Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


Konsultativ layihələrin yerinə yetirilməsinin təşkili



Yüklə 1,54 Mb.
səhifə32/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   28   29   30   31   32   33   34   35   ...   444
Konsultativ layihələrin yerinə yetirilməsinin təşkili. Konsulta- (iv xidmətlər göstərən firmalar ilə müştərilər arasında əlaqə yaradılan- 60 Vaqif Niftullayev. Sahibkarlığın əsaslan



başlamazdan əvvəl isə məsləhətçinin müştəri firma haqqında kifayət qədər müfəssəl məlumata malik olması zəruridir. Məsləhətçi üçün aşağıdakı məlumatların əldə edilməsi zəruridir: finna nə istehsal edir və konkret olaraq nə ilə məşğuldur, işçilərin sayı nə qədərdir və ixtisas dərsləri necədir. Ümumi kollektivdə idarəetmə personalının xüsusi çəkisi, istehsal edilən məhsul və xidmətlərin həcmi, xərclərin strukturu, mənfəətin həcmi və onun mənbələri, firmanın maliyyə vəziyyəti, müqavilələrin sayı, partnyorlarm (tərəf müqabillərinin) etibarlılığı göstərilir. Bundan sonra isə şərait, problemin mahiyyəti və onun dəyişmə dinamikası müəyyənləşdirilir. Daha sonra isə işlərin yerinə yetirilməsi ilə bağlı plan-qrafik tərtib edilir və bir sıra zəruri hüquqi sənədlər hazırlanır. Burada əsas diqqət işlərin yerinə yetirilməsinin plan- qrafikinə yönəldilir. Bu da işlərin yerinə yetirilmə müddətinin dəqiq müəyyənləşdirilməsini əhatə edir.

Konsultativ layihələrin hazırlanması zamanı işin hansı formada başa çatdırılacağının nəzərdə tutulması da müəyyənləşdirilir. Təbiidir ki, işlərin yerinə yetirilməsi zamanı sifarişçi - firmanın psixologiyasının nəzərə alınması da zəruridir. Sifarişçinin maraqlarının təmin edildiyi şəraitdə onun mənafeyinin qorunması ilə bağlı tədbirlər görülməlidir. Bunun üçün mənafelərin daha çox təmin olunması baxımından hər hansı aralıq variantdan istifadə olunması və onların reallaşdırılması məsləhət görülür. Bu sifarişçi firmanın rəhbərliyi üçün konkret təkliflərin hazırlanmasından, məsləhətçinin təkliflərinin xidmətlərin icrası zamanı müzakirəyə verilməsindən, ayrı-ayrı təkliflərin reallaşması üçün əmrlərin hazırlanmasından ibarət ola bilər. İşin sonunda təkliflərin siyahısı, layihələrin reallaşması ilə bağlı təkrar plan da daxil olmaqla hesabat hazırlanır. Bundan əlavə məsləhətlərin nəticələrinin sənəd- ləşdirilməsinin digər razılaşdırılmış növlərindən də istifadə edilə bilər. Konsaltinq firmasının müştəriləri cəlb etmək yolları. Konsultativ xidmətlər bazarının ən mühüm xüsusiyyətlərindən biri bu fəaliyyət növü ilə məşğul olan firmanın “öz məhsulunun nümunələrini”, “öz xidmətlərinin nümunələrini” göstərmək imkanlarından məhrum olmasıdır. Ona görə də bu cür fəaliyyətlə məşğul olan firma qarşısında müştərilərin cəlb edilməsi kəskin

problem kimi dayanır.



Konslutativ xidmətlər göstərən firmaların müştərilər cəlb etmək üsulları müxtəlifdir. Bu üsullar öz fəaliyyətinin reklam edilməsi; vasitəçilər vasitəsilə müştərilər cəlb edilməsi; keçmiş sifarişçilərin rəylərindən istifadə olunması ilə həyata keçirilir.

Daha sadə və eyni zamanda geniş surətdə tətbiq edilən üsul fəaliyyətin reklam edilməsidir. Firma konsultativ xidmətlər sahəsində imkanlarını göstərən, layihələrin müvəffəqiyyətlə yerjnə yetirilməsinə istinad edən, habelə xidmətlərin dəyərini əks etdirən reklam elanlarını, reklam arayışlarının müxtəlif növlərini geniş yayır. Bundan əlavə vasitəçilərdən istifadə etməklə müştərilərin cəlb edilməsi üsulu da



// fəsil. Sahibkarlıq fəaliyyətinin növləri 61

peniş yayılmışdır. Qərb ölkələrində bu cür vasitəçilərin axtarılıb ta- inlmasınm xüsusi metodikası hazırlanmışdır. Bu məqsədlə də xüsusi \ iisait ayrılır. Bu sahədə həlledici faktor konsultant (məsləhətçi) firmanın müəyyən müvəffəqiyyətə nail olması, onun uğurlu xidməti, rıislordiyi fəaliyyətin nəticələri hesab edilir. Onu da qyed etmək lazımdır ki, iri və habelə orta müştərilərinin müsbət rəyi ən yaxşı reklamdan üstün sayılır.

Konsultativ xidmətlər sahəsində sifarişçilərin təmin edilməsində konsultant firmanın imici də mühüm rol oynayır. Vizit kartoçkalarının sayı, ofisin müvafiq şəraiti, yerləşdiyi ərazinin əlverişliliyi, xarici gör- komi, firmanın işçilərinin münasibəti - bütün bunlar konsultant firma ılo əməkdaşlıq edəcək sifarişçinin müsbət qərar qəbul etməsinə təsir edən faktorlardandır.

Konsultant firmaların olması və fəaliyyəti doğrudan da zəruridir- mi? iqtisadiyyatın inkişafının hazırkı mərhələsində iqtisadi vəziyyət \ ə ayrı-ayrı müəssisələrin fəaliyyəti əhəmiyyətli dəyişikliklərə uğra- \ ır vo daim yeni problemlər yaradır. Bu baxımdan yuxarıdakı sualın (. avabı bir mənalıdır. Bəli, lazımdır, zəruridir. Eyni zamanda müəssi- solorin əksəriyyətinin maliyyə vəziyyətinin ağırlığını və maliyyə vəsait lorinin məhdudluğu nəzərə alınmaqla müəssisələrdə və firmalarda yaranmış problem müəyyənləşdirilməli və yalnız bundan sonra məslə- hotçi dəvət edilməlidir. Ən başlıca problem kimi müəssisənin inkişaf sirategiyasımft araşdınimasına başlanmalıdır. Məhz bütün bu proses- I; irdən sonra firmanın marketinq və innovasiya potensialının inkişafı ılo bağlı problemin həllinə məsləhətlər verilməlidir.

62 Vaqif Niftullayev. Sahibkarlığın dsasları


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə