Niftullayev Vaqif Sahibkarlığın əsasları ‘Zaman nəşriyyatı’


İstehsal sahibkarlığının mahiyyəti



Yüklə 1,54 Mb.
səhifə17/444
tarix24.02.2022
ölçüsü1,54 Mb.
#84017
1   ...   13   14   15   16   17   18   19   20   ...   444
İstehsal sahibkarlığının mahiyyəti. Sahibkarlıq fəaliyyətinin növləri bir-biri ilə qarşılıqlı əlaqədə olub, bir-birini tamamlayır. Sahibkarlıq fəaliyyətinin növləri içərisində istehsal sahibkarlığı ən prioritet sahələrdən olub daha çox mürəkkəbliyi ilə xarakterizə olunur.



// fasiL Sahibkarlıq fəaliyyətinin növləri 35

Sxemdən göründüyü kimi, istehsal sahibkarlığına innovasiya, elmi-texniki fəaliyyət, əmtəə və xidmətlər istehsalı, istehlak məhsullan istehsalı və həmçinin informasiya fəaliyyəti aiddir. İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı sahələr hər şeydən əvvəl konkret olaraq hansı məhsul istehsal edəcəyini, hansı xi(toətlər göstərəcəyini əvvəlcə- tlon planlaşdınr. Sahibkar sonra marketinq fəaliyyəti ilə məşğul olur. Omtəə və xidmətlərə olan tələbatı və ehtiyatları öyrənmək məqsədi ilə sahibkar potensial istehsalçılarla, əmtəənin alıcıları, topdansatış və pərakəndə ticarət təşkilatlan ilə əlaqə yaradırlar. Danışıqların yekunu sahibkar və əmtəənin gələcək alıcıları arasında bağlanacaq müqavilələrə xidmət edir. Bu cür kontraktlar sahibkarlıq fəaliyyəti ilə bağlı yaranacaq risklərin minimuma endirilməsinə imkan verir. Bazar münasibətlərinin inkişaf etdiyi Qərb ölkələrində şifahi danışıqlar kontraktların bağlanması üçün zəruri olub onun reallaşması üçün etibarlı təminat formalaşdınr. Bazar münasibətlərinin o qədər də inkişaf etmədiyi Şərqi Avropa və keçmiş İttifaq respublikalannda isə şifahi danışıqlar o qədər də etibarlı deyildir. Sahibkarlıq riski həmin ölkələrdə əhəmiyyətli dərəcədə böyükdür.

İstehsal amilləri. Məlum olduğu, kimi iqtisadiyyatda istehsal amillərinə istehsal fondlan, işçi qüvvəsi və informasiya xidməti daxildir. İstehsal fondlan da öz növbəsində əsas və dövriyyə fondlanna bölünür.

Əsas istehsal fondlarına binalar, qurğular, ötürücü avadanlıqlar, güc maşınları, iş maşınlan və avadanlıqlar, ölçü və tənzimləyici ava- danlıc|lar, laboratoriya qurğulan, hesablama texnikası, nəqliyyat vasitələri, istehsal inventarları, sair əsas fondlar daxildir. Əsas istehsal fondlarına həmçinin istehsal sexlərinin binalan, zavod və fabriklərin idarə binası, laboratoriya və

s. aiddir. Ötürücü qurğulara güc kabelləri, elektrik xətləri, müxtəlif kəmərlər, o cümlədən neft və qaz kəmərləri aiddir. Güc maşınlarına müxtəlif mühərriklər, turbinlər və s. aiddir. Əsas istehsal fondlannm mühüm elementi iş maşınlan və avdanlıqlar- dır. Bunlara texnoloji qurğular, köməkçi sexlərin maşın və avadanhq- lan aiddir. Əsas fondlann bu hissəsi, yəni bilavasitə maşın və avadan- lıqlann məhsul istehsalında istifadə edilən hissəsi aktivlər adlanır. Nəqliyyat vasitəsinin tərkibinə bütün nəqliyyat növləri: avtomobil, dəmir yolu, aviasiya, dəniz nəqliyyatı və s. aiddir. Əsas istehsal fondlan iki şərtlə xarakterizə olunur: dəyər üzrə - 1 milyondan yüksək dəyərə və istismar müddətinə, bir ildən yuxan.

Dövriyyə istehsal fondlanna xammallar, əsas və köməkçi materiallar, yanacaq və eneıji resurslan, tara və tara materiallan, az qiymətli və tez köhnələn əşyalar, istehsal inventarlan, təmir üçün ehtiyat hissələri daxildir. E}mi zamanda dövriyyə fondlanna qablaşdırma materiallan, ya- nmfabrikatlar və gələcək dövrün xərcləri də aiddir. Xammala emal mərhələsi keçməmiş sənaye sahəsində emal üçün alınmış əmək predmetlə- ri aiddir. Materiallara son məhsulun hazırlanması üçün istifadə olunan il-



38

nışdır. Lakin ABŞ, Kanada, İngiltərə, Fransa və digər demokratiya və bazar münasibətləri inkişaf etmiş ölkələrdə bu anlayışlar iqtisadiyyatın inkişafının yeni formaları, o cümlədən müxtəlif təsərrüfatçılıq formaları, bazar, sahibkarlıq, şəxsi təşəbbüs və işgüzarlıq, konversiya səylərinin dövlət tərəfindən həvəsləndirilməsi və s. ilə əlaqədardır. Bu həmin ölkələrə imkan verir ki, onlar müvəffəqiyyətlə inkişaf etsinlər və XX əsrdə iqtisadi lider mövqeyini əldə saxlamağa nail olsunlar. Bütün bunlar isə vençur sahibkarlığının öyrənilməsini və inkişafını obyektiv zərurətə çevirsin. Bununla əlaqədar olaraq aşağıdakı məsələlər ön plana çəkilməlidir: vençur işgüzarlığı nəyi öyrənir, vençur işgüzarlığı nəyi vacib hesab edir.

Qeyd etmək lazımdır ki, vençur işgüzarlığı cəmiyyətin tərəqqisi üçün birinci dərəcəli sosial-iqtisadi vasitədir. Vençur işgüzarlığının inkişafı üçün ilk növbədə zəruri şərait yaradılmalıdır. Onun köməyilə bir sıra yığılıb qalmış problemlərin həllinə nail olmaq mümkündür.

Vençur işgüzarlığı nə deməkdir?

Vençur işgüzarlığı dedikdə sahibkarların, firma və şirkətlərin gəlirlərinin artırılması məqsədilə elmi-tədqiqat layihələrinə əsaslanıb, yeni elmi ideyalar həyata keçirilməsi üzrə ixtisaslaşdınimış iqtisadi fəaliyyət məfhumu başa düşülür. Vençur işgüzarlığını sahibkarlığın digər formalarından fərqləndirən cəhəti ondan ibarətdir ki, burada gəlirlərin əldə edilməsi zamanı hədsiz dərəcədə qeyri-müəyyənliklər yaranır. Əgər yeni istehsalın və bazara çıxarılan məhsulun layihəsi müvəffəqiyyət qazanmazsa gələcəkdə tələbatı ödəmək məqsədilə bazara çıxanlan məhsul öz alıcısını tapmır və son nəticədə sahibkar mənffət əldə etmək imkanından məhrum olur. Vençur işgüzarlığının zəruri komponentləri kimi iqtisadiyyatda vençur, vençur kapitalı və vençur sahibkarlığının dövlət tərəfindən müdafiə olunması mühüm əhəmiyyət kəsb edir. Vençur elmi-tədqiqat layihələrinə əsaslanaraq yeni ideyalar işləyib hazırlayan, onu həyata keçirən kiçik konsturktor müəssisəsini təmsil edir. Orada çalışan işçilərin sayı adətən 100 nəfərdən çox olmur.

Vençur kapitalı - yeni texnologiyaların və layihələrin işlənib hazırlanması və həyata keçirilməsinə sərf edilən maliyyə vəsaitidir (investisiyadır). Vençur kapitalının əsas xüsusiyyəti onun mütləq qaytanlma- sı tələbinin qoyulmamasıdır. Çox vaxt vençur kapiğalının arxasında ən cəsarətli və risk etməyi bacaran subyekt dayanır. Amerika iqtisadi lek- sikonunda buna fərdi - antrepremor deyirlər.



Vençur işgüzarlığı - vençurlara maliyyə və qanunvericilik köməyi edən, onların inkişafını həvəsləndirən, onları sifarişlə təmin edən, təşkilatçılıq və idarəetmə sahəsində məsləhətçi köməyi göstərən xüsusi dövlət institutlarından ibarətdir.

Vençur işgüzarlığı ilk dəfə müharibədən sonrakı dövrdə-50-ci illərdə ABŞ-da meydana gəlmişdir. Onun yaranması bir sıra amillərlə izah olunur. Birinci amil investisiya proseslərinin gərginliyinin zəiflə



// fəsil. Sahibkarlıq faaliyy9tinin növhri 39

məsi şəraitində kapitalın çox yığılması və sərbəst vəsaitin yaranması ilə izah olunur. Bu istiqamətə mənfəət normasının aşağı düşməsi amili də təsir edir. Bu isə investisiya edən subyekti kapital qoymaq üçün başqa sahələr axtarıb tapmağa məcbur edir.

İri şirkətlər isə konunersiya nöqteyi-nəzərindən müvəffəqiyyəti şübhə altında olan elmi-texniki yeniliyin tətbiqi ilə məşğul olmağa qadir deyildirlər. Lakin vençur sahibkarlığının ayn-ayn nailiyyətləri o dərəcədə yüksək təsir bağışlamışdu- ki, “bəxtini sınamaq” istəyənlərin böyük bir dəstəsinin yaranmasına səbəb olmuşdur.

70-ci illərin sonunda dövlət kiçik elmi firmaların fəaliyyətinin hə- vəsləndirilməsində inhisar əleyhinə fəal siyasət yeritməyə başladı. Dövlət bu siyasəti, firmalann əhəmiyyətli dərəcədə vergi güzəştləri ilə təmin etməklə, vençur işgüzarlığının inkişafına bir daha şərait yaratmağa, həmin firmalann məhsullarına və qiymətli kağızlannı yerləşdirməyə təminat verməklə həyata keçirirdi.

Son onillikdə Amerikanın müraciətlərində, tədqiqatlarında və kütləvi nəşrlərində cəsur qüdrətli işgüzarın “antrelronorun” güclü surətdə təbliğ olunmasına başlandı. Amerika həmişə bu ruhda olmamışdı. Hələ otuz il bundan əvvəl “antrelronor” alçaldılmış, nüfuzdan salınmış söz kimi səslənirdi. O vaxt ölkənin gücünü və qüdrətini şirkətlərin menecerləri təmsil edirdi. Vaxt keçdikcə ictimai və şəxsi dəyərlərin iye- arxiyasmda kommersiyaya meyl cəsarəti yenə də mühüm yer tutdu. Şəxsi təşəbbüs və işgüzarlıq isə Amerika xalqının öz yüksək vəziyyətini bərpa etdi.

Müharibədən sonrakı döwdə vençur sahibkarlığınm inkişafı üç mərhələdən keçmişdir. Birinci mərhələ 50-60-cı illəri əhatə edir. Bu vaxt müxtəlif növ elektron texnikası istehsalı ilə ixtisaslaşmış çoxlu firmalar yaradılır, “Kseroks”, “Polyaroid” və s. bu kimi nadir kəşflərdən istifadə olunurdu. İkinci mərhələ 1969-1978-ci illəri əhatə edir. Bu dövrün xüsusiyyəti, vençur işgüzarlığının maliyyə imkanlarmın əhəmiyyətli dərəcədə azalmasından ibarətdir. Buna səbəb dövlətin vergiqoyma siyasətinin vençur işgüzarlan üçün qənaətbəxş olmaması idi. Lalan buna baxmayaraq, maliyyə yardımı olan vençurlann çoxu yeni məhsul buraxılması vasitəsilə böyük iqtisadi müvəffəqiyyətlərə nail oldular. Bu dövrdə yaranan “İntal”, ilk super EHM yaradan “Kray risserc”, fərdi EHM yara- danlann pioneri “EPL kompüter” və s.-ni göstərmək olar. ABŞ-da vençur sahibkarlığının üçüncü mərhələsi 1978-ci ildən sonra başlayır ki, bu da dövlətin kiçik elmi firmalarında vergiqoyma siyasətində apardığı dəyişikliklə izah edilir. Hazırkı vaxtda iqtisadiyyatda yaranmış ümumi böhrana baxmayaraq, vençur işgüzarlığı sürətlə və müvəffəqiyyətlə inkişaf edir. 1979-cu ildən 1982-ci ilə qədər vençurlar tərəfindən kənar (cəlb edilmiş) mənbələrdən maliyyələşdirmə hesabına kapiğal qoyuluşunun həcmi 5

dəfədən çox, yəni 319 mln.-dan 1700 mln. dollara qədər artmışdır. “Qisledayn”, “Mi^osoft”, “Amerikan mikrosistemz”, “Deyta gene


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   444




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə