  bir  ismən  adlanan  şəxsə  dəyən  sözlər  ola,  ol 
vaxtda qəzetin münşisində ixtiyar var ki, o məktubu çap etməsin, ya o 
nalayiq  sözləri  bərkənar  edib  sonra  çap  etsin»  (14,  17  və  30). 
M.F.Axundzadə  və  H.Zərdabi  ümumilikdə  tolerantlığın  milli  mental 
səviyyədə  gerçəkləşməsini  istəyirdilər.  Onlar  çox  yaxşı  bilirdilər  ki, 
milli və dini tolerantlıq, insan şəxsiyyətinə hörmət demokratik cəmiy-
yətin  əsas  atributlarındandır.  Milli-mədəni  düşüncə  tariximizin  bu  iki 
nəhənginin  arzuları  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  və 
Azərbaycanın  yenidən  öz  müstəqilliyini  bərpa etməsindən  sonra  real-
laşmışdır.  Azərbaycan  Respublikasının  Konstitusiyasında  şəxsi  toxu-
nulmazlıq  (Maddə  32),  şərəf  və  ləyaqətin  müdafiəsi  hüququ  (Maddə 
46),  eləcə  də  fikir  və  söz  (Maddə  47),  vicdan  (Maddə  48),  məlumat 
(Maddə 50) və yaradıcılıq azadlığı (Maddə 51) məsələləri təsbit olun-
muşdur (19, 31, 41, 42, 43 və 44). 
M.F.Axundzadənin  redaktora  məktubunda  tənqid  ruhu  daha 
yüksək  olsa  da,  o,  Etizaddüssəltənəyə  müvafiq  tövsiyələrini  də  ver-
mişdir.  Bu  tövsiyələr  qəzetin  qarşısında  duran  vəzifələr  və  pers-
pektivdə  görüləsi  işlərlə  bağlıdır.  M.F.Axundzadə  qəzetin  vəzifələri 
deyəndə  aşağıdakıları  nəzərdə  tuturdu:  «Millət»  qəzetində  birinci  – 
xarici  politika  işlərini  bəyan  etməlisən.  İkinci  –  İran  dövlət  rəh-
bərlərinin ölkənin intizamı, millət və məmləkətin faydaları xüsusunda 
gördükləri  tədbirlər  haqqında  yazmalısan.  Üçüncü  –  bəzi  teleqraf 
xəbərlərini  aydın  xətt  ilə  yazmalısan.  Dördüncü  –  daxili  xəbərləri  və 
hadisələri  qeyd  etməlisən…  Beşinci  (başlıca  və  ən  əhəmiyyətli  iş 
budur) – İranın ticarət və əkinçiliyinin yüksəlməsi, onun mədənlərinin 
kəşfi  və  işə  salınması,  susuz  və  əkilməyən  çöllərin  suvarılması  haq-
qında, ülum və fünun və sənaye haqqında, xüsusilə məktəblər açmaq 
və  uşaqların  tərbiyəsi  işinə  əhəmiyyət  verilməsi  və  bunun  kimi  mə-
sələlər özünün və ya qeyrilərinin fikir və tədbirlərini göstərməlisən…» 
(16, 334). 
M.F.Axundzadə  redaktora  «yeni  tərbiyə  tapan  gəncləri  təşviq 
etmək  üçün»  nəşrin  səhifələrində  fazillərin,  filosofların,  həkimlərin, 
şair və ordu sərkərdələrinin ən məşhurlarının həyatından, onların əsər-
lərindən  parçalar  verməyi  tövsiyə  edirdi.  Böyük  ədib  nəşrin  məz-


Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə