Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’



Yüklə 1,54 Mb.
səhifə31/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   27   28   29   30   31   32   33   34   ...   444
Konsultativ xidmətin metodları. İqtisadi praktikada konsultativ xidmətlərin müxtəlif metodları mövcuddur. Lakin konsultativ xidmətin ən çox üç növü tətbiq edilir. Bunlara da ekspert, proses və təlimatlar aiddir.

Ekspert konsultativ xidmətlər - konsaltinqin ən passiv formasıdır. Bu zaman konsultant (məsləhətçi) diaqnostika, qərar layihəsinin hazırlanması və onun tətbiqinə dair məsləhətlərin verilməsini müstəqil şəkildə həyata keçirir. Bu şəraitdə müştəri konsultantı yalnız zəruri informasiyalarla təmin edir.

Prosessual konsultativ xidmətlər zamanı konsaltinq firmasının mütəxəssisi layihələrinin hazırlanmasının bütün mərhələlərində müştərilərlə fəal qarşılıqlı əlaqədə olur, öz ideya və təkliflərinə qarşı tərəflərin münasibətini öyrənir. Konsultant müştəri ilə birgə problemin mövcud vəziyyətini araşdırır, təhlil edir və son nəticədə təkliflər hazırlayır.

Təlim xarakterli konsultativ xidmətlər zamanı mütəxəssislərin başlıca vəzifəsi qərarların hazırlanması və ideyaların yaradılması üçün münbit şərait yetişdirməkdən ibarətdir. Bu məqsədlə mütəxəssislər müştərilərə mühazirələr oxuyur, seminarlar aparır, müştərilər üçün tədris vəsaiti hazırlayır, onlar üçün zəruri olan nəzəri və praktiki informasiyaları təmin edir.

Praktikada konsultativ metodların yuxarıda qeyd edilən növləri ay- n-aynlıqda tətbiq edilmir. Hər üç növün kombinasiyasından daha geniş istifadə edilir.

Sənaye üzrə inkişaf etmiş ölkələrdə konsultativ xidmətlər uzun illərdir ki, bazar iqtisadiyyatı infrastrukturunun ən mühüm elementi hesab edilir. Konsaltinq statistikada müstəqil sahə kimi araşdınlır. ABŞ-da bu sahədə 700 min nəfərdən çox adam məşğul olur, xidmətlərin illik həcmi isə 50 mlrd, dollar təşkil edir. İstər iqtisadi cəhətdən inkişaf etmiş və istərsə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi və idarəetmə qərarlarının heç biri konsultantlann xidmətləri olmadan qəbul edilmir.

Kommersiya fəaliyyəti əsasında yaranan xüsusi konsultativ xidmət firmaları ilə yanaşı bu sahə ilə bağlı dövlətin informasiya, təlim və tədqiqat təşkilatlan da mövcuddur. Konsultativ xidmətlər ən müx- ləlif səciyyə daşıyır. Avropanın menecment üzrə konsultantları 84 növ konsultativ xidmətlər yerinə yetirir. Bunlar da əsasən 8 qrupda birləşdirilir: ümumi idarəetmə; inzibati idarəetmə; maliyyə idarəetməsi; kadrlar üzrə idarəetmə; marketinq; istehsal; informasiya texnikası; xüsusi xidmətlər.




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə