Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə16/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

baxdım. Mollanın səsi yenə gəlirdi: 
” İyyakə nə budu və iyyakə nə istəğin 
İhtinəs siratəl müstəğim!” 
Mən də onun dediklərini təkrar edirdim. Ancaq bir səs məni dəhşətə saldı. Molannın avazından 
sonra uşaq yenə ağlamağa başladı. 
Bu mənim beynimin içindən gəlirdi? Həqiqətən, uşaq ağlayırdı? Yoxsa bu səs sırf mənim 
vicdanımdan gəlirdi? 
Bədənimi qorxu bürüdü. Otu söndürüb, yorğanımın altına girdim. Bərk-bərk sarılmışdım. Hava 
isə dəhşət isti idi. Uşağın səsini eşitməməyim üçün özümü güclə sıxmışdım. Bərkdən-bərkdən 
mahnı oxuyurdum. Təki uşağın səsi gəlməsin! Beləcə deyəsən yuxuya getmişdim. 
 
 
 
 
 
 
 
*** 
Gözlərimi açanda, həmin uşağın donmuş simasını xatırladım, bir də Türkanın başqa kişi ilə 
sevişməsini. Hələ ən azı on günlük ot masanın üzərində var idi. Ona görə olanları unutmaq üçün 
yenidən birini sarıb çəkdim. Yenə kefim kökəldi. Öz-özümə gülməyə başladım. Ən mənasız şey, 
mənim üçün ən gülməli bir şeyə çevrilmişdi. Ancaq, birdən qapı döyüləndə, özümü çox itirdim. 
Pəncərəni açdım ki, hava çölə çıxsın. Gedib qapını açdığımda isə, ilk öncə düşündüm ki, 
çəkdiyim otun təsirindən artıq xülya görürəm. Çünki, gələn Türkan idi. Yenə açıq-saçıq paltarını 
geyinmişdi. Nədənsə, onu görən kimi qeyri-ixtiyarı sarılıb ağlamağa başladım. O isə: 
– Xəyal, bu nə haldır? Nə olub sənə? Sən saqqal saxlamazdın, gözlərinin altına bir bax. İçəridən 
gələn bu nə qoxudur? 
… Mən isə susurdum. Sadəcə ona sarılmışdım. Saçlarını at quyruğu eləmiş, üzü tam açılmışdı. 
Yenə ucuz ətiri məni başdan çıxarırdı. Hava isti olduğundan sadəcə mayka kimi bir şey 
geyinmişdi. Ona o qədər yaxın idim ki, döşləri sinəmə dəyirdi. Özümü saxlaya bilməyib, 
dəlicəsinə onu öpməyə başladım. O da məni öpürdü. Qarşılıqlı dayanmadan sevişirdik. Dəhlizdə 
paltarlarımızı çıxarda-çıxarda yatağa yıxıldıq. Mənim bədənimin hər yerindən öpür, dodaqları 
bədənimin müxtəlif yerlərində gəzir, əli ilə arada masaj edir, daha sonra yenidən öpüşürdük. 
Onun istiliyini bütün bədənimlə hiss edirdim. İkimiz də şəhvət dəryasında batacaqdıq. Ondan 
ötrü çox darıxmışdım. 
– Ahh sevgilim, nə yaxşı gəldin! Səni çox sevirəm. – tez-tez belə cümlələri deyirdim. Onun 
gözəlliyinin üzərində yağ kimi əriyib durulanacaqdım. 
– Mən də səndən ötrü darıxmışdım. Amma sənin bu halını başa düşə bilmirəm. Sənə nə oldu axı? 
– o sualını verərkən, mən artıq uzanıb siqaretimi yandırmış, bir əlimi başımın altına qoyub, 
Türkana baxırdım. 
– Sən… Niyə bunu mənə etdin? 
– Nəyi? 
– Özünü bilməmiş kimi aparma. – səsimi bir az artırdım. 
– Vallah başa düşə bilmədim! 


– O oğlan kim idi? – bədənimə yenidən əsəblər gəlirdi. 
– Hansı oğlan? 
– Mənim niyə ağzımı açdırırsan?! Burada sevişdiyin o gədə! 
– Sən nə danışırsan, ay Xəyal! Belə zarafatlar eləmə mənlə! Axı mən sənə demişdim ki, 
qardaşım əsgərlikdən gəlir, bu səbəbdən bir neçə gün anam gildə qalacam! 
– Məzələnirsən mənlə? Sən mənə elə bir şey deməyibsən. Burada, elə bu yataqda onun altında 
qışqırırdın! 
– Utan bu sözlərinə görə! 
Bədənimə elə bir əsəb gəldi ki, ayağa qalxıb, Türkanı döyməyə başladım. Çırıl-çılpaq əlimdən 
qaçmaq istəsə də, üzərində paltar olmadığldan evdən çıxa bilmədi. Onu yerə salıb təpikləyirdim 
və eyni zamanda qışqırırdım: 
“De görüm, mən yaxşı sevişirəm, yoxsa o gədə?!” 
Mən belə namussuzluğa dözə bilməzdim. Türkanın aşnası gələnə kimi onun əlini-ayağını ağzını 
bağlayıb hamama saldım. Qapını bağlayıb salona gəldim. Yenidən bir büküm ot sardım, hələ də 
arağım var idi. Bir az da arağımdan içdim. Həm keflənmişdim, həm də otun təsirindən özümü 
qəribə hiss edirdim. Nədənsə bu zibili çəkəndə ehtiras hisslərim də yerində durmurdu. Hamama 
daxil olub, Türkanı döyə-döyə özümə tabe etdim, daha sonra isə yenidən ona öz cənnətimi 
verdim. Həm ağlayır, həm də həzzdən sızıldayırdı. Sonra ayağa qalxıb dedim: 
– Aşnan gələnə kimi buradasan. O gəlsin, ikinizi də birlikdə öldürəcəyəm. – deyib hamamdan 
çıxdım. 
Əsəbim nisbətən soyumuşdu. Neçə vaxtın stressini Türkanın üzərinə boşaltmışdım. Həm döyərək 
sakitləşirdim, həm də zorlayaraq elə bil intiqamımı alırdım. Qıza nə yemək verirdim, nə də su. 
Ağzı-burnu da zatən, qan içində idi. Elə onun içdiyi su öz qanı idi. Daha ona toxunmurdum, 
zatən halı qalmamışdı. İki əlini də hamamın borusuna bağlamışdım ki, hərəkət edə bilməsin. 
Gün sayını dəqiq bilmirəm, vicdanımın ağrısından yata bilmirdim. Uşağın cəsədi gözümün 
qarşısından getmirdi. Nə vaxt yatmaq istəsəm, o uşağın səsi yenidən evi bürüyürdü. Qarabasma 
kimi məni sıxırdı. Bu səbəbdən, yenidən yuxusuz gecələrim başladı. Uşağın səsini eşitməmək 
üçün bərkdən mahnı oxuyur, bu səsi eşitməmiş kimi davranırdım. 
Vicdanım yenə imkan vermirdi ki, özümə gələm. Ayağa qalxıb hamama doğru getdim, Türkan 
içəridə mürgüləyirdi. Bilinirdi ki, çox narahatdır. Əyilib ağzından bandı çıxartdım və bu vaxt o 
oyandı, qorxulu nəzərlə mənə baxdı. Əlimlə işarə etdim ki, sakit dursun, heç bir şey etməyəcəm. 
Özüm də yerə oturub, başımı iki əllərimin arasına alıb yerə baxıb dedim: 
– Mən çox pis bir şey etmişəm. 
– Nə? 
Ürəyimi kiməsə açmaq istəyirdim, danışmaq istəyirdim. Türkana qarşı ürəymdə olan 
məhəbbətim isə tələb edirdi ki, hər şeyi ona danışım. Bu sonra başıma faciələr açacağını 
bilərəkdən, bütün ürəyimi ona boşaltdım. 


– Mən bir uşağı öldürmüşəm. 
– Nə? Necə? – yerindən dikələrək, bir az da qorxmuş kimi dedi. Böyük ehtimal, özlüyündə yəqin 
etdi ki, uşağı öldürmüşəmsə, onu da öldürə bilərəm. 
– Hə! Hələ təzəcə doğmuş bir körpəni öldürmüşəm. 
– Hansı uşağı? Niyə öldürmüsən? 
– Mən yata bilmirdim, sənin xəyanətin məni daha pis vəziyyətə salmışdı, uşağın da ağlaması… 
istəmədən onu yuxarı qalxıb evlərindəcə boğub öldürmüşəm. 
– Sən nə danışırsan? – səsi titrəyərək dedi. 
– Hə bax mən belə axmağam. Hələ bir neçə gün öncə evlərində uşağın yeddisini edirdilər. Molla 
da gəlmişdi. 
– Xəyal, sən uşaq öldürməmisən. O evdə yaşlı qadın da qalırdı, deyəsən, gəlinin anası idi. Onun 
yeddisi olar yəqin. 
– Nə? – yerimdən qalxıb tez-tələsik yuxarı qalxıb qonşunun qapısını döydüm. Cavan bir xanım 
qapını açıb, narahat halda üzümə baxdı. Dilip topuq çala-çala ona dedim: 
– Ssaalaam, mmən sizin alt qonşunuzam. Bir neçə gün bundan qabaq burada yas var idi. Bilmək 
olar kim vəfat etmişdi? 
– Anam qəflətən dünyasını dəyişdi. 
– Sizn uşağınız var? Ağlayan uşağın səsi həmişə sizin evdən gəlir? 
– Hə. Narahatçılığa görə üzr istəyirik, oğlumun beyin daxili təziqi var. Müalicə alır. İndi 
içəridədir, yatır. 
Sağol demədən, sürətli addımlarla öz evimə endim. Qadın arxamca heyrət içərisində mənə 
baxırdı. 
Evə girdiyimdə, ev başıma hərləndi. Yəni o zaman bunların hamısı həqiqətən yuxumda baş 
verib? O zaman, Türkan da haqlı idi. O mənə xəyanət etməyibdir. Hamama girib onun əlini 
qolunu açdım, üzünü yuyub, su verdim ki, içsin. Qarşısında diz çökərək: 
“Yalvarıam, məni bağışla. Kündəçi işləyəndən yatmırdım, yuxularımla reallığı səhv salmışam. 
Elə bilirdim ki, sən mənə xəyanət etmisən və daha sonra həmin ağlayan uşağı öldürdüyümü 
düşündüm. Üzr istəyirəm səndən! Xahiş edirəm, məni bağışla.” Onun qoluna girib, yataq otağına 
apardım. O uzandı və yuxuya getdi. Həmin gün ürəyimə elə bir su səpmişdilər. Könlüm o qədər 
fərəhləmişdi ki, indi həyat daha gözəl mənə görsənirdi. Türkan da məni bağışlamışdı. 
Vəziyyətimi başa düşürdü. 
Ertəsi günü Türkandakı şiddətli baş hərlənməyə və ürək bulantısına görə həkimə getmək 
məcburiyyətində qaldıq. 
Düşünürdüm ki, Türkanın başına endirdiyim zərbələrə görə belə olsun. Ancaq, həkim bizə 
tamam başqa bir şey dedi. Analizlərin nəticəsindən bizə məlum oldu ki: 
Türkan 1 aylıq hamilədir, ancaq aldığı zərbələrdən uşağı düşürüb. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə