NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

31 

 

İkincisi:  gələcəkdə  İranda  və  Türkiyədə  qurulacaq  Sovet  hakimiyyəti  üçün  işçi 



kadrlar hazırlayardıq. 

Lakin  nəinki  mənim  şüarıma,  hətta  Siyasi  Büronun  məlum  qərarlarına  da  solluq 

oyunu oynayanlar tərəfindən əhəmiyyət verilmir. 

Hətta  iş  o  yerə  gəlib  çatmışdır  ki,  məktəbdə  rus  dili  dərslərinin  sayının  türk  dili 

dərslərinin azaldılması hesabına artırmaq haqqında mətbuatda açıq çıxışlar edilir. 

Ümumiyyətlə, demək lazımdır: “sollar” mənim Genuya konfransında olmağımdan 

istifadə edərək hərəkətə gəlmiş və daha həyasız olmuşlar. Genuyadan qayıtdıqdan sonra, 

millətçi  təmayül  və  türk  dili  dərslərinin  sayını  ixtisar  etmək  haqqında  açıq  fitnəkar 

məqalələr mənim diqqətimi cəlb etmişdi. 

Zehinləri sakitləşdirmək üçün mən “Bakinski Raboçi”də “Bəzi yoldaşlara cavab”

63

 

başlığı altında məqalə çap etdirməyə məcbur oldum. 



Lakin səciyyəvi budur ki:  

Bakinski  Raboçi”  və  “Kommunist”  qəzetlərinin  redaksiyası  (axırıncı  türk 

dilindədir),  birincisinin  redaktoru  Lipşits,  ikincisinin  isə  Ruhulla  Axundov,  mənim 

məqaləmdən sonra bildirirlər ki, bu səpkidə - yəni türk dili dərslərinin sayının azaldılması 

və rus dili dərslərinin artırılması haqqında məqalələr bu qəzetlərin səhifələrində olmamış 

və olmayacaqdır. 

Ertəsi  gün  yol.  Zeynallının  (bu  qəzetin  redaktoru),  türk  dilində  “Trud”  qəzeti 

əvvəllər  bəzi  mülahizələrə  görə  o,  da  solluq  oyunu  oynamışdır,  ifşaedici  məqalələr 

buraxıb, “Bakinski Raboçi” və “Kommunist”in hansı nömrələrində mənim məqaləm üçün 

material ola biləcək məsələyə toxunulduğunu qeyd etmişdi. 

Ertəsi  gün  cəsarətlə  öz  səhvlərini  boynuna  almaq  əvəzinə,  Ruhulla  Axundov 

məqaləsinə görə yol. Zeynallıya şəxsi töhmət verir, bundan əlavə həmin Zeynallı BEKA-

dan rəsmi töhmət və xəbərdarlıq alır. 

Bir  neçə  gündən  sonra  “Trud”  qəzeti  bağlandı  və  öz  məqaləsi  ilə  iki  partiya 

orqanının  məsul  redaktorlarının  iç  üzünü  cəsarətlə  və  yerində  açan  yol.  Zeynallı 

vəzifəsindən kənar edilir... 

Yolumuz hayanadır? 

İki  məsul  mətbuat  orqanı  –  partiyanın  dili,  fəhlə  və  kəndli  kütlələrinin  dili, 

yalançıların, “sol” kompaniya üzvlərinin əlindədir. 

Bu  azmış  kimi  BEKA  katibi  Mirzoyan  Zaqafqaziya  Diyar  Komitəsinə  teleqram 

vuraraq  bildirir  ki,  Nərimanovun  məqaləsindən  sonra  onlar,  yəni  “sollar”  özlərini 

sarsılmış  hiss  edirlər  və  guya  məqalə  əsassız  yazılmışdır.  Zaqafqaziya  Diyar  Komitəsi 

teleqram vurub məndən materiallar tələb edir. 

Mən  Tiflisə  gəlib  Zaqafqaziya  Diyar  Komitəsinin  katibinə  bildirdim  ki,  məndə 

material vardır və istənilən vaxt təqdim edə bilərəm. 

Mən Zaqafqaziya Diyar Komitəsinin plenumunu gözləyirdim; mən çox istəyirdim 

ki,  “sol  qrup”  özü  plenumda  bu  məsələni  qaldırsın.  Çox  güman  ki,  mənim  sənədlərlə 

onların yalanını və murdarlığını sübut etmək niyyətimdən xəbər tutub susdular və mənim 




32 

 

məqaləm  haqqında  bir  kəlmə  də  danışmadılar.  Məgər  sonuncu  Azərbaycan  Sovetlər 



qurultayında seçkilər bu sollar tərəfindən yalansız keçmişdir. 

Partiya  qaydası  ilə  XKS  sədri  yol.  Musabəyovu  seçmək  təklifi  elan  edildikdə 

yerlərdən səslər eşidildi: ”Bəs Nərimanov?” 

Onlara cavab verdilər ki, Nərimanov İttifaq Sovetinin sədri seçilmişdir. 

Elə  o  dəqiqə  onların  agentləri  bu  qərarla  razı  olmayanları  dilə  tutub 

sakitləşdirməyə başladılar ki, indi yol. Nərimanov hər üç respublikanın başçısı sayılır.  

Məgər bu, yalan deyil? 

Və  nə  üçün  işi  bu  dərəcəyə  çatdırırdılar  ki,  işdə  kütlələr  bu  yalandan  xəbər 

tutsunlar.  

Tiflisdə  yaşayarkən,  guya  ali  hakimiyyət  kimi  çox  tez-tez  mənə  ASSR  Xalq 

Komissarları Sovetindən və onun ayrı-ayrı üzvlərindən şikayətlə müraciət edirdilər, lakin 

mən hər dəfə izah etməli olurdum ki, bəzi məsələlərə toxunmağa mənim hüququm yoxdur 

və i.a. 

Bu halda mən ya gərək özümü dartıb üç respublikanın başçısı kimi göstərməli və 

amansız  yalan  danışmalı,  yəni  vəd  verib,  lakin  heç  bir  iş  görməməli,  ya  da  olduğunu 

deməliyəm. 

Və  qurultay  nümayəndəsi  –  “bizim  aramızda  yol.  Nərimanov  olmadığı  üçün 

özümüzü yetim sayırıq” dedikdə ona da belə izah etmək lazım idi. 

Şahidlər  deyirlər  ki,  o,  hələ  çox  şey  demək  istəyirdi,  lakin  onu  danışmağa 

qoymadılar... 

Hökumət  başında  oturanların  bacarıqsızlığı  üzündən  “Şaxsey-Vaxsey”  matəm 

günləri zamanı qırmızı əsgərlərin güllələrindən zərər çəkmiş fars fəhlələrini də danışmağa 

qoymadılar.  

Sollar sevindilər: 

Nərimanov  yoxdur,  beləliklə,  bu  il  EMKA-da  matəm  günləri  zamanı  yürüşlərin 

qadağan edilməsi haqqında məsələ qaldırmaq olar. 

Keçən il bu məsələ EMKA-da ayırd edilmişdi. Mən qəti olaraq repressiya əleyhinə 

idim,  lakin  bununla  belə,  biz  məscidləri  gəzib  qara  camaatı  dilə  tuturduq  ki,  küçələrdə 

özlərinə işgəncə verməsinlər.  

Bir nəticəsi oldumu? 

Qəti surətdə bildirirəm ki, nəticəsi oldu. 

Ən  “sol”  yoldaşın,  Qarayevin  yanında,  məsciddə  çox  nüfuzlu  bir  molla  bu 

günlərdə  küçələrdə  özlərinə  işgəncə  verənlərin  hərəkətlərini    möhkəm  tənqid  etməyə 

başladı. 

Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu. 

Nə  qədər  ki,  bu  dindar  kütlənin  inkişaf  səviyyəsini  yüksəltmək  yolu  ilə  onun  bu 

matəm  günlərinə  mömin  olan,  lakin  özünə  işgəncələrdə  iştirak  etməyənlər  hansı  ziyalı 

müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. 

Min  illərdir  ki,  bədbəxt  avam  müsəlman  kütləsi  (şiə  məzhəbli)  Məhəmmədin  ən 

sevimli nəvəsi imam Hüseynin işgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə