Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə33/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   29   30   31   32   33   34   35   36   ...   444
III FƏSIL.

Sahibkarlıq rəqabəti


§ 1. Rəqabətin növləri

' V Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıları arasındakı azad rəqabətin mövcud olmasıdır. Rəqabət - öz sahibkarlıq fəaliyyətinin nəticələrini daha da yaxınlaşdırmaq məqsədi ilə ən əlverişli istehsal və satış şərtləri əldə etmək uğrunda istehsalçılar, mal göndərənlər, bir sözlə, firma və müəssisələr arasındakı mübarizədir.)

Bazar münasibətləri sistemində rəqabətin əsas məzmunu alıcı uğrunda mübarizə vo onların ehtiyatlarının tam təmin edilməsidir. Bazarda daha çox pay və mövqe uğrunda mübarizə və bu sahədə əldə edilən müvəffəqiyyət ilk növbədə əmtəə istehsalçılarının istehsal etdikləri məhsulun keyfiyyəti və onun qiymətinin aşağı olmasından asılıdır. Əslində bazar münasibətləri şəraitində rəqabət sahibkarlıq fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir.

U Bazar münasibətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində əmtəə istehsalı ilə eyni vaxtda yaradılmışdır.' Lakin kapitalizmin inkişaf etdiyi şəraitdə o həm bazar münasibətlərinin ən mühüm amilinə və həm də ictimai istehsalın çevik tənzimlənməsinə çevrilmişdir. XIX əsrin ortasından etibarən dövlət tərəfindən tənzimlənməyən və azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə istehsalına müstəsna hallarda yalnız tələb və təklif mexanizmi və ona uyğun olaraq qiymətin dəyişməsi yolu ilə təsir edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və inkişafı əmtəə istehsalını istehlakçıların tələblərini öyrənməyə, istehsal etdikləri məhsulun keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı

^nişləndirmə- yə və istehsal xərclərini aşağı salmağa məcbur edirdiv Pu dövrdə rəqabətin iki əsas forması - sahədaxili və sahələrarası rəqabət yaranıb inkişaf etməyə başladı.

Sahədaxili rəqabət - bir sahərpu əmtəə istehsalçıları arasındakı rəqabəti xarakterizə edir. Əgər müəssişə yüksək əmək məhsuldarlığına nail olursa, orta səviyyəli əmək mqhsuldarlığı ilə işləyən müəssisələrə nisbətən daha çox əlavə mənfəət əldə edir. Əksinə, texniki və texnoloji cəhətdən zəif inkişaf edən müəssisə istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqabət müəssisələri elmi-texniki tərəqqinin inkişafına stimullaşdırır.'

' Sahələrarası rəqabət - müxtəlif sahələrə daxil olan müəssisələr arasındakı rəqabəti xarakterizə edir. Sahələrarası rəqabət inkişaf etdiyi mühitdə kapitalın aşağı mənffət normalarına malik olan sahələrin daha yüksək mənffətə malik sahələrə axını yaranır. Daha gəlirli sahə-



  1. Yüklə 1,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə