NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

35 

 

Həm  ucqar  respublikalarda  bizim  taktika  məsələlərində,  həmçinin  Azərbaycanda 



və  Əfqanıstanda,  İranda  və  Türkiyədə  bizim  siyasətə  münasibətdə,  mən  Şərq  məsələsi 

haqqında danışdıqda, məhz yuxarıda adı çəkilən məqsədi nəzərdə tuturdum. 

Hətta  Moskvada  20-ci  ildə  tatar  kommunistlərinin  ikinci  qurultayında  mən 

demişdim: ”Panislamist hərəkatı yoxdur, lakin əgər müvəqqəti hal kimi yaranmış olsa, biz 

gərək Qərbi Avropada kapital hökmranlığını məhv etmək üçün ondan da istifadə edək.  

 Lakin  bu  hərəkata  bizim  rəhbərliyimiz  ona  görə  zəruridir  ki,  bu  hərəkat  öz 

məqsədinə nail olduqdan sonra inqilabımızın inkişafına mane olmasın”. 

Mən  nədənsə  inanırdım  ki,  Rusiya  proletariatı  bunun  öhdəsindən  gələ  bilər  və 

gəlməlidir. 

Lakin  bizim  sonrakı  fəaliyyətimiz  qəti  olaraq  ümidimi  kəsdi  və  get-gedə  məni 

inandırır  ki,  Şərqin  köləlikdən  azad  edilməsi  kimi  böyük  vəzifə  bizdən  uzaqlaşır,  daha 

doğru desək: biz ondan uzaqlaşırıq... 

Türkiyədə azadlıq hərəkatının nəticəsi məhz buna sübutdur. 

Əgər  biz  Rotşteynin

65

  əli  ilə  İranda  azadlıq  hərəkatını  məhv  etməsəydik,  indi 



Antantanın başına nə gələcəkdi. 

Axı  aydındır:  əgər  biz  bütün  bunları  düzgün  nəzərə  alıb,  İranda  və  Türkiyədə 

azadlıq  hərəkatına  real,  qəti  siyasətlə  rəhbərlik  etsəydik  indi  mübaliğəsiz  deyə  bilərdik: 

biz  Atlantaya  hökmlə  diktə  edərdik.  İki  ən  mühüm  məntəqə  -  körfəzlər  və  Hindistana 

açılan qapılar birbaşa  bizim  nüfuzumuz  altında olardı...  Bax bu o Şərq  məsələsidir  ki, 

mən həmişə onun barəsində danışmışam. 

Lakin bunun üçün özümüzdə milli məsələni həll etmək zəruri idi. Çox təəssüf bu 

məsələ  bizdə  indiyə  qədər  hələ  elə  həll  olunmamışdı  ki,  Şərq  məzlumlarının  diqqətini 

özünə cəlb etsin. 

12-ci  qurultay  tərəfindən  milli  məsələnin  həlli  bizi  sakit  edə  bilərmi.  Ucqar 

respublikalarda bu qərarı kim həyata keçirəcək? Bu məsələ üzərində düşünmək zəruridir. 

Mən  bildirirəm:  12-ci  qurultayın  qərarını  o  adamlar  həyata  keçirə  bilərlər  ki,  onlar 

inqilabın ilk günlərindən heç kimdən qorxmayaraq cəsarətlə bu barədə qışqırırdılar, solluq 

oyunu  oynayanlar  isə  bu  məsələni  korlayacaqlar,  çünki  onlar  Mərkəzin  qərarının 

səmimiliyinə ürəkdən inanmırlar. Onlar indiyə kimi fikirləşirdilər və fikirləşirlər ki, bütün 

bu kimi qərarları gözdən pərdə asmaq üçün, effekt üçün qəbul edirlər. Əlbəttə bu işçilərə 

qarşı  münasibətdə  12-ci  partiya  qurultayının  qərarını  nə  dərəcədə  ciddi  həyata 

keçirəcəyini göstərmək və bununla Şərq məsələsinə öz münasibətini bildirmək Mərkəzin 

işidir. 


Hələ  ki,  kommunizm  quruluşuna  tərəfdar  idik.  Avropada  təbliğatımız  güclü  idi, 

lakin  NEP  (YİS)  siyasəti  elan  edildiyi  gündən  bu  qüvvə  xeyli  zəifləmişdir.  Bizim 

vəziyyətimiz  Avropa  fəhləsini  qorxuya  salır  və  o  belə  bir  sual  qarşısında  dayanır:  yeni 

quruluşda  onun  vəziyyəti  yaxşılaşacaqmı.  Biz  isə  Şərqdə  real,  qəti  siyasətimizlə  elə  bir 

vəziyyət yarada bilərdik ki, bu vəziyyətdə fəhlə sinfi tərəddüd etməsin.  

Hazırda  fransız  jandarmeriyasının  tapdağı  altında  əzilən  Almaniya  fəhlələrini 

dözməyə məcbur edən bu tərəddüdlər deyilmi. 



36 

 

Sözümün  sonunda  demək  istəyirəm:  mən  və  mənim  məsləkdaşlarım  tamamilə 



səmimi  və  şüurlu  surətdə  Sovet  hakimiyyətini  ideallaşdırmağa  və  bu  yolla  Şərqə  yeni 

idarə  forması  verməyə  və  beləliklə  Şərqin  Avropa  kapitalı  zülmündən  azad  olması  üçün 

ən  doğru  yol  açmağa  və  bununla  da  bu  kapitalın  məhvini  surətləndirməyə  cəhd 

göstərirdik.  

Bu  cəhdlər  zamanı  biz  hər  şeydən  əvvəl,  inqilabi  dövrün  səhvləri  kimi  Sovet 

Rusiyasının  səhvlərinə  haqq  qazandıraraq,  daha  dinc  şəraitdə  xüsusi  şəraiti  olan 

ucqarlarda bu səhvlərə yol verməməyə çalışırdıq. 

Biz  xalqların  azadlığı  haqqında  çağırışımızın  səmimiliyinə  inanırdıq  və  tezliklə 

daha az mədəniyyətli xalqların daha çox mədəniyyətli xalq olan velikoruslarla qovuşması 

üçün,  beləliklə,  inqilabı  qüvvətləndirmək  və  inkişaf  etdirməkdən  ötrü  biz  təbii  yollar 

axtarırdıq. Bu cəhdlər zamanı biz rus şovinistləri  və vəzifəpərəstləri ilə, ucuz populyarlıq 

gözləyən  məsuliyyətsiz  şəxslərlə, bu  və  ya  başqa  yolla Mərkəz  qarşısında  ad qazanmaq 

arzusunda olan fırıldaqçılarla və şüurlu surətdə partiyamıza soxulmuş, partiyamızı tez bir 

zamanda parçalamaq üçün şüurlu surətdə solluq oyunu oynayan, bizə düşmən olan partiya 

üzvləri ilə qarşılaşırdıq. Bu, düz yol idi. 

Bu ünsürlər bizi  millətçilikdə,  müxtəlif təmayüllərdə, səbatsızlıqda, separatizmdə 

və i.a. günahlandırırdılar. Çox təəssüf ki, Mərkəz bu ünsürlərin sözünü eşitmiş və indi də 

eşidir. Bizim yeganə çıxış yolumuz qalır: ya taktikamızı düzgün saymağı və nəticədə bizə 

tam  etimad  göstərilməsini  tələb  etmək,  ya  da  səhnədən  çəkilmək,  yəni  məsul  vəzifələr 

tutmayıb  kütlələr  arasında  mədəniyyətçilər  sifətilə  işləmək.  Bu  bizi  mənəvi  cəhətdən 

tamamilə  təmin  edəcəkdir.  Bir  çox  mülahizələrə  görə  biz  birincidən,  yəni  taktikamızı 

düzgün saymağı tələb etməkdən əl çəkməli olacağıq. İkincisi qalır ki, mən Azərbaycana 

münasibətdə bunu həyata keçirmişəm.  

Mən  hələ  1922-ci  ilin  iyun  ayında  RKP  MK-ya  aşağıdakı  məzmunda  teleqram 

göndərmişdim: 

”Mən  Moskvada  olarkən  yol.  Stalin  vəziyyət  birtərəfli  işıqlandırılmasın  deyə, 

Azərbaycanda işlərin vəziyyəti ilə tanış olduqdan sonra öz fikrimi RKP MK-ya bildirməyi 

mənə təklif etmişdi. 

Yol.  Kirovun  Moskvada  olduğunu  və  onun  vəziyyəti  birtərəfli  işıqlandıracağını 

nəzərə  alaraq  Zaqafqaziya  Diyar  Komitəsinin  katibindən  xahiş  edirəm  ki,  mənim  fikrim 

haqqında da məlumat versin. 

Azərbaycanın  sonuncu partiya qurultayında,  hər iki qrupun (sol və  sağ) qrupların 

buraxılması haqqında təntənəli bəyanatından sonra ”sol” qrup Bakı Komitəsinin himayəsi 

altında bu qrupa qarşı fəaliyyət göstərənlərlə amansız mübarizə aparmağa başladı. 

Mən  İttifaq  Sovetinin  üzvü  təyin  edilib  və  beləliklə  Tiflisə  köçməyimlə  əlaqədar 

olaraq, “sol” qrup daha sərbəst fəaliyyət göstərməyə başladı. 

Mən  tərkibi  tamamilə  düşmənlərimdən  ibarət  olan  AzMK -nın  qərarına  təsir 

göstərə bilmirəm. 

                                                           

 

AK (b) P MK.



 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə